Staja görə əlavə məzuniyyətin verilməsi yalnız bir iş yeri ilə əlaqəlidir?
Məlumdur ki (ƏM-nin 116-cı maddəsi), stajdan asılı olaraq işçilərə, 5-10 ilədək stajı olduqda — 2 təqvim günü, 10-15 ilədək stajı olduqda — 4 təqvim günü, 15 ildən çox stajı olduqda 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Lakin maraqlı məqam ondan ibarətdir ki, qeyd olunan maddənin 2-ci hissəsinə əsasən, staja görə əlavə məzuniyyətin müddəti işçinin bir müəssisədə işəgötürənlə əmək müqaviləsi bağlayaraq faktik olaraq işlədiyi dövrə əsasən müəyyən edilir. Qanunun quru mənası bunu deməyə əsas verir ki, əgər hər hansı işçinin əvvəlki iş yerində 4 illik əmək stajı varsa və sonradan yeni iş yerində 2 illik stajı yığılmışsa, ona bu 6 illik əmək stajına görə əlavə məzuniyyət verilməyəcəkdir, çünki o, yeni iş yerində yalnız 2 il işləmişdir.Bax: Hansı işçilər öz arzularına uyğun vaxtda əmək məzuniyyətinə çıxa bilərlər?
Bax: Əmək məzuniyyəti və vətəndaşın hüquqları
Qanunvericilikdə bu qeyri-bərabərliyi və dolayısilə problemi aradan qaldırmaq məqsədilə KM-nin Plenumu 29.11.2000-ci ildə qərar qəbul etmiş və həmin qərara əsasən, Əmək Məcəlləsinin 116.2-ci maddəsində əmək stajına görə əlavə məzuniyyət müddətini məhdudlaşdıran «bir müəssisədə» müddəası qüvvədən düşmüş hesab edilmişdir.
Mənbə: www.lawreform.az
Vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan gizlədilməsinə görə maliyyə sanksiyaları artırıla bilər.
İri Korporativ Müştərilərin Kreditləşməsi Şöbəsinə maliyyə təhlili üzrə təcrübəçi
Şirkətə məxsus bina dövlət tərəfindən sökülərsə binanın qalıq dəyəri gəlirdən çıxılan xərc kimi nəzərə alınır?