İşədüzəlmədə vasitəçilik fəaliyyəti yalnız hüquqi şəxslər tərəfindən həyata keçiriləcək

posted in: Xəbər | 0

hüquqi şəxslərİşədüzəlmədə vasitəçilik edən hüquqi şəxslərin elektron formada reyestri aparılacaq.

Onlar iş üçün müraciət edən və işlə təmin olunan şəxslərin sayı barədə məşğulluq orqanlarına məlumat verəcəklər.

Yeni qəbul olunan 29 iyun 2018-ci il tarixli “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, işaxtaran və işsiz şəxslərin işədüzəlməsində, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işədüzəlməsində vasitəçilik fəaliyyəti yalnız hüquqi şəxslər tərəfindən həyata keçirilə bilər.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Bundan sonra həmin şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rayon (şəhər) Məşğulluq Mərkəzləri tərəfindən elektron formada reyestri aparılacaq. Reyestrin aparılması üçün müvafiq qayda və tələblər  müəyyən ediləcək. İşaxtaran və işsiz şəxslərin işədüzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər iş üçün müraciət edən və işlə təmin olunan şəxslərin sayı barədə məlumatları Məşğulluq Mərkəzlərinə təqdim etməlidirlər. Onlar toplanılmış informasiyalara dair Məşğulluq Mərkəzləri ilə elektron qaydada qarşılıqlı məlumat mübadiləsini həyata keçirəcəklər.

İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə bağlı qanunvericiliyin tələblərini pozan hüquqi şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıdıqları da yeni “Məşğulluq haqqında” Qanunda əksini tapıb.

Mənbə: mlspp.gov.az

Həmçinin bax: 


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

1500 manat məvaciblə Baş mühasib axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Baş mühasibVəzifə: Baş mühasib

İşəgötürən: Lider

Şəhər: Bakı

Əlaqədar şəxs: Şəfəq

Telefon: 0552451785

Email:

Əmək haqqı: 1300 – 1500 AZN

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

İş barədə məlumat:

– Şirkət fəaliyyətin bütün mühasibat proseslərin (inventarlaşma,istehsal üzrə məsrəfər,təsərrüfat-maliyyə fəaliyyətinin nəticələri, kassa, bank, əmək haqqı, avanslar,xərclər, xidmətlərin uçotu və s.)

– Hesabatların tam, səliqəli işlənilməsi və sistematik olaraq yoxlanılması

– Vergi , DSMF hesabatlarının aylıq ,rüblük, illik hazırlanması

– İstehsal olunan və idxal olunan məhsulların kalkulyasiyası, istehsal və xidmət sahələrindən gələn hesabatların yoxlanılması

– 1C Mühasibat proqram təminatında gündəlik məlumat bazası üzərində iş və dövr daxili maliyyə hesabatlarının hazırlanması

– Tam iş günü, iş qrafiki I-VI günlər, bazar günü istirahət

– Nahar şirkət hesabına

Tələblər:

Təhsil : Ali

İş təcrübəsi : 3 ildən 5 ilə qədər

Yaş : 30 – 50

Cins : Kişi

– İş təcrübəsi: İstehsalat sahəsində azı 5 il təcrübə

– Dil bilikləri: Azərbaycan və Rus dili

– Proqramlar: 1C (7.7 və 8.3) mürtləqdir

– MS Office – yüksək səviyyədə

Həmçinin bax:


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Ötən həftənin hüquqi icmalı (27.08.18-01.09.18)

posted in: Xəbər | 0

icmalAktiv keçən bir həftənin ardınca həftə ərzində baş verənlərin icmalı daim maraq mövzusu olduğundan bu yazıda həftənin icmalını ətraflı surətdə təqdim edirik.

Ötən həftə hansı yeniliklərin baş verdiyini aşağıda ətraflı görə bilərsiniz.

1) Azərbaycan Respublikası səfirliklərinin və konsulluqlarının funksiyalarına yeni bir funksiya əlavə edildi.

– xarici ölkədə yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına, xarici ölkədə fəaliyyət göstərən hüquqi şəxslərə elektron imza sertifikatının verilməsini təmin edir.

2) Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanması 2018-ci il sentyabr ayı olaraq dəyişdirildi.

3) Vətəndaşların şəxsiyyət vəsiqələrində əl-barmaq izləri də əlavə ediləcək.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

4) Azərbaycan Respublikası Gənclər Fondunun vəsaitindən istifadə və Fondun vəsaiti hesabına kreditlərin verilməsi qaydası təsdiq edildi.

Bu qaydalara əsasən Fondun vəsaiti qrant müsabiqələri əsasında gənclər siyasəti sahəsində proqram və layihələrin, sosial müdafiəyə xüsusi ehtiyacı olan gənclərin təhsil aldıqları müddətdə təhsil xərclərinin (maksimum 5% məbləğində faiz dərəcəsi ilə kreditlərin verilməsi), gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində (yalnız Fondun saytındakı) təhsilinin və beynəlxalq təşkilatlarda təcrübə proqramlarında iştirakının, əmək bazarına daxil olmaqda çətinlik çəkən gənclərin əməkhaqlarının 12 (on iki) aydan çox olmayan müddətdə qismən (50% məbləğdə əmək haqqının ödənilməsi) maliyyələşdirilməsinə və innovativ (startap) layihələrin maliyyələşdirilməsi üçün güzəştli kreditlərin ayrılmasına, habelə Fondun Nizamnaməsində nəzərdə tutulmuş digər istiqamətlərə yönəldilir.

5) Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yaradıldı və Komissiyanın Əsasnaməsi təsdiq edildi.

Komissiya sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyini təmin edəcək və rəqabət prinsiplərinə əsaslanacaq biznes mühitinin yaradılması, ölkənin investisiya cəlbediciliyinin artırılması, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması ilə əlaqədar qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsinə və bu istiqamətdə digər zəruri tədbirlərin görülməsinə dair təkliflərin hazırlanmasında və həyata keçirilməsində iştirak edən kollegial orqandır.

6) Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında qanun qəbul edildi.

Qanun müvafiq qeydiyyatlar əsasında insan şəxsiyyətinin eyniləşdirilməsinə imkan verəcək normativləri müəyyən edir.

Qanuna əsasən ümumvətəndaş, xidməti və ya diplomatik pasport alanlar, həqiqi hərbi xidmətə çağırılanlar və siyasi sığınacaq almaq istəyən şəxslər məcburi daktiloskopik qeydiyyatdan keçməli olacaq.

7) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Səhiyyə Nazirliyi kollegiyalarının tərkibi təsdiq edildi.

8) Reklamı qadağan olunmuş əmtəələrin siyahısına yeni əlavələr edildi.

Nazirlər Kabinetinin qərarına əsasən ətraf mühit üçün təhlükə potensialı olan əmtəələr, istifadə olunmuş qurğuşun-turşu akkumulyatorlar, işlənilmiş batareyalar, istifadə olunmuş şinlər, işlənilmiş sürtkü və mühərrik yağları bu siyahıya aid edildi.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas

Həmçinin bax:


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Minimum tələblə mühasib axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

mühasib tələb olunurNamizədə tələblər

• Azərbaycan, Rus dili biliyi
• 28-35 yaş həddi
• Müvafiq sahədə 5 ildən az olmayaraq iş təcrübəsi
• Ali ixtisas
• Kompüter bilikləri (1 C 7.7/8.3 UPP)
• Komandada işləmə bacarığı

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vəzifələr

• Qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq ciddi hesabatların tərtibi
• Pul vəsaitinin uçotu və  hərəkətinə nəzarəti
• Mühasibat  uçotunun  aparılması  (əsas vəsaitlər,  istehsal üzrə məsrəflər,  mal göndərən və istehlakçı ilə hesablaşmalar).

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər CV  /  elektron ünvana təqdim edə bilərlər.

Mənbə: jobsearch.az

Həmçinin bax: 


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.