Bu şəxslər daha e-qaimə verməyəcək

posted in: Xəbər | 0
e-qaiməElektron qaimə-faktura verməli olan şəxslərin əhatəsi dəqiqləşdirilib.

2017-ci il aprelin 1-dən əlavə dəyər vergisinin, eləcə də 6 faiz və 8 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyiciləri, 2018-ci il yanvarın 1-dən isə bütün vergi ödəyiciləri təqdim etdikləri mallara (işlərə, xidmətlərə) görə alıcılara elektron qaydada qaimə-faktura təqdim edirlər. Elektron qaimə-fakturanın tətbiqindən ötən dövr ərzində aparılan təhlillər göstərir ki, bəzi dövlət təşkilatları, yerli özünüidarəetmə orqanları və bankların göstərdikləri iş və xidmətlərə görə təqdim etməli olduqları e-qaimə-fakturaların verilməsi onların iş yükünü çətinləşdirir. Həmin təşkilatlarda aparılan sənədləşmə işlərinin həcmi və miqyası həddindən artıq böyük olduğundan sənədləşmədə müəyyən problemlər yaranır, inzibati yük artır. Bundan əlavə, banklar tərəfindən təqdim olunan maliyyə xidmətlərinin gündəlik sayının həddən çox olması elektron qaimə-fakturaların tərtib edilməsini praktiki cəhətdən çətinləşdirir. Bankların müştərilərə göstərdiyi xidmətlər zamanı aparılan əməliyyatlar zamanı gündəlik əsasda çıxarış verildiyi nəzərə alındıqda isə həmin maliyyə xidmətlərinə görə elektron qaimə-fakturaların verilməsinə ehtiyac yaranmır.

Bax: Bu sahədə çalışan 500 mindən çox vətəndaş 7 il əmək­haqqıdan gəlir vergisi ödəməyəcək

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktor müavini Şamil Ərəbovun sözlərinə görə, bu səbəbdən elektron qaimə-fakturaların praktikada tətbiqi zamanı vergi inzibatçılığının yüngülləşdirilməsi baxımından bəzi kateqoriya şəxslərin elektron qaimə-faktura verməli olan şəxslərin siyahısından istisna edilməsi zərurəti yaranıb. Bu məqsədlə Vergi Məcəlləsinə (16.1.11-6.1-ci – 16.1.11-6.3-cü maddələr) elektron qaimə-faktura ilə bağlı bəzi dəyişikliklər edilib. Dəyişikliyə əsasən, vergi ödəyicisinin fəaliyyət xüsusiyyətlərini, əməliyyatların həcmini və dövriyyənin nağdsız formalaşmasını nəzərə alaraq 2019-cu il yanvarın 1-dən aşağıdakı təşkilatların alıcılara elektron qaimə-faktura təqdim etmək öhdəliyi aradan qalxacaq:

  • bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi;
  • dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi;
  • notariuslar tərəfindən (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsi.

Həmin şəxslər tərəfindən göstərdikləri iş və xidmətlərə görə alıcılara qəbz və digər ciddi hesabat blankları təqdim edilir.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Bu sahədə çalışan 500 mindən çox vətəndaş 7 il əmək­haqqıdan gəlir vergisi ödəməyəcək

posted in: Vergi, Xəbər | 0

əmək­haqqıdan gəlir vergisiVergilər nazirinin müavini Sahib Ələkbərov 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı ATV-də yayımlanan «İqtisadi zona» proqramının suallarını cavablandırıb

Sahib Ələkbərov bir mühüm məsələni – əməkhaqqıdan tutulan gəlir vergisi ilə bağlı islahatların mahiyyətini şərh edib. Edilən dəyişikliyin sahibkarlar və vətəndaşlar üçün çoxlu faydalar verəcəyini vurğulayan nazir müavini bildirib ki, bu mövzunun daha çox müzakirə olunması təbiidir, çünki hamının maraqları ilə səsləşir: «Vergi Məcəlləsinə edilən dəyişikliklərlə ilk dəfə olaraq vergidən azad olunan əməkhaqqının məbləği 8.000 manata qədər artırılıb. Dövlət və neft-qaz sektorunda çalışanlar istisna olmaqla, yalnız qeyri-dövlət sektorunda çalışan 500 mindən çox adam bu vergi güzəştlərindən faydalana biləcək və yeddi il onlar əmək­haqqıdan gəlir vergisi ödəməyəcəklər. 2019-cu ilin büdcəsində gəlir vergisi üzrə daxilolmaların 316 milyon manat azaldılması nəzərdə tutulub. Bütövlükdə planlı şəkildə dövlət büdcəsinə vergi daxilolmalarında azalma təxminən 400 milyon manata yaxındır. Bu isə o deməkdir ki, həmin vəsaitlər sahibkarların və vətəndaşların sərəncamında qalacaq…

Bax: Təsisçinin hüquqi şəxslə bağlı xərcləri gəlirdən çıxıla bilər?

Bu güzəştin yalnız qeyri-neft-qaz, özəl sektora aid olmasını, mediada bəzən məsələnin mahiyyətinə varmadan, diskriminasiya kimi dəyərləndirənlər də olur. Məsələni belə qoyurlar ki, bu dəyişiklik niyə neft-qaz sahəsində və ya dövlət qulluğunda çalışanlara şamil olunmur? Əslində, məsələyə bu cür yanaşmaq düzgün deyil. Əgər bu dəyişiklik hamıya şamil edilsəydi, onun adı güzəşt deyil, sadəcə, vergi dərəcəsinin azaldılması olardı. Amma bu, güzəştdir, güzəşt isə yalnız müəyyən müddətə və müəyyən sahələrə tətbiq edilir və bu, bütün dünyada belədir. Güzəştin məqsədi odur ki, tətbiq olunduğu problemli sahələrdə müsbət dəyişikliklər üçün şərait yaratsın. Digər tərəfdən, hər bir güzəştin müəyyən maliyyə tutumu var və bu gün büdcəmiz belə bir maliyyə imkanına malik deyil ki, bu dəyişikliklər hamıya şamil edilsin.

Bizim əmək bazarında çox ciddi problemlər var, əmək qabiliyyətli əhalinin sayı təxminən 4,5 milyon nəfərdir və bunun 1,5 milyon nəfəri muzdlu işlə məşğuldur. Bəs yerdə qalanlar? Əlbəttə, onların da böyük bir qismi işləyir və müəyyən məbləğdə gəlir əldə edir. Lakin onlar əmək bazarında rəsmi qeydiyyatda olmayan işçi kimi iştirak edirlər. Təbii ki, belə hallar iqtisadiyyatda ciddi problemlər yaradır».

Bax: Təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi necə nəzərə alınır?

Sahib Ələkbərov problemin sağlam rəqabət mühitinə mənfi təsir göstərdiyini vurğulayıb: «Təsəvvür edin ki, bir sahibkar fəaliyyətini normal qaydada qurur, şəffaf şəkildə işləyir və qanunun tələblərinə tam əməl edir. Digər sahibkar isə qanuna əməl etmir, işə götürdüyü şəxslərlə əmək müqaviləsi bağlamamaqla həm onların gələcəkdə pensiya təminatı və digər məsələlərlə bağlı hüquqlarını pozur, həm də vergidən yayınır və başqa sahibkarlara nisbətən müəyyən üstünlüklər əldə etmiş olur. Belə bir şəraitdə sağlam rəqabətdən söhbət gedə bilərmi? Ona görə də bu gün dövlət vergi orqanı qarşısında vəzifə qoyur ki, qanunun tələblərinə əməl edən və şəffaf işləyən sahibkarın yanında olsun, ona kömək etsin. Şəffaf fəaliyyət göstərmək istəməyənlər və vergidən yayınanlar isə gec-tez öz qarşısında vergi müfəttişini görməlidir! Məcəlləyə dəyişikliklərdə qanunsuz fəaliyyətlərin qarşısını almaq üçün inzibati cəza mexanizmləri və sanksiyalar da sərtləşdirilib. Lakin bu sanksiyaların qanunlara əməl edən sahibkarlara heç bir aidiyyəti yoxdur və intizamlı vergi ödəyicisi bundan narahat olmamalıdır. Dövlətin qoyduğu qanunları pozan, qanunsuz yollarla öz həmkarlarını çətin vəziyyətə salmağa çalışan hər kəs isə qanunun gücünü öz üzərində hiss etməlidir.

Bax: İşçilərə verilən kirayə xərcləri gəlirdən çıxılırmı?

Onu da xüsusi olaraq vurğulamaq lazımdır ki, Məcəlləyə belə bir maddə də əlavə olunub ki, Vergi Məcəlləsində bu il edilən dəyişikliklərlə bağlı hər hansı qanun pozuntusu aşkarlanarsa, birinci dəfə həmin vergi ödəyicisinə qarşı sanksiya tətbiq oluna bilməz. İlk dəfə belə sahibkarlara yalnız yazılı şəkildə xəbərdalıq ediləcək. İkinci və sonrakı dəfələrdə isə qanun pozuntusuna yol verənlərə qarşı sanksiyalar tətbiq olunacaq».

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Təsisçinin hüquqi şəxslə bağlı xərcləri gəlirdən çıxıla bilər?

posted in: Xəbər | 0

Sual: Təşkilat ƏDV ödəyiçisidir. Təsisçilərdən biri xarici vətəndaşdır. Azərbaycana gəlib müəssisənin işi ilə tanış olmağa. Gəliş üzrə xərcləri (aviabilet, hotel) mənfəətdən çıxmaq olar, yoxsa yox?

Bax: İşçilərə verilən kirayə xərcləri gəlirdən çıxılırmı?

Cavab: Bildiririk ki, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqi şəxsin təsisçiləri və onların təsis etdikləri hüquqi şəxslər mülki hüququn ayrı-ayrı subyektləri hesab edilir və hüquq münasibətlərində yalnız öz adlarından iştirak edirlər.

Digər tərəfdən, vergi qanunvericiliyin tələbinə əsasən gəlirdən gəlirin əldə olunması ilə bağlı çəkilmiş xərclər çıxıla bilər.

Bu baxımdan da xarici təsisçinin ölkəyə gəlməsi ilə əlaqədar çəkilən xərclər hüquqi şəxs tərəfindən gəlirdən çıxıla bilməz.

Bax: Təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi necə nəzərə alınır?

Bax: Mülki Məcəllənin 52-ci maddəsi. Vergi Məcəlləsinin 108-ci maddəsi.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Maliyyə Departamentinin Mütəxəssisi üzrə vakansiya

posted in: İş elanı, Maliyyə, Xəbər | 0

MaliyyəSMART AUDİT” MMC Maliyyə Departamentinin Mütəxəssisi vakansiyası üzrə işçi axtarır

Vəzifə təlimatları:

• Vergi və mühasibat uçotunun aparılması;
• Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
• Aylıq olaraq daxili maliyyə hesabatlarının hazırlanması;
• İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin kalkulyasiyası;
• Dövlət orqanlarına, banklara məktubların yazılması;
• Müştərilərin Maliyyə Vəziyyəti haqqında, Mənfəət və Zərər haqqında, Pul Vəsaitlərinin Hərəkəti, Kapitalda Dəyişikliklər haqqında hesabatlarının hazırlanması;
• Debitor və kreditorlar barədə mütəmadi olaraq hesabatların hazırlanması;
• Hazırlanmış vergi bəyənnamələrinin (ƏDV, sadələşdirilmiş vergi, MÖMV, mənfəət vergisi, gəlir vergisi, əmlak vergisi, torpaq vergisi) yoxlanılması və göndərilməsi;
• Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s. uçotunun aparılması;
• Mal-materialların uçotunun aparılması;
• E-taxes.gov.az saytında elektron poçt qutusuna daxil olan məktubların cavablandırılması;
• Ona verilən müvafiq tapşırıqların yerinə yetirilməsi.

Bax: Mühasib köməkçisi tələb olunur

Vəzifə ilə bağlı tələblər:

• Ali təhsil (Mühasibat uçotu və audit, maliyyə sahəsində təhsil);
• Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsinin olması mütləqdir;
• ACCA F3 sertifikatının olması zəruridir;
• 1C 7.7, 8.3 üzrə biliklər olmalıdır;
• Vergi Məcəlləsi üzrə yüksək səviyyədə biliklər;
• Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
• Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
• Gündəlik deadline-lara ciddi riayət;
• Komandada işləmək bacarığı;
• Peşəkar inkişafa meyllilik;
• Riyazi biliklər və analitik düşüncə qabiliyyəti;
• Azərbaycan, ingilis və rus dillərində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı.

Bax: Sirab ASC Əməliyyatçı üzrə vakansiya elan edir

İş yeri : Cəfər Cabbarlı 609, Globus Center 12-ci mərtəbə;
İş günləri – həftədə 5 gün, 09:00-dan 18:00-dək;
Əmək haqqı: 600 – 700 AZN (əlavə olaraq bonuslar və digər motivasiya tədbirləri)

Göstərilən vəzifə üzrə maraqlanan namizədlərdən mövzu hissəsində “ Maliyyə Departamentinin Mütəxəssisi” yazmaqla bu elektron poçt ünvanına CV göndərmələri xahiş olunur:  /

Mənbə: jobsearch.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.