Türkiyədə turistləri vergi borcu ilə hədələyən cinayətkar qrup ifşa edilib

posted in: Vergi, Xəbər | 0

vergi borcuTuristləri vergi ilə hədələyib onlardan pul «qoparan» cinayətkar qrup ifşa edilib.Xaricdə keçirilən tətillər bəzən mənalı istirahətlə deyil, mənasız macəralar, arzuedilməz sürprizlərlə də yadda qalır. Məsələn, bu il istirahət üçün Almaniyadan Türkiyəyə gəlmiş insanların başına gələnləri heç kəs özünə rəva görməz.

Bax: Mühasibi ucbatından 130 milyon manatdan çox pul itirən NBA çempionu

Türkiyənin dörd şəhərində eyni zamanda aparılmış əməliyyat nəticəsində Almaniyadan bu ölkəyə istirahətə gələn 25 turisti «vergi borcunuz var, sizi təhlükə gözləyir» deyərək qorxudan və onlardan təxminən 1 milyon avro pul aldığı iddia edilən 38 şübhəli şəxs yaxalanmışdır.

Bax: Bu şəxslərin aylıq gəlirinə vergi güzəşti tətbiq edilirmi?

Yayılan xəbərlərə görə, turistlər Türkiyədəki istirahətlərini başa vurub ölkələrinə qayıdandan sonra onları çağrı mərkəzindən axtararaq «Türkiyədə etdiyiniz alış-verişə görə vergi borcunuz yaranıb, sizi təhlükə gözləyir» deyərək hədələmişlər. Çağrı mərkəzindən təklif olunan hesab nömrələrinə pul köçürən almanlar sonradan bu məsələ ilə bağlı şübhəyə düşərək Almaniya polisinə məlumat vermişlər. Almaniya polis orqanları Antalyanın Ədliyyə Müdirliyi ilə əlaqə saxlamışdır. Təhqiqat nəticəsində məlum olmuşdur ki, cinayətkar  bir qrup ölkəyə tətilə gələn Almaniya vətəndaşlarının şəxsi kimlik məlumatlarını ələ keçirərək Antalya, eləcə də İstanbul, İzmir və Bodrum şəhərlərində təşkil etdikləri saxta çağrı mərkəzləri üzərindən turistlərlə əlaqə saxlamış, onları qorxudaraq pul tələb etmişlər.

Bax: Sabit vergi ödəyicilərinin siyahısı genişlənir

Beş ay davam edən texniki və fiziki izləmədən sonra polis Antalya, İzmir, İstanbul və Muğlada müəyyən edilmiş ünvanlarda eyni zamanda əməliyyat keçirmişdir. 200 polisin iştirakı ilə keçirilmiş əməliyyatda aralarında qadınların da olduğu 38 şübhəli şəxs tutulmuşdur. Üzvlərindən 22 nəfəri İstanbulda tutulmuş cinayətkar qrup üzvlərinin hazırda istintaqı aparılır.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.       

Bu şəxslərin aylıq gəlirinə vergi güzəşti tətbiq edilirmi?

posted in: Vergi, Xəbər | 0

vergi güzəştiHəlak olmuş döyüşçünün övladının muzdlu işlə əlaqədar əldə etdiyi aylıq gəlirinə vergi güzəşti tətbiq edilirmi?

Fiziki şəxslərə münasibətdə gəlir vergisindən azadolmalar və güzəştlər Vergi Məcəlləsinin (VM) 102-ci maddəsi ilə müəyyən edilmişdir.

Mövcud qanunvericiliyə əsasən, Fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, ölkə üzrə yaşayış minimumunun 1 misli (2018-ci il üçün 173 manat), illik gəliri 30.000 manatadək olduqda, ölkə üzrə yaşayış minimumunun 12 misli məbləğində olan hissəsi gəlir vergisindən azaddır (VM, maddə 102.1.6).

Bax: Sabit vergi ödəyicilərinin siyahısı genişlənir

Həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır (VM, maddə 102.2.5).

Qeyd olunan müddəalara əsasən:

Həlak olmuş döyüşçünün övladının muzdlu işlə əlaqədar əldə edilən aylıq gəlirinə VM-in 102.1.6-cı maddəsində nəzərdə tutulan vergi güzəştindən əlavə vergi güzəşt və azadolmaların tətbiqi hazırda qüvvədə olan vergi qanunvericiliyində nəzərdə tutulmamışdır.

Bax: Vergi məcəlləsinin 58.8.2 maddəsi üzrə maliyyə sanksiyası kimə tətbiq edilə bilər???
Eyni zamanda 1 yanvar 2019-cu ildən həlak olmuş döyüşçünün övladının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirinin 400 manat məbləğində azaldılmasını nəzərdə tutan vergi güzəşti-nin tətbiqi ilə bağlı müddəalar «Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun layihəsinə daxil edilmişdir.

Samirə Musayeva

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.       

 

Sabit vergi ödəyicilərinin siyahısı genişlənir

posted in: Vergi, Xəbər | 0

Sabit vergiVergi Məcəlləsinə edilən son dəyişikliklərdə fərdi qaydada, yəni muzdlu işçi cəlb etmədən sahibkarlıqla məşğul olan fiziki şəxslərin siyahısı genişləndirilib. Hazırda sabit vergi ödəyicilərinin siyahısına fərdi yaşayış evlərində və mənzillərdə çalışanlar, xəstələrə, qocalara və uşaqlara qulluq edənlər, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və digər analoji işlər və nəqqaşlıqla məşğul olan şəxslər daxildir. Vergi Məcəlləsinə edilmiş dəyişikliklə əlaqədar 2019-cu il yanvarın 1-dən bərbərlər, ofisiantlar və dərzilər də bu siyahıya daxil ediləcək.

Bax: Vergi məcəlləsinin 58.8.2 maddəsi üzrə maliyyə sanksiyası kimə tətbiq edilə bilər???

Bəs həmin şəxslər vergi ödənişlərini necə hesablamalıdır?

Muzdlu işçi cəlb etmədən sahibkarlıqla məşğul olan fiziki şəxslər üçün sadələşdirilmiş vergi aşağıdakı cədvəldə göstərilən qaydada müəyyən edilir.

Muzdlu işçi cəlb etmədən sahibkarlıqla məşğul olan fiziki şəxslər ödəyəcəyi verginin məbləğini hesablayarkən sabit məbləğlərə (bərbər 20 manat, dərzi 10 manat, ofisiant 10 manat) əmsallar tətbiq etməlidir. Fəaliyyət növləri üzrə sabit vergi-nin məbləğlərində olduğu kimi, bu məbləğlərin üzərinə hesablanan əmsallar da dəyişməz qalır.

Cədvəldə göstərilən  fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən edilir:

· Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2,0;

· Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində –  1,5;

· Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində – 1,0;

· digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) – 0,5.

Beləliklə, bu fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər sadələşdirilmiş vergini cədvəldə göstərilən sabit vergi məbləğinin yuxarıdakı əmsallara vurulması yolu ilə hesablamalı və dövlət büdcəsinə ödəməlidir. Bunun üçün həmin şəxslər hər şeydən əvvəl Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi (VÖEN) almalıdır. Həmin şəxslər «Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz»i almaq üçün yazılı müraciət etdikdə, sadələşdirilmiş verginin ödənilməsini təsdiq edən ödəniş sənədini müraciətinə əlavə edir, elektron qaydada müraciət etdikdə isə ödənişi müraciətin edildiyi zaman elektron qaydada həyata keçirir. Ödəniş sənədində vergi ödəyicisinin VÖEN-i göstərilməlidir.  Hesablanmış vergini dövlət büdcəsinə tam məbləğdə ödədikdən sonra onlara «Sabit verginin ödənilməsi haqqında qəbz» verilir. Qəbzin forması aşağıdakı məlumatları əks etdirir:

Fəaliyyət növünün adı Sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ (manatla)
Toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət 30
Fərdi foto, audio-video xidmətləri (foto studiyaları istisna olmaqla) sahəsində fəaliyyət 30
Çəkməki, pinəçi 5
Saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri 10
Fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşbaz, iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant), gözətçi və digər analoji işlər 10
Nəqqaşlıq emxalatxanalarının fəaliyyəti 20
Fərdi qaydada bərbər fəaliyyət ilə məşğul olan şəxslər 20
Fərdi qaydada dərzi fəaliyyəti ilə məşğul olan şəxslər 10

· vergi ödəyicisi olan fiziki şəxsin adı, atasının adı, soyadı;

· vergi ödəyicisinin VÖEN-i;

· qəbzin qüvvədə olma müddəti;

· fəaliyyətin həyata keçirildiyi ərazi;

· ödənilmiş verginin məbləği;

· fəaliyyət növünün adı.

«Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz» vergi ödəyicisində saxlanılır. Həmin fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər tərəfindən ödənilmiş vergi onların qəbzinin qüvvədə olduğu müddətdə fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq  geri qaytarılmır və növbəti dövrlərin (ay, rüb, yarımil və il) vergiləri ilə əvəzləşdirilmir. Həmin şəxslər yuxarıdakı cədvəldə göstərilən fəaliyyət növlərindən bir neçəsi ilə məşğul olduğu hal­da «Sabit verginin ödənilməsi haqqında qəbz»i hər bir fəaliyyət növü üçün ayrılıqda alırlar. Vergi öhdəliklərini «Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz» əldə etməklə sadələşdirilmiş qaydada yerinə yetirməsi həmin şəxsləri nağd pul hesablaşmaları zamanı alıcıya qəbz və digər ciddi hesabat blanklarını təqdim etmək öhdəliyindən azad etmir.

Dəyişikliklərdən sonra ayrı-ayrı rayonlarda fəaliyyət göstərən sabit vergi ödəyiciləri üçün sadələşdirilmiş verginin məbləğinin hesablanması qaydasına dair nümunəni təqdim edirik. Nümunə olaraq, bərbərlər üçün vergilərin hesablanması bu qaydada aparılacaq:

Bakı şəhərində: 20 manat (sabit məbləğ) x 2 (zona əmsalı) = 40 manat.

Gəncə şəhərində: 20 manat (sabit məbləğ) x 1,5 (zona əmsalı) = 30 manat.

Abşeron rayonunun Masazır qəsəbəsində: 20 manat (sabit məbləğ) x 1,0 (zona əmsalı) = 20 manat.

Bərdə rayonunun Xanərəb kəndində: 20 manat (sabit məbləğ) x 0,5 (zona əmsalı) = 10 manat.

Lənkəran şəhərində: 20 manat (sabit məbləğ) x 1 (zona əmsalı) x 1 (aylıq dövr) = 20 manat.

Yeri gəlmişkən, bu şəxslər fəaliyyətlərini rəsmiləşdirmək üçün Vergilər Nazirliyindən aylıq, rüblük, 6 aylıq və ya illik «Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz» alırlar və heç bir hesabat təqdim etmirlər.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.