Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib

posted in: Xəbər | 0

Baş Gömrük20 iyunda Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasında sahibkarlarla görüş keçirilib.

Görüşün məqsədi gömrük işinin şəffaf və səmərəli şəkildə təşkili, malların və nəqliyyat vasitələrinin təyinat nöqtəsinə asan və sürətli şəkildə çatdırılması məqsədilə gömrük sistemində həyata keçirilən islahatlar, yeniliklər barədə biznes subyektlərini məlumatlandırmaq olub.

DGK rəisi Bəhruz Quliyev deyib ki, gömrük sahəsindəki islahatların tərkib hissəsi olaraq gömrük-biznes əməkdaşlığının gücləndirilməsi məqsədilə keçirilən görüşün şəffaflığın təmin edilməsi, qarşılıqlı səmərəli dialoqun qurulmasında mühüm rol oynayacaq.

Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Cavad Qasımov gömrük sahəsində aparılan islahatlar, gömrük işinin təkmilləşdirilməsi ilə bağlı tətbiq ediləcək yeniliklər, güzəştlər barədə sahibkarları məlumatlandırıb və bildirib ki, başlıca məqsəd idxal-ixrac əməliyyatlarının asanlaşdırılması və sürətləndirilməsi, gömrük əməliyyatlarının şəffaf şəkildə həyata keçirilməsinin təmin olunması, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasıdır.

C.Qasımov gömrük-biznes dialoqunun gücləndirilməsinin bu istiqamətdə görülən işlərə mühüm dəstək olduğunu bildirib, gömrük işinin səmərəli təşkili, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsi məqsədilə idxal əməliyyatları zamanı məlumatların əvvəlcədən verilməsinin vacibliyini diqqətə çatdırıb.

İdarə rəisi biznes subyektləri tərəfindən etibarlı və peşəkar gömrük təmsilçilərinin, daşıyıcıların seçilməsinin, qısa idxal bəyannamələrinin vaxtında və düzgün tərtib olunaraq gömrük orqanına təhvil verilməsinin gömrük rəsmiləşdirilməsinin qısa vaxt ərzində həyata keçirilməsini təmin edən əsas amillərdən olduğunu bildirib.

Qarşılıqlı diskussiya şəklində keçirilən görüşdə sahibkarları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri barədə olan qaydada kiçik dəyişiklik edilib

posted in: Xəbər | 0

pul vəsaitləriAZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 265
Bakı şəhəri, 13 iyun 2018-ci il
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayətkarlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsində, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanması
tələb olunmayan dövlətlərin (ərazilərin) siyahısının müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 123 nömrəli qərarında dəyişiklik edilməsi barədə

“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 736-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 iyul tarixli 1509 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 123 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 567; 2016, № 8, maddə 1449) ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayətkarlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməsində, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlərin (ərazilərin) siyahısının müəyyən edilməsi Qaydası”nın 7-ci hissəsinin ikinci cümləsində “və digər səlahiyyətli orqanlara” sözləri “, auditora və ya cinayət təqibini həyata keçirən orqanlara” sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikası
Baş nazirinin müavini                           Əli Əhmədov

Mənbə: cabmin.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

1200 manat məvaciblə Maliyyə Analitiki tələb olunur

posted in: İş elanı, Maliyyə, Xəbər | 0

maliyyə analitiki1200 manat məvaciblə Maliyyə Analitiki tələb olunur


  • Şəhər: Bakı
  • İşəgötürən: AzTrade
Həmçinin bax: Böyük dördlük audit şirkəti Mühasib axtarır

İş barədə məlumat

– Şirkət büdcələrinin təhlil olunması. Xərclərin büdcələrə uyğunluğunun monitorinqini zamanı hesabatların hazırlanması
– Nəğd vəsaitlərin hərəkətinə dinamik nəzarət zamanı geniş bazalı məlumatların toplanması və təhlili
– Maliyyə hesabatlarının hazırlanması, maliyyə göstəricilərinin analitikası.
– İş saatları: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək

Namizədə tələblər

– Göstərilən vakansiya üzrə təcrübəsi olan
– 1C(8.3) mühasibatlıq proqramını bilən
– MS Office proqramları, xüsusilə MS Excel proqramı üzrə güclü biliklər
– Güclü analitik qabiliyyət və riyazi düşüncəyə malik olması

Maraqlanan şəxslər CV formalarını hr@aztrade.az ünvanına vakansiyanın adını qeyd edib göndərə bilərlər.

Həmçinin bax: “Mətanət A” mühasib axtarır

Mənbə: boss.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

 

 

“Mühasibat uçotu haqqında” Qanuna dəyişikliklər müzakirə edildi

posted in: Uncategorized | 0

Mühasibat uçotuAzərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiya (ARPA) ilə birgə, İstiqlaliyyət 31C ünvanında yerləşən ARPA-nın ofisində «Mühasibat uçotu haqqında» qanuna edilmiş dəyişikliklərlə bağlı ölkənin aparıcı dövlət müəssisələrinin, audit şirkətlərinin və korporativ sektorun iri nümayəndələrinin və maliyyə sektorunun iştirakı ilə tədbir keçirilmişdir.

Tədbir zamanı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinin müdiri Firuzə Abdullayeva qanunda olan dəyişikliklər barədə ictimaiyyətə ətraflı şərh vermişdir. Tədbirdə maliyyə sahəsində çalışan çox sayda ekspertlər də iştirak edərək aidiyyatı suallar vermis, öz mülahizələrini ictimaiyyətlə bölüşmüşlər.

Həmçinin oxu: “Mühasibat uçotu haqqında” Qanunda dəyişiklik edildi

ARPA-nın İcraçı Direktoru Ə.Bayramovun sözlərinə görə, ARPA peşəkar mühasib təşkilatı olaraq mühasiblərin peşəkarlığının inkişaf etdirilməsi istiqamətində Maliyyə və Vergilər nazirlikləri ilə fəal əməkdaşlıq edir. Mühasibatlıq sahəsində atılan önəmli addım ARPA-da bu sahədə yeni komitənin təsis edilməsi olmuşdur. Qeyd edilən komitəyə mühasibatlıq sahəsində böyük təcrübəyə malik olan Firudin Sultanov sədrlik edir.

Qanuna son dəyişikliklərdə ilk dəfə olaraq peşəkar mühasib anlayışı öz əksini tapıb. Peşəkar mühasib sayılmaq üçün Dövlət İmtahan Mərkəzinin müvafiq imtahanlarda iştirak edərək sertifikat əldə etməsi, eləcə də Peşakar Mühasibat Təşkilatı kimi akkreditasiya olunmuş qeyri-kommersiya təşkilatına üzv olması tələb olunur.

Həmin Qanun özündə maliyyə hesabatlarının tərtib edilməsi ilə əlaqədar tam olaraq belnəlxalq standartlara keçilməsi,mühasibat uçotunun aparılması ilə əlaqədar uçot qaydalarının qəbul edilməsi ilə bağlı müddəaları əks etdirir.

Eyni zamanda Qanuna peşəkar mühasiblər təbəqəsinin yaradılması ilə əlaqədar müvafiq müddəalar daxil edilmişdir.

2009-cu ildən fəaliyyət göstərən ARPA müxtəlif yerli sertifikasiya modelləri təsis etmiş və beynəlxalq səviyyəli imtahanların keçirilməsində təcrübə qazanmışdir.

Mənbə: fins.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.