Həyatın yığım sığortası üzrə gəlirlilik 2 dəfə azalacaq

posted in: Xəbər | 0

Həyatın yığım sığortası üzrə gəlirlilikAzərbaycanda həyatın sığortasında dəyişiklik gözlənilir. Vergi Məcəlləsinə ediləcək dəyişikliklərə əsasən, bundan sonra həyatın yığım sığortası üzrə gəlirlilik 2 dəfə azalacaq.

Məcəllənin 116.2 maddəsinə təklif edilən dəyişiklikdə həyatın yığım sığortası üzrə sığorta haqqınının yalnız 50%-inin gəlirdən çıxılması nəzərdə tutulur.

Bax: Kassadan təsisçiyə olan borcun ödənilməsində limit tətbiq edilirmi?

Nəticədə 116.2-ci maddənin mətni aşağıdakı kimi olacaq:

116.2. Fiziki şəxsin Azərbaycan Respublikası sığortaçıları ilə 3 ildən az olmayan müddətə bağlanmış və sığorta ödənişinin sığorta müqaviləsinin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra verilməsini nəzərdə tutan həyatın yığım sığortası və pensiya sığortası üzrə bağladığı sığorta müqavilələri əsasında vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən hesablayıb ödədiyi sığorta haqları vergitutma məqsədləri üçün işəgötürən tərəfindən həmin fiziki şəxsin muzdlu işlə əlaqədar alınan gəlirindən çıxılır.

Bunu sadə misalla izah edək. Tutaq ki, vətəndaş həyatının yığım sığortası üzrə 3 il ərzində (belə müqavilələr azı 3 il olmalıdır) sığorta şirkətinə ayda 100 manat olmaqla ümumilikdə 3600 manat ödəyir.

İndiki qaydalara görə, onun sonda qazancı 5400 manat olacaqdı (sığorta ödənişinin vergi və sosial sığorta haqlarından azad olması sayəsində). Yəni vətəndaşın təmiz gəliri 1800 mnat idi. İndi isə bu məbləğ 2 dəfə azalacaq.

Mənbə: fins.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

2019-cu ilin yaşayış minimumu barədə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb

posted in: Xəbər | 0

pensiyaların orta məbləği2019-cu ilin yaşayış minimumu barədə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb


AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının  94-cü maddəsinin I hissəsinin 16-cı  bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği

2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilsin.

Maddə 2. Qanunun qüvvəyə minməsi

Bu Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Mənbə: meclis.gov.az

Mühasibat Uçotu Kursları

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Express Bank Bakı və regionlar üzrə ödənişli təcrübə proqramı elan edir

posted in: bank, Xəbər | 0

ödənişli təcrübə proqramıVəzifə: Mikro kreditlər üzrə təcrübəçi (Bakı, Sumqayıt və region filialları üzrə: Gəncə, Qusar, Bərdə, Şirvan)

İşəgötürən: ExpressBank

Tələblər:

– Ali təhsil
– Təhlil etmə bacarığı;
– Ünsiyyət qurma və komandada işləmək bacarığı;
– Yaş həddi – 25 yaş;

Vəzifə öhdəlikləri:

– Mikro kredit üzrə aktiv marketinq təbliğatını həyata keçirmək;
– Qarşıya qoyulan aylıq satış hədəflərini icra etmək;
– Vəzifə öhdəliklərini bankın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
– Bankın kredit məhsullarına dair müştəriyə məsləhət vermək;

Bax: 600 manat məvaciblə Mühasib köməkçisi tələb olunur

Əsas üstünlüklər:

– Azərbaycanın aparıcı banklarının birində iş təcrübəsi qazanmaq;
– AR Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi;
– Təcrübə müddəti ərzində nəzərdə tutulan əmək haqqı 130 AZN.

E – mail :  / 


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vergilər Nazirliyinə vətəndaş müraciətlərinin sayı artıb

posted in: Vergi, Xəbər | 0

vətəndaş müraciətlərinin sayı2018-ci ilin oktyabr ayı ərzində vergi orqanlarına 11 045 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,3% çoxdur. Müraciətlərin 90,3%-i ərizə, 9,6%-i şikayət, 0,1%-i isə təklif xarakterli olub, 50 müraciətin icrası xüsusi nəzarətə götürülüb. Müraciətlər müxtəlif arayışların alınması, kameral vergi yoxlamaları, vergi borcları, vergidən yayınma, qanunsuz sahibkarlıq fəaliyyəti, nağd hesablaşmaların aparılması qaydalarının pozulması, vergi qanunvericiliyinin tətbiqi, səyyar vergi yoxlamaları, vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), operativ vergi nəzarəti, korrupsiya hüquqpozmaları və digər məsələlərlə bağlı olub.

Mühasibat Uçotu Kursları

Daxil olmuş müraciətlərdən 80,3%-i tam, 0,2%-i qismən həllini tapıb, 17,7%-i barədə müvafiq izahatlar verilib, 0,7%-i baxılmamış saxlanılıb, 0,7%-i əsassız sayılıb, 0,4%-i aidiyyəti üzrə göndərilib, 0,1%-i ilə bağlı icraata xitam verilib. Müsbət həll olunmuş müraciətlərin 56%-i müxtəlif arayışların alınması, 24%-i kameral vergi yoxlamaları, 9,9%-i vergi borcları, qalanları isə digər məsələlərlə bağlı olub.

Ay ərzində vergi orqanlarının aidiyyəti struktur vahidlərinin rəhbərləri və digər vəzifəli şəxsləri tərəfindən ümumilikdə 438 vətəndaş qəbul edilib.

Mənbə: vergiler.az

Bax: Kassadan təsisçiyə olan borcun ödənilməsində limit tətbiq edilirmi?

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.