Azərbaycan Bank Tədris Mərkəzində “Yay təcrübə proqramı”

posted in: İş elanı, Xəbər | 0

təcrübə proqramıAzərbaycan Bank Tədris Mərkəzi “Yay təcrübə proqramı” layihəsi elan edir.

Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) Yay aylarında günlərini faydalı keçirtmək və eyni zamanda professional komanda ilə işləmək istəyən kreativ və bacarıqlı gənclər üçün “Yay təcrübə proqramı” layihəsini elan edir.

Whatsapp qrupumuza daxil olmaqla sizin üçün qaranlıq qalan suallarınıza təcili cavab ala bilərsiniz

Kimlər müraciət edə bilər:

  • Universitet tələbələri
  • Təhsilini bitirmiş və hələ də iş tapmamış gənclər

Müraciət etmək üçün nələr tələb olunur:

  • Azərbaycan və rus dilində fikrini ifadə edə bilmək və sərbəst yazı yazmaq
  • Sosial şəbəkələrin aktiv istifadəçisi olmaq
  • Öyrənməyi və özünü inkişaf etdirməyi qarşısına məqsəd qoymaq
  • Kreativ omaq

Üstünlük verilir:

Foto və video redactor proqramlarında işləməyi bacarmaq

Email:

Həmçinin bax: Gilan Holding təcrübə proqramı elan edir


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

“Hüquqi şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nda dəyişiklik edildi

posted in: Xəbər | 0

Hüquqi şəxsAZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 330
Bakı şəhəri, 27 iyul 2018-ci il
“Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”, “Dövlət reyestr kitabı”, “Qeyrikommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı haqqında şəhadətnamə”, “Qeyri-kommersiya qurumlarının dövlət reyestrindən çıxarışın forması və çıxarışda göstərilən məlumatların həcmi” və “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatına alınması barədə ərizənin forması”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

“Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”, “Dövlət reyestr kitabı”, “Qeyri-kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı haqqında şəhadətnamə”, “Qeyri-kommersiya qurumlarının dövlət reyestrindən çıxarışın forması və çıxarışda göstərilən məlumatların həcmi” və “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatına alınması barədə ərizənin forması”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 4, maddə 384, № 9, maddə 868, № 12, maddə 1228; 2006, № 10, maddə 902; 2008, № 9, maddə 853, № 12, maddə 1104; 2010, № 6, maddə 548, № 7, maddə 705; 2011, № 5, maddə 445, № 12, maddə 1248; 2012, № 4, maddə 391, № 5, maddə 491, № 11, maddə 1200; 2014, № 5, maddə 548, № 6, maddə 748, № 9, maddələr 1121, 1122; 2015, № 2, maddə 212; 2016, № 9, maddə 1581; 2017, № 6, maddə 1230, № 10, maddə 1879) aşağıdakı dəyişikliklər edilsin:

  1. Adı aşağıdakı redaksiyada verilsin:

“Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nın, habelə hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması ilə bağlı sənədlərin təsdiq edilməsi haqqında”.

 2.1-ci hissə aşağıdakı redaksiyada verilsin:

“1. “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”, “Qeyri-kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı haqqında şəhadətnamə”, “Qeyri-kommersiya hüquqi şəxsinin adında edilmiş dəyişikliyin dövlət qeydiyyatı haqqında şəhadətnamə”, “Xarici qeyri-kommersiya hüquqi şəxsinin nümayəndəliyinin dövlət qeydiyyatı haqqında şəhadətnamə”, “Xarici qeyri-kommersiya hüquqi şəxsinin filialının dövlət qeydiyyatı haqqında şəhadətnamə”, “Xarici qeyrikommersiya hüquqi şəxsinin nümayəndəliyinin adında edilmiş dəyişikliyin dövlət qeydiyyatı haqqında şəhadətnamə”, “Xarici qeyri-kommersiya hüquqi şəxsinin filialının adında edilmiş dəyişikliyin dövlət qeydiyyatı haqqında şəhadətnamə”, “Qeyri-kommersiya qurumlarının dövlət reyestrindən çıxarışın forması və çıxarışda göstərilən məlumatların həcmi”, “Qeyrikommersiya qurumlarının dövlət qeydiyyatına alınması barədə ərizənin forması”, “Kommersiya hüquqi şəxslərinin dövlət reyestr kitabı”, “Xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinin dövlət reyestr kitabı”, “Publik hüquqi şəxslərin dövlət reyestr kitabı”, “Qeyri-kommersiya hüquqi şəxslərinin dövlət reyestr kitabı” və “Xarici qeyri-kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinin dövlət reyestr kitabı” təsdiq edilsin (əlavə olunur).”

  1. Həmin qərarla təsdiq edilmiş “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları” üzrə:

3.1. 1.3.2-ci yarımbəndə “şəxslərinin” sözündən sonra “, xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinin” sözləri, “orqanlarının” sözündən sonra “, habelə Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyinin” sözləri əlavə edilsin.”;

3.2. 1.3.3-cü yarımbəndə “Komitəsi” sözündən sonra “və Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsi” sözləri əlavə edilsin;

3.3. 2.4-cü bəndə “qeyri-kommersiya” sözlərindən sonra “qurumlarının” sözü əlavə edilsin və ikinci halda “hüquqi şəxslərin” sözləri “qurumların” sözü ilə əvəz edilsin;

3.4. 3.2.4-cü yarımbənd ləğv edilsin;

3.5. 4.2-ci bəndin birinci cümləsində “Dövlət reyestr kitabında” sözləri “qeyri-kommersiya qurumlarının dövlət reyestr kitablarında” sözləri ilə, ikinci cümləsində isə “Dövlət reyestr kitabı” sözləri “Qeyri-kommersiya qurumlarının dövlət reyestr kitabları” sözləri ilə əvəz edilsin;

3.6. 4.2-1-ci bəndin üçüncü və 4.6-1-ci bəndin birinci cümlələrində “Kommersiya hüquqi şəxslərinin dövlət reyestr kitabı”nın, “Publik hüquqi şəxslərin dövlət reyestr kitabı”nın” sözləri “Kommersiya qurumlarının və publik hüquqi şəxslərin dövlət reyestr kitablarının” sözləri ilə əvəz edilsin;

3.7. 4.3-cü bənddə “Dövlət reyestr kitabı” sözləri “dövlət reyestr kitabları” sözləri ilə əvəz edilsin;

 3.8. 4.5-ci bəndin birinci cümləsində “kitabı” sözü “kitabları” sözü ilə, “bölmədən” sözü “hissədən” sözü ilə, “bölmə” sözü hər iki halda “hissə” sözü ilə, ikinci cümləsində isə “Filial və nümayəndəliklərin Dövlət reyestr kitabında” sözləri “Xarici qeyri-kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinin dövlət reyestr kitablarında” sözləri ilə əvəz edilsin;

3.9. 4.6-cı, 4.7-ci (birinci halda) və 4.9-cu bəndlərdə və 4.10-cu bəndin birinci abzasında “kitabının” sözü “kitablarının” sözü ilə əvəz edilsin;

3.10. 4.8-ci bəndin birinci cümləsində “Dövlət reyestr kitabında” sözləri “dövlət reyestr kitablarında” sözləri ilə əvəz edilsin;

3.11. 4.8-1-ci bənddə “Kommersiya hüquqi şəxslərinin dövlət reyestr kitabı”nda, “Publik hüquqi şəxslərin dövlət reyestr kitabı”nda” sözləri “Kommersiya qurumlarının və publik hüquqi şəxslərin dövlət reyestr kitablarında” sözləri ilə əvəz edilsin;

3.12. 4.12-ci bəndin birinci cümləsində “kitabına” sözü “kitablarına” sözü ilə, hər iki halda “bölməyə” sözü “hissəyə” sözü ilə əvəz edilsin;

3.13. 4.13-cü bəndin ikinci cümləsində “Qeyri-kommersiya qurumlarının dövlət reyestr kitabı”nın” sözləri “Qeyri-kommersiya qurumlarının dövlət reyestr kitablarının” sözləri ilə, üçüncü cümləsində “hüquqi şəxslərinin” sözləri “qurumlarının və” sözləri ilə əvəz edilsin;

3.14. 4.15.2-ci, 5.2.3-cü yarımbəndlərdə və 5.3-cü, 5.5-ci bəndlərin birinci cümlələrində “hüquqi şəxslərinin” sözləri “qurumlarının” sözü ilə əvəz edilsin;

3.15. 5.3-1-ci bəndin birinci cümləsində “hüquqi şəxslərinə” sözləri “qurumlarına və” sözləri ilə əvəz edilsin;

3.16. 6.7-ci bəndə və 6.8-ci bəndin birinci cümləsinə “qurumları” sözündən sonra “(habelə dini qurumlar)” sözləri, “Azərbaycan Respublikasının Vergilər Nazirliyinə” sözlərindən sonra “, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə” sözləri əlavə edilsin;

3.17. 6.8-1-ci bənd üzrə;

3.17.1. birinci abzasda “Kommersiya hüquqi şəxsinin, publik hüquqi şəxsin habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarının” sözləri “Kommersiya qurumlarının və publik hüquqi şəxslərin” sözləri ilə əvəz edilsin;

3.17.2. ikinci abzasda “kommersiya hüquqi şəxslərinin, publik hüquqi şəxslərin habelə xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları” sözləri “və dövlət reyestrinə daxil etdiyi kommersiya qurumları və publik hüquqi şəxslər” sözləri ilə əvəz edilsin;

3.17.3. üçüncü abzasda “kommersiya hüquqi şəxsinin, habelə xarici kommersiya hüquqi şəxsinin publik hüquqi şəxsin nümayəndəlik və ya filialı” sözləri “kommersiya qurumları və publik hüquqi şəxslər” sözləri ilə əvəz edilsin;

3.18. 8.6-cı bəndin birinci cümləsinə “başqa” sözündən əvvəl “əvvəllər” sözü əlavə edilsin və həmin bənddə ismin müvafiq hallarında “Dövlət reyestri” kitabı” sözləri ismin müvafiq hallarında “dövlət reyestr kitabları” sözləri ilə əvəz edilsin;

3.19. həmin qərarla təsdiq edilmiş “Qeyri-kommersiya qurumlarının dövlət reyestrindən çıxarışın forması və çıxarışda göstərilən məlumatların həcmi”nin 4-cü hissəsində “və 3.2.4-cü yarımbəndlərində” sözləri “yarımbəndində” sözü ilə əvəz edilsin;

3.20. həmin qərarla təsdiq edilmiş əlavələr – “Kommersiya hüquqi şəxslərinin dövlət reyestri”, “Xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinin dövlət reyestri” və “Publik hüquqi şəxslərin dövlət reyestri”nin adlarında “reyestri” sözü “reyestr kitabı” sözləri ilə əvəz edilsin;

3.21. həmin qərarla təsdiq edilmiş əlavələr – “Qeyri-kommersiya hüquqi şəxslərin dövlət reyestri” və “Qeyri-kommersiya qurumlarının dövlət reyestrinin xarici qeyri-kommersiya hüquqi şəxslərinin nümayəndəlik və filialları bölməsi” əlavələri yeni redaksiyada verilsin (əlavə olunur).

Azərbaycan Respublikasının
Baş naziri                                     Novruz Məmmədov

Faylı yükləyin: [Download not found]

Mənbə: cabmin.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

2000 manat məvaciblə Baş mühasib axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Baş mühasibVəzifə: Baş mühasib

İşəgötürən: Ati and Partners

Namizədə tələblər:

– Ali təhsil
– Azərbaycan və rus dillərini əla səviyyədə bilmək
– İngilis dilini orta səviyyədə bilmək
– 1C Proqramını, Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək
– Vergi qanunvericiliyini bilmək
– Analitik təhlil bacarığı
– Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq

Həmçinin bax: 2000 manat məvaciblə Baş mühasib axtarılır

İş barədə məlumat:

– Vergi, DSMF, Statistika, Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
– Rəhbərliyə lazımi məlumatları hazırlayıb təhvil vermək
– İş təcrübəsi 5 ildən artıq
– Yaş – 27 – 42 yaş
– İş rejimi: həftədə 5 gün saat 09:00-18:00. (6-cı günlər qısa gün ola bilər)

Ə/h – 1500-2000 AZN

E-mail: atiandpartners@gmail.com / 

Həmçinin bax: 1000 manat məvaciblə Maliyyəçi-Mühasib tələb olunur

Mənbə: jobsearch.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Sahibkarlara dəstəklə bağlı İqtisadiyyat Nazirliyi və DGK arasında danışıqlar aparılır

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyi“Sənaye parklarında idxal-ixrac əməliyyatlarının və bu parklarda rezidentlərin sayı artdıqca gömrük rəsmiləşdirilmələrinin əhəmiyyəti artır”.

Bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bu gün Bakıda keçirilən “Sənaye parklarında idxal-ixrac əməliyyatları zamanı gömrük rəsmiləşdirilməsi prosedurlarının sadələşdirilməsi – Yaşıl dəhliz” mövzusunda dəyirmi masada çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi arasında gömrük prosedurlarının şəffaf və qısa zamanda həyata keçirilməsi məsələsi müzakirə olunub: “Bu da sənaye parklarında fəaliyyət göstərən sahibkarlara bir kömək olacaq. Dövlət Gömrük Komitəsinin fəaliyyət funksiyalarından biri də sahibkarlara idxal-ixrac əməliyyatlarında kömək etməkdir. Son illər Azərbaycanda prezident İlham Əliyev tərəfindən islahatlar həyata keçirilib və bu islahatlar gömrük sahəsində də özünü göstərməkdədir. Bu gün İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi arasında sıx əməkdaşlıq qurulub. Bu gün Dövlət Gömrük Komitəsində “bir pəncərə” prinsipi tətbiq edilib. Bu iki qurumun birgə fəaliyyəti sahibkarların işini daha da asanlaşdıracaq”.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

N. Səfərov qeyd edib ki, sənaye zonalarında fəaliyyət göstərən rezidentlər gündən-günə xammal və avadanlıqların idxalını artırılar: “Bu səbəbdən də gömrük rəsmiləşdirilməsi olduqca vacibdir. Gömrük Komitəsi sahibkarları dəstəkləmək funksiyasını yerinə yetirməlidir. Artıq bununla bağlı nazirlik və komitə arasında danışıqlar aparılır”.

Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Səməd Qaralov Komitənin fəaliyyətindən geniş danışıb. O, yaşıl dəhliz sisteminin tətbiqi və onun fəaliyyəti barədə sahibkarları məlumatlandırıb.

S. Qaralov gömrük fəaliyyətində bir “bir pəncərə” prinsipinin tətbiqi barəsində də sahibkarlara ətraflı məlumat verib və onlara bu sistemdən istifadə etməyi məsləhət görüb. O, son zamanlar Dövlət Gömrük Komitəsinin fəaliyyətinin şəffaflığından, komitədə tətbiq edilən onlayn gömrük sistemindən, gömrük-biznes əməkdaşlığından da danışıb.

Mənbə: apa.az