Təsisçi ilə borc müqaviləsi mütləq notariusda bağlanmalıdır?

posted in: Xəbər | 0

borc müqaviləsiSual: 2017-ci ildə şirkətin DSMF ödənişlərini ödəmək üçün təsisçi tərəfindən faizsiz əsasda borca pul verilmiş və şirkətlə təsisçi arasında borc müqaviləsi (faizsiz) bağlanmışdır (notarial qaydada borc müqaviləsi bağlanmamışdır). Hal-hazırda şirkətin pulu olduğu üçün həmin borc məbləği təsisçiyə qaytarmaq istəyir.

  • Sualım ondan ibarətdir ki, şirkət həmin borc məbləğini 2017-ci ildə təsisçi ilə şirkət arasında bağlanılmış borc müqaviləsinə (faizsiz) əsasən qaytara bilər?
  • Əlavə olaraq səyyar vergi yoxlamasında borc müqaviləsinin məhz notarial qaydada bağlanmadığını yoxlayıcı qəbul etməyə bilər?
  • Ümumiyyətlə şirkətlə təsisçi arasında müqavilə bağlananda şirkətin möhürü olduğu üçün iki tərəfdən birinin möhürü var deyə notarial qaydada müqavilənin bağlanmasına ehtiyyac vardırmı?
  • Əlavə olaraq dəqiqləşdirmək istəyirəm ki, əgər məlum olsa ki, bor müqaviləsi səhv bağlanıb bu halda pulu geri qaytarmaq mümkündürmü?
Bax: Barter əməliyyatı zamanı Əlavə dəyər vergisi necə əvəzləşdirilir?

Cavab: Bildiririk ki, təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və təsisçiyə ödənilən faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Bax: Vergilərin sadələşmişi və ya vergi yükü artan kimlərdir?
Müəssisə tərəfindən vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olmayan təsisçi fiziki şəxslərə borc pul vəsaitinin qaytarılması “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsində qeyd edilən hədlər daxilində nağd qaydada, vergi ödəyicisi kimi vergi orqanlarında qeydiyyatda olan təsisçiyə faizsiz pul vəsaitlərinin qaytarılması isə yalnız nağdsız qaydada həyata keçirilməlidir. Əlavə olaraq bildiririk ki, mülki qanunvericiliyə əsasən təsisçi ilə hüquqi şəxs arasında borc müqaviləsi-nin notarial qaydada təsdiq olunması tələbi nəzərdə tutulmamışdır.

Mənbə: taxes.gov.az

Bax: Əlavə dəyər vergisindən azad əməliyyatlar aparan müəssisənin ƏDV əvəzləşməsi necə olur??

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

600 manat məvaciblə, 1 ildən az təcrübəsi olan 1C operator axtarılır

posted in: İş elanı, Xəbər, Xəzinədar | 1

1C operatorİşəgötürən: ASF MMC

Vəzifə: Xəzinədar

  • Şəhər: Bakı
  • Yaş: 22 – 32 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi:1 ildən aşağı
  • Əlaqədar şəxs: HR Menecer
Bax: Əmək haqqı üzrə mühasib tələb olunur
İş barədə məlumat:
– İş barədə bütün məlumatlar öncədən öyrədiləcək
– İş saatı: 10:00-dan 20:00-dək
– Həftədə bir gün istirahət
– Karyera yüksəlişi var
– Xırdalan filialı
Bax: 500 manat məvaciblə Mühasib köməkçisi tələb olunur
Namizədə tələblər:
– 1C (Anbar versiya) proqramında işləmə bacarığı
– Kolektivdə işləmə bacarığı
– Diqqətli,çevik və məsuliyyətli olmaq
CV-lərinizi   mailinə göndərməyiniz xahiş olunur.
Mənbə: kadr.az

Səyyar vergi yoxlamalarının aparılması qaydalarında dəyişikliklər edilib

posted in: Vergi, Xəbər | 0

vergi yoxlamalarının aparılmasıSəyyar vergi yoxlamalarının aparılması qaydalarında dəyişikliklər edilib


Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, qanunla nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş qaydada müəyyən edilən hallarda tərtib olunan alış aktları, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Məcəllənin 130.1.1- ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən az biri olmadıqda:

58.8.1-ci maddədə göstərilir ki, pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə – 1000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Bax: Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında qanunda dəyişiklik ediləcək

58.8.2-ci maddəyə əsasən, malların alışını və ya mədaxilini təsdiq edən Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlərdən ən azı biri olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış mallann dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında;

58.8.3-cü maddəyə əsasən, qanunla nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə sənədlərlə rəsmiləşdirilməyən xərclərin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası verilir.

Bax: ƏDV-dən azad əməliyyatlar aparan müəssisənin ƏDV əvəzləşməsi necə olur?

Səyyar vergi yoxlamaları ilə bağlı dəyişikliklərə münasibət bildirən iqtisadçı ekspert Qalib Toğrulun sözlərinə görə, Vergi Məcəlləsinə dəyişikliklərdə yol vergisi üzrə də «digər vergilər» kimi səyyar vergi yoxlaması həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə etməsi təklif olunur. Burada fərq ondadır ki, hazırda yol vergisi üzrə səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri kimi vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini əhatə edir.

İnventarizasiyanın aparılmasına əsas verən halların sırasına, aksiz markaları ilə bağlı tələbləri nəzərdə tutan bəndə yeni hallar təklif edilir: «Məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış mallar, habelə markalanmalı olan, lakin markalanmamış dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları aşkar edildikdə səyyar yoxlama təyin oluna bilər.

Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) ilə bağlı bəndə də əlavə təklif edilir. Hazırda səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə – əmək qabiliyyəti bərpa olunanadək (ancaq 9 aydan çox olmamaq şərtilə) yoxlama dayandırılır. Yanvarın 1-dən dayandırmaya əsas kimi vergi və ya maliyyə məsələləri üzrə məsul şəxsin əmək qabiliyyətini müvəqqəti itirməsi halı da əlavə olunacaq.

Bax: Vergilərin sadələşmişi və ya vergi yükü artan kimlərdir?

Hazırda Vergi Məcəlləsinin tələblərinə görə, sənədlərin və nümunə kimi əşyaların gecə vaxtı (axşam saat 20.00-dan səhər saat 8.00 qədər olan müddətə) götürülməsinə yol verilmir. Dəyişikliklərdə təklif olunur ki, bu bənd ləğv olunsun, əvəzinə «Sənədlər və nümunə kimi əşyalar vergi ödəyicisinin iş vaxtı (faktiki iş vaxtı) ərzində götürülür» yazılsın.

Vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarılması ilə bağlı mühüm dəyişikliklər təklif olunur. Hazırda qüvvədə olan qanuna əsasən, vergi orqanının rəhbəri və ya onun müavini 10 gün müddətində aşağıdakı qərarlardan birini çıxarır:

· vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi;

· vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması;

· əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında.

Dəyişikliklərdə bu siyahıya daha 3 qərar artırmaq təklif olunur:

· əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması;

· əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi;

· yeni qərarın qəbul edilməsi.

Yeni əlavə olunmuş 3 qərardan birinin çıxarılması yalnız növbədənkənar səyyar vergi yoxlamasına münasibətdə tətbiq oluna bilər.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Yanvarın 1-dən səyyar vergi yoxlaması zamanı maliyyə sanksiyaları tətbiq olunan halların sayı da artırılacaq. Bu hallara «qanunla nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda» və «müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş qaydada müəyyən edilən hallarda tərtib olunan alış aktları olmadıqda» aiddir.

Sanksiyaların məbləğində də dəyişikliklərin edilməsi təklif olunur: pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə – 1000 manatdan çox olan hissəsinin 10 (hazırda 5) faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 20 (hazırda 10) faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Burada digər bir dəyişiklik «il ərzində» ifadəsinin «təqvim ili ərzində» ifadəsilə əvəz olunmasıdır.

Mənbə: vergiler.az


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

 

Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında qanunda dəyişiklik ediləcək

posted in: Xəbər | 0
Sahibkarlıq“ Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1364-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 noyabr tarixli 763 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1364-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 noyabr tarixli 763 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə:

  1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1364-VQD nömrəli Qanununa (bundan sonra – Qanun) uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

Bax: Vergilərin sadələşmişi və ya vergi yükü artan kimlərdir?

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının Qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

  1. Razılaşma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu Sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb, icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər. Eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlər “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun müvafiq olaraq 48.2-ci, 48.3-cü və 48.5-ci maddələrinin tələblərinə əməl edilməsini təmin etsinlər.
  2. Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1364-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 noyabr tarixli 763 nömrəli Sərəncamının 1.3-cü bəndinin və 2-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.
Bax: ƏDV-dən azad əməliyyatlar aparan müəssisənin ƏDV əvəzləşməsi necə olur?
  1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Qanuna uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
  2. Bu Sərəncamın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının hüquq şöbəsinə həvalə edilsin.
  3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

Novruz Məmmədov

Bakı şəhəri, 10 dekabr 2018-ci il

Mənbə: cabmin.gov.az


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.