İlin birinci yarısında nə qədər vergi ödəyicisi qeydə qalınıb??
Bu ilin birinci yarısında vergi ödəyicilərinin qeydiyyatı və uçotu sahəsində müsbət dəyişikliklər müşahidə olunub, qeydiyyatdan keçmiş vergi ödəyicilərinin sayı 40 min 706 (6 min 33 hüquqi şəxs, 34 min 673 fiziki şəxs), fəaliyyətini bərpa etmiş vergi ödəyicilərinin sayı isə 47 min 477 təşkil edib.
Vergilər Nazirliyinin media və kommunikasiya mərkəzindən bildirilib ki, qeydiyyata alınmış və fəaliyyətini bərpa etmiş vergi ödəyicilərinin ümumi sayı fəaliyyətini dayandırmış və vergi uçotu ləğv edilmiş vergi ödəyicilərinin sayından 6 min 681 vergi ödəyicisi qədər çox olub. Həmin dövrdə 8501 NKA qeydiyyata alınıb, POS-terminalların sayı son bir ildə 36 faiz çoxalıb.
Həmçinin bax: Yarım ildə vergi orqanlarına nə qədər müraciət daxil olub??
Mənbə: azertag.az
Bu yazımızda sırf işçi hüquqlarının müdafiəsini və əmək hüquqları sahəsində maarifləndirməni həyata keçirmək üçün az bilinən bəzi məsələləri silsilə yazı şəklində təqdim edəcəyik.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əmək kitabçalarının hələ də dövriyyədə saxlanılmasının səbəbləri, sosial sığorta kartının əhəmiyyəti və bu kartların istehsalına xərclənən vəsait, həmçinin DSMF-yə bəyannamələri vermək üçün yalnız “ASAN imza”dan istifadə olunması ilə bağlı sosial mediada nazirliyə ünvanlanan suallara münasibət bildirib.
Cari ilin birinci yarısında vergi orqanlarına 47 min 299 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,4 faizi azdır. Müraciətlərin 93,6 faizi ərizə, 6,1 faizi şikayət, 0,3 faizi isə təklif xarakterli olub.