Əməkhaqqı ilə əlaqəli olan ödənişlər üçün uzunmüddətli vergi güzəştinin tətbiqi təklif olunur

posted in: Xəbər | 0

ƏməkhaqqıƏməkhaqqının üzərinə düşən fiskal yükünün azaldılması islahatı hazırladığımız dəyişikliklər sırasında xüsusi yer tutur, bunu Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Vergilər naziri Mikayıl Cabbarov bildirib. Nazir qeyd edib ki, bir çox hallarda əməkhaqqı üzrə sosial sığorta və vergi yükünün yüksək olması sahibkarları qeyri-rəsmi əməkhaqqı ödənilməsi praktikasına sövq edir. Bu vəziyyət “kölgə iqtisadiyyatı”nın genişlənməsinin əsas səbəblərindən biridir. İnzibati tədbirlərin görülməsinə baxmayaraq, bu məsələ problem olaraq qalmaqdadır.

Bax: Sadələşdirilmiş verginin dərəcəsinin endirilməsi təklif olunur

İslahatın başlıca məqsədi mövcud əmək münasibətlərinin rəsmiləşdirilməsi, qeyri-neft sektorunun inkişafına əlavə təkan verilməsi və yeni iş yerlərinin açılması üçün sahibkarlarda iqtisadi motivasiyanın yaradılmasıdır. Bu məqsədlə qeyri-neft sektorunda əməkhaqqı ilə əlaqəli olan ödənişlər üçün uzunmüddətli vergi güzəşti və vahid inzibatçılığın tətbiqi təklif olunur.

“Güman edirik ki, islahat nəticəsində qeyri-rəsmi məşğulluğun səviyyəsi azalacaq və sahibkarların əmək münasibətlərini rəsmiləşdirməsinə iqtisadi marağı artacaq. Bu proses iqtisadi artıma da öz müsbət təsirini göstərəcək.”-deyə nazir bildirib.

Həmçinin Vergi sahəsində aparılan islahatların, biznes mühitinin cəlbediciliyinin artırılması üçün həyata keçirilən tədbirlərin, informasiya texnologiyalarına əsaslanan vergi inzibatçılığının formalaşdırılmasının sahibkarlığın inkişafına, ölkəmizin tərəqqisi naminə biznes və vergi orqanlarının səmərəli əməkdaşlığına öz töhfəsini verəcəyini bildirib.

Bax: Bu sahibkarların dividend gəlirlərinin vergidən azad olunması təklif edilir

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.  

3 xarici şirkət Azərbaycandan getdi

posted in: Vergi, Xəbər | 0

  • “Aygün Alüminyum Sənaye və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN: 1401739881) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Fikrət Əmirov küçəsi, ev 10 ünvanına bildirə bilərlər.
  • “Cornvall Marine S.A.” Korporasiyasının Azərbaycan Respublikasındakı Filialı (VÖEN: 1803405641) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Bakıxanov qəsəbəsi, ev 26, mənzil 16 ünvanına bildirə bilərlər.
  • “Locomo Maritime Company” Azərbaycan Respublikasındakı Filialı (VÖEN: 1803405771) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, ev 26, mənzil 16 ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az

Bax: Nizamnamə kapitalı 67 milyon manat olan Publik Hüquqi Şəxs yaradıldı

Bax: Sadələşdirilmiş verginin dərəcəsinin endirilməsi təklif olunur

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.    

Vergilər naziri: Artıq ödəmələr çətinlik yaradır

posted in: Vergi, Xəbər | 0

ödəmələrİllərlə yaranmış artıq ödəmələr cari ilin vergi proqnozunun icrasında obyektiv çətinliklər yaradır, bunu Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Vergilər naziri Mikayıl Cabbarov bildirib.

Ayrı-ayrı sahələrin inkişafı üçün tətbiq olunan vergi güzəştlərinin əhəmiyyəti danılmazdır, lakin istehsalçılarda gəlir və xərclərin uçotunun olmadığı bir şəraitə bu, məhsulları satış məqsədləri üçün əldə edən üçüncü şəxslərin vergidən yayınmaları üçün əlavə imkanlar yaradır deyə Nazir bildirib.

Bax: Sadələşdirilmiş verginin dərəcəsinin endirilməsi təklif olunur

Həmçinin qeyd edilib ki, vergi ödəyicilərinin fəaliyyətində uçot sisteminin zəifləməsində müəyyən qədər vergi orqanlarının da payı olub. Vergi ödəyicilərini öz təsərrüfat fəaliyyətinin nəticələrinin hesablanmasının gəlir və xərclər üzərində deyil, ən asan üsulla – dövriyyənin hesablanmasına yönəldilməsi, bunun nəticəsində audit institutunun əhəmiyyətini itirməsi, vergiödəyicilərindən ödənilməli olan vergi məbləğindən artıq ödəmələrin həcminin ilbəil artması, özəl biznesə qarşı qəbuledilməz metodların tətbiqi kimi xoşagəlməz halları qeyd etmək olar. Nəticə etibarilə illərlə yaranmış artıq ödəmələr cari ilin vergi proqnozunun icrasında obyektiv çətinliklər yaradır.

Uzun müddət formalaşmış vergi ödəmə vərdişlərinin dəyişdirilməsi çətin, lakin həllini tələb edən proses olduğu, Vergi administrasiyası bu istiqamətdə öz fəaliyyətinin vergi mühitinin şəffaf, bərabər, hamı üçün eyni və əvvəlcədən təxmin edilən prinsiplər əsasında qurulmasının davam olunacağı bildirilib.

Mikayıl Cabbarovun çıxışının tam mətnini buradan oxuya bilərsiniz

Bax: Bu sahibkarların dividend gəlirlərinin vergidən azad olunması təklif edilir

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.    

Nizamnamə kapitalı 67 milyon manat olan Publik Hüquqi Şəxs yaradıldı

posted in: Xəbər | 0

Publik Hüquqi ŞəxsVergiler.az qəzetinin xüsusi buraxılışında dərc olunan yazıya əsasən, Nizamnamə kapitalı 67 milyon manat olan Publik Hüquqi Şəxs yaradılıb.

Kommersiya qurumunun adı: “Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu” Publik Hüquqi Şəxsi

Qeydiyyat nömrəsi (VÖEN): 0200981601

Təşkilati-hüquqi forması: Publik Hüquqi Şəxs

Hüquqi ünvanı: AZ7000, Naxçıvan şəhəri, H. Əliyev pr., ev 6.

Nizamnamə kapitalı: 67723000 manat

Maliyyə ili: 01 Yanvar-31 Dekabr

Qanuni təmsilçi: Cəfərov Seymur Nazim oğlu

Dövlət qeydiyyatına alındığı tarix: 15 avqust 2018