Manatın ölkədən çıxarılması və gətirilməsinə məhdudiyyət olmayacaq

posted in: Xəbər | 0

Manatın ölkədən çıxarılmasıÖlkədən milli valyutanın (Manatın) çıxarılması və gətirilməsində məhdudiyyətin olmamasını tənzimləyən xüsusi hüquqi aktın qəbul edilməsinə ehtiyac yaranıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) illik hesabatında bildirilir.

Hesabatda qeyd edilir ki, qüvvədə olan qanunvericilikdə bu əməliyyatları hər hansı qadağan edən normalar mövcud olmasa da, gömrük nəzarəti zamanı vətəndaşlar müəyyən çətinliklərlə üzləşir: “Yaranmış vəziyyəti, eləcə də ölkənin milli valyutasının sabitləşdiyi bir vaxtda regional səviyyədə dövriyyəsini stimullaşdırmaq məqsədilə milli valyutanın gömrük prosedurlarını altında məhdudiyyətsiz olaraq sərhəddən keçidini tənzimləyən hüquqi aktın layihəsi hazırlınıb, əlaqədar dövlət qurumları ilə razılaşdırılıb və “Valyuta tənzimi haqqında” qanuna müvafiq olaraq Nazirlər Kabinetinin təsdiqinə təqdim edilib”.

Mənbə: fed.az

Bax: Azərbaycanda orta aylıq əməkhaqqı artıb


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Azərbaycanda orta aylıq əməkhaqqı artıb

posted in: Xəbər | 0

əməkhaqqıAzərbaycanda orta aylıq əməkhaqqı 3%-ə yaxın artıb

2018-ci il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz artaraq 1 mln. 552,7 min nəfər olub, onlardan 883,2 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 669,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Bax: Kiçik sahibkarlığa dövlət köməyi haqqında qanunda kiçik dəyişiklik edilib

“Report”un verdiyi xəbərə görə, muzdla işləyənlərin 21,3 faizi təhsil, 18,7 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 13,4 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2 faizi tikinti, 7 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 11 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2018-ci ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,8 faiz artaraq 540,5 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Mənbə: report.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

2019-cu ildə vergi sistemində köklü islahatlar həyata keçiriləcək

posted in: Vergi, Xəbər | 0

vergi2019-cu ildə vergi sistemində köklü islahatların həyata keçirilməsi nəzərdə tutulur.

Bu sözləri Milli Məclisin sədri Oqtay Əsədov parlamentin plenar iclasında deyib.

Bax: Kiçik sahibkarlığa dövlət köməyi haqqında qanunda kiçik dəyişiklik edilib

Oqtay Əsədov bildirib ki, bununla əlaqədar Prezident İlham Əliyevin təqdimatları parlamentə daxil olub. “Növbəti iclaslarda bu təqdimatları müzakirə edəcəyik. Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda köklü islahatlar nəzərdə tutulur. Məqsəd iqtisadi fəallığı stimullaşdırmaq, kiçik və orta sahibkarlığın inkişafına daha geniş meydan açmaqdır. Sosial sığorta və işsizlikdən sığorta haqlarının toplanmasına nəzarətin vergi orqanları tərəfindən həyata keçirilməsi, mikro, kiçik və orta sahibkarlıq üçün vergi güzəştlərinin müəyyən edilməsi, eləcə də özəl, qeyri-neft sektorunda çalışanların vergidən azad edilməsi bütün digər məsələlərlə yanaşı, uzunmüddətli perspektiv və dövlət büdcəsinin artımına gətirib çıxaracaq. Nəzərdə tutulan islahatlar ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verəcək”, – deyə Milli Məclisin sədri qeyd edib.

Mənbə: azertag.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

1 ildən aşağı iş təcrübəsi olan Kredit Mütəxəssisi tələb olunur

posted in: İş elanı, Xəbər | 0

Kredit MütəxəssisiVəzifə: Kredit Mütəxəssisi (Sumqayıt)

İşəgötürən: TuranBank

  • Şəhər: Sumqayıt
  • Yaş: 21 – 35 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən aşağı

Bax: 800 manat məvaciblə Mühasib tələb olunur

İş barədə məlumat

– Qoyulmuş hədəflərin icası

– Kredit müştərilərinin banka cəlb edilməsi, onların bizneslərinin maliyyə təhlilinin aparılması, kreditləşdirilməsi və kredit müddətində müştərilərin idarə edilməsi

– İşini düzgün planlaşdırması

– Mütəmadi müştəri görüşlərinin keçirilməsi və potensial müştərilərə bank məhsullarının və xidmətlərinin təklifi

– Filial müdiri tərəfindən verilən tapşırıqları operativ yerinə yetirmək

Bax: Maliyyə müdiri tələb olunur

Namizədə tələblər

– Bank sektorunda iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək

– Rus və ingilis dillərini bilən namizətlərə üstünlük veriləcək

– Problemi həll etmək bacarığı

– Satış bacarığına malik olması

– İşdə düzgünlük, operativlik

– Komandada işləmə bacarığı

– Ünsiyyət qurma qabiliyyəti

– Məsuliyətlilik, diqqətlilik

– Şəffaflıq və etik davranış standartlarının tələblərinə malik olma

Mənbə: boss.az

Bax: İnsan resursları üzrə böyük mütəxəssis tələb olunur
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun