Növbəti ildə böyük vergi islahatı aparılacaq

posted in: Vergi, Xəbər | 0

vergi“Növbəti ildə faktiki olaraq böyük vergi islahatına gedirik. Bu, dövlət tərəfindən atılan kifayət qədər cəsarətli addımdır. Müəyyən vaxt ərzində dövlət büdcəsinin gəlirinin bir hissəsindən faktiki olaraq imtina edirik”.

“Report”un verdiyi xəbərə görə, bu barədə maliyyə naziri Samir Şərifov bildirib.

Bax: Vergitutma bazasının genişlənəcəyi proqnozlaşdırılır

“Ona görə ki, biz istəyirik iqtisadiyyatda şəffaflaşma baş versin, kölgə iqtisadiyyatı tədricən azaldılsın və bunun üçün sahibkarlar üçün stimul yaradırıq. Sahibkarları həvəsləndiririk ki, onlar da bu addımı dəstəkləsinlər. Sosial sığorta haqlarının işçi və işəgötürən arasında bölgü məsələsinə toxunmuşuq. Bunlardan sonra belə ARDNF-dən transfert əhəmiyyətli dərəcədə artmır”,- nazir deyib.

O qeyd edib ki, əvvəllər Dövlət Neft Fondunun xətti ilə bir sıra layihələr maliyyələşdirilirdi: “İndi bu layihələr dövlət büdcəsi ilə maliyyələşdiriləcək”.

Mənbə: report.az

Bax: Hüquqi şəxsin ləğvetməsi necə həyata keçirilməlidir?


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergitutma bazasının genişlənəcəyi proqnozlaşdırılır

posted in: Xəbər | 0

Vergitutma bazasıVergilər Nazirliyi vergitutma rejiminin təkmilləşdirilməsi və digər tədbirlər vasitəsilə vergitutma bazasının genişlənəcəyini proqnozlaşdırır.

Bu barədə vergilər naziri Mikayıl Cabbarov bildirib.

Bax: Hüquqi şəxsin ləğvetməsi necə həyata keçirilməlidir?

“Qarşımızda duran əsas məqsəd iqtisadi artımın təmin edilməsi, sahibkarlığın inkişafının dəstəklənməsi, özəl investisiyaların səmərəli təşviqidir. Bu məqsədlə bərabər vergi yükünün təmin edilməsi qarşımızda duran əsas vəzifə kimi qəbul edilib. Qeyri-neft sektorunda nəzərdə tutulan vergi güzəştlərinin islahatı da buna yönəlib. Əmək bazarının və əmək haqqı sisteminin şəffaflaşdırılması üçün güclü vergi stimullarının yaradılmasını düşünürük”, – o deyib.

Nazir həmçinin ki, vergidənyayınma miqyasının azaldılması üçün mal dövriyyəsinin sənədləşdirilməsi, aksizli malların dövriyyəsinə nəzarətin güclənməsi kimi istiqamətlər müəyyənləşib.

Bax: Yaponiyada satışdan verginin dərəcəsi artırılıb

“Vergitutma rejiminin təkmilləşdirilməsi və digər tədbirlər vasitəsilə vergitutma bazasının genişləndirilməsi, vergi ödənişlərinin optimalllaşdırılması və iqtisadi səmərəsinin yüksəldilməsi, ayrı-ayrı sahələrin iqtisadi inkişafını təmin etmık üçün güzəştlərin tətbiqi kimi istiqamətlər müəyyən olunub”, – M.Cabbarov əlavə edib.

Xatırladaq ki, Azərbaycanda bəzi vergi ödəyicilərinə gəlir vergisi üzrə güzəştlərin edilməsi nəzərdə tutulub.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Maliyyə Meneceri tələb olunur

posted in: İş elanı, Maliyyə, Xəbər | 0

Maliyyə MeneceriVəzifə: Maliyyə Meneceri

İşəgötürən: Antaris MMC

Antaris barəsində: Ətraflı məlumatı linkə daxil olub əldə edə bilərsiniz:
http://antaris.az/ və ya https://www.facebook.com/AntarisAzerbaijan/

Bax: AZM Trading MMC Mühasib axtarır

Vəzifə öhdəlikləri: 

• Şirkətin maliyyə sisteminin qurulması
• Təşkilati dəyişimlə əlaqədar olaraq fəaliyyət planın formalaşdırılması və icrası
• Maliyyə sisteminin və bölmələrinin idarə edilməsi
• Digər məqamlar müsahibə zamanı ətraflı müzakirə ediləcəkdir
• Tabeliyində iki şöbə olacaqdır.

Bax: 500 manat məvaciblə Mühasib köməkçisi axtarılır

Namizədə dair tələblər:

Təcrübə və Texniki bacarıqlar:

• İngilis dili upper – intermediate və ya advanced; Rus dili üstünlükdür
• CFA sertifikatı, ACCA olması üstünlükdür
• Ali təhsil maliyyə və biznes idarəçiliyi üzrə
• Big four və ya maliyyə qurumlarında, hər hansı şirkətdə ən az senior/leading specialist səviyyədə maliyyə təcrübəsi
• Risklərin idarə edilməsi, Prioritetlərin təyini barədə təcrübə və biliklər

Emosional bacarıqlar və vərdişlər:

• Problemlərin həllində proaktiv davranmaq
• Prioritetlərin idarə edilməsi
• Biznesin məqsədlərinə əsaslanmış kritik qərar qəbul edə bilmə
• Şirkətin bütün səviyyələri üçün “yox” demə qabiliyyəti
• Analitik düşünmə və detallara fokuslanma
• Yeniliklərə açıq olma, insiativ alma qabiliyyəti
• Yüksək motivasiyada problem və həllərinə fokuslanma

Bax: “GROW Audit and Consulting” LLC Mühasib axtarır

İş şərtləri və imkanlar barəsində:

• Əmək haqqı razılaşma ilə təyin ediləcək
• İş yeri: Əhməd Rəcəbli 208 (Xəritədə bax: https://goo.gl/maps/tCiQJV9KHx12 )
• İş günlərinin sayı 5 gün
• Biznes məhsuldarlığı baxımından əhəmiyyətli olan təlimlər təmin olunacaq

E – mail :  / 

Mənbə: jobsearch.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Hüquqi şəxsin ləğvetməsi necə həyata keçirilməlidir?

posted in: Vergi, Xəbər | 0

Hüquqi şəxsin ləğvetməsi Sual: Hüquqi şəxs ləğvetmə prosesindədir. Məcəllədə ancaq mənfəət, gəlir və sadələşdirilmiş vergilər üzrə aydın yazılıb ki, neçə gün ərzində ləğvetmə bəyannamələr vergi orqanına təqdim etməlidir. Lakin digər vergilər üzrə belə məlumat məcəllədə qeyd olunmayıb. 195 Çağrı Mərkəzi ilə əlaqə saxlanıldı və bizə məlumat verildi ki, nazirliyin daxili təlimatı mövcuddur və həmin təlimata əsasən ləğvetmə bəyannamələr 30 gün ərzində təqdim olunmalıdır. Lakin həmin təlimat internetdə yoxdur. Deməli, belə qənaətə gəlmək olar ki, 1 milyon vergi ödəyicisi bu məlumatı əldə etmək üçün 195 Çağrı Mərkəzinə zəng etməlidir?

Bax: Hüquqi şəxslərin dövlət qeydiyyatı və uçotu

Cavab: Bildiririk ki, hüquqi şəxs ləğv edildikdə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin fəaliyyətinə xitam verildikdə, ƏDV bəyannaməsi Vergi Məcəlləsində nəzərdə tutulmuş müddətdən gec olmamaq şərti ilə 30 gün müddətində vergi orqanına təqdim edilməsi barədə müddəa Vergi Məcəlləsinin 177.2-ci maddəsində, aksiz bəyannaməsinə münasibətdə analoji müddəa Vergi Məcəlləsinin 192.1-ci maddəsində öz əksini tapmışdır.

Sual: Bundan başqa, Vergi Məcəlləsinin 201.5-ci maddəsinə əsasən vergi ödəyicisi olan hüquqi şəxs onun ləğv edilməsi haqqında qərarının qəbul edilməsi tarixindən, qeyri-rezidentin daimi nümayəndəliyi üçün bu tarix göstərilmədikdə isə qərarın Azərbaycan Respublikasının xarici dövlətlərdəki nümayəndəlikləri (Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin konsulluq idarələrində) leqallaşdırıldığı tarixindən sonra 30 gün müddətində vergi orqanına əmlak vergisinin bəyannaməsini verməlidir və bu halda hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir.

Bax: Xarici hüquqi şəxsin ölkəmizdəki filialının xərclərinin qarşılanması vergitutma obyektidir?

Vergilər Nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatı”nın və vergi ödəyicilərinin uçotunun ləğv edilməsi Qaydaları”na əsasən vergi ödəyicisinin yekun bəyannamələri təqdim edilənədək vergi ödəyicisi tərəfindən ödəyicisi olduğu vergi növləri üzrə müvafiq bəyannamələr qanunvericilikdə nəzərdə tutulmuş hesabat dövrləri üzrə vergi orqanına təqdim edilməlidir. Eyni zamanda, göstərilən dövrdə vergi ödəyicisinin ləğv edilməsi tarixinədək bitməmiş hesabat dövrləri üzrə müvafiq yekun bəyannamələr Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətini dayandırdığı tarixdən və yaxud ləğv edilmə haqqında qərarda göstərilən ləğv olunma tarixindən (qeyri-rezidentin daimi nümayəndəliyi üçün bu tarix göstərilmədikdə qərarın Azərbaycan Respublikasının xarici dövlətlərdəki nümayəndəliklərinin leqallaşdırdığı tarixdən) 30 gün müddətində (sadələşdirilmiş vergi ödəyiciləri istisna olmaqla) təqdim edilməlidir. Yekun mənfəət və ya gəlir vergisi bəyannaməsinin hesabat dövrü vergi ilinin əvvəlindən sahibkarlıq fəaliyyətinin dayandırıldığı günə qədər olan dövrü əhatə edir.

Sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən ödəyicinin ləğv edilməsi tarixinədək bitməmiş hesabat dövrləri üzrə yekun bəyannamələri isə Vergi Məcəlləsində müəyyən edilmiş müddətdən gec olmamaq şərti ilə vergi orqanına təqdim edilməlidir.

Mənbə: vergiler.az

Bax: Təsisçiyə borc qaytarıldıqda necə rəsmiləşdirilir?


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.