Kiçik sahibkarlığa dövlət köməyi haqqında qanunda kiçik dəyişiklik edilib

posted in: Xəbər | 0

Kiçik sahibkarlığa dövlət köməyiKiçik sahibkarlığa dövlət köməyi haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 963-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 469; 2001, № 12, maddə 736; 2002, № 12, maddə 709; 2003, № 12, (I kitab), maddə 672; 2007, № 10, maddə 938; 2015, № 11, maddə 1264) 3-cü maddəsinin mətni aşağıdakı redaksiyada verilsin:

“Bu Qanunun məqsədləri üçün kiçik sahibkarlıq subyektləri dedikdə “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsdiq edilən meyarlar əsasında müəyyən olunmuş kiçik və mikro sahibkarlıq subyektləri başa düşülür.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 oktyabr 2018-ci il.

Mənbə: president.az

Bax: Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi haqqında qanunda kiçik dəyişiklik edilib

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi haqqında qanunda kiçik dəyişiklik edilib

posted in: Xəbər | 0

Sahibkarlıq“ Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 890; 2016, № 3, maddə 428, № 11, maddə 1768, № 12, maddə 2016; 2017, № 5, maddə 739) 27.1-ci və 27.4.1-ci maddələrində “müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 oktyabr 2018-ci il.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

“ Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1247-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1247-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

  1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “ Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

  1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
  2. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 898; 2014, № 5, maddə 477; 2016, № 3, maddə 461, № 8, maddə 1384) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 4.1-ci bənddə “və 13.2-ci” sözləri “, 13.2-ci, 27.1-ci və 27.4.1-ci” sözləri ilə əvəz edilsin;

3.2. 4.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“4.4. həmin Qanunun 27.1-ci və 27.4.1-ci maddələrində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxs həyata keçirir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 noyabr 2018-ci il.

Mənbə: president.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Mühasibat exceldə – 4 faydalı üsul (2-ci üsul)

posted in: Excel, Xəbər | 0

Mühasibat exceldə – 4 faydalı üsul (2-ci üsul)

Məlumatların emalı

Bu, verilən məlumatları artan / azalan qaydada yerləşdirməyə imkan verən çox rahat bir funksiyadır. Həmçinin məlumatları tarixə görə emal etmək və qaydaya salmaq olur.

Bunu yerinə yetirmək üçün emalı tələb olunan hissəni seçmək lazımdır. Ardınca menyünün yuxarı hissəsində “Məlumatlar” bölümündə  “Artım üzrə emal” düyməsini basırsınız, onu siz “AZ” işarəsi altında tapa bilərsiniz. Sizin məlumatlar ilk sütunda kiçikdən böyüyə doğru yerləşəcək.

Mühasibat exceldə

Mühasib üçün Excel cədvəli ayrılmış ilk sütundan başlayaraq məlumatları emal etməyə imkan verir. Əgər siz özəkləri soldan sağa doğru ayırmısınızsa, onda ardıcıllıq sol tərəfdəki son sütunda həyata keçəcək. Yox əgər sağdan sola ayırmısınızsa, onda sağ tərəfdən.

Bax: Qovluqdakı faylların adlarından ibarət Excel cədvəlinin hazırlanması

Əgər məlumatları orta sütunda emal etmək lazımdırsa, onda “Məlumatlar” menyüsündə – “Emal” – “Emal diapazonu”ndan istifadə etmək lazımdır. “Emal” bölümündə sütunu və emal növünü seçmək lazımdır.

Mühasibat exceldə


1-ci üsulu bu linkə daxil olaraq oxuya bilərsiniz.
Mühasibat sahəsində ən son Excel yeniliklərini və mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Maliyyə müdiri tələb olunur

posted in: İş elanı, Maliyyə, Xəbər | 0

Maliyyə müdiriVəzifə: Maliyyə Müdiri

İşəgötürən: Azconstruction QSC

Vəzifə öhdəlikləri

• Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında düzgün əks etdirilməsini, ona nəzarəti, operativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatının məlumatları üzrə müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin edir;

Bax: 800 manat məvaciblə Mühasib tələb olunur

• 1C proqramında Mühasibatlıq bazasının yığılmasının təşkili;
• Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsinin təşkil edir;
• Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil edir. Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu vəsaitləri, banklara ssudalar üzrə borcların qoyulan vaxt ərzində verilməsi, tələbat fonduna və digər ehtiyat fondlarına ayırmaları tərtib edir;
• İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanılması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət edir;
• Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi işlərini görür;
• Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət edir;
• Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil edir;
• Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanması və vaxtında köçürülməsini təmin edir;
• Vergilər üzrə hesabatların tərtib/təqdim edilməsini təmin edir;
• Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edir;

Bax: İnsan resursları üzrə böyük mütəxəssis tələb olunur

Namizədə dair tələblər

• Ali təhsil; (Maliyyə, İqtisadiyyat, mühasibat uçotu sahəsində təhsili olan namizədlərə üstünlük veriləcək)
• 1C Proqramında, Excell proqramında yüksək səviyyədə işləmə bacarığı;
• Müvafiq sahədə minimum 5 il iş təcrübəsi;
• Debitor və kreditorlarla hesablaşma qaydalarını bilməli;
• Mühasibat balanslarının və hesabatlarının tərtib edilməsi qaydalarını bilməli;
• Mühasibat balanslarının və hesabatlarının tərtib edilməsi qaydalarını bilməli;

CV-nin başlıq yerində Maliyyə Müdiri yazılması mütləqdir ,əks halda baxılmayacaqdır.

E – mail :  / 


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun