Xalis mənfəət hesabına verilən nahar hansı halda işçinin gəliri sayılır???

posted in: Vergi, Xəbər | 0

Xalis mənfəətSual: Müəssisə öz işçilərini xalis mənfəət hesabına ərzaqla və ya nahar yeməyi ilə təmin edirsə, təqdim olunan mal (yemək və ya ərzaq) həmin işçilərin gəliri hesab oluna bilərmi?

İşçinin şirkətin qonaqları üçün çəkdiyi xərclər vergitutma obyektidir?

Cavab: Bildiririk ki, işə götürən tərəfindən yemək xərclərinin çəkilməsinin nəticəsi kimi, yəni sorğunuzda qeyd olunan ərzaq və ya hazır yemək şəklində əldə edilən gəlir işçinin vergi tutulan gəlirə aid deyildir.

Bax: Vergi Məcəlləsinin 98.5-ci maddəsi.

Mənbə: taxes.gov.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Dövlət qulluqçularının gəlir vergisi necə hesablanır?

posted in: Xəbər | 1

Dövlət qulluqçularının gəlir vergisi necə hesablanır?

Vergi Məcəlləsinin 2019-cu il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, qeyri-neft və qeyri-dövlət sektorlarında çalışan işçilərin əməkhaqqından gəlir vergisinin tutulmasında ciddi güzəştlər müəyyənləşdirilib. Bu güzəştlər həmin sektorlarda muzdlu işçi kimi fəaliyyət göstərən təxminən 500 mindən artıq insanın gəlir vergisindən azad edilməsinə şərait yaradır.

Xatırladaq ki, Azərbaycanda sadə vətəndaşların böyük əksəriyyəti yalnız gəlir vergisinin ödəyicisidir. Məcəllədəki dəyişikliklərə əsasən, 2019-cu il yanvarın 1-dən qeyri-neft və qeyri-dövlət sektorlarında çalışan və aylıq əməkhaqqı 8.000 manata qədər olan işçilər 7 il müddətinə gəlir vergisindən azad edilir. Həmin sektorlarda çalışan və 8.000 manatdan artıq əməkhaqqı alan işçilər isə həmin məbləğdən çox hissədən 14 faizlə gəlir vergisi ödəyirlər.

İcarayə verən kommunal xərclərə görə E-qaimə verməlidirmi?

Dəyişiklik bu sektorda əməkhaqqının leqallaşdırılmasını və qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasını stimullaşdırmaq məqsədi daşıyır. Bununla belə, Vergi Məcəlləsinə edilən dəyişikliklərdə neft-qaz sahəsində və dövlət sektorunda çalışan işçilərə münasibətdə də əməkhaqqından gəlir vergisinin hesablanma qaydasında güzəştlər nəzərdə tutulur. Son dəyişikliklərə qədər neft-qaz sahəsində və dövlət sektorunda çalışan fiziki şəxsin əməkhaqqı 2.500 manatadək olduqda hesablanmış məbləğdən 173 manat (2018-ci il üçün yaşayış minimumu) çıxılmaqla 14 faiz dərəcə ilə gəlir vergisi hesablanırdısa, dəyişikliklərdən sonra bu məbləğ 200 manata qaldırılıb. Əməkhaqqının məbləği 2.500 manatadək olduqda aylıq 200 manatdan yuxarı hissəsindən 14 faiz, 2.500 manatdan yuxarı olduqda isə 25 faiz dərəcə ilə vergi tutulur.

Beləliklə, Vergi Məcəlləsinə edilən dəyişikliklərdə həm neft-qaz sahələrində, həm də dövlət müəssisələrində çalışan işçilər, o cümlədən dövlət qulluqçuları üçün də stimullaşdırıcı müddəalar nəzərdə tutulub.

MİSAL:
Məcəllənin 101.1 və 102.1.6-cı maddələrinə əsasən, hazırda 570 manat əməkhaqqı alan dövlət qulluqçusunun əməkhaqqından gəlir vergisi bu cür hesablanır:
570 – 200 = 370 x 14% = 51,8 manat.
Mənbə: vergiler.az

Sadələşdirilmiş vergi ödəyicilərinin bir-biri ilə barter yolu ilə alqı-satqısı zamanı vergi yaranır?

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mənfəət vergisi bəyannaməsinin 207.5 və 207.6 sətirləri arasında olan fərqi bilirsinizmi?

posted in: Vergi, Xəbər | 0

Sual: Sualım Mənfəət vergisi bəyannaməsinin doldurulması ilə bağlıdır. Bilmək istəyirdim ki, 207.5-ci sətirdə göstərilən “Borc öhdəliklərinin satışından əldə edilmiş gəlir” ilə 207.6-cı sətirdə göstərilən “Borc tələblərinin satışından əldə edilmiş gəlir” arasındakı fərq nədir?

Dövlət qulluqçularının gəlir vergisi necə hesablanır?

Cavab: Bildiririk ki, borc öhdəliyi dedikdə, vergi ödəyicisi tərəfindən alınmış pul və ya dəyəri ödənilməmiş maddi dəyər, borc tələbi dedikdə isə əksinə, vergi ödəyicisinə olan borc nəzərdə tutulur.

Vergi ödəyicisi öz borc öhdəliyi və ya borc tələbi hüquqlarını digər şəxslərə sataraq müvafiq gəlir əldə edə bilərlər ki, bu əməliyyatlar üzrə əldə edilən gəlirlər də Mənfəət vergisinin bəyannaməsinin “Borc öhdəliklərinin satışından əldə edilmiş gəlir” adlı 207.5-ci və “Borc tələblərinin satışından əldə edilmiş gəlir” adlı 207.6-cı sətirlərdə əks etdirilməlidir.

Bax: Vergi Məcəlləsinin 13.2.12-ci, 13.2.16.5-ci maddələri və Vergilər Nazirliyinin 13.01.2017-ci il tarixli əmri ilə təsdiq edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin tərtib edilməsi Qaydası.

Mənbə: www.taxes.gov.az

İcarayə verən kommunal xərclərə görə E-qaimə verməlidirmi?

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

İcarayə verən kommunal xərclərə görə E-qaimə verməlidirmi?

posted in: Xəbər | 0

kommunalSual: Hüquqi şəxs icarədar (ƏDV ödəyicisi deyil) daşınmaz əmlakını başqa bir hüquqi şəxsə icarəyə verir. Azərİşıq, AzərSu, AzəriGaz tərəfindən tərtib edilmiş hesab fakturalar və E-qaimələr hər ay icarədarın adına gəlir. Lakin icarə müqaviləsinin şərtlərinə uyğun olaraq, kommunal xidmətlərindən istifadəsinə qörə hər ay yaranan borcların ödənilməsi icarəçinin öhdəsinə aid edilir. Belə ki, icarəçi hər ay, yaranan borcun məbləğini icarədarın hesabına köçürür və icarədar öz növbəsində həmin məbləği Azərİşığın hesabına köçürür. Azərsuyun sayğacı Smart olduğundan, icarəçi tərəfindən karta məbləğ yüklənir. İcarədarla icarəçi arasında elektron sənədləşmə (e-qaimə) olmalıdırmı? Və ya haqq-hesabın aparılması üçün müqavilənin şərtləri kifayət edər? İcarəçi tərəfindən ödənişlərin aparılması üçün icarədar hansı sənədləri təqdim etməlidir?

ƏDV ödəyiciləri barter edən zaman əvəzləşmə necə aparılır?

Cavab: İcarəyə götürülmüş obyekt üzrə kommunal xərclərin hüquqi şəxs (icarəçi) tərəfindən digər hüquqi şəxsə (icarəyə verən) və ya icarəyə verənin xeyrinə kommunal xidmətlər göstərən təşkilatın hesabına ödənilməsi tərəflər arasında bağlanmış icarə müqaviləsində nəzərdə tutulduğu halda, həmin ödənişlər icarəçinin gəlirdən çıxılan xərclərinə aid edilir. Bununla yanaşı icarəyə verilmiş obyektin kommunal xərclərinə görə icarəyə verən hüquqi şəxsə təqdim edilən elektron qaimə-fakturanın təkrar olaraq icarəçiyə verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 108-ci maddəsi və “İcarə haqqında” Azərbaycan Respublikasının 30 aprel 1992-ci il tarixli 114 nömrəli Qanunu.