Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma prosesləri sadələşdirilir

posted in: Xəbər | 0

Sosial sığortaPrezident İlham Əliyev mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi haqqında fərman imzalayıb.

Fərman sahibkarlıq subyektlərinin elektrik enerjisi və qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulma prosedurlarının daha da təkmilləşdirilməsi, tələb olunan vaxtın və maliyyə xərclərinin optimallaşdırılması, onlara göstərilən xidmətlərin yüksək səviyyədə, keyfiyyətlə, rahat və sahibkar məmnunluğu əsasında reallaşdırılması üçün Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi daşıyır.

Fərmanda bildirilir ki, sahibkarlığın inkişafı, biznes mühitinin daim yaxşılaşdırılması Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, ötən müddət ərzində sahibkarlıq fəaliyyətinin tənzimlənməsi, sahibkarların hüquqlarının və qanuni mənafelərinin qorunması sahəsində mühüm nailiyyətlər əldə olunmuş və sahibkarlığın inkişafı üçün beynəlxalq təcrübədə təsdiqini tapmış dəstək mexanizmləri formalaşmışdır.

Müəyyən edilib ki, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin (bundan sonra – sahibkarlar) qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması, həmçinin mövcud qoşulmalarda qazın və suyun ümumi buraxılış həcminin, qoşulma nöqtələrinin dəyişdirilməsi aşağıdakı tələblərə əsaslanır.

Tam Mətn:

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sahibkarlığın inkişafı, biznes mühitinin daim yaxşılaşdırılması Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, ötən müddət ərzində sahibkarlıq fəaliyyətinin tənzimlənməsi, sahibkarların hüquqlarının və qanuni mənafelərinin qorunması sahəsində mühüm nailiyyətlər əldə olunmuş və sahibkarlığın inkişafı üçün beynəlxalq təcrübədə təsdiqini tapmış dəstək mexanizmləri formalaşmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, sahibkarlıq subyektlərinin elektrik enerjisi və qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulma prosedurlarının daha da təkmilləşdirilməsi, tələb olunan vaxtın və maliyyə xərclərinin optimallaşdırılması, onlara göstərilən xidmətlərin yüksək səviyyədə, keyfiyyətlə, rahat və sahibkar məmnunluğu əsasında reallaşdırılması üçün Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin (bundan sonra – sahibkarlar) qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması, həmçinin mövcud qoşulmalarda qazın və suyun ümumi buraxılış həcminin, qoşulma nöqtələrinin dəyişdirilməsi aşağıdakı tələblərə əsaslanır:

1.1.1. sahibkarların qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması ilə əlaqədar texniki şərtlərin və layihə sənədlərinin hazırlanması və verilməsi, habelə fiziki qoşulmanın həyata keçirilməsi məqsədilə müraciətlərin qəbulu kiçik və orta biznes evlərində (KOB evlərində) və “ASAN Kommunal” mərkəzlərində (“ASAN Kommunal” mərkəzləri yaradılmayan regionlarda isə “ASAN xidmət” mərkəzlərində) təşkil olunur. Tikintiyə icazə icraatı çərçivəsində şəhərsalmaya və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq, tikinti obyekti üçün texniki şərtlər, sifarişçinin tikintiyə icazə verən orqana (quruma) müraciəti ilə həmin orqanın (qurumun) sorğusu əsasında, bu Fərmanın 1.1.2–1.1.5-ci yarımbəndlərində qeyd olunmuş tələblər nəzərə alınmaqla verilir;

1.1.2. sahibkarların qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması, həmçinin qazın və suyun ümumi buraxılış həcminin və qoşulma nöqtələrinin dəyişdirilməsi üçün texniki şərtlər ödənişsiz verilir;

1.1.3. sahibkarların qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması, həmçinin qazın və suyun ümumi buraxılış həcminin dəyişdirilməsi haqlarının məbləğini Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Bu haqlardan başqa, sifarişçidən şəbəkələrin və sistemlərin gücləndirilməsinə görə ödəniş tələb edilə bilməz;

1.1.4. sahibkarların qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması sifarişçinin müraciət etdiyi tarixdən (xəttin çəkilməsi işlərinə sərf olunan müddət istisna olmaqla) ən geci 20 gün ərzində həyata keçirilir;

1.1.5. təbii inhisarda olan mühəndis-kommunikasiya təminatı xidmətləri göstərən təchizat müəssisələri hər bir şəhər və rayon (şəhər rayonu istisna olmaqla) inzibati ərazi vahidi üzrə elektrik enerjisi, qaz və su təchizatı şəbəkələri və sistemləri, həmin sistemlərdə mövcud qoşulma imkanlarını (sərbəst gücləri) əks etdirən məlumatların müvafiq informasiya sistemlərində yerləşdirilməsini və mütəmadi olaraq yenilənməsi təmin edir;

1.2. sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması qaydaları və onlara dair tələblər Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası” ilə müəyyən edilir.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə birlikdə sahibkarların tikinti obyektlərinin qaz təchizatı şəbəkələrinə qoşulması qaydasının, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə sahibkarların tikinti obyektlərinin su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması qaydasının layihələrini (layihələrdə bu Fərmanın 1-ci hissəsində qeyd olunan tələblər əsasında hər bir sahibkarlıq subyekti üçün verilən qazın və suyun buraxılış həcminin yuxarı hədlərini göstərilməklə) üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. bu Fərmanın 1.1.5-ci bəndində göstərilən məlumatların mühəndis-kommunikasiya təminatı xidmətləri göstərən təchizat müəssisələrinin internet saytlarına yerləşdirilməsi formasını və müddətini müəyyən edən qaydaları üç ay müddətində təsdiq etsin;

2.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti bu Fərmandan irəli gələn zəruri tədbirlərin icrasını təmin etsinlər.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 dekabr 2018-ci il.

Mənbə: president.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.             

Mühasibat uçotunu elektron formada aparan vergi ödəyicilərinə maliyyə sanksiyaları 50%-dən 25%-ə endirilib

posted in: Vergi, Xəbər | 0

vergi yoxlamalarının aparılmasıMühasibat uçotunu elektron formada aparan vergiödəyicilərinə maliyyə sanksiyaları 50 faizdən 25 faizə endirilib.

Mühasibat uçotunu elektron formada aparan vergiö dəyiciləri əlavə stimullaşdırmaq məqsədilə qanunvericilikdə dəyişikliklər edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 25-də Vergilər Nazirliyində keçirilən mətbuat konfransında Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin Vergi qanunvericiliyi idarəsinin direktoru Əvəz Quliyev bildirib.

Onun sözlərinə görə, mühasibat uçotunu elektron qaydada aparan və elektron məlumatları vergi orqanlarına təqdim edən vergiödəyiciləri ilə bağlı vergidən yayınma halları aşkar olunarsa, onlara tətbiq edilən maliyyə sanksiyaları 50 faizdən 25 faizə endirilib. Nəticədə mühasibat uçotunu elektron formada aparan vergiödəyiciləri digərləri ilə müqayisədə üstünlük əldə etmiş olacaqlar.

Ə.Quliyev qanunvericilikdə edilmiş digər bir dəyişikliklə bağlı açıqlama verərək deyib ki, müvafiq maddələrin tələblərini ilk dəfə pozan vergiödəyicisinə maliyyə sanksiyası tətbiq olunmazdan əvvəl, ona rəsmi (yazılı) xəbərdarlıq ediləcək.

1000 manat gəlirə görə, 50 manat vergi ödəniləcək .

“Bu gün bir çox xidməti müqavilə əmək münasibətlərinin pərdələnməsi statusundadır. Bunu da nəzərə alaraq qanunvericiliyə dəyişiklik edilir. Gələn ildən xidməti müqavilə ilə işləyənlər sadələşdirilmiş verginin ödəyicisi ola bilməyəcəklər”.

Bunu Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı mətbuat konfransında Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktoru Natiq Şirinov bildirib.

“Tutaq ki, VÖEN-i olan fiziki şəxs müqavilə əsasında hüquqi şəxsə xidmət göstərir. Həmin fiziki şəxs 2019-cu ildən sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərə bilməyəcəkdir. 2019-cu ilin yanvar ayının 1-dən müqavilə ilə xidmət göstərən sadələşdirilmiş vergi ödəyiciləri gəlir və ya mənfəət vergisi rejiminə keçməli olacaqlar. Gəlir vergisi rejiminə keçdikdə, tutaq ki, VÖEN ilə işləyən fiziki şəxsin ayda 1000 manat gəliri varsa və xərci yoxdursa 200 manat vergi hesablayacaqdır (gəlirinin 20%-i, 1000×20%). Dövlət də hesblanmış verginin 75%-ni güzəşt edir. Yəni, xidməti müqavilə ilə işləyib 1000 manat qazanan ayda 50 manat gəlir vergisi ödəyəcəkdir”,- Natiq Şirinov deyib.

Qeyd edək ki, hazırda sadələşdirilmiş vergi ödəyicisi Bakı şəhərində 1000 manat gəlirə görə 40 manat, regionlarda isə 20 manat vergi ödəyir.

Əgər VÖEN-i olan ödəyici xərclərini gəlirindən çıxarsa daha aşağı vergi ödəyə bilər. Məsələn, 1000 manat aylıq gəliri əldə etmək üçün 300 manat xərc çəkilirsə, bu zaman qalan 700 manatın 20%-i (140 manat) gəlir vergisi olaraq hesablanacaqdır. Qanunla gəlir vergisinin 75%-i mikro sahibkara güzəştə gedildiyindən cəmi 35 manat vergi ödəniləcəkdir (140×75%=105 manat).

Sadə şəkildə qeyd etsək, heç bir xərci olmayan mikro sahibkarlar gəlirinin 5%-i qədər vergi ödəyəcəklər. Xərci olanlar isə, cəmi gəlirlərdən cəmi xərcləri çıxacaq və qalan xalis gəlirinin 5%-ni gəlir vergisi olaraq ödəyəcəklər.

Qeyd edək ki, illik 200 min manat dövriyyəsi olan sahibkarlar mikro-sahibkar qəbul edilir. 75% güzəşt, 200 min manatdan yüksək dövriyyəyə malik olanlara şamil edilmir.

Yeni nəsil kassa aparatlarına keçidlə bağlı – AÇIQLAMA

Ticarət və xidmət obyektlərində yeni nəsil kassa aparatlarının mərhələli şəkildə tətbiqi nəzərdə tutulur.

Bunu Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva bildirib.

Onun sözlərinə görə, onlayn kassa aparaktlarına keçid birdən-birə bütün ölkə ərazisini əhatə etməyəcəkdir:

“Texniki həllər ilə bağlı ayrıca normativ-hüquqi akt olacaq. Kassa aparatı hər vurulan əməliyyatı avtomatik vergi orqanına ötürməlidir. Ola bilsin mövcud kassa aparatlarına kiçik qurğu əlavə edilsin, ola da bilər ki, aparatlar dəyişdirilsin”.

Samirə Musayeva əlavə etdi ki, onlayn kassa aparatlarının tətbiqi üçün Nazirlər Kabineti tərəfindən Vergilər Nazirliyinə maliyyə ayrılıb:

“Hökumət bu növ qurğuların alınması və quraşdırılması üçün ilkin vəsait ayırmışdır. Lakin sahibkarın onlayn kassa aparatının tətbiqinə görə necə ödəniş edəcəyi qanunvericilik ilə tənzimlənəcəkdir”.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

GunayBank ASC vakansiya elan edir

posted in: bank, Xəbər | 0
Mühasib köməkçisi tələb olunur

Vakansiya:Risk metodologiyasi şöbəsi rəisi

İşəgötürən: GunayBank ASC

Şəhər: Bakı

Yaş: 25 – 40 yaş

Cins: Fərqi yoxdur

İş təcrübəsi: 3 ildən 5 ilə qədər

Təhsil: Ali

Əlaqədar şəxs: Cəmilə Məmmədova

Telefon: (012) 565-39-81

E-mail: /

Əmək haqqı: 1200 – 1500 AZN


İş barədə məlumat

– Bankın fəaliyyət istiqamətləri üzrə risklərini müəyyən etmək və qiymətləndirilməsi metodlarını hazırlamaq,
Əməliyyat risklərinin idarə edilməsi prosesində risk indikatorlarına dair məlumatların toplanması, təhlillərin həyata keçirilməsi və lazımi hesabatların tərtib olunması üzrə təkliflər verməklə hesabtlığın aparılması
– Əməliyyat risklərinin xəritəsini hazırlamaq, əməliyyat sahələrinə xarakterik ehtimal riskləri dəyərləndirmək və idarəedilməsi, minimallaşdırılması istiqamətində təkliflər vermək
– Bankın struktur bölmələrində əməliyyat risklərinin idarə edilməsi işinin təlimatlara, normativlərə, qaydalara, risk siyasətinə uyğun aparılmasına nəzarət etmək
– Yaradılan yeni məhsul və xidmətlər üzrə potensial əməliyyat risklərinin müəyyən edilməsi və təkliflərin verilməsi;
– Bankın filial və baş ofis struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədi ilə monitorinqlərin aparılması və nəticələr əsasında təkliflərin verilməsi
Bankın struktur bölmələrindən insidentlər barədə məlumatların toplanması və səbəblərinin araşdırılması
– Audit yoxlaması nəticəsində aşkar edilmiş neqativ halların qarşısının alınması istiqamətində təkliflər vermək 
– Bankda risk mədəniyyətinin yüksəldilməsi istiqamətində aktiv iştirak;
– İş saatı – 1-5 ci günlər Saat 09:00-dan 17:-00-a dək
– Şənbə günləri 10:00-dan 13:00-a dək

Namizədə tələblər

– Ali İqtisadi təhsil 
– Bankda risk və ya audit sahəsində 3 il və daha çox iş təcrübəsi
– Yüksək analitik düşüncə, maliyyə hesabatlarını təhlil etmə bacarığı, problem həll etmə qabiliyyəti;
– Makro səviyyədə iqtisadi təhlil apara bilmə bacarığı
– Azərbaycan, Rus və İngilis dillərində danışma və oxuma bacarığı
– Yüksək səviyyədə MS Excel, yaxşı dərəcədə SQL bilikləri və digər MS Office proqramlarından istifadə bacarığı

Mənbə: kadr.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergilər Nazirliyi: Bir dəfə möhlət verəcəyik

posted in: Vergi, Xəbər | 0
Vergilər Nazirliyi

01 Yanvar 2019-cu il tarixindən etibarən vergi qanunvericiliyinə edilmiş dəyişikliyi ilk dəfə pozduqda vergi ödəyicisinə qarşı maliyyə sanksiyası və ya cərimə tətbiq edilməyəcəkdir.

Bunu Vergilər Nazirliyinin Vergi qanunvericiliyi idarəsinin rəhbəri Əvəz Quliyev bildirib.

O qeyd edib ki, əgər vergi ödəyicisi qanunvericiliyə təkrar pozarsa maliyyə sanksiyaları ilə qarşılaşacaqdır.

Nazir müavini: “Vergi Məcəlləsindəki dəyişikliklər sahibkarların xeyrindədir”.

“Vergi Məcəlləsində dəyişikliklərlə bağlı ilk təklifləri apreldə Nazirlər Kabinetinə göndərmişdik”.

Bunu mətbuat konfransında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib. O bildirib ki, Vergi Məcəlləsindəki dəyişikliklərin hamısı sahibkarların xeyrindədir:

“Bəziləri düşünür ki, bu birdən-birə bizim ağlımıza gəldi. Amma bu heç də belə deyil. Biz ekspertlərin və digər tərəflərin fikirlərini öyrənib təklifi hökumətə göndərdik. Onların da mövqeyini öyrənib qanun layihəsini Milli Məclisə göndərdik. İlk dəfə idi ki, parlamentdə Vergi Məcəlləsi 3 oxunuşdan keçdi. Deputatların fikirlərini də dinləyib, Məcəllədə bəzi dəyişikliklər də etdik. Məcəllədə bütün dəyişikliklər sahibkarların xeyrindədir”.

Nazir müavini qeyd edib ki, yeni məcəllə ilə bağlı xüsusi kitabça nəşr olunur: “Artıq kitabça çapa gedib və ümid edirəm ki, həftə sonuna hazır olacaq. Bu kitabçalar bizim xidmət mərkəzlərimizə paylanacaq”.