Staja görə əlavə məzuniyyətin verilməsi yalnız bir iş yeri ilə əlaqəlidir?

posted in: Xəbər | 1
əlavə məzuniyyətMəlumdur ki (ƏM-nin 116-cı maddəsi), stajdan asılı olaraq işçilərə, 5-10 ilədək stajı olduqda — 2 təqvim günü, 10-15 ilədək stajı olduqda — 4 təqvim günü, 15 ildən çox stajı olduqda 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Lakin maraqlı məqam ondan ibarətdir ki, qeyd olunan maddənin 2-ci hissəsinə əsasən, staja görə əlavə məzuniyyətin müddəti işçinin bir müəssisədə işəgötürənlə əmək müqaviləsi bağlayaraq faktik olaraq işlədiyi dövrə əsasən müəyyən edilir. Qanunun quru mənası bunu deməyə əsas verir ki, əgər hər hansı işçinin əvvəlki iş yerində 4 illik əmək stajı varsa və sonradan yeni iş yerində 2 illik stajı yığılmışsa, ona bu 6 illik əmək stajına görə əlavə məzuniyyət verilməyəcəkdir, çünki o, yeni iş yerində yalnız 2 il işləmişdir.
Bax: Hansı işçilər öz arzularına uyğun vaxtda əmək məzuniyyətinə çıxa bilərlər?
Yəni əmək stajını bir müəssisədə deyil, bir neçə müəssisədə əldə edən işçi həmin əlavə məzuniyyətdən məhrum olunur ki, bu cür qeyri-bərabərlik Konstitusiyasının 25-ci maddəsinin I hissəsində nəzərdə tutulmuş bərabərlik hüququ ilə uzlaşmır. Digər tərəfdən, işçilərin bir müəssədə fəaliyyətini uzun müddət fasiləsiz davam etdirməsi bəzi hallarda onların istək və arzularından da asılı olmur. Həmçinin müəssisə ləğv olunduqda, işçilərin sayı və ya ştatları ixtisar edildikdə işdən azad olunduqda, əmək müqaviləsinə, işçinin iradəsindən asılı olmayaraq xitam verilir və belə vəziyyət işçini başqa müəssisələrdə əmək fəaliyyətini davam etdirməyə məcbur edir. Bu halda Əmək Məcəlləsinin 116.2-ci maddəsi baxımından yuxarıda göstərilən işçilər bir müəssisədə işləyib əmək stajını əldə edən işçilərlə qeyri-bərabər vəziyyətə düşmüş olur.
Bax: Əmək məzuniyyəti və vətəndaşın hüquqları
Qanunvericilikdə bu qeyri-bərabərliyi və dolayısilə problemi aradan qaldırmaq məqsədilə KM-nin Plenumu 29.11.2000-ci ildə qərar qəbul etmiş və həmin qərara əsasən,  Əmək Məcəlləsinin 116.2-ci maddəsində əmək stajına görə əlavə məzuniyyət müddətini məhdudlaşdıran «bir müəssisədə» müddəası qüvvədən düşmüş hesab edilmişdir.

Mənbə: www.lawreform.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email

  1. Oksana
    | Reply

    Bu köhnə məlumatdır, ƏM 116.2 maddəsində əmək stajına görə əlavə məzuniyyətin müddəti işçinin işəgötürənlə əmək müqaviləsi bağlayaraq faktik olaraq işlədiyi dövrə əsasən müəyyən edilir. Xahiş edirəm məlumat paylaşanda araşdırma edin, hər hansı mənbəni istifadə edəndə, onun düzgünlüyü araşdırıb paylaşmaq lazımdır, çünki, qanunvericilikdən başı çıxmayan insanlar çoxdu, bu da öz növbəsində müəyyən problemlərə yol açır. Saytınızı çox bəyənirəm, bütün məlumatları vaxtında paylaşırsız, sadəcə olaraq bu tipli səhvlər Sizə yaraşdırmıram.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *