Malların satışı üçün agentə E-qaimə verilir?

posted in: Xəbər | 0

Elektron qaiməSual: Agent fəaliyyəti ilə məşğul olan şəxsin anbarına olan mal qalığına münasibətdə vergi orqanları hansı addımları ata bilər? Yəni bu mal firmanın malı heab olunurmu? Firmanın anbar qalığına aid edilirmi? Firma agentə elektron qaimə faktura verməlidirmi?

Cavab: Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin 130-1-ci 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadığı halda təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq olunur.


Elektron qaimə-faktura verməsək bizi hansı cərimələr gözləyir?


Malların satışının həyata keçirilməsi məqsədi ilə malların agentlərə təhvil verilməsi üzrə vəkalət verən şəxs tərəfindən agentə elektron qaimə-faktura təqdim edilmir. Qeyd olunan əməliyyat müvafiq qaydada sənədləşdirilir və xidmətin göstərilməsi ilə bağlı tərəflər arasında müqavilə bağlanılır.

Agentin anbarında olan malların digər şəxsə (vəkalət verənə) aid olduğunu təsdiq edən sənədlər (“Malların komissiyaya qəbul edilməsi ilə bağlı tərəflər arasında müqavilə”, “Malların təhvil-qəbul aktı” ) mövcud olmadığı halda vergi Məcəlləsinin 58.8.2-ci maddəsində nəzərdə tutulan sanksiyalar tətbiq olunur.

Mənbə: taxes.gov.az


Auditorlar Palatası daxili audit kursu keçirəcək

posted in: Audit, Xəbər | 0

daxili auditAuditorlar Palatası daxili audit kursu keçirəcək

Azərbaycan Respublikasının Auditorlar Palatası daxili auditor kadrlarının hazırlanması üzrə növbəti hazırlıq kurslarını təşkil edir.

Ölkəmizdə uğurla həyata keçirilən şəffaflıq strategiyasının daha da sürətləndirilməsində  müəssisə və təşkilatlarda risklərin idarə olunması, nəzarət və  korporativ idarəetmə proseslərinin  qiymətləndirilməsi və səmərəliliyinin yüksəldilməsi məqsədlərinə xidmət edən daxili auditin tətbiqinin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

Bunu nəzərə alaraq Azərbaycan Respublikasının Auditorlar Palatası daxili auditor kadrlarının hazırlanması üzrə hazırlıq kurslarını davam etdirir. Növbəti kurslar 2019-cu ilin yanvar ayının 7-dən  tarixinədək “Daxili Auditin planlaşdırılması” proqramı əsasında  keçiriləcəkdir.

Hazırlıq kursları “Xalq Sığorta” ASC-nin Daxili Audit Xidmətinin baş mütəxəssisi Rzayev Camal Ehtibar oğlu tərəfindən tədris ediləcəkdir.

Kursu müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim ediləcəkdir. Sizin nümayəndələrinizi daxili auditor kurslarında iştirak etməyə dəvət edirik. Kursda iştirak  ödənişlidir. Kurslarda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:

– Kurslarda iştirak etmək üçün müəyyən olunmuş formada yazılmış ərizə;

– Şəxsiyyət vəsiqəsinin surəti.

Əlaqələndirici şəxs: Kadr şöbəsinin müdiri Elmira Behbudova ().

Ünvan: S.Y. Bakuvi küç., 35; əlaqə telefonları: (012) 564-80-62; 051-921-25-25.

Mənbə: audit.gov.az


Telegram qrupumuza üzv olun

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Bu təşkilatlar üçün mühasibat uçotunun aparılması Qaydaları təsdiq edilib

posted in: muhasibat, Xəbər | 0

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 573
Bakı şəhəri, 29 dekabr 2018-ci il
“İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq
Standartlarının ümumi prinsiplərinə əsasən Qeyri-Hökumət təşkilatları tərəfindən mühasibat uçotunun aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli Qanununun tətbiqi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 iyun tarixli 105 nömrəli Fərmanının 1.6.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının ümumi prinsiplərinə əsasən Qeyri-Hökumət təşkilatları tərəfindən mühasibat uçotunun aparılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).
Aşağıdakı faylı yükləyərək Qanunun tam mətni ilə tanış ola bilərsiniz:

Yüklə: İctimai sektor üçün mühasibat uçotunun beynəlxalq standartlarının ümumi prinsiplərinə əsasən qeyri-hökumət təşkilatları tərəfindən mühasibat uçotunun aparılması qaydaları

Mənbə: cabmin.gov.az


2019-cu ildə cari vergi ödəmələri necə hesablanacaq?


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.