Qonaqlar üçün çəkilən xərclər gəlirdən çıxılırmı?

posted in: Vergi, Xəbər | 0

Qonaqlar üçün çəkilən xərclər gəlirdən çıxılırmı?

Sual: Müəssisə digər əməkdaşlıq etdiyi şirkətin əməkdaşını qonaq dəvət edir və otel xərclərini ödəyir. Bu xərci gəlirdən çıxılan xərclərə aid edə bilərmi?

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Bax: Nəhayət ki, Yeni Vergi məcəlləsi təsdiqləndi

Sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakteri daşıyan vergi ödəyicisinin bu cür fəaliyyət çərçivəsində çəkilən olaraq əyləncə və sosial xərcləri istisna olmaqla əyləncə və yemək xərclərinin (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla), habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmir.

Qeyd edilənlərə əsasən digər şirkətin əməkdaşları üçün ödənilmiş mehmanxana xərclərinin gəlirdən çıxılmasına yol verilmir.

Bax: Vergi Məcəlləsinin 108-ci, 109.3-cü və 190.4-cü maddələri.

Mənbə: taxes.gov.az

Bax: Əməliyyatların təsiri nəticəsində balansda olan dəyişikliklər

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

İnzibati Xətalar Məcəlləsinin 450-ci maddəsi ləğv edilib

posted in: Xəbər | 0

İnzibati XətalarAzərbaycan Respublikası Prezidenti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib, təsdiqə əsasən Məcəllənin 450-ci (Aksiz markası ilə markalanmalı olan məhsulların belə marka olmadan satılması, satış məqsədi ilə saxlanması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması, belə məhsulların  nağd qaydada alqı-satqısı) maddəsi ləğv olunub.

Bu maddəyə əsasən, aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan az miqdarda satılmasına, satış məqsədi ilə saxlanmasına və ya istehsal binasının hüdudlarından kənara çıxarılmasına görə aksiz markası olmayan məhsullar (mallar) müsadirə edilməklə, fiziki şəxslər 150 manatdan 250 manatadək məbləğdə, vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə cərimə edilirdi:

Bax: Nəhayət ki, Yeni Vergi məcəlləsi təsdiqləndi

Maddə 450. Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan satılması, satış məqsədi ilə saxlanması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması, belə məhsulların (malların) nağd qaydada alqı-satqısı

450.1. Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan az miqdarda satılmasına, satış məqsədi ilə saxlanmasına və ya istehsal binasının hüdudlarından kənara çıxarılmasına görə –

aksiz markası olmayan məhsullar (mallar) müsadirə edilməklə, fiziki şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

450.2. Pərakəndə satış istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan məhsulların (malların) nağd qaydada az miqdarda satılması, belə məhsulların (malların) satış məqsədləri üçün nağd qaydada az miqdarda alınması –

yüz manat məbləğində cərimə edilir.

Bax: Vergilər Nazirliyinin səlahiyyətləri artırıldı

Qeyd: Bu Məcəllənin 450.1-ci maddəsində “az miqdarda” dedikdə beş yüz manatadək, 450.2-ci maddəsində isə “az miqdarda” dedikdə əlli manatadək olan məbləğ başa düşülür.

Aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan satılmasına, satış məqsədilə saxlanılmasına, istehsal binasının hüdudlarından kənara çıxarılmasına, belə məhsulların nağd qaydada alqı-satqısına görə inzibati cərimələri müəyyən edən müddəaların İnzibati Xətalar Məcəlləsindən çıxarılmasını və maliyyə sanksiyasının tətbiqini nəzərdə tutan müddəa Vergi Məcəlləsinə əlavə edilib.

Qanuna dəyişikliyin tam mətni aşağıdakı kimidir:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2, I kitab, maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddə 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1168, № 7 (I kitab), maddələr 1435, 1437, 1438; Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1248-VQD, 1251-VQD, 1254-VQD, 30 oktyabr tarixli 1301-VQD, 1307-VQD, 1317-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 43.1-ci maddədən “450.1,” rəqəmləri çıxarılsın;

1.2. 450-ci maddə ləğv edilsin.

Maddə 2. Bu Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 noyabr 2018-ci il.

Mənbə: president.az

Bax: Sənədsiz mal qalığına görə cərimədən azad olunurlar – 6%-lik Sadələşdirilmiş Vergi ödəyicilərinə böyük güzəşt!

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vergilər Nazirliyinin səlahiyyətləri artırıldı

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyinin səlahiyyətləriVergi Məcəlləsinə dəyişikliklərin təsdiqlənməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”də və 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Vergilər Nazirliyinin səlahiyyətləri artırılır belə ki, dəyişikliyə görə, Maliyyə Nazirliyinin səlahiyyətində olan iki bənd Vergilər Nazirliyinin səlahiyyətinə verilib və bundan başqa daha bir səlahiyyət də Vergilər Nazirliyinə verilib:

11.23-2. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, aksiz markalarının hazırlanmasını, onların satışını və uçotunu təşkil etmək, habelə istehsalçıların və idxalçıların aksiz markaları ilə təchiz olunmasını təmin etmək;

11.23-3. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, məcburi nişanlamanın hazırlanmasını, onların vergiödəyicilərinə verilməsini və uçotunu təşkil etmək, habelə istehsalçıların və idxalçıların məcburi nişanlama ilə təchiz olunmasını təmin etmək;

11.23-4. Azərbaycan Respublikasının “Dini etiqad azadlığı haqqında” və “Dərman vasitələri haqqında” qanunlarına uyğun olaraq nəzarət markalarının hazırlanmasını təmin etmək;”.

Bax: Sənədsiz mal qalığına görə cərimədən azad olunurlar – 6%-lik Sadələşdirilmiş Vergi ödəyicilərinə böyük güzəşt!

Fərmanın tam mətnini sizə təqdim edirik:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 3, maddə 162; 2005, № 9, maddə 797; 2006, № 5, maddə 400; 2007, № 4, maddə 323, № 12, maddə 1246; 2008, № 11, maddə 972; 2009, № 10, maddə 780, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2013, № 2, maddə 111, № 7, maddə 806; 2016, № 6, maddə 1038; 2017, № 2, maddə 183, № 5, maddə 842, № 10, maddə 1783) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 11.23-2 – 11.23-4-cü bəndlər əlavə edilsin:

11.23-2. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, aksiz markalarının hazırlanmasını, onların satışını və uçotunu təşkil etmək, habelə istehsalçıların və idxalçıların aksiz markaları ilə təchiz olunmasını təmin etmək;

11.23-3. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, məcburi nişanlamanın hazırlanmasını, onların vergiödəyicilərinə verilməsini və uçotunu təşkil etmək, habelə istehsalçıların və idxalçıların məcburi nişanlama ilə təchiz olunmasını təmin etmək;

11.23-4. Azərbaycan Respublikasının “Dini etiqad azadlığı haqqında” və “Dərman vasitələri haqqında” qanunlarına uyğun olaraq nəzarət markalarının hazırlanmasını təmin etmək;”.

Bax: Nəhayət ki, Yeni Vergi məcəlləsi təsdiqləndi

2. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 61, № 7, maddə 533, № 10, maddə 780, № 12, maddə 983; 2010, № 2, maddələr 77, 80; 2011, № 2, maddə 85; 2015, № 2, maddə 108, № 9, maddə 988; 2016, № 9, maddə 1479; 2017, № 5, maddə 771, № 6, maddə 1081; 2018, № 1, maddə 47, № 3, maddə 450, № 5, maddə 912; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 399 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.19-cu və 8.19-1-ci bəndləri ləğv edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Bax: 2019-cu ilin qeyri-iş günləri açıqlandı

4. Aksiz markalarının hazırlanmasını, satışını və uçotunun aparılmasını Azərbaycan Respublikası Vergilər Nazirliyinin təşkil etməsinə dair tənzimləmə qüvvəyə minənədək həmin vəzifələrin həyata keçirilməsi bu Fərman qüvvəyə mindiyi günədək mövcud olan normativ hüquqi aktların tələblərinə uyğun olaraq həyata keçirilsin.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 dekabr 2018-ci il.

Mənbə: president.az


Sənədsiz mal qalığına görə cərimədən azad olunurlar – 6%-lik Sadələşdirilmiş Vergi ödəyicilərinə böyük güzəşt!

posted in: Vergi, Xəbər | 1

Sadələşdirilmiş VergiSənədsiz mal qalığına görə cərimədən azad olunurlar – 6 % lik Sadələşdirilmiş Vergi ödəyicilərinə böyük güzəşt.

Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun keçid müddəaları adlı 2-ci maddəsində 6%-lik Sadələşdirilmiş Vergi ödəyiciləri üçün bəzi güzəştlər nəzərdə tutulmuşdur.

Belə ki, 2019-cu il yanvarın 1-dək ticarət fəaliyyəti ilə məşğul olan və 6 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə edən vergi ödəyiciləri həmin tarixdən 15 (on beş) gün müddətində sahibliklərində qalan mallar barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada məlumatı qeydiyyatda olduqları vergi orqanına təqdim edərlərsə təqdim edilən məlumatlar malların uçota alınmasını təsdiq edən ilkin uçot sənədi hesab edilir və həmin mallara münasibətdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci və 58.8.3-cü maddələrinin müddəaları tətbiq edilmir yəni ki, sənədsiz mal qalığına görə cərimə hesablanmır. Mənfi cəhət isə odur ki, bu məlumatların sonradan dəqiqləşdirilməsinə (3 gün sonra düzəliş istisna olmaqla) edilməsinə icazə verilmir.

Bax: Nəhayət ki, Yeni Vergi məcəlləsi təsdiqləndi

Bundan başqa məlumat təqdim etmiş vergi ödəyiciləri tərəfindən sahibliklərində qalan malların təqdim edilməsi zamanı ƏDV 2019-cu il aprelin 1-dək həmin malların alış qiyməti ilə satış qiyməti arasındakı fərqdən hesablanır. Məsələn 3 ayliq müddət ərzində əgər vergi ödəyicisi ilin əvvəlinə balansında olan 1000 manat dəyərində olan malı 1500 manata satarsa o halda ƏDV məbləği 270 manat deyil, 90 manat hesablanacaqdır.

Bu məsələ ilə bağlı, keçid müddəaları maddəsini tam sizə təqdim edirik:

2.6. 2019-cu il yanvarın 1-dək ticarət fəaliyyəti ilə məşğul olan və 6 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə edən vergi ödəyiciləri həmin tarixdən 15 (on beş) gün müddətində sahibliklərində qalan mallar barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada məlumatı qeydiyyatda olduqları vergi orqanına təqdim edir. Həmin məlumatlar hər bir vergi ödəyicisi tərəfindən bir dəfə təqdim edilir və təqdim edildiyi tarixdən 3 (üç) iş günü müddətində düzəlişlərin edilməsi istisna olmaqla, həmin məlumatların dəqiqləşdirilməsinə yol verilmir.

Bax: Əməliyyatların təsiri nəticəsində balansda olan dəyişikliklər

2.7. Bu Qanunun 2.6-cı maddəsinə uyğun olaraq təqdim edilən məlumatlar malların uçota alınmasını təsdiq edən ilkin uçot sənədi hesab edilir və həmin mallara münasibətdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci və 58.8.3-cü maddələrinin müddəaları tətbiq edilmir.

2.8. Bu Qanunun 2.6-cı maddəsinə uyğun olaraq məlumat təqdim etmiş vergi ödəyiciləri tərəfindən sahibliklərində qalan malların təqdim edilməsi zamanı ƏDV 2019-cu il aprelin 1-dək həmin malların alış qiyməti ilə satış qiyməti arasındakı fərqdən hesablanır.

2.9. Vergi orqanı bu Qanunun 2.6-cı maddəsinə uyğun olaraq təqdim edilmiş məlumatların həqiqiliyinin yoxlanılması məqsədilə vergi ödəyicisi tərəfindən bəyan olunmuş malların saxlandığı obyektlərə vergi orqanının qərarına əsasən baxış keçirə bilər. Baxış vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə həyata keçirilir. Baxışın nəticələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada aktla rəsmiləşdirilir.

Ramin Ramazanov/ Muhasibat.Az MMC-nin Direktoru

Bax: 2019-cu ilin qeyri-iş günləri açıqlandı

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.