Mühasibat exceldə – 4 faydalı üsul (2-ci üsul)
Məlumatların emalı
Bu, verilən məlumatları artan / azalan qaydada yerləşdirməyə imkan verən çox rahat bir funksiyadır. Həmçinin məlumatları tarixə görə emal etmək və qaydaya salmaq olur.
Bunu yerinə yetirmək üçün emalı tələb olunan hissəni seçmək lazımdır. Ardınca menyünün yuxarı hissəsində “Məlumatlar” bölümündə “Artım üzrə emal” düyməsini basırsınız, onu siz “AZ” işarəsi altında tapa bilərsiniz. Sizin məlumatlar ilk sütunda kiçikdən böyüyə doğru yerləşəcək.
Mühasib üçün Excel cədvəli ayrılmış ilk sütundan başlayaraq məlumatları emal etməyə imkan verir. Əgər siz özəkləri soldan sağa doğru ayırmısınızsa, onda ardıcıllıq sol tərəfdəki son sütunda həyata keçəcək. Yox əgər sağdan sola ayırmısınızsa, onda sağ tərəfdən.
Bax: Qovluqdakı faylların adlarından ibarət Excel cədvəlinin hazırlanması
Əgər məlumatları orta sütunda emal etmək lazımdırsa, onda “Məlumatlar” menyüsündə – “Emal” – “Emal diapazonu”ndan istifadə etmək lazımdır. “Emal” bölümündə sütunu və emal növünü seçmək lazımdır.