Sirab ASC vakansiya elan edir

posted in: İş elanı, Maliyyə, Vakansiya, Xəbər | 0

vakansiyaVakansiya: Maliyyə mütəxəssisi

İşəgötürən: Sirab ASC

Namizədə tələblər:

– Ali təhsil
– Minimum 1 il iş təcrübəsi
– Yaş həddi 20-35
– Yaradıcı
– Analitik-informasiya və strateji düşünmə qabiliyyəti
– Riyazi biliklər
– Excel bilikləri
– Məntiq
– Mühasibatlıq üzrə biliklər


Baş mühasib tələb olunur

İş barədə məlumat

• Debitor və kreditor borclarına nəzarət;
• Qarşılıqlı üzləşmə aktlarının vaxtında tərtibatı və debitorlara təqdim olunması
• Təhlilin nəticələri haqqında müvafiq bölmə rəhbər(lər)inə operativ hesabatın təqdim olunması

İş qrafiki – Həftənin 5 günü saat 09:00-18:00. İstirahət günü Şənbə və Bazar günü
İş yeri – Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A
Əmək haqqı  – Danışıq zamanı müəyyənləşdiriləcək.

Uyğun namizədlərdən cvlərini mövzu yerinə “analitik” yazmaqla  / mail ünvanına göndərmələri xahiş olunur.

Mənbə: jobsearch.az


 Telegram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Maliyyə Nazirliyi Qeyri-Hökumət Təşkilatlarına müraciət edib

posted in: Maliyyə, Xəbər | 0

Maliyyə Nazirliyi“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna əsasən, qeyri-hökumət təşkilatları (QHT) illik maliyyə hesabatlarını aprelin 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Bu barədə Nazirliyin QHT-lərə müraciətində bildirilir.

Qeyd edək ki, “Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi qaydası” Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilib. Həmin qərara əsasən, qeyri-hökumət təşkilatlarının maliyyə hesabatları aşağıdakılardan ibarət olmaqla müəyyən edilib:

– Maliyyə vəziyyəti haqqında;

– Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat;

– Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər.


Telegram qrupumuza üzv olun

Eyni zamanda maliyyə fəaliyyətinin olmaması barədə ayrıca arayış forması təsdiq edilib və təşkilatın maliyyə fəaliyyəti olmadığı təqdirdə, yalnız həmin formanı doldurularaq Maliyyə Nazirliyinə təqdim edilməlidir. Bundan başqa, Nazirlik QHT-lərdən illik maliyyə hesabatların elektron alınması məqsədilə “Elektron hesabatlılıq proqramı” hazırlayıb, www.qht-hesabat.maliyye.gov.az linki vasitəsilə qeydiyyatdan keçərək elektron hesabat təqdim etmək olar.

Mənbə: report.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

İxtisar – İşəgötürən və işçinin mütləq bilməli olduqları

posted in: Xəbər | 2
İxtisarAzərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işəgötürən tərəfindən işçilərin sayının azaldılması və ya ştat ixtisarı ilə əlaqədar işçi ilə bağlanmış müqaviləyə xitam verilə bilər. Bəs bu halla qarşılaşan işçi nələri bilməlidir?
İşçilərin sırf yeni qanunvericilik baxımından bilməsi zəruri olan məsələlər aşağıdakılardan ibarətdir:
1) İşçi müqaviləyə xitam verilməzdən əvvəl qanunvericiliklə müəyyən edilmiş müddətlərdə, həmin iş yerindəki stajı nəzərə alınmaqla yazılı qaydada bildirişlə xəbərdar edilməlidir.
Belə ki, işçinin həmin iş yerində 1 ilədək stajı olduqda azı 2 həftə
1 ildən 5 ilədək stajı olduqda azı 4 həftə,
5 ildən 10 ilədək stajı olduqda azı 6 həftə,
10 ildən artıq stajı olduqda isə azı 9 həftə əvvəlcədən bildirişlə bu ixtisarla bağlı xəbərdar edilməlidir.
2) Xəbərdarlıq müddəti ərzində işçiyə hər iş həftəsində əmək haqqı saxlanılmaqla azı 1 iş günü iş axtarmağa imkan verilməlidir.
3) İşçinin həmin müəssisədəki iş stajından asılı olaraq aşağıdakı həddə ona işdənçıxarılma müavinəti ödənilməlidir.
1 ilədək stajı olduqda orta aylıq əmək haqqı miqdarında
1 ildən 5 ilədək stajı olduqda orta aylıq əmək haqqının azı 1.4 misli miqdarında,
5 ildən 10 ilədək stajı olduqda orta aylıq əmək haqqının azı 1.7 misli miqdarında,
10 ildən artıq stajı olduqda isə orta aylıq əmək haqqının azı 2 misli miqdarında
4) İşçinin hüququ var ki, ixtisarla bağlı ona verilən yazılı bildirişdə göstərilən xəbərdarlıq müddətini gözləmədən vaxtından əvvəl müqaviləyə xitam verilməsini tələb etsin. Bu halda isə ona veriləcək işdənçıxarma müavinəti işçinin həmin müəssisədəki stajına əsasən aşağıdakı kimi müəyyən edilir.
1 ilədək stajı olduqda orta aylıq əmək haqqının 0.5 misli miqdarında
1 ildən 5 ilədək stajı olduqda orta aylıq əmək haqqının azı 0.9 misli miqdarında,
5 ildən 10 ilədək stajı olduqda orta aylıq əmək haqqının azı 1.4 misli miqdarında,
10 ildən artıq stajı olduqda isə orta aylıq əmək haqqının azı 2 misli miqdarında
Onu da qeyd edək ki, işçi tərəfindən xəbərdarlıq müddəti əvəzinə alınacaq işdənçıxarma müavinəti məbləği xəbərdarlıq müddəti üzrə keçmiş günlərə mütənasib olaraq azalacaqdır.
Daha konkret misalla deyə bilərik ki, işçinin həmin müəssisədə 3 il stajı olduqda ona azı 4 həftə əvvəlcədən xəbərdarlıq edilməlidir. İşçi bu 4 həftəni gözləyib, həftədə 1 iş günü iş axtarmaq üçün istifadə edə bilər və 4 həftənin sonunda orta aylıq əmək haqqının 1.4 misli işdənçıxma müavinəti ala bilər. Yaxud həmin 4 həftənin 1-ci həftəsində müqaviləyə vaxtından əvvəl xitam verib, orta aylıq əmək haqqının 0.9 mislini ala bilər ki, bu halda da 4 həftənin 1 həftəsinə görə də ona verilən 0.9 misildən müəyyən məbləğ çıxılacaqdır.
Göründüyü kimi yeni düzəlişlərlə bağlı işçi bilməlidir ki, vaxtından əvvəl müqavilənin xitamını istəmək onun müəyyən həddə “uduzmasına” səbəb olur.
5) Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar yaxud onlara bərabər tutulan şəxslər üçün işəgötürən tərəfindən ixtisar tətbiq edildiyi halda həmin işçiləri sonradan həmin müəssisədə və ya digər müəssisədə işə düzəltmək üçün işəgötürən öz hesabına zəruri peşə hazırlığına cəlb edirlər.

Baş mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Baş mühasibVəzifə: Baş mühasib

İşəgötürən: Business Service Center Ltd

  • Şəhər: Bakı
  • Yaş: 30 – 45 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 5 ildən artıq
  • Əlaqədar şəxs: Tuti xanım


İş barədə məlumat

– 20 ildən artıq konsalting aləmində fəaliyyət göstərən “BSC” Consalting və Outsorsing şirkəti lahiyələrinin və müştəri portfelinin sayının artması ilə bağlı özünə güvənən, öyrətmək və öyrənmək istəyən, inkişaf edib və inkişaf etdirmək qabiliyyəti olan , perspektivli karyera qurmaq istəyən Baş Mühasib və mühasibləri işə dəvət edir

– Hər bir işçiyə gələcəyin meneceri kimi yanaşırıq!
– 20 illik iş təcrübəsi ilə bölüşməyə hazırıq
– Kreativ ideyaları yaradırıq!
– İstedadlı gənclərə yol açırıq.
– Peşakarlarla inkişafa yol açırıq.
– Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
– Vergi orqanları ilə yazışmalar
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı. E-portal proqramı ilə işləmək bacarığının olması

– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
– Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının (B1, B3) hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
– BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək
– İş qrafiki :1-5 günlər 09:00-dan 18:00-dək, şənbə günləri 09:00-dan 13:00-dək (alt, üst həftə)


 1200 manat məvaciblə Mühasib tələb olunur

Namizədə tələblər

– Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir)
– B1-B3, Microsoft Office proqramlarını bilmək
– 1C 8.2 v 8.3 proqramında sərbəst işləmək təcrübəsi (Istehsal və satış və s.)
e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək
– Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı
– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması
– Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirilmək, təşəbbüskar olmaq, ixtisasını daim təkmilləşdirmək
– Balansın çıxarılması
– Excell proqramında yüksək səviyyədə işləmə bacarığı
– Stresədavamlı, tələbkar, məsuliyyətli və işgüzar
– Tez qavramaq və uyğunlaşmaq bacarığı
– Problemləri təhlil və həll etmə bacarığı
– Vergi qanunvericiliyi bilmək
– Beynəlxalq mühasibat uçotu standartlarını bilmək

CV-lərinizi foto ilə birlikdə /  elektron ünvana “Baş Mühasib” başlığı altında göndərməyiniz xahiş olunur.

Mənbə: boss.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.