Şirkət qarşılıqlı əlaqəli olmayan şəxslərdən faizsiz borc ala bilər?

posted in: Xəbər | 0

faizsiz borcSual: Firma qarşılıqlı surətdə asılı olmayan şəxlərdən Mülki Məcəllənin müvafiq bəndlərinə əsasən faizsiz borc almış və 3 ay ərzində geri qaytarmaq şərtiylə müqavilə bağlamışdır. Vəsait yanvar 2018-də qəbul edilmiş və mart 2018-də borc məbləği qaytarılmışdır. Bu halda (3 ay ərzində qaytarılan vəsaitə görə) biz ödəmə mənbəyindən vergi hesablamalıyıqmı? Bu barədə məlumat verməyinizi xahiş edirik.

Cavab: Bildiririk ki, müəssisəyə digər şəxslər tərəfindən faizsiz borc verilməsinə qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır. Borc tərəflər arasında qanunvericiliyə uyğun olaraq bağlanılan borc müqaviləsinə əsasən verilə bilər. Qarşılıqlı əlaqəli olmayan şəxslər arasında bağlanmış müqaviləyə əsasən verilmiş faizsiz borc məbləğinə bazar qiyməti nəzərə alınmaqla faizlər hesablanmalı və ödənilməli olan faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir. Onu da nəzərinizə çatdırırıq ki, mövcud qanunvericiliyə əsasən müəssisə tərəfindən vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olmayan şəxslərə borc pul vəsaitinin qaytarılması “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsində qeyd edilən hədlər daxilində nağd qaydada həyata keçirilə bilər. Vergi ödəyicisi kimi vergi orqanlarında qeydiyyatda olan şəxsə faizsiz pul vəsaitlərinin qaytarılması isə yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Bax: Vergi Məcəlləsinin 14-cü, 123.1-ci və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununun 3.3-cü və 3.4.6-cı maddələri.

Mənbə: taxes.gov.az

Həmçinin bax: Kriptovalyuta ticarəti vergiyə necə cəlb edilir?

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

5 xarici şirkət Azərbaycandan getdi

posted in: Vergi, Xəbər | 0

xarici şirkət“Rhopoint Metrology Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: 1101436551) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Neftçilər prospekti 153, Port Baku Tauers Biznes Mərkəzi Cənub Qülləsi, 9-cu mərtəbə ünvanına bildirə bilərlər.

“Nikan Tərabər Beynəlxalq Nəqliyyat” şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: 3100696921) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesi ünvanına bildirə bilərlər.

“E and I International AZ AB” şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: 1401740681) ləğv olunduğunu elan edir. Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Nizami ev 69, İSR Plaza ünvanına bildirə bilərlər.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

“Samfa İnşaat Dekorasyon Peyzaj Sanayi ve Ticaret Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: 1402388421) ləğv olunduğunu elan edir. Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsi, ev 30 ünvanına bildirə bilərlər.

“Alliance Offshore and Marine PTE.LTD” şirkətinin  şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: 1403084571) ləğv olunduğunu elan edir. Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 35C ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az

Həmçinin bax: Nizamnamə kapitalı 723.000 manat olan ASC yaradıldı

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Azərbaycanda mərkəzləşdirilmiş e-informasiya sistemi yaradılacaq

posted in: Xəbər | 0

informasiya Azərbaycanda mərkəzləşdirilmiş e-informasiya sistemi yaradılacaq. Yeni sistem ölkədə idarəetmə sisteminin səmərəliliyinin artırılmasını təmin edəcək.

Azərbaycanda modern və çevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması məqsədilə əhaliyə göstərilən xidmətlərin elektron qaydada həyata keçirilməsi istiqamətində əhəmiyyətli işlər aparılır. Bununla belə, vətəndaşlara xidmət göstərilməsində şəffaflığı və operativliyi təmin etmək üçün əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində dövlət xidmətlərinin tam elektronlaşdırılması, müvafiq informasiya sistemlərinin formalaşdırılması, informasiya texnologiyalarının tətbiqi ilə innovativ idarəetmənin təmin edilməsi, korrupsiya, sui-istifadə və süründürməçilik hallarının qarşısının alınması yönündə bir sıra əlavə tədbirlərin görülməsinə ehtiyac hiss olunurdu. Prezident İlham Əliyevin bu günlərdə imzaladığı fərman da qeyd olunan məsələlərin həlli istiqamətində atılan mühüm addım kimi qiymətləndirilməlidir.

Fərmana əsasən, ölkədə idarəetmə sisteminin daha da təkmilləşdirilməsi, bir sıra qurumların fəaliyyətində səmərəliliyinin artırılmasının təmin edilməsi məqsədilə  Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sistemləri əsasında «Mərkəzləşdirilmiş elektron informasiya sistemi» (MEİS) yaradılacaq. Sənəddə bildirilir ki:

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – fəaliyyət istiqamətləri üzrə əhaliyə göstərilən xidmətlərin vahid platforma üzərindən elektron formada təqdim edilməsi məqsədilə «e-sosial» internet portalının üç ay müddətində yaradılmasını təmin etsin;
  • məşğulluq tədbirləri ilə bağlı xidmətlərin elektron şəkildə həyata keçirilməsi məqsədilə MEİS-də məşğulluq altsisteminin altı ay müddətində yaradılmasını təmin etsin;
  • portal vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyini təmin etmək məqsədilə Xüsusi Dövlət Mühafizə Xidməti ilə birlikdə tədbirlər görsün;
  • Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla üç ay müddətində MEİS haqqında əsasnamənin layihəsini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin;
  • portal haqqında əsasnamənin layihəsini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin;
  • pensiya təyinatının avtomatlaşdırılmasına, bu sahədə xidmətlərin elektron qaydada göstərilməsinə və vətəndaşların sosial sığorta stajının müəyyən edilməsinə dair qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin;
  • fərmandan irəli gələn digər tədbirləri görsün.
  • Fərmandan irəli gələn tapşırıqlara uyğun olaraq, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi portalın və bu fərmanda nəzərdə tutulan altsistemin fəaliyyətini təmin etmək məqsədilə onlarla digər dövlət orqanlarının informasiya sistemləri və ehtiyatları arasında informasiya mübadiləsinin və elektron xidmətlərin göstərilməsinin «Elektron hökumət» portalı vasitəsilə təşkili üçün tədbirlər görməlidir.
  • Sənədə əsasən, Nazirlər Kabinetinə:
  • əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində xidmətlərin elektron qaydada həyata keçirilməsi və pensiya təyinatının tam elektronlaşdırılmasına keçidlə əlaqədar Azərbaycan Respublikası qanunlarının təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək;
  • portalın və bu fərmanda nəzərdə tutulan altsistemin yaradılması və saxlanması ilə bağlı xərclərin maliyyələşdirilməsini iki ay müddətində təmin etmək;
  • Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək;
  • Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək;
  • mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək;
  • bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
  • Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Mənbə: vergiler.az

Həmçinin bax: Nizamnamə kapitalı 723.000 manat olan ASC yaradıldı


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Gömrük Komitəsinin vəzifəli əməkdaşı rüşvət ələ keçirilib

posted in: Xəbər | 0

rüşvətDövlət Gömrük Komitəsinin (DKG) Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Natiq İmanov vəzifəsindən azad edilib.

Bu barədə “Report”a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Belə ki, DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsinə Dövlət Komitəsinin Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Natiq İmanovun pensiya yaşına çatmış əməkdaşlara dövlət tərəfindən ödəniləcək birdəfəlik müavinətlərin vaxtından əvvəl verilməsini təmin etmək adı altında onlardan xeyli miqdarda pul vəsaiti alması barədə məlumat daxil olub.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Dövlət Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi və Daxili Təhlükəsizlik İdarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində növbəti dəfə pensiya yaşına çatan gömrük əməkdaşlarından biri ilə 2500 manat pul müqabilində razılığa gələn Natiq İmanov həmin əməkdaşdan pulu alarkən yaxalanıb.

DGK sədrinin müvafiq əmrinə əsasən, Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin rəisi Natiq İmanov dərhal tutduğu vəzifədən azad edilib və hazırda fakt üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.