Fiziki şəxsin vergi orqanlarında uçotdan çıxması və VÖEN-nin bağlanması hansı hallarda baş verə bilər?

posted in: Xəbər | 0

VÖEN-nin bağlanmasıFiziki şəxsin vergi orqanlarında uçotdan çıxması və VÖEN-nin bağlanması aşağıdakı hallarda baş verə bilər:

  • sahibkarlıq fəaliyyətinə xitam verildikdə;
  • fiziki şəxs itkin düşdükdə (bu fakt məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq olunmalıdır);
  • fiziki şəxs vəfat etdikdə (ölüm haqqında şəhadətnamə tələb olunur).

«Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə» elektron qaydada, şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsilə göndərilə bilər. Yəni vergi ödəyicisi olan fiziki şəxsin gücləndirilmiş elektron imzası (o cümlədən Asan imzası) olduqda Vergilər Nazirliyinin «İnternet vergi idarəsi» Portalı üzərindən ( https://www.e-taxes.gov.az ) «Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə»ni göndərə bilər.

Həmçinin bax: VÖEN-i necə bağlamalı??

Uçotdan çıxarılanadək vergi ödəyicisinin qeydiyyata alınması barədə vergi şəhadətnaməsi vergi orqanından təhvil götürüldüyü halda onun əsli (əgər şəhadətnamə itibsə, bu barədə vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi vergi orqanını məlumatlandırmalıdır), təqdim edilməmiş bəyannamələr (hesabatlar) vergi orqanına verilməli, dövlət büdcəsinə vergi borcu olduğu halda borcun ödənilməsi təmin edilməlidir. Bu zaman VÖEN əsasında fiziki şəxsin adına açılmış bank hesabının bağlanması da əsas şərtdir.

Fiziki şəxsin sahibkarlıq fəaliyyətini dayandırması və VÖEN-nin bağlanması barədə müraciət daxil olduqda vergi orqanı tərəfindən həmin şəxs üzrə növbədənkənar səyyar vergi yoxlaması da keçirilə bilər. Qeyd edilən hallar aradan qaldırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılaraq ona «Vergi ödəyicisinin uçotdan çıxarılması haqqında bildiriş» göndərilir və bununla daona verilmiş VÖEN vergi ödəyicilərinin uçot məlumat bazasında ləğv edilmiş kimi arxivləşdirilir.

Kağız daşıyıcıda ərizənin vergi orqanına təqdim edilməsi bilavasitə vergi orqanına gəlməklə və ya poçt vasitəsilə həyata keçirilir. Ərizə formasının doldurulmasındaçətinliklə rastlaşan vergi ödəyicisi özü və ya onun səlahiyyətli nümayəndəsi Vergi ödəyicilərinə xidmət mərkəzlərinə yaxınlaşa bilər. Vergi orqanlarında qeydiyyat prosedurları və vergi öhdəlikləri barədə ətraflı məlumatı  https://www.e-taxes.gov.az  internet səhifəsinin «Sahibkarın vergi bələdçisi» bölməsindən və ya Vergilər Nazirliyinin «195-1» Çağrı Mərkəzindən də əldə etmək olar.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

500 manat məvaciblə Mühasib axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Mühasib axtarılırİşəgötürən: “ADEMSAN” MMC

  • Şəhər: Bakı
  • Yaş: 25 – 40 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Sami Uytun
Həmçinin bax: Mal-material uçotu üzrə mühasib tələb olunur
İş barədə məlumat
– İdarənin nizamnaməsi əsasında uçot işlərinin aparılması
– Mədaxil – məxaric orderlərinin aparılması,
təşkilatlarla tələb olunan müqavilələrin aidiyyəti üzrə bağlanması
– İşçilərin əmək haqlarının normativ sənədlər arasında ödənilməsini təmin etmək
– 1C proqramla işləmək
– Rəhbərliyin verdiyi tapşırıqları vaxtında və keyfiyyətli icra etmək
– Nahar şirkət tərəfindən verilir
– İş qrafiki: 6 gün
Namizədə tələblər
– Yaş 25-40
– Cinsi: Qadın
– Təhsil: Ali
– Minimum 2 il əlaqəli iş təcrübəsi
– Sərbəst Azərbaycan və Rus dili vacibdi
– Kompüter bilikləri: 1C, Excell, Word

Mənbə: boss.az


ABŞ Çinə qarşı mövqeyini sərtləşdirib

posted in: Xəbər | 0

ABŞ Son zamanların beynəlxalq iqtisadiyyat xəbərlərində ABŞ Prezidenti Donald Trampın idxal edilən mallara rüsumların tətbiq olunması ilə bağlı bəyanatları daha önəmli yer tutur və bu mövzunun aktuallığı səngimək əvəzinə getdikcə daha da artır.

«Bloomberg» agentliyinin yaydığı məlumata əsasən, Donald Trampın administrasiyası Çindən idxal olunan 200 milyard dəyərində məhsullar üçün əvvəlcə bəyan edilmiş 10 faiz əvəzinə 25 faizlik rüsum tutulması təklifi ilə çıxış edəcək. Üç səlahiyyətli mənbəyə istinadən yayılmış xəbərdə göstərilmişdir ki, Tramp əlavə genişləndirilmiş siyahısı tərtib edilmiş mal və xidmətlər üçün əvvəlcə 10 faiz həcmində rüsum tutulmasını təklif etsə də, administrasiya bu rəqəmi yetərli hesab etməyərək, həddin 25 faizə qaldırılması versiyası üzərində dayanmışdır. Mənbələrdən birinin məlumatına əsasən, rüsumların artırılması ilə əlaqədar qərar yekun deyildir və əlavə olaraq razılaşdırılmalıdır.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Xatırladaq ki, ABŞ-da 2018-ci ilin iyununda Çindən idxal edilən 50 milyard dəyərində mallar üçün 25 faizlik rüsum tətbiq edilməyə başlanmışdı. Bu addımın atılmasında formal səbəb kimi,  Amerikanın intellektual əmlakının və texnologiyalarının Çin tərəfindən oğurlanması, eləcə də ədalətsiz ticarət təcrübəsinin həyata keçirilməsi göstərilmişdi. Çin ABŞ administrasiyasının bu qərarına öz etirazını bildirmiş, bunun Ümumdünya Ticarət Təşkilatının qaydalarına zidd olduğunu əsas gətirərək, öz tərəfindən də analoji addımlar atılacağını bəyan etmişdi. İyulun 6-dan Çinə gətirilən 34 milyard dollar dəyərində ABŞ mallarına (bunlar əsas etibarilə kənd təsərrüfatı məhsulları, avtomobillər və dəniz məhsullarıdır) 25 faizlik rüsumlar tətbiq edilir.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bu ilin 7 ayında 3450 vətəndaş müraciəti araşdırılıb

posted in: Xəbər | 1

vətəndaşDövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən bu ilin 7 ayında 3450 vətəndaş müraciəti araşdırılıb.

Müraciətlər daha çox emal və tikinti sahələrinə aid olub.

Cari ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 3450 vətəndaş müraciətini araşdırıb.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Müraciətlər daha çox, emal, tikinti, topdan və pərakəndə  ticarət, avtomobillərin təmiri, ictimai iaşə və digər sahələrə aid olub. Xidmət tərəfindən vətəndaş müraciətləri araşdırılaraq, işçilərin əmək hüquqlarının müdafiəsi üçün aidiyyəti işlər görülüb.

Araşdırmalar zamanı aşkar edilən hüquq pozuntularının 45 faizini əmək haqlarının ödənilməməsi və işçilərin məzuniyyət hüquqlarının pozulması, 39 faizini əmək müqavilələrinin bağlanılmaması və ya onun şərtlərinin yerinə yetirilməməsi, 16 faizini isə digər hallar təşkil edib. Hüquq pozuntularının böyük əksəriyyətinin aradan qaldırılması təmin edilib. Aradan qaldırılması müəyyən müddət tələb edən pozuntuların ləğvi üçün isə işəgötürənlərə göstərişlər verilib.

Törədilmiş inzibati xətalara görə vəzifəli və hüquqi şəxslər barəsində inzibati qərarlar qəbul edilərək qanunvericiliyə uyğun qaydada və məbləğlərdə inzibati cərimələr tətbiq olunub.

Mənbə: www.mlspp.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.