Azərbaycanda orta aylıq əmək haqqı artıb

posted in: Xəbər | 0

orta aylıq əmək haqqı Bu ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı ötən ilin müvafiq dövrünə nisbətən 3,7% artaraq 541,1 manat olub.

Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Həmçinin bax: 2018-ci il üçün Əmək Haqqı Cədvəli-Əmək Haqqından Tutulmalar necə hesablanacaq?

Bu il iyulun 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2% artaraq 1546,2 min nəfər olub, onlardan 885,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 660,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 21,4%-i təhsil, 18,8%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,2%-i sənaye, 8,5%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2%-i tikinti, 7,0%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 3,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 11,0%-i isə iqtisadiyyatın digər sahələrində çalışıblar.

Mənbə: report.az

Həmçinin bax: Net-dən Gross-a əmək haqqı hesablanması

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Maliyyəçi peşəsinin tarixi

posted in: Maliyyə, Məqalə, Xəbər | 0

Maliyyəçi peşəsiMaliyyəçi peşəsi dövlət quruluşunun təşəkkülü ilə eyni vaxtda, dövlət xəzinəsinin formalaşdırılmasının nəticəsi kimi ortaya çıxdı, hansı ki, savadlı idarə edilməsi tələb olunurdu. Misal üçün, məşhur tampliyerləri (İsanın kasıb cəngavərlər ordeni, onlara məbədçilər də deyirlər) ilk bank sahibləri hesab etmək olar. Bu ordenə məxsus xəzinə bu günə kimi tapılmayıb, onlar isə ən əlverişli kapital yatırımçıları olublar.

Əvvəllər kapitalla, onların artımı məqsədilə davranmağı bacaran istənilən şəxs maliyyəçi ola bilərdi. Müasir MDB məkanında isə sözügedən peşənin populyarlıq qazandığı vaxtdan  elə də çox vaxt keçməyib.

Bundan əvvəl müxtəlif maliyyə əməliyyatları planlaşdıran müəssisələrə bir və ya bir neçə iqtisadçı və mühasiblər kifayət edirdi. Bu gün isə sərt rəqabət şəraitində bu nəinki iqtisadi axarda salamat qalmaq, həm də kapital artımı üçün kifayət etmir. Və bu məsələlərdə məhz, ixtisaslı maliyyəçilər yardım edə bilərlər. Bu mütəxəssislərin hazırlığı ilə bir çox ali məktəblər məşğul olurlar.

Həmçinin bax: Maliyyəçi peşəsi – ümumi təsvir

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Dövlət Gömrük Komitəsi ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

posted in: Xəbər | 0

Anlaşma MemorandumuDünən Dövlət Gömrük Komitəsi ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında əməkdaşlığa və qarşılıqlı fəaliyyət göstərilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

Komitədən verilən məlumata görə, imzalanma mərasimindən öncə qurumun sədri Səfər Mehdiyev çıxış edərək bildirib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə gömrük orqanlarında həyata keçirilən islahatlar ölkənin iqtisadi təhlükəsizliyini təmin etməklə yanaşı, sahibkarlıq mühitinin yaxşılaşdırılması və biznes mühitinin inkişafına da töhfəsini verir. Gömrük orqanlarının fəaliyyətinin yeni fəlsəfəsi formalaşdırılır, sahibkarlıq subyektlərilə səmərəli dialoq qurulur, şəffaflıq təmin edilir, gömrük prosedurları sadələşdirilir və qanunvericilik ardıcıl olaraq təkmilləşdirilir.

O, diqqətə çatdırıb ki, Anlaşma Memorandumunun imzalanması da bu istiqamətdə atılan mühüm addımlardan biridir. Məqsəd sahibkar məmnunluğuna nail olunmaqla xidmətlərin təşkili, göstərilən xidmətlər haqqında sahibkarların maarifləndirilməsi, eləcə də gömrük qanunvericiliyinin icrası zamanı dövlət-özəl sektor əməkdaşlığı üzrə beynəlxalq təcrübənin öyrənilməsi, kiçik və orta biznesin ixrac potensialının artırılması məqsədilə qarşılıqlı fəaliyyətin təşkili və birgə layihələrin icra edilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsini tənzimləməkdir.

Həmçinin bax: İşdən çıxarılma bildirişində yenilik

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, bu tədbir dövlət xidmətlərinin effektivliyinin artırılması və bu xidmətlərdən kiçik və orta sahibkarlığın faydalanması baxımından dövlət qurumları arasında əməkdaşlığın vacibliyini bir daha nümayiş etdirir. Ötən illər ərzində Prezident İlham Əliyev tərəfindən müəyyən edilən strateji xəttin ardıcıl olaraq reallaşdırılması və bu məqsədlə həyata keçirilən sistemli islahatlar nəticəsində sahibkarlığa yönəlik dövlət xidmətlərinin keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlib. Hazırda bu tendensiya davam edir və yeni dövrün çağırışları, o cümlədən sahibkarlara göstərilən xidmətin operativlik, şəffaflıq, nəzakətlilik və məsuliyyət prinsipi əsasında həyata keçirilməsi birgə əməkdaşlığı şərtləndirir.

O, qeyd edib ki, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləmək üçün birgə səylər göstəriləcək, bu istiqamətdə aidiyyəti dövlət orqanları ilə yaxından əməkdaşlıq ediləcək. Əlamətdar haldır ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi əməkdaşlıq və qarşılıqlı fəaliyyət göstərilməsinə dair ilk memorandumu Dövlət Gömrük Komitəsi ilə imzalayır. Memorandum qarşılıqlı fəaliyyət istiqamətləri və formalarını, mexanizimləri özündə əks etdirməklə yanaşı, sahibkarların xarici iqtisadi fəaliyyətinin daha şəffaf şəkildə həyata keçirilməsinə zəmin yardacaq, kiçik və orta sahibkarlar vaxt itkisi ilə üzləşmədən daha keyfiyyətli xidmətlər əldə edəcəklər.

Sonra Anlaşma Memorandumu imzalanıb. Sənədi Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi İdarə Heyətinin sədri Orxan Məmmədov imzalayıb.

Daha sonra mərasimdə iştirak edən media nümayəndələrinin sualları cavablandırılıb.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Qeyd edək ki, Anlaşma Memorandumunda səlahiyyətli iqtisadi operator (SİO) statusunun verilməsi sahəsində hüquqi şəxslərin maarifləndirilməsi, bu statusu almaq niyyəti olan şəxslərin namizəd kimi irəli sürülməsi və qanunvericilikdə müəyyən edilmiş şərtlərin və öhdəliklərin yerinə yetirilməsi üzrə birgə dəstəyin verilməsi; gömrük nəzarəti zonalarında və gömrük rəsmiləşdirilməsinin aparıldığı digər yerlərdə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin (KOB) idxal-ixrac əməliyyatları üzrə fəaliyyətinin təkmilləşdirilməsi, malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməsinə köməklik göstərilməsi, eləcə də gömrük orqanları ilə KOB-lar arasında əməkdaşlığın və qarşılıqlı etimadın gücləndirilməsi, birgə tədbirlərin həyata keçirilməsi məqsədilə “KOB Evi – Gömrük və Logistika adaları”nın təsis olunması; KOB-ların “Yaşıl dəhliz” buraxılış sistemlərindən istifadə üzrə maarifləndirilməsi və SİO statusu almaq niyyətində olan sahibkarların bazasının yaradılması; malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və beynəlxalq təcrübədə mövcud olan digər buraxılış sistemlərinin tətbiqi və “Yaşıl Dəhliz Xidməti”nin birgə təşkil edilməsi və s. məsələlər öz əksini tapıb.

Mənbə: report.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

İşdən çıxarılma bildirişində yenilik

posted in: Xəbər | 0

İşdən çıxarılmaMüəssisənin ləğvi və ya işçilərin (yaxud ştatların) sayının ixtisar edilməsi nəticəsində əmək müqaviləsinə xitam verilən, yəni işini itirən şəxsə işsizlikdən sığorta ödənişi almaq hüququnun müəyyən olunması üçün müvafiq rayon (şəhər) Məşğulluq mərkəzinə müraciət etməsi barədə mobil telefonuna elektron qaydada sms bildiriş göndəriləcək.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Əmək qanunvericiliyinə əsasən, aidiyyəti işəgötürən müəssisənin ləğvi və ya işçilərin (yaxud ştatların) sayının ixtisar edilməsi nəticəsində işçi ilə əmək müqaviləsinə xitam verdiyini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində müvafiq bildiriş formasında qeydiyyyatdan keçirir. Belə hallarda əmək müqaviləsinə xitam verilmiş şəxslərin sistem tərəfindən dərhal qeydiyyata alınması və onlara işsizlikdən sığorta ödənişi almaq hüquqlarının olub-olmamasını müəyyən etmək üçün məşğulluq orqanına müraciət etməli olduqları barədə e-qaydada məlumat göndərilməsi üçün hazırda nazirlikdə müvafiq texniki hazırlıq işləri aparılır.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Məqsəd müəssisənin ləğvi və ya işçilərin (yaxud ştatların) sayının ixtisar edilməsi nəticəsində əmək müqaviləsinə xitam verilmiş sığortaolunanların işsizlikdən sığorta ödənişi almaq hüquqları barədə məlumatlandırılması, onların bu hüquqlardan dolğun şəkildə faydalana bilmələrinin təmin edilməsidir.

Xatırladaq ki, müəssisənin ləğvi və ya ixtisar nəticəsində işini itirmiş və işsiz kimi qeydiyyata alınmış, azı 3 il sığorta stajına malik olan şəxslərin işsizlikdən sığorta ödənişini almaq hüququ var. Yəni azı 3 il sığorta stajı olan və işini itirdiyi günədək 24 ay ərzində 12 aydan çox sığorta stajı olan, işini itirdikdən sonra məşğulluq orqanında işsiz kimi qeydiyyata alınan şəxslər işsizlikdən sığorta ödənişi (itirdikləri orta aylıq əməkhaqqının sığorta stajı 3 ildən 5 ilə qədər olduqda 50 faizi, 5 ildən 10 ilə qədər olduqda 55 faizi, 10 ildən çox olduqda 60 faizi) ilə təmin olunurlar. Azı 3 il sığorta stajı olan, lakin işini itirdiyi günədək 24 ay ərzində 12 aydan az sığorta stajı olanlara isə 6 ay müddətinə minimum sığorta ödənişi (aylıq 130 manat) təyin edilir.