İlk dəfə – Hesablar planı ilə birlikdə iş elanı

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Hesablar planıŞirkət- “ALCO” MMC

Vəzifə: Mühasib

  1. Mühasib aşağıdakıları bilməlidir:

– Rəhbərliyin tapşırıqlarını və əmrlərini;
– Mühasibatlıqla bağlı normativ materialları;
– Əmək qanunvericiliyini;
– Vergilərin ödənilməsi metodlarını;
– Maliyyə nəzarətinin prinsiplərini;
– Əmək və maliyyə xərclərinin normativlərinin işlənib hazırlanması qaydasını;
– Maliyyə hesablamaları və hesablama işini aparma vasitələrini və metodlarını;
– Maliyyə proqramlarından istifadə edilməsi qaydalarını;
– Maliyyə aktivlərinin, risklərinin və gəlirlərinin qiymətləndirilməsini;
– Mühasibat uçotunun aparılmasını;

Həmçinin bax: 2000 manat məvaciblə Baş mühasib axtarılır.

2. Mühasibin funksional vəzifələri

2.1 Əsas vəsaitlərin (111), qeyri-maddi aktivlərin (101) və azqiymətlilərin (207) daxil  olması uçotu
2.2 Alınmış sərvətlər üzrə əlavə dəyər vergisi və əvəzləşdirmə – 241
2.2 Ümumi istehsalat xərclərinin uçotu  – 721
2.3 Gələcək dövrlərin xərclərinin uçotu – 242
2.4 Malsatan və podratçıların və digər kreditorların uçotu (o cümlədən üzləşmənin    aparılması) – 431, 531
2.5 İşçilərlə hesablaşmalar (ə/h, məzuniyyət, ezamiyyət, son haq-hesab) – 533

2.6 Təhtəlhesab şəxslərlə iş – 244
2.7 Statistik və DSMF hesabatların hazırlanması, göndərilməsi və uçotu – 522

İş saatları – Həftənin 1-5 -ci günləri, 09:00-18:00

Maaş: 500-1500 manat arası

CV-lər  email adresine göndərilsin. Subject hissədə isə vakansiyanın adı dəqiq yazılsın.

Mənbə: jobsearch.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Əmək Məcəlləsinə yeni – 67-2 maddəsi əlavə edilir

posted in: Xəbər | 0

Əmək MəcəlləsiAzərbaycanda məktəblərdə hamilə qadınlar sertifikasiyadan keçirilməyəcəklər.

Bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında müzakirəyə çıxarılıb.

Layihə barədə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib.

Həmçinin oxu: Vergi Məcəlləsinin 190.3-cu maddəsinə olan dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Dəyişiklik layihəsinə əsasən, məcəlləyə yeni – 67-2-ci (Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikasiyası) maddə əlavə olunur.

Maddəyə əsasən, hamilə qadınların, uşağının 3 yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertfikasiyası keçirilmir.

İlk dəfə işə qəbul olunanlar 5 il müddətində, eləcə də azı 3 dəfə sertifikasiyadan keçmiş şəxslər sertifikasiyadan keçirilmirlər.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.

Həmçinin oxu: Əmək, Vergi məcəllələrinə dəyişiklik müzakirə olunacaq.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

2000 manat məvaciblə Baş mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Baş mühasibVəzifə : Baş mühasib

İş yeri: Xaçmaz

İş rejimi: 09:00-18:00 (beş günlük iş həftəsi)

Əmək haqqı: 1500-2000 AZN (əlavə olaraq tibbi sığorta, yemək və yaşayış yeri təminatı)

Tələblər

  • Təhsili – Mühasibat uçotu üzrə ali təhsili.
  • İş təcrübəsi-müvafiq sahədə 5 ildən az olmayaraq
  • Dil biliyi- Azərbaycan,İngilis,Rus
  • Kompüter biliyi – Microsoft Office proqramları, 1C (8.3)

Həmçinin bax: Veysəloğlu Şirkətlər Qrupu vakansiya elan edir

Əmək funksiyaları

  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti operativ məlumatların təqdim etdirilməsi, mühasibat, (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfat daxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatının məlumatları üzrə müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin edir.
  • Daxil olan pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanması, məhsulun satışını, iş və xidmətlərini yerinə yetirir;
  • Maliyyə, hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekun əməliyyatlarının uçotunu təşkil edir;
  • Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, tələbat fonduna və digər ehtiyat fondlarına ayırmaları tərtib edir;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət edir;
  • Ştat, maliyyə və kassa nizamına ciddi əməl edilməsi, inzibati-təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmamazlıqların və digər itkilərin mühasibat balanslarından silinməsi qanununun təmin edilməsi işlərini görür;
  • İtkinin əmələ gəlmə səbəblərini və qeyri-məhsuldar xərclərin mənbəyini üzə çıxarır, onların qarşısının alınması üçün təkliflər hazırlayır;
  • Mühasibat sənədlərinin çoxalması, tərtib edilməsi və arxivə təhvil verilməsinin qoyulmuş qaydada yerinə yetirilməsinə nəzarət edir;
  • Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edir.

Maraqlanan namizədlər cv-lərini mövzu yerində “Baş mühasib” qeyd etməklə   elektron ünvanına göndərə bilərlər.

Həmçinin bax: Bank of Baku’da vakansiya.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi Məcəlləsinin 190.3-cu maddəsinə olan dəyişiklik layihəsi müzakirəyə çıxarılıb

posted in: Xəbər | 0

vergi məcəlləsiBu gün Milli Məclisin plenar iclasında “ Vergi Məcəlləsi ”nə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Məcəllənin 190-cı (Aksiz malların siyahısı və vergi dərəcələri) maddəsinin 3-cü bəndinə dəyişiklik edilir.

Dəyişiklik layihəsinə görə, Azərbaycanda istehsal olunan siqarlar, ucları kəsilən siqarlara və siqarillalara (nazik siqarlar) tətbiq edilən vergi dərəcəsi artırılır.

Belə ki, Azərbaycanda istehsal olunan siqarların, ucları kəsilən siqarların və siqarillaların (nazik siqarlar) 1000 ədədinə görə 20 manat vergi tutulacaq.

Həmçinin oxu: Əmək, Vergi məcəllələrinə dəyişiklik müzakirə olunacaq.

Qeyd edək ki, indiyədək Azərbaycanda istehsal olunan siqarların, ucları kəsilən siqarların və siqarillaların (nazik siqarlar) 1000 ədədinə görə 10 manat vergi tutulub.

Milli Məclis qanun layihəsinə dəyişikliyi təsdiq edib.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.