800 manat məvaciblə Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

MühasibAZCO Engineering-Procurement & Construction” MMC şirkəti ən yaxşı inkişaf etmiş yerli EPC şirkətlərindən biridir. AZCO Sənaye Layihələrinə sərmayə qoyan və inkişaf edən şirkətləri peşəkar texniki xidmətlərlə təmin edir.

Şirkətimiz Neft və Qaz, Dağ-Mədən, Sənaye və İnfrastruktur sektorlarında Mühəndislik, Təchizat Xidmətləri, Tikintinin İdarə edilməsi, İstehsalat və Tikinti, Sazlama işləri və İstismara verilmə zamanı Yardım, Texniki Təmir və İnsan Resursları Xidmətləri kimi ixtisaslaşdırılmış xidmət çeşidlərini təklif edir.

Aydın Kərimovla mühasibat uçotu kursu

Şirkətin adı: “AZCO Engineering-Procurement & Construction” MMC

Vakansiya: Mühasib

İş barədə məlumat:

– Hesab-fakturaları, qaimə-fakturaları və digər xərc sənədlərini hazırlamaq (tərtib etmək) və icra etmək;
– Əmək haqqı, müavinətlər, vergilər, ezamiyyələr üzrə ödənişləri hesablamaq və qeydiyyatını aparmaq;
– Vergi, sosial sığorta və s. ödənişləri həyata keçirmək, onlara nəzarət etmək;
– Aylıq, rüblük, illik bəyənnamələri və hesabatları (vergi, sosial sığorta, statistika, məşğulluğa s.) hazırlamaq;
– Maliyyə uyğunsuzluqlarını yoxlamaq və aradan qaldırmaq;
– Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət etmək;
– DSMF, vergi və s. hesabatların hazırlanması,
– Ciddi hesabat blanklarının (kassa mədaxil və məxaric orderlələri, qaimə- fakturaların və s.) düzgün yazılmasına nəzarət etmək, həmçinin onların uçotunun aparmaq;
– Müəssisənin xərclərinin və gəlirlərinin kassa kitabında uçotunun təşkil etmək;
– Əmək haqqı, məzuniyət, xəstəlik vərəqi , ezamiyyət, tabel cədvəli və digər. mühasibat cədvəllərinin tərtib etmək;
– Qanunvericiliklə müəyyən edilmiş qaydada bütün növ mühasibat sənədlərinin hazırlamaq (gündəlik və aylıq müxbirləşmələr, memorial orderlərin, dövriyyə qalıq cədvəlləri, müəssisənin balansı və s. maliyyə hesabatlarının tərtib etmək.)
– Vergi bəyənnamələrinin hazırlanmaq (sadələşdirilmiş vergi, fiziki şəxslərin gəlir vergisi, ödəmə mənbəyindən tutulan vergi, ƏDV köçürmələri, ƏDV bəyənnamələri, əmlak vergisi, yol vergisi, hüquqi şəxlərin mənfəət vergisi, elektron vergi hesab fakturaların göndərilmək və s;
– Müəssisənin illik xərclərinin smetasının hazırlanması və onların analizi; -Fakturaların,VHF-larnın işlənməsi Q/f və VHF-ların tərtib olunması Aylıq, rüblük hesabatların hazırlanması və göndərilməsi Vergi bəyannamələrinin tərtib olunması.
– Bank koçürmələrinin aparılması;
– Xəzinə kitabının işlənməsi

Bax: Başak Group Mühasib axtarır

Namizədə tələblər:

Təhsil – Ali təhsil
İş təcrübəsi – Minimum 3-4 il
Vergi Məcəlləsini mükəmməl bilməli
Kompüter bilikləri –  MS office, Word, Excel, 1C
Dil bilikləri – Azərbaycan, ingilis dili arzuolunandır.
Xanım namizədlərə üstünlük verilir!

Əmək haqqı: 700-800 AZN
İş qrafiki:  Bazar ertəsi- Cümə 09:00-18:00

Maraqlananlar  CV-ni mövzu yerinə Mühasib qeyd edərək,   / info@finstaff.az ünvanına göndərə bilərlər.

Bax: 700 manat məvaciblə İnsan Resursları üzrə mütəxəssis tələb olunur

Mənbə: jobsearch.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bakıda gömrük nəzarətinin daha effektiv həyata keçirilməsi üçün təlim keçirilir

posted in: Xəbər | 0

Bu gün Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Hi-Scan-Hi-Trax II” baxış-rentgen texnikasının istismar qaydalarına dair operator təlimi başlayıb.

Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, DGK əməkdaşları üçün nəzərdə tutulan təlimdə öncə sözügedən avadanlıq haqqında videoçarx nümayiş etdirilib.

Aydın Kərimovla mühasibat uçotu kursu

Sonra təlimçilər tərəfindən “Hi-Scan-Hi-Trax II” baxış-rentgen texnikasının istismar qaydaları barədə məlumat verilib.

Qeyd edilib ki, avadanlığın iş prinsipi, istismar qaydaları, təyinatı barədə biliklərin dərindən öyrənilməsi gömrük işinin səmərəli təşkilinə, gömrük nəzarətinin daha effektiv şəkildə həyata keçirilməsinə şərait yaradacaq.

Təlimi DGK-nın müvafiq sahə üzrə beynəlxalq dərəcəli təlimçiləri statusunu almış əməkdaşları – Gömrük Əməliyyatlarının Tənzimlənməsi İdarəsinin rəisi Anar Məmmədov, idarənin Skanlaşdırma və Texniki Nəzarət Vasitələrinin Tətbiqi şöbəsinin rəisi Əmir Əsədov və Naxçıvan MR Dövlət Gömrük Komitəsi Yoxlama-baxış sistemlərinin istismarı şöbəsinin rəisi Əkrəm Məmmədov aparır.

Beş gün davam edəcək təlimin sonunda uğurlu nəticə əldə edən iştirakçılara sertifikatlar veriləcək.

Mənbə: report.az

Bax: “Kənar audit və maya dəyəri” mövzusunda təlim keçiriləcək


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

700 manat məvaciblə İnsan Resursları üzrə mütəxəssis tələb olunur

HR mütəxəssisŞirkət Ad: Miniso LLC

Şəhər: Bakı

E-mail:  / 

Kateqoriya: İnsan Resursları üzrə mütəxəssis

Vəzifə: HR

Əmək Haqqı: 700 AZN

Tələblər

• Yaş: 25-35
• Təhsili : Ali
• İnsan Resursları sahəsində ən azı 3 il iş təcrübəsi;
• Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə biliklər
• Elektron hökümət portalında sərbəst istifadə bacarığı
• MS Office proqramlarında sərbəst istifadə bacarığı
• Azərbaycan dili -sərbəst, rus dili-sərbəst, ingilis dili – sərbəst
• İşlədiyi dillərin qrammatik qaydalarının mükəmməl səviyyədə biliyi
• Vəzifəsinin icrası ilə əlaqədar digər tapşırıqları yerinə yetirilməsi

Aydın Kərimovla mühasibat uçotu kursu

İş haqqında

– Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara uyğun işçilərin qəbulu, transferi, vəzifə artımı, işdən azad edilmə və s. sənədlərin rəsmiləşdirilməsi, məlumatların elektron hökümət portalına daxil edilməsi
– Əmək kitabçalarına lazımı məlumatların qeyd edilməsi
– İşçilərin şəxsi işlərinin hazırlanması və qorunması
– Çalışanlara cari və keçmiş əmək fəaliyətləri haqqında arayışlar vermək
– Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək
– İşçilər haqda məlumatları özündə cəmləşdirən məlumat bazası ilə işləmək, lazımi dəyişikliklərin oraya daxil edilməsi

Şəkilli CV-lərinizi “HR” başlığı ilə   / info@finstaff.az ünvanına göndərə bilərsiniz.

Bax: Başak Group Mühasib axtarır

Mənbə: jobsearch.az

Bax: 


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

“Kənar audit və maya dəyəri” mövzusunda təlim keçiriləcək

posted in: Audit, Xəbər | 0

Kənar auditHörmətli sahibkarlar!

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə 25.10.2018 – 26.10.2018-ci il tarixlərində saat 10:00-12.00 arası keçiriləcək “Kənar audit və maya dəyəri” təlimində iştirak etməyə dəvət edirik.

Aydın Kərimovla mühasibat uçotu kursu

Təlimdə iştirak qaydaları:

Təlim ASK üzvləri üçün ödənişsiz, qeyri üzvlər üçün 50 AZN təşkil edir. Ödənişi təsdiq edən sənəd ən gec təlimin ilk günü təqdim olunmalıdır!

Əlavədə təlim proqramı ilə tanış ola bilərsiniz.

Təlimdə iştirak etmək üçün https://sahibkarliq.typeform.com/to/eCBBnm linkdən qeydiyyatdan keçmək lazımdır.

Son qeydiyyat tarixi: 24.10.2018, saat 16:00 qədər

Təlimin keçirildiyi ünvan: ASK ofisi, Akad. Həsən Əliyev küç., 57

Ödəniş üçün aşağıda qeyd olunan bank rekvizitləri təqdim olunur:

«Turanbank»  ASCKodu: 507462  

VÖEN: 1300016391

Müxbir hesab: AZ26NABZ01350100000000027944

SWIFT: TURAAZ22.

“ASK Biznes Konsaltinq” MMC 

Hesab: AZ57TURA40060013072400100944

VÖEN: 1502413761                                                                                                                  

 

Əlaqələndirici şəxs: Elmira Balıyeva

Tel: 012 465 72 42 (daxili: 113)

E-mail: 

Mənbə: ask.org.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.