ATU-nun Tədris Cərrahiyyə Klinikasında vergi yoxlamaları başlayıb

posted in: Vergi, Xəbər | 0

vergi yoxlamalarıVergilər Nazirliyi Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında yoxlamalara başlayıb.

“Report”un əldə etdiyi məlumata görə, yoxlamalar noyabrın 1-dən həyata keçirilir və noyabrın 17-nə qədər davam edəcəyi bildirilir.

Nazirlik klinikanın vergidən yayınması ilə bağlı məlumat əldə edib. Hazırda bura müayinəyə gələnlər başqa xəstəxanalara yönəldilir.

Mənbə: report.az

Bax: Gələn il ezamiyyə xərclərinin artırılması nəzərdə tutulub

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Gələn il ezamiyyə xərclərinin artırılması nəzərdə tutulub

posted in: Xəbər | 0

ezamiyyə“Gələn il ölkə üzrə ezamiyyə xərclərinin artırılması nəzərdə tutulub. Bu məsələyə vaxtaşırı baxılır”.

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Regional məsələlər, Gənclər və idman, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında büdcə müzakirələri zamanı çıxış edən maliyyə naziri Samir Şərifov deyib.

Bax: Dövlət Gömrük Komitəsinin mayoru rüşvətə görə vəzifəsindən azad edilib

O qeyd edib ki, Milli Məclisin İşlər İdarəsi tərəfindən Maliyyə Nazirliyinə müvafiq dəqiqləşmələr üçün məlumatlar təqdim olunub: “Biz bunları nəzərdən keçiririk”.

Mənbə: report.az

Bax: Artıq ödəmə məbləğləri ləğv olunacaq?

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Artıq ödəmə məbləğləri ləğv olunacaq?

posted in: Xəbər | 0

Artıq ödəməArtıq ödəmə məbləğləri ləğv olunacaq?

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirilib ki, 2019-cu il üçün nəzərdə tutulmuş artım məbləğinin komitə tərəfindən təmin edilməsi ölkədaxili dövriyyələrin tam bəyan olunmaması şəraitində Vergilər Nazirliyinin xətti ilə büdcə gəlirləri üzrə artıqödəmə məbləğində artımın olmasına təsir göstərəcək.

Bax: İnzibati Xətalar Məcəlləsində kiçik dəyişiklik edilib
Eyni zamanda, cari ilin 6 ayı ərzində artıq ödəmə ilin əvvəli ilə müqayisədə 3,9 faiz, ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,1 faiz azalmasına baxmayaraq 2,4 milyard manat təşkil edir.

Vergi daxilolmalarının effektinin və nəzərdə tutulmuş dəyişikliklərin təsirinin qiymətləndirilməsi, ilk növbədə, artıqödəmə məbləğlərinin ləğvini tələb edir. AZƏRTAC xəbər verir ki, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Mənbə: azertag.az

Bax: Dövlət Gömrük Komitəsinin mayoru rüşvətə görə vəzifəsindən azad edilib

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Dövlət Gömrük Komitəsinin mayoru rüşvətə görə vəzifəsindən azad edilib

posted in: Xəbər | 0

dgkDövlət Gömrük Komitəsinin (DGK) mayoru Ayaz Cəfərəliyev rüşvətə görə vəzifəsindən azad edilib.

“Report” DGK-nın Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinə istinadən xəbər verir ki, Bakı Baş Gömrük İdarəsi “İpək yolu” gömrük postuna təhkim olunan Baş Gömrük Mühafizə Xidmətinin “Şimal” gömrük mühafizə dəstəsinin böyük mühafizəçisi, gömrük xidməti mayoru Cəfərəliyev Ayaz Nəcəfqulu oğlu “İpək yolu” gömrük postunun 6-cı anbarında xidmət aparan zaman qulluq mövqeyindən sui-istifadə edərək “S3 Safety” MMC-nin ünvanına daxil olan yük nəqliyyat vasitəsinə baxış keçirdiyi üçün həmin şirkətin nümayəndəsi Rəhimov Rəşad İbrahim oğlundan 100 manat məbləğində qeyri-qanuni pul vəsaiti istəyib, Rəhimov Rəşad İbrahim oğlu da ona qeyri-qanuni olaraq 100 manat məbləğində vəsaiti verib.

Bax: İnzibati Xətalar Məcəlləsində kiçik dəyişiklik edilib

Xidməti vəzifəsinin icrasına səhlənkar yanaşaraq əmək vəzifələrini kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmri ilə Baş Gömrük Mühafizə Xidmətinin “Şimal” gömrük mühafizə dəstəsinin böyük mühafizəçisi, gömrük xidməti mayoru Cəfərəliyev Ayaz Nəcəfqulu oğlu “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinə əsasən, gömrük orqanlarından xaric edilib.

Cəfərəliyev Ayaz Nəcəfqulu oğlu və Rəhimov Rəşad İbrahim oğlu barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.