2000 manat məvaciblə Analitik tələb olunur

posted in: İş elanı, Xəbər | 0

Analitik tələb olunurİşəgötürən: Kontakt Home

Vəzifə: Analitik

Əmək haqqı: 1500-2000 AZN

  • Şəhər: Bakı
  • Yaş: minimum 22 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər

4 xarici şirkət Azərbaycandan getdi

posted in: Vergi, Xəbər | 0

xarici şirkət“Konokofilips (BTC) LTD” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi (Bundan sonra “Nümayəndəlik”) (VÖEN: 9900003591) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Səbail rayonu, Nizami ev 96 ünvanına bildirə bilərlər.

“Sperry Drilling Vorldvide Cyprus Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı filialı (VÖEN: 1701932821) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Neftçilər prospekti 153, Port Baku Tauers Biznes Mərkəzi Cənub Qülləsi, 9-cu mərtəbə ünvanına bildirə bilərlər.

“ABLV Consulting Services, AS” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi (VÖEN: 1700546841) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Səbail rayonu, Qüllə küçəsi, ev 16 ünvanına bildirə bilərlər.

“Plasan Sasa LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: 1702257091) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 90A, Landmark ofis Plaza III, mərtəbə 12  ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az

Həmçinin bax: 6 xarici şirkət Azərbaycandan getdi


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

15 Avqust – torpaq vergisinin ödənilməsinin son günü

posted in: Vergi, Xəbər | 0

torpaq vergisiFiziki şəxslərin torpaq vergisi bələdiyyə büdcəsinə ödənilməlidir.

Bu gün 2018-ci ilin avqust ayı üzrə vergi orqanına təqdim edilməli torpaq vergisi üzrə öhdəliklərin icrasının son günüdür. Hesablanmış torpaq vergisi bərabər məbləğlərlə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq yerli büdcəyə, yəni bələdiyyəyə ödənilir.

Fiziki şəxslərin torpaq vergisi isə bələdiyyələr tərəfindən cari ilin iyul ayının 1-dək hesablanır, ödənilməli torpaq vergisinin məbləğini özündə əks etdirən tədiyyə bildirişi isə avqustun 1-dən gec olmayaraq onlara çatdırılır.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Torpaq vergisini necə hesablamalı?

Fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. Həmçinin tikililərin və qurğuların altında yerləşən, habelə obyektlərin sanitariya mühafizəsi üçün nəzərdə tutulan torpaq sahələri də vergiyə cəlb olunur. Təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqlarının vergi dərəcələri torpaqların təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti ballar əsasında hər hektara görə hesablanır. Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara əsasən, bir şərti balın qiyməti 6 qəpikdir.

Kənd təsərrüfatı fəaliyyəti üçün nəzərdə tutulan, lakin təyinatı üzrə istifadə olunmayan torpaqlar üzrə vergi dərəcəsi torpaq sahəsinin hər 100 m2 görə 2 manat müəyyən edilir. Müəssisələrin torpaq vergisi torpaq sahələrinin  ölçü­sünə və cədvəldə göstərilən dərəcələrə əsasən illik hesablanır və mayın 15-dən gec olmayaraq vergi orqanına müvafiq bəyannamə təqdim edilir.

Torpaq vergisi torpağın əvvəlki sahibi tərəfindən ödənilmədiyi halda, vergi müəyyən edilmiş ödəmə vaxtına həmin torpağın sahibi tərəfindən ödənilir. Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə etdikləri torpaqlara, habelə hüquqi şəxslərə məxsus olan  torpaqlara görə  hesablanmış torpaq vergisi məhdudlaşdırılmayan gəlirdən çıxılmalara aid edilir.

Vergidən azad edilən torpaqlar

Bəzi kateqoriyalı torpaqlar var ki, onlar vergiyə cəlb olunmur. Bunlar aşağıdakılardır:

  • yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları;
  • dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının, Azərbaycan  Respublikası Mərkəzi Bankının və onun qurumlarının, maliyyə bazarlarına nəzarət orqanının, habelə Azərbaycan Respublikası Dövlət   Neft Fondunun mülkiyyətində və ya istifadəsində olan torpaqlar;
  • istehsal fəaliyyətinə cəlb edilməmiş dövlət, meşə və su fondu torpaqları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına məxsus olan sektorunun altında yerləşən torpaqlar;
  • dövlət sərhəd zolaqları və müdafiə təyinatlı torpaqlar.

Aşağıdakı fiziki şəxslərin mülkiyyətində olan torpaqlara görə ödənilməli torpaq vergisinin məbləği 10 manat azaldılır:

  • Azərbaycan Respublikasının Milli qəhrəmanları;
  • Sovet İttifaqı və Sosialist əməyi qəhrəmanları;
  • müharibə  əlilləri;
  • həlak olmuş, yaxud sonradan vəfat etmiş döyüşçülərin dul arvadları (ərləri);
  • 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla  təltif edilmiş şəxslər;
  • müharibə veteranı adı almış şəxslər;
  • Çernobıl AES-də mülki və ya hərbi təyinatlı atom obyektlərində radiasiya nəticəsində xəstəliyə tutulmuş və bu xəstəliyi keçirmiş şəxslər.

Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin qərarına əsasən yaradılmış sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan  hüquqi şəxs yaratmadan  sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər həmin parklarda qeydiyyata alındıqları hesabat ilindən başlayaraq bu parklarda istifadə etdikləri torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azad edilir. Bu güzəşt investisiya təşviqi sənədi almış hüquqi şəxs və fərdi sahibkara da aiddir. Həmçinin sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatı və ya operatoru bu parkların ərazisində istifadə etdiyi torpaqlara görə torpaq vergisini ödəməkdən azad edilir.

Vergiləri vaxtında ödəməməyin məsuliyyəti

Torpaq sahəsinin mülkiyyətçiləri torpaq vergisinin düzgün hesablanması və vaxtında büdcəyə ödənilməsinə görə məsuliyyət daşıyırlar.

  • Torpaq vergisinin hesabatını əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən müəssisəyə 40 manat;
  • Aktivləri barədə məlumatı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə 100 manat;
  • Torpaq vergisinin hesabatda göstərilən məbləği hesabatda göstərilməli olan məbləğə nisbətən azaldılıbsa,  habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılıbsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış       vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
  • Torpaq vergisi müəyyən edilmiş müddətdə ödənilmədikdə ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün, ancaq bir il müddətindən çox olmamaq şərtilə, vergi ödəyicilərindən və ya vergi agentindən ödənilməmiş vergi məbləğinin 0,1 faizi miqdarında faiz tutulur.

Torpaq vergisinin hesablanması və vergi bəyannaməsinin doldurulması qaydaları barədə daha ətraflı məlumatı Vergilər Nazirliyinin www.taxes.gov.az rəsmi internet səhifəsindən əldə etmək olar.

Mənbə: vergiler.az


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Kommersiya qurumunun dövlət qeydiyyatı məlumatlarının dəyişdirilməsi

posted in: Vergi, Xəbər | 0

dövlət qeydiyyatıXidmətin adı: Kommersiya qurumunun dövlət qeydiyyatı məlumatlarının dəyişdirilməsi

Xidmətin göstərilməsi üçün tələb olunanlar: 

– “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə”

– dəyişikliyi təsdiq edən sənədlər

– “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında şəhadətnamə” (adı və ünvanı dəyişdikdə)

– yenidən təşkil haqqında qərar, təhvil aktı və ya bölünmə balansı, yeni redaksiyada nizamnamə və ya nizamnaməyə dəyişiklik (zərurət varsa)

– “Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat” (dəyişiklik xüsusi vergi rejiminin tətbiqi ilə bağlı olduqda)

-“Vergilər” qəzetində dərc olunmuş müvafiq elan (dəyişiklik yenidən təşkil olunma ilə əlaqədardırsa)

– möhür (ad dəyişdikdə) (möhür itirildiyi halda mətbuatda dərc edilmiş elan və  tapılmaması haqqında Daxili İşlər Nazirliyinin müvafiq orqanı tərəfindən verilmiş arayış);

– qeydiyyat şəhadətnaməsinin(bu halda əlavə olaraq rüsumun ödənilməsini təsdiq edən sənəd) və ya nizamnamənin əslinin itirildiyi hallarda mətbuatda dərc edilmiş elan

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:

– VM-nin 34-cü maddəsi

– Mülki Məcəllənin 43-113-cü maddələri

– “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanun

– Vergilər nazirinin 06.02.2012-ci tarixli 1217040100139800 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatının aparılmasına dair Metodiki Göstəriş”

Xidmətin göstərildiyi yer:

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGD-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi,  ƏVD-nin və ƏVİ-nin inzibati binalarında yerləşən vergi ödəyicilərinə xidmət mərkəzləri (xarici investisiyalı kommersiya hüquqi şəxslər və onların nümayəndəlik və filialları, maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları istisna olmaqla) (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi:

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, MGD-nin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi (ƏVD-nin və ƏVİ-nin ərazisində olan maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları daxil olmaqla), ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri (xarici investisiyalı kommersiya hüquqi şəxslər və onların nümayəndəlik və filialları, maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları istisna olmaqla)

İcra müddəti: Sənədlər daxil olduğu gündən sonra 5 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər: – Dəyişikliyi təsdiq edən sənəd (şəhadətnamə, reyestrdən çıxarış və s.)

Mənbə: taxes.gov.az

Həmçinin bax: Nəzarət-kassa aparatının onlayn qeydiyyatı və qeydiyyatdan çıxarılması 

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Whatsapp qrupumuza daxil olmaqla sizin üçün qaranlıq qalan suallarınıza təcili cavab ala bilərsiniz