Azərbaycanda 25 yerli, 1 xarici şirkət ləğv edildi

posted in: Vergi, Xəbər | 0

ləğvAzərbaycanda 24 yerli, 1 xarici şirkət ləğv edildi


  • “FH GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 2003931861) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Babək prospekti, ev 64, mənzil 94 ünvanına bildirə bilərlər.
  • “BAŞAK-İNAM SIĞORTA ŞİRKƏTİ” ASC (VÖEN: 1300045461) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid 79 ünvanına bildirə bilərlər.
  • “TACŞAH” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1401937351) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nəsimi rayonu, ak. Mirəli Qaşqay ev 16, m.7A ünvanına bildirə bilərlər.
  • “ARAN-LTD” MMC (VÖEN: 1301338031) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 3153-cü məhəllə, mənzil 194 ünvanına bildirə bilərlər.
Bax: Paypointlə ödənən xərclərimiz gəlirdən çıxılır?
  • “ÜLVİ” kiçik müəssisəsi (VÖEN: 1300534031) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, F.Ağayev küç. ünvanına bildirə bilərlər.
  • SƏBA YARADICI İSTEHSAL MÜƏSSİSƏSİ (VÖEN: 1400432441) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, ev 87, mənzil 57 ünvanına bildirə bilərlər.
  • “İDXAL” MMC (VÖEN: 1300603681) “CARŞIOĞLU GROUP” MMC-yə (VÖEN: 4200079301) qoşulması ilə əlaqədar “İDXAL” MMC ləğv olunduğu“CARÇIOĞLU GROUP” MMX yenidən təşkil olunduğunu elan edir.
  • “SHARK CONSTRUCTİON” MMC (VÖEN: 1504348491) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 5, m.74 ünvanına bildirə bilərlər.
  • “GE OİL ƏND GAS LİMİTED” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi (VÖEN: 9900073531) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Nizami, ev 90 “A” ünvanına bildirə bilərlər.
  • “SİLVER PLUS” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1504240381) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev31, mənzil 5 ünvanına bildirə bilərlər.
  • “BAKER TİLLY AUDİT AZƏRBAYCAN” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1300755991) təşkilati-hüquqi formasını dəyişərək “BAKER TİLLY AUDİT AZƏRBAYCAN” Qapalı Səhmdar Cəmiyyətə çevrildiyini elan edir.
  • “SİLVER 555” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:1504222211) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev31, mənzil 5 ünvanına bildirə bilərlər.
Bax: Mənfəət vergisi bəyannaməsinin 229-cu və 221.4-cü sətirlərində olan xərclər hansı hallarda ayrıca və ya birlikdə yazılmalıdır?
  • “PHASE LOGİSTİCS” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1404010191) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə, ev71 ünvanına bildirə bilərlər.
  • “ACRONYM” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:1404444671) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Qasımzadə küçəsi, ev 72, mənzil 59 ünvanına bildirə bilərlər.
  • “YUSİFOĞLU-GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1502040181) ) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə, ev 1, mənzil 47 ünvanına bildirə bilərlər.
  • “TRUSTSOL” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:1701617871) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Binəqədi rayonu, Dəmiryol, ev 7, mənzil 11 ünvanına bildirə bilərlər.
  • “SU-3” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:1404444671) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Səlyan şəhəri, Bakı-Astara yolu, ev, Eqaz yanı ünvanına bildirə bilərlər.
  • “RİNAT-2015” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:2905224491) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Sumqayıt  şəhəri, Yaşıldərə  y/m, 3-cü məhəllə, ev 22 ünvanına bildirə bilərlər.
  • “RİTOPOT” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:1504246891) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 8B ünvanına bildirə bilərlər.
  • “DABDEL” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:1504246631) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 8B ünvanına bildirə bilərlər.
  • “KARACAN” MMC (VÖEN: 1504247011) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 8B ünvanına bildirə bilərlər.
  • “FERDİLLA” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:1504246911) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 8B ünvanına bildirə bilərlər.
  • “RENADEL” MMC (VÖEN:1504246761) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 8B ünvanına bildirə bilərlər.
  • “K.A.-TECH SPECİALİZATİON COURSES” MMC (VÖEN: 1404432591) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin, ev 36, mənzil 0, ünvanına bildirə bilərlər.
  • “LUİS BERGER SAS AZƏRBAYCAN” MMC-nin (VÖEN: 1401266561) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti15, Azure Business Centre, mərtəbə 15, ofis 98 ünvanına bildirə bilərlər.
  • “SVVEET CHİLD” KÖRPƏLƏR VƏ UŞAQ HAZIRLIQ MƏRKƏZİ MMC (VÖEN: 1305585631) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Alatava 2, ev 18/1 Ş ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mənfəət vergisi bəyannaməsinin 229-cu və 221.4-cü sətirlərində olan xərclər hansı hallarda ayrıca və ya birlikdə yazılmalıdır?

posted in: Vergi, Xəbər | 1

MənfəətSual: Mənfəət vergisi bəyannaməsinin 229-cu və 221.4-cu sətirləri barədə. Bildiyimiz kimi, malların alışı, daşınması ilə bağlı çəkilən xərclər malın maya dəyərinə əlavə edilir və bu dəyər Mənfəət vergisi bəyannaməsinin 221.4 sətrində öz əksini tapmalıdır. Bəs onda 229 sətirdə hansı məlumatlar qeyd olunmalıdır? Bu sətrə qeyd olunarsa bu zaman xərc kimi nəzərə alınır. Eyni zamanda maya dəyəri də gəlirdən çıxılması üst-üstə düşür?

Bax: Təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi necə nəzərə alınır?

Cavab: Bildiririk ki, malların alqı-satqısı barədə bağlanmış müqavilədə malların daşınmasına çəkilən xərclər malın maya dəyərinə aid edilərək birlikdə göstərildikdə “Mənfəət vergisinin bəyannaməsi”nin 221.4-cü (Malın dəyəri) sətrində, daşınma xərcləri malların dəyərinə aid edilməyərək ayrıca göstərildikdə isə həmin bəyannamənin 229-cu (Nəqliyyat xərcləri) sətrində əks etdirilməlidir.

Bax: Vergilər nazirinin 13.01.2017-ci il tarixli Əmri ilə təsdiq edilmiş “ Mənfəət vergisinin bəyannaməsinin tərtib edilməsi Qaydası”.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Paypointlə ödənən xərclərimiz gəlirdən çıxılır?

posted in: Vergi, Xəbər | 0

Paypoint ilə ödənən xərclərimiz gəlirdən çıxılır?

Sual: Telefon danışığına görə mən Azərcellə pul ödəyirəm (Paypoint vasitəsilə). Bu halda mən Paypoint-in çekinə görə həmin məbləği xərcə sala bilərəm?
Bax: Təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi necə nəzərə alınır?

Cavab: Xidmət haqlarının poçt və ya bank vasitəsilə, ödəniş terminalları və pos-terminal vasitəsilə ödənilməsi zamanı əldə olunan qəbzlər vergi ödəyicisinin çəkilən xərclərini təsdiq edən sənəd hesab edilir.

Vergi Məcəlləsinin 109.8-ci maddəsinin müddəaları yalnız malların alışına münasibətdə tətbiq edilir və həmin maddədə nəzərdə tutulan qəbzlərə Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi hesabat blankları olan mədaxil qəbzləri də aid edilir.  Sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən malların alınması ilə bağlı çəkilən xərcləri təsdiq edən sənədlər Vergi Məcəlləsində nəzərdə tutulan qaydada həmin malları təqdim edən şəxslər tərəfindən malların alıcılarına verilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura hesab edilir.

Bax: Mənfəət vergisi bəyannaməsinin 229-cu və 221.4-cü sətirlərində olan xərclər hansı hallarda ayrıca və ya birlikdə yazılmalıdır?

Bunlarla yanaşı vergi ödəyiciləri tərəfindən digər vergi ödəyicisinin göstərdiyi xidmətlərə görə ödənilən xidmət haqları yalnız bank hesabından köçürmə yolu ilə nağdsız qaydada həyata keçirilməlidir.

Bax: Vergi Məcəlləsinin 109.8-ci maddəsi və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1.1-ci və 3.2-ci maddələri ilə tənzimlənir.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vergi güzəşti tətbiq ediləcək sahibkarların kriteriyası müəyyən edildi

posted in: Vergi, Xəbər | 0

VergiBir sıra ekspertlər mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin meyarlarının müəyyən olunmadığı barədə məlumatlar yayırlar. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Tənzimləmə və təşviq departamenti müdirinin müavini İlqar Əsgərov bildirib ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdə KOB-a bir sıra güzəştlər verilib. O qeyd edib ki, həmin dəyişikliklərə əsasən, kiçik sahibkarlıq subyektlərinin balansında olan əsas vəsaitlər üzrə sürətli amortizasiyanın tətbiqi, kiçik sahibkarlıq subyektinin təsisçisinin divident gəlirlərinin vergidən azad olunması bu sahəyə dövlət dəstəyinin təzahürüdür. Kiçik və orta sahibkarlıqla məşğul olan biznes subyektləri sənaye klasterləri yaratdığı və klaster şirkətlərinin reyestrinə daxil edildiyi təqdirdə 7 il müddətinə ƏDV-dən, innovasiya fəaliyyəti üzrə startaplar 3 il müddətinə gəlir və mənfəət vergisindən azad olunub.

Bax: Bu sahədə çalışan 500 mindən çox vətəndaş 7 il əmək­haqqıdan gəlir vergisi ödəməyəcək

Qeyd edilib ki, KOB subyektləri dövlətin verdiyi güzəşt və imtiyazlardan faydalanaraq öz fəaliyyətlərini şəffaf qurmalı, hesabatlarını və uçot sistemlərini düzgün əks etdirməlidirlər. Bu, həmin sahədə kölgə iqtisadiyyatının təzahürlərinin aradan qaldırılması üçün vacibdir. Nazirlər Kabinetinin  təsdiq etdiyi “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”  sahibkarlıq subyektlərinin hər birinin konkret öhdəliklərini müəyyənləşdirir. Qərara əsasən, işçi sayı 1-dən 10-a, illik gəlirləri 200 min manatadək olanlar mikro, işçi sayı 11-dən 50-dək, illik gəlirləri 200 min manatdan 3 milyon manatadək olanlar kiçik sahibkarlıq, işçi sayı 51-dən 200-dək, illik gəlirləri 3 milyondan 30 milyon manatadək olanlar orta sahibkarlıq, işçi sayı 251-dən yuxarı, illik gəlirləri 30 milyon manatdan yuxarı olanlar isə iri subyektlər hesab olunur.

Mikro, kiçik, orta və iri sahibkar meyarlarının meyarlarının layihə formasını təqdim edir. 

Vergi Məcəlləsinə gözlənilən dəyişikliklərlə bağlı bir çox normativ sənədlərin qəbulu nəzərdə tutulur. Onlardan ən vacibi vergi ödəyicilərinin böyük maraqla gözlədiyi sahibkarlıq subyektlərinin meyarları ilə bağlıdır. Artıq növbəti ildən sahibkarlıq subyektlərinin 4 kateqoriya üzrə təsnifatı gözlənilir ki, bu da beynəlxalq təcrübəyə uyğundur. mks.az saytı sahibkarlıq subyektlərinin meyarları ilə bağlı hazırlanmış qərar layihəsini əldə edib.
Bax: Bu şəxslər daha e-qaimə verməyəcək

Qərar layihəsinin əsas hissəsini təqdim edirik:

Mikro, kiçik, orta və iri sahibkar meyarları (layihə) 

 
Sahibkarlıq subyektlərinin ölçüsünə görə kateqoriyası İşçilərinin orta siyahı sayı İllik gəliri
Mikro sahibkar 1 nəfərdən 10 nəfərədək 200 min manatadək
Kiçik sahibkar 11 nəfərdən 50 nəfərədək 200 min manatdan 3 milyon manatadək
Orta sahibkar 51 nəfərdən 250 nəfərədək 3 milyon manatdan 30 milyon manatadək
İri sahibkar 251 nəfər və daha yuxarı 30 milyon manat və daha yuxarı

Qeyd edək ki, hər bir sahibkarlıq subyekti üçün hər iki şərt (işçi sayı və gəlir) mütləq təmin olunmalıdır.

Mənbə: banker.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.