Vergilər Nazirliyi Vergi qanunvericiliyinə edilməsi nəzərdə tutulan dəyişikliklər barədə bəzi vergi ödəyicilərinə xəbərdarlıq məktubu göndərib

posted in: Vergi, Xəbər | 0

Vergilər NazirliyiVergi qanunvericiliyine edilməsi nəzərdə tutulan dəyişikliklər barədə

Nəzərinizə çatdırırıq ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun layihəsi Milli Məclisdə müzakirə olunaraq qəbul edilmişdir.

Nəzərdə tutulmuş dəyişikliklərə əsasən Vərgi Məcəlləsinə edilməsi nəzərdə tutulan dəyişikliyə əsasən sadələşdirilmiş vergi (vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər və Vergi Məcəlləsinin 218.4-cü maddəsində göstərilən vergi ödəyiciləri istisna olmaqla) bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə ətdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən 2 faiz dərəcə ilə hesablanacaqdır.

Digər bir dəyişikliyə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin (“Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almaqla fəaliyyət göstərən vergi ödəyiciləri istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi olmaq imkanı nəzərdə tutulmamışdır.

Nəzərdə tutulmuş dəyişikliklərdən biri də elektron qaimə-fakturanın təqdim edilməməsinə görə malları (işləri, xidmətləri) təqdim edən şəxsə münasibətdə maliyyə sanksiyasının tətbiq edilməsidir. Belə ki, elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların həmin sənədlər verilmədən təqdim edilməsinə görə malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq ediləcəkdir.

Bax: Mühasiblər və Maliyyəçilər üçün Excel Kursu!

Həmçinin qeyd edək ki, nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə belə hallara birinci dəfə yol verildikdə 1000 manat, ikinci dəfə yol verildikdə 3000 manat, üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcəkdir.

Dəyişikliklərə əsasən 2019-cu il yanvarın 1-dən 7 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda 0 faiz, 8000 manatdan yuxarı olduğu halda bu məbləğdən çox olan hissəsindən 14 faiz dərəcəsi ilə ödəmə mənbəyində verginin tutulmasıdır.

Həmçinin qanunvericiliklə müəyyən edilmiş qaydada əmək müqaviləsi bağlamadan və hüquqi qüvvəyə minmədən fiziki şəxslərin əmək münasibətlərinə cəlb edilməsinə görə tətbiq edilən maliyyə sanksiyalarının məbləği artırılaraq, bələ hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat olaraq müəyyənləşdirilmişdir.

Qeyd olunanlar və eləcə də Vergi Məcəlləsinə edilməsi nəzərdə tutulmuş bütün digər dəyişikliklər barədə ətraflı məlumat almaq üçün Azərbaycan Respublikası Milli Məclisinin rəsmi internet səhifəsində yərləşdirilmiş “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” Qanun layihəsi ilə (http://www.məclis.gov.az/?/az/law/2004/2) tanış ola bilərsiniz.

Vergi qanunvəriciliyi və inzibatçılıgı ilə bağlı məlumat almaq üçün Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə, Çagrı Mərkəzinə (195) və ya istənilən vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət edə bilərsiniz.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

İşçiyə əmək müqaviləsinə xitam verildiyi gün üçün əmək haqqı hesablanırmı?

posted in: Xəbər | 0

əmək haqqı Əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir (maddə 83.2). İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir (87.3).

Əmək Məcəlləsinin 8-ci maddəsinə əsasən müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablanır. Göründüyü kimi qanunvericilik sonuncu iş günü anlayışından istifadə edir, eyni zamanda müddət axımının müəyyən edilmiş vaxtın ertəsi günündən hesablandığını qeyd edir və bu səbəbdən də işçiyə sonuncu iş günü üçün əmək haqqı hesablanır və həmin gün tabel cədvəlində qeyd olunur.

Həmçinin bax: Mühasib və xəzinədar vəzifəsində çalışan işçilərin əsas əmək məzuniyyəti müddəti nə qədər olmalıdır?

Müəllif: K. Rəhimov


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Təsisçi müəssisəyə borc müqaviləsi olmadan pul verə bilərmi?

posted in: Xəbər | 0

TəsisçiSual: Təsisçi təsis etdiyi müəssisəyə borc müqaviləsi olmadan pul verə bilərmi və bununla bağlı limiti göstərən qanun varmı?

Cavab: Bildiririk ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Göstərilənlərə əsasən bildiririk ki, borc müqaviləsi üzrə tərəflərdən biri hüquqi şəxs olduqda tərəflər arasında yazılı formada borc müqaviləsi bağlanmalıdır. Eyni zamanda bildiririk ki, borcun məbləği ilə bağlı qanunvericilikdə hər hansı məhdudiyyət müəyyən edilməmişdir.

Mənbə: taxes.gov.az

Bax: 

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Gələn ildən idxal olunan avtobuslara aksiz vergisi tətbiq ediləcək

posted in: Xəbər | 0

aksiz vergisi2019-cu ildən Azərbaycana idxal olunan avtobuslar da aksiz vergisinə cəlb ediləcək. Belə ki, Vergi Məcəlləsinin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən əlavəyə əsasən, ölkəyə gətirilən avtobuslar gömrük keçid məntəqəsində aksiz vergisi də ödəyəcəklər.

Dəyişikliyə əsasən:

· mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda: mühərrikin həcminin hər kubsantimetrinə görə 2 manat aksiz dərəcəsi müəyyənləşdirilib;

· mühərrikin həcmi 6000 kubsantimetrədək olduqda: 8000 manat və əlavə olaraq mühərrikin həcminin 4001-6000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 4 manat aksiz dərəcəsi müəyyənləşdirilib;

Bax: Türkiyədə turistləri vergi borcu ilə hədələyən cinayətkar qrup ifşa edilib

· mühərrikin həcmi 8000 kubsantimetrədək olduqda: 16.000 manat və əlavə olaraq mühərrikin həcminin 6001- 8000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 6 manat aksiz dərəcəsi müəyyənləşdirilib;

· mühərrikin həcmi 10.000 kubsantimetrdək olduqda: 28.000 manat və əlavə olaraq mühərrikin həcminin 8001-10.000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 8 manat aksiz dərəcəsi müəyyənləşdirilib;

· mühərrikin həcmi 10.000 kubsantimetrdən çox olduqda: 44.000 manat və əlavə olaraq mühərrikin həcminin 10.000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 10 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

Bax: Bu şəxslərin aylıq gəlirinə vergi güzəşti tətbiq edilirmi?

Məcəlləyə əlavə edilən 190.4.1-2-ci maddəyə əsasən, ölkəyə idxal olunan avtobusların istehsal tarixi bir ildən zox və ya qət etdiyi məsafə 100.000 kilometrdən artıq olduqda, aksiz Məcəllənin 190.4.1-1-ci maddəsinə əsasən hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.