Online nəzarət-kassa aparatlarının tətbiqi reallaşır

posted in: Vergi, Xəbər | 0

kassaOnline nəzarət-kassa aparatlarının tətbiqi reallaşır

“Pos-terminallar vasitəsilə nağdsız şəkildə ödənişlərin həyata keçiriləcəyi təqdirdə Vergi Məcəlləsinə təklif edilmiş dəyişikliklər paketində tədbirlər sırasında vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur”.

Bunu vergilər naziri Mikayıl Cabbarov AzTV-nin “Günün nəbzi” verilişində deyib.

Onun sözlərinə görə, qanun qəbul ediləcəyi təqdirdə pərakəndə ticarətdə nağdsız ödənişlər edən vətəndaşlar ödənilən vergi məbləğinin bir hissəsi ilə bağlı vergi güzəştləri əldə etmək imkanına malik olacaq.

Bax: Vergilər Naziri Vergi Məcəlləsinə təklif olunan dəyişiklikləri açıqladı

“Bu, stimullaşdırıcı addımdır. Digər tərəfdən burada inzibatçılığın gücləndirilməsi nəzərdə tutulur. Yəni ölkədə qüvvədə olan nağd ödənişlərə limit tətbiq etmək, ödənişlərin yalnız zəruri hallarda nağdsız formada həyata keçirilməsi ilə bağlı qanunun tələblərinin daha sərt şəkildə inzibatçılığının təmin edilməsidir.

Yəni ümumilikdə bu istiqamətdə nəzərdə tutduğumuz tədbir 2019-cu ildən başlayaraq onlayn kassa-nəzarət aparatlarının tətbiqidir.

Faktiki olaraq bu istiqamətdə islahat nəticəsində olunacaq yeniliklə pərakəndə ticarət və xidmət sektorunda baş verən istənilən ödənişin ani şəkildə onlayn sistemdə əks etdirilməsi, yüklənilməsi və beləliklə hər hansı bir pozuntunun, dövriyyənin gizlədilməsi, həmin “kölgə iqtisadiyyatı”nda qalan ticarət dövriyyələrinin gizlədilməsi mümkünsüz olacaq. Təbii olaraq bu, vətəndaşlardan da fəal vətəndaş mövqeyini tələb edir. Çünki bu, nəticə etibari ilə vətəndaşların hüquqlarının qorunmasına, büdcə vəsaitlərinin ödənilməsinin təmin edilməsinə yönəldilmiş bir addımdır”, – deyə nazir vurğulayıb.

Mənbə: report.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vergilər Nazirliyinin səlahiyyətlərinə yenisi əlavə olundu

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyiİşsizlikdən sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət Vergilər Nazirliyi tərəfindən həyata keçiriləcək.

Bununla bağlı “İşsizlikdən sığorta haqqında” qanun layihəsinə dəyişikliyin edilməsi təklif olunur.

Bax: Vergilər Naziri Vergi Məcəlləsinə təklif olunan dəyişiklikləri açıqladı

Yeni dəyişikliyə görə, bu qanunun tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizi (əvvəllər bu 25 faiz idi) müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanlarınının hesablarına köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Dəyişiklik layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunacaq.

Mənbə: trend.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

İnzibati xətalar məcəlləsinə kiçik dəyişiklik edilib

posted in: Xəbər | 0

İnzibatiAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Bax: Vergilər Naziri Vergi Məcəlləsinə təklif olunan dəyişiklikləri açıqladı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1188; Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1219-VQD, 1221-VQD, 1226-VQD nömrəli qanunları) 538-1.4-538-1.6-cı maddələrində “Müvafiq icra hakimiyyəti orqanı” sözləri “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.

Bax: Vergi məcəlləsinə kiçik dəyişiklik edilib

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 oktyabr 2018-ci il.

Mənbə: president.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vergilər Naziri Vergi Məcəlləsinə təklif olunan dəyişiklikləri açıqladı

posted in: Vergi, Xəbər | 0

Vergilər NaziriVergi Məcəlləsinə bir neçə vacib dəyişiklik təklif olunur. Bunu vergilər naziri Mikayıl Cabbarov AzTV-nin “Günün nəbzi” verilişində deyib.

Onun sözlərinə görə, islahatların ən mühümü qeyri-neft, qeyri-dövlət sektorunda çalışan vətəndaşlara əhəmiyyətli vergi güzəştinin tətbiq edilməsi, başqa sözlə, onların əmək haqlarından tutulan vergilərin mövcud faiz dərəcələrinin kəskin şəkildə azaldılmasıdır.

Bax: Vergi məcəlləsinə kiçik dəyişiklik edilib 

M.Cabbarov bildirib ki, layihədə iki əsas dəyişiklik nəzərdə tutulur. Birinci əsas dəyişiklik vergiyə cəlb olunan məbləğin həcminin dəyişdirilməsi ilə bağlıdır: “Burada aylıq əməkhaqqı 8 000manatadək olan vətəndaşlarımızda gəlir vergisi 0 səviyyəsində müəyyənləşdirilir və təklif edilir. Dövlət çox böyük güzəşt, addım edir və faktiki olaraq qeyri-neft sektorunun inkişafına dəstək üçün bu illər ərzində verdiyi güzəştlərə əlavə olaraq belə bir vacib güzəşti də təqdim edir. Əməkhaqqı 8 000 manatdan yuxarı olan məbləğə gəldikdə isə fiziki şəxslərin gəlir vergisinin 14% həcmində müəyyənləşdirilməsi təklif edilir”.

Əmək haqqı ilə bağlı iki ödəniş növü – fiziki şəxslərin gəlir vergisi və məcburi dövlət sosial sığorta ödənişlərinin olduğunu deyən nazir əlavə edib ki, bu ödənişlərin vahid olması təklif edilir: “Bu, işəgötürənlər üçün prosesin xeyli sadələşdirilməsi deməkdir. Dövlət şüurlu şəkildə belə islahata getməklə, belə demək mümkünsə, öz gəlirlərinin müəyyən hissəsini itirir. Bu, şüurlu şəkildə bir addımdır. Çünki, həmin addım məhz “kölgə iqtisadiyyatı”nın azalmasına, qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına, vətəndaşların hüquqlarının daha dolğun şəkildə təmin edilməsinə yönəlib. Çünki qeyri-rəsmi işləyən insanın əmək müqaviləsi yoxdursa və ya əmək müqaviləsi varsa, lakin orda nominal, cüzi məbləğ göstərilirsə və reallıqda onun əldə etdiyi gəlir daha yüksəkdirsə, bu, əslində vətəndaşın hüququnun tapdanmasıdır. Ona görə ki, bunun müqabilində məcburi sosial sığorta haqqı ödənilmir. Gələcəkdə bu insanın sosial təminatı, pensiyası olmur.

Beləliklə, həmin islahatın həyata keçirilməsi ilə biz həm qeyri-rəsmi məşğulluğun, həm “kölgə iqtisadiyyatı”nın azaldılması, həm də qeyri-neft sektorunda iqtisadi fəallığın daha da canlanmasını və sürətləndirilməsini gözləyirik. Bu ən vacib və ən böyük islahatdır, amma yeganə islahat deyil”.

Bax: Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Gömrük Komitəsi arasında qarşılıqlı fəaliyyətin tənzimlənməsi Qaydası təsdiq edilib

Vergilər Naziri M.Cabbarov qeyd edib ki, mövcud qanunvericiliyə görə, 173 manata qədər olan əməkhaqqlarında fiziki şəxslərin gəlir vergisi 0%, 2 500 manata qədər olan əməkhaqqıya görə fiziki şəxslər üçün 14%, 2 500 manatdan yuxarı olanlar üçün 25% gəlir vergisi nəzərdə tutulur.

Onun sözlərinə görə, təklif olunan dəyişikliklərdə fiziki şəxslərin gəlir vergisi ilə güzəştlər nəzərdə tutulur: “Hər bir əməkhaqqıya ümumilikdə 26% sosial ödəniş yükü də var. Yeni islahatın təklif olunan formatında vahid vergi yükü müvafiq olaraq rəqəm 2 500 manatdan 8 000 manata qədər artırılır, fiziki şəxslərin 14%-lik gəlir vergisi isə 0% təklif edilir. Aylıq əməkhaqqı 8 000 manatdan yuxarı məbləğ isə25%-dən 14%-ə endirilir. Yəni bu çöx əhəmiyyətli və köklü dəyişiklikdir. Bu, faktiki olaraq qeyri-neft, qeyri-dövlət sektorunda çalışan hər bir işçini əhatə edən əmək haqqı güzəşti islahatıdır. Dövlət başçısı tərəfindən bu sahədə işləyən həm vətəndaşlara, həm də biznes subyektlərinə çox böyük güzəşt, töhfədir. Belə güzəştin təqdim edilməsi ən yüksək siyasi səviyyədə qərar tələb edən bir layihədir.

Biz buna görə inanırıq ki, Azərbaycan sahibkarları, vətəndaşlarımız güzəştləri düzgün qiymətləndirəcək və öz növbəsində dövlətin bu addımına, bu dəvətinə vergidən yayınmamaq, qeyri-rəsmi məşğulluğu aradan qaldırmaq, işləyən vətəndaşın hüququnu təmin etmək, ödənilən əmək haqqını olduğu kimi göstərmək kimi addımlarla cavab verəcəklər. Vergilər Nazirliyinin işi bunun inzibatçılığından ibarətdir. Biz bu siyasətin həyata keçirilməsində qəti olacağıq”.

Mənbə: report.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.