Read More9
Read More9

Vergi ödəyicisinin ödəmələri seçdikləri metoda görə dəyişir

posted in: Vergi, Xəbər | 0

vergi ödəyicisiVergi Məcəlləsinə əsasən, gəlir vergisi ödəyiciləri hər rübün sonunda növbəti ayın 15-dək cari vergi ödəmələrinin hesablanması haqqında arayış təqdim etməlidirlər. Həmin sənəddə ödəniləcək vergilərin hansı metodla hesablanmasını göstərməlidirlər. vergi ödəyicisi

Qanunvericiliyin tələblərini şərh edən iqtisadçı ekspert Radil Fətullayev bildirib ki, Vergi Məcəlləsinin 130.4-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi ili ərzində eyni metodu tətbiq etmək şərti ilə vergilərin uçotunu kassa metodu və ya hesablama metodu ilə apara bilər. Məcəllənin 131-ci maddəsində göstərilib ki, kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. Vergi Məcəlləsinin 134-cü maddəsinin tələbinə görə, hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır.

Mühasibat uçotunun əsas prinsiplərindən biri hesablama və kassa metodlarının tətbiqidir. Uçotda gəlir və xərcin tanınmasının 2 prinsipi var: kassa prinsipi və hesablama prinsipi. Vergi Məcəlləsinə görə, həm kassa metodunun, həm də hesablama metodunun tətbiqinə icazə verilir. Bunu vergi ödəyicisi aprel ayının 15-dək vergi orqanına müraciət edərkən arayış vasitəsilə bildirir. Cari vergi ödənişi haqqında arayışlarda hansı metodu seçdiyi əks olunur. Gəlir və mənfəət vergisi ödəyiciləri bu arayışı mütləq təqdim etməlidirlər. Orada hansı metodu seçməsindən asılı olaraq vergi ödəyicisinin ödəmələri də dəyişir.

Kassa metodu tətbiq edən vergi ödəyicisi tərəfindən mal və xidmətin təqdim edilməsindən sonra, əgər ödəniş hələ daxil olmayıbsa, o zaman buna görə həmin məbləğ vergiyə cəlb olunmur. Məsələn, tutaq ki, vergi ödəyicisi dövr ərzində 40 min manatlıq elektron qaimə-faktura yazıb. Öz uçot siyasətində də qeyd edib ki, hesabatı kassa metodu əsasında təqdim edəcək. 40 min manatlıq e-qaimə göndərməsinə baxmayaraq, müəssisənin bank hesabına cəmi 10 min manat gəlir daxil olub. Bu zaman vergi ödəyicisi 10 min manata görə həmin məbləğin 20 faizini gəlir vergisi kimi hesablayıb ödəməlidir. Burada mikro sahibkarlar üçün müəyyən güzəştlər nəzərdə tutulub.

Əgər, bu halda, hesablama metodu tətbiq edərsə, o zaman dövr ərzində müəssisənin göstərdiyi xidmətə, gördüyü işlərə görə elektron qaimə-fakturada əks etdirilən məbləği vergiyə cəlb ediləcək. Bəzən elə əməliyyatlar ola bilər ki, xidmətin göstərilməsi ilə ödəniş üst-üstə düşsün. O zaman vergi hesablanması hesablama metodu əsasında həyata keçiriləcək.

Hesablama metodunun mahiyyəti budur ki, gəlir və xərc baş verdiyi anda onu uçota almaq və vergiyə cəlb etmək mümkün olsun. Kassa metodu isə gəlir və xərc baş verdiyi anda deyil, onun nəticəsinin ödənişlə əks etdirildiyi anda hesabatda gəlir və xərc kimi tanınır.

Mühasiblər uçot siyasətini qurarkən bu metodlardan birini seçmək üçün mütləq müəssisəsindəki əməliyyatların xarakterinə diqqət etməlidirlər. Əgər xidmət göstəriləndən sonra ödəniş gec baş verirsə, kassa metodunun seçilməsi məsləhətdir. Xidmətin göstərilməsi ilə ödəniş arasında müddət fərqi az olduqda hesablama metodunun seçilməsində problem yaranmır.

Mənbə: vergiler.az



Tikinti fəaliyyəti ilə məşğul olanların vergi öhdəlikləri

posted in: Vergi, Xəbər | 0

vergi öhdəlikləriBir neçə il əvvəl bina tikintisi fəaliyyətini həyata keçirən fiziki və hüquqi şəxslər, dövriyyələrindən asılı olmayaraq, həm ƏDV, həm də sadələşdirilmiş verginin ödəyiciləri sayılırdı. Bu isə çoxmənzilli binaların tikintisi ilə məşğul olan şirkətlər üçün sərfəli deyildi. Belə ki, zirzəmilər, mərtəbələr və çardaqlar da daxil olmaqla, tikilən binanın ümumi sahəsi vergitutma obyekti sayılırdı. Bu zaman binanın ümumi sahəsindəki dövlətə ayrılan hissə, dövlət büdcəsi, büdcədənkənar fondlar, dövlət zəmanəti və dövlətə ayrılan yardımlar hesabına tikilən yaşayış sahəsi, başqa tikintilərlə təmasda olmayan ayrıca tikilən fərdi və ya şəxsi yaşayış və ya bağ evlərinin, yaxud tikililərinin sahəsi vergitutma obyektinə daxil edilmirdi. 2016-cı il yanvarın 1-dən Vergi Məcəlləsinə edilən dəyişikliklərdən sonra isə bina tikintisi fəaliyyətinə tətbiq olunan vergi sistemi xeyli dərəcədə sadələşdirilib.

Bax: Artıq ödəmə məbləğləri ləğv olunacaq?

Bina tikintisi fəaliyyəti ilə  məşğul olan şəxslər  dedikdə, kimlər nəzərdə tutulur? Mövcud qanunvericiliyə əsasən, özünə məxsus  və ya  cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını   ödəmək   və ya   kommersiya məqsədləri  üçün  öz  gücü  ilə və ya  müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina  tikdirən,  habelə bu  tikintinin və ya başa  çatmış  obyektin  mülkiyyətçisi olan hüquqi və ya  fiziki  şəxslər  bina tikintisi fəaliyyəti göstərənlər sayılır.  Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri (hər mərtəbənin ümumi sahəsi), o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyekti hesab olunur.

Bax: Yeni doğulan uşaqlara görə təyin edilən birdəfəlik müavinət artırılacaq

Nazirlər Kabinetinin 25 sentyabr 2007-ci il tarixli qərarı ilə bina tikintisi fəaliyyəti ilə  məşğul olan şəxslər tərəfindən ödənilməli vergilərin hesablanması üçün ərazilərin sərhədləri və zonalar üzrə əmsallar təsdiq edilib. Həmin qərara əsasən, Bakı şəhərinin ərazisi 12 zonaya, digər regionlar isə 3 zonaya bölünməklə əmsallar müəyyənləşdirilib. Yerləşdiyi zonadan asılı olmayaraq, ölkənin bütün regionlarında bina tikintisi üzrə hər kvadratmetrə görə 45 manat məbləğində baza vergisi hesablanır. Hesablanma zamanı tətbiq olunan əmsallar Bakının mərkəzindən ucqarlara doğru azalır. Belə ki, Bakı şəhərinin 1-ci zonasına aid ərazilərdə inşa edilən binaların hər kvadratmetrinə 180 manat vergi tətbiq olunduğu halda, 10, 11 və 12-ci zonalarda bu əmsal 54 manatadək, Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində 67,5 manadək azaldılır. Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalanda bu əmsal 54 manat, digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) 22,5 manat təşkil edir.

Vergi Məcəlləsinə edilən son dəyişikliklərlə bina tikintisi fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər üçün vergilərin ödənilməsi metodu sadələşdirilib. Həmin şəxslərə sadələşdirilmiş  verginin  ödəyicisi  olmaq  və yaxud  bu  hüquqdan  imtina  etməklə ƏDV-nin,  mənfəət vergisinin, əmlak vergisinin ödəyicisi olmaq hüququ verilib. Sadələşdirilmiş vergini seçən tikinti şirkətləri tikəcəkləri binanın yaşayış sahəsinin hər kvadratmetrini əvvəlcə 45 manata, daha sonra zonalar üzrə müəyyənləşdirilmiş əmsallara vuraraq yaşayış sahəsi üçün verginin məbləğini hesablamalıdırlar. Qeyri-yaşayış sahəsi üzrə vergi isə əvvəlcə 45-ə, daha sonra zonalardan asılı olmayaraq 1,5 əmsalına vurulmaqla hesablanır. Hesablanılmış sadələşdirilmiş vergi məbləği bərabər hissələrlə 10 faiz həcmində 10 rüb ərzində büdcəyə ödənilməlidir.

Vergilərin hesablanması qaydasına gəlincə, bina  tikintisi  ilə məşğul olan şəxslər binanın  yaşayış  və qeyri-yaşayış sahələrinin sadələşdirilmiş vergisini ayrılıqda  hesablayırlar. Bu zaman qeyri-yaşayış sahələrinə əlavə 1,5 əmsal tətbiq edilir:

· yaşayış sahəsi üzrə hesablama: binanın ümumi sahəsi – m2 x 45 manat x zona əmsalı;

· qeyri-yaşayış sahəsi üzrə hesablama: binanın ümumi sahəsi – m2 x 45 manat x zona əmsalı x 1,5 əmsal.

Yeri gəlmişkən, «qeyri-yaşayış sahəsi» anlayışı və ya həmin sahəyə binanın hansı hissələrinin aid edilməsi mövcud normativ-hüquqi aktlarda birbaşa müəyyən edilməyib. «Yaşayış sahəsi» dedikdə isə Mənzil Məcəlləsinin 12.2-ci maddəsinə əsasən  daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür.

Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə uyğun olaraq, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur.

Bax: Gələn il ezamiyyə xərclərinin artırılması nəzərdə tutulub

Mənzil Məcəlləsinin tələblərinə əsasən, çoxmənzilli binanın ümumi əmlakına paylı mülkiyyət hüququ olan sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik, ondan istifadə etmək, habelə qanunla müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək hüquqlarına malikdirlər. Belə ki, binanın ümumi əmlakı olan obyektlər bilavasitə sahə mülkiyyətçilərinə xidmət etmək məqsədi daşıdığını və həmin şəxslərin mənzilləri ilə bağlılığını nəzərə alaraq, həmin sahələrin sahibkarlıq fəaliyyəti üçün istifadəsi nəzərdə tutulmadıqda, bu hissələr yaşayış sahəsi kimi sadələşdirilmiş vergiyə cəlb edilməlidir.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

1200 manat məvaciblə Auditor tələb olunur

posted in: Audit, İş elanı, Xəbər | 0

AuditorVəzifə: Auditor

İşəgötürən: İnvest Audit

  • Şəhər: Bakı
  • Yaş: 25 – 35 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Fuad Babaşov

Bax: 1000 manat məvaciblə Aparıcı Mühasib tələb olunur

İş barədə məlumat

– İllik Audit Planlarının tərtibi, audit obyektlərinin və həcminin müəyyən edilməsi

– Audit yoxlamalarının təşkilini həyata keçirmək, audit planları və proqramları əsasında audit yoxlamalarını aparmaq

– Audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq risklərinin qiymətləndirilməsinin aparılması

– Daxili nəzarət sistemlərinin adekvatlığının, səmərəliliyinin yoxlanılması və qiymətləndirilməsi işininin həyata keçirilməsi

– Fəaliyyət effektivliyi nəzərə alınaraq aktivlərin idarə edilməsinə nəzarət etmək, şirkətlərin aktivlərinin qorunması vasitələrini qiymətləndirmək

– Audit yoxlamaları nəticəsində şirkət siyasətinin, prosedurlarının, standartlarının və digər normativ sənədlərin tətbiq edilməsinə dair rəy bildirmək

– Maliyyə və daxili audit hesabatlarının təhlili və analizini aparmaq, debitor və kreditor borcları müəyyən etmək, mənimsəmə və israfçılıq hallarını aşkarlamaq

– Auditor yoxlamalarının nəticələri haqqında hesabat və rəy hazırlamaq

– İş qrafiki: 6 gün, bazar ertəsi-cümə günləri saat 09:00-dan 18:00-dək, şənbə günü saat 09:00-dan 15:00-dək

Bax: 500 manat məvaciblə Xəzinədar tələb olunur

Namizədə tələblər

– Daxili audit, Risklərin idarəedilməsini (o cümlədən, müxtəlif sahələrdə (satış, marketinq, logistika və sair) bilməli

– İqtisadi sahədə qanunvericiliyi; Mənimsəmə və saxtakarlığın idarəedilməsini; Korporativ idarəetməni biməli

– Bazar iqtisadiyyatı və iqtisadiyyatın inkişafı; Biznesin təşkili və idarə edilməsi; İşgüzar ünsiyyət etikasınə bilməli

– Kişi namizədlərə üstünlük verilir

– İqtisadiyyat, maliyyə, hüquq, biznes iradəçiliyi, menecment üzrə ali təhsil (mütləq)

– Maliyyə menecmenti, hüquq, audit, daxili nəzarət, idarəetmə sahəsində minimum 3 il iş təcrübəsi

Mənbə: boss.az

Bax: Artline MMC Mühasib köməkçisi axtarır


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Yeni doğulan uşaqlara görə təyin edilən birdəfəlik müavinət artırılacaq

posted in: Müavinət, Xəbər | 0

birdəfəlik müavinət“Yeni doğulan uşaqlara görə təyin edilən birdəfəlik müavinətin artırılması nəzərdə tutulur. Sosial müavinətlərin əhəmiyyətli dərəcədə artırılması ilə bağlı Milli Məclisə layihə təqdim edəcəyik. Bu məsələ üzərində iş gedir”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 8 noyabrda keçirilən iclasında “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikası 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib.

Bax: Artıq ödəmə məbləğləri ləğv olunacaq?

Nazir müavini qeyd edib ki, müavinətləri haqqı çatan ailələlər almalıdır.

Onun sözlərinə görə, növbəti ildə ehtiyac meyarının artırılması ilə bağlı ünvanlı sosial yardım proqramına 172 milyon manat vəsait sərf ediləcək.

İ. İsayev bildirib ki, əlilliyin təyin edilməsi ilə bağlı mütərrəqi addımlar atılıb, geriyə qayıtmaq olmaz, daha da təkmilləşdirmək lazımdır: “Əlilin təkrar iki komissiyadan keçməsinə ehtiyac yoxdur. Onsuz da bunlar Səhiyyə Nazirliyinin tibb müəssisələrində müayinədən keçirlər. Hazırda əliliyin müəyyənləşdirilməsində neqativ hallar aradan qaldırılıb. Pensiya təminatı sistemində əlillərin sayı 30 faizin üzərindədir. Bu, dünyanın heç bir ölkəsində yoxdur. Diqqət etsəniz, görərsiniz ki, onların arasında II və III qrup əlillərin sayı çoxdur. Çünki onlar əlillik alıblar ki, pensiya təminatından istifadə etsinlər. Siz deputatların, ötən ilin iyulun 1-də qanuna etdiyiniz dəyişikliyə əsasən, II və III qrup əlillər bu imkanı əldə etmirlər. Hazırda II və III qrup əllik təyin edilən insanların sayı minimumdur. Onlar minimum sığorta kapitalı yığmasalar, həmin insanlara pensiya təyin edilmir. I qrup əlliliyin təyin edilməsində də müəyyən neqativ hallar var, bunun qarşısını da almaq üçün araşdırmalar aparırıq. Kimin hüququ çatmırsa, yanlış əlillik təyin edilibsə, onların əlilliyinə yenidən baxılacaq”.

Mənbə: report.az

Bax: Gələn il ezamiyyə xərclərinin artırılması nəzərdə tutulub

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

 

error: Content is protected !!