Azərbaycanda kiçik və orta biznes evləri yaradılacaq

posted in: Xəbər | 0

biznesAzərbaycanda kiçik və orta biznes evləri yaradılacaq.


Bu barədə Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin icraçı direktoru Orxan Məmmədov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu biznes evləri dövlət orqanları ilə sahibkarlar arasında körpü rolunu oynayacaq. Yeni yaradılan biznes evləri biznes mühitində “ASAN xidmət” modeli kimi olacaq, sahibkarlar və dövlət orqanları üçün “bir pəncərə” sistemi kimi fəaliyyət göstərəcək.

Mənbə: fins.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi yükünün azaldılacağı ilə bağlı ekspert rəyi

posted in: Vergi, Xəbər | 0

vergiVergilər Naziri əmək haqqlarına tətbiq edilən vergi yükünün azaldılacağını anons edib. Bildirib ki, “İndi müzakirə olunan vahid vergi yükünün həcmləri hazırda qüvvədə olan qanunvericiliklə tətbiq olunan vergi yükündən əhəmiyyətli dərəcədə fərqlənir, aşağıdır. İnanırıq ki, belə bir islahatın həyata keçirilməsi qeyri-rəsmi məşğulluğun, o cümlədən əmək haqların real şəkildə əks etdirilməsinə xidmət etməli, bu işə öz töhfəsini verməlidir”.

Dəyişkliklərin hansı müstəvidə aparılacağı yenədə qeyri-müəyyəndir. Vahid vergi dedikdə nə başa düşülür? Məcəlləyə görə vergi onsuzda vahiddir, yəni ancaq gəlir vergisidir (gəlirin həcmindən asılı olaraq vergi yükü dəyişir). Bəlkə burda vahid dərəcə tətbiq etmək istəyirlər? Digər tərəfdən sahibkarları narahat edən gəlir vergisi yox, daha çox sosial sığorta ayırmalarının həcmidir. Bütün neqativ halların səbəbi məhz onun hüksək olması ilə əlaqəlidir. Bu hazırda vergi yox (mahiyyətcə eynidir) məcburi ayırmalar sayılır. Gəlir vergisi və sosial sığorta ayırmaları birlikdə mahiyyətcə elə “vahid vergi yükü” yaradırlar. Yəni məsələyə bu müstəvidə yanaşacaqlar?

Müəllif: Rəşad Əliyev

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi qanunvericiliyində ediləcək dəyişikliklər açıqlanıb

posted in: Vergi, Xəbər | 0

vergi

Bu il vergi qanunvericiliyində dəyişikliklərlə bağlı bir sıra təkliflər təqdim olunacaq.

Bunu mayın 25-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Sahibkarlar Gününə həsr edilmiş konfransda vergilər naziri Mikayıl Cabbarov bildirib.

Konfransda çıxış edən nazir vergi sistemində aparılan islahatlar və vergi qanunvericiliyində gözlənilən dəyişikliklərlə bağlı bir sıra açıqlamalar verib. M.Cabbarov qeyd edib ki, mikro və kiçik sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması nəzərdə tutulur. Vergi dəyişiklikləri paketində digər mühüm məsələ isə dövlət başçısının tapşırığı ilə vergi yükünün azaldılmasına və işçilərin əməkhaqlarının vergiyə cəlb edilməsinin sadələşdirilməsinə yönəldilən islahatdır. Müzakirə olunan vahid vergi yükünün həcmi hazırda qüvvədə olan qanunvericiliklə tətbiq olunan vergi yükündən əhəmiyyətli dərəcədə fərqlənir, yəni aşağıdır. Belə bir islahatın həyata keçirilməsi qeyri-rəsmi məşğulluğun, o cümlədən əməkhaqlarının uçotda real şəkildə əks etdirilməsinə, işçilərin hüquqlarının müdafiə olunmasına xidmət edəcək, bu işə öz töhfəsini verəcək.

Vergi qanunvericiliyinə ediləcək digər dəyişikliklər vergi uçotunun bərpası və şəffaflaşdırılması, həmçinin vergidən yayınma hallarına görə cəza tədbirlərinin sərtləşdirilməsi ilə bağlıdır. Nazir vurğulayıb ki, vicdanlı vergiödəyicisi ilə qeyri-vicdanlı davranan ödəyici arasında fərq qoyulmalıdır. Vicdanlı vergiödəyicisinin səhv etməyə haqqı var. Vergi orqanının vəzifəsi bu səhvin baş vermə anını gözləmək deyil, bütün vasitələrlə onun qarşısını almaqdır. Vergi güzəştləri və azadolmalarla bağlı hər konkret hal üçün fərdi yanaşma metodu tətbiq edilməlidir. Vergi güzəştləri xüsusi əhəmiyyət kəsb edən sahələr üçün lazımdır. Məsələn, kənd təsərrüfatı sahəsində əldə olunmuş nəticələr pozitiv dəyərləndirilir. Lakin şüurlu sürətdə vergidən yayınan sahibkara vergidə güzəşt edilməsi məqbul sayıla bilməz.

Vergilər naziri 2018-ci ilin ilk dörd ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə səyyar vergi yoxlamalarının sayının 40 faiz azaldığını da qeyd edib.

Mənbə: azertag.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

“İşsizlərin məşğulluğunun təmin edilməsi göstəriciləri qənaətbəxş deyil”

posted in: Xəbər | 0

SahilƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əhalinin məşğulluğu sahəsində siyasətin və icra mexanizmlərinin təkmilləşdirilməsi, aktiv məşğulluq tədbirlərinin və özünüməşğulluq proqramının səmərəliliyinin artırılması məsələlərinə dair müşavirə keçirilib.

Bu barədə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin və onun yerli orqanlarının rəhbər şəxslərinin iştirakı ilə keçirilən müşavirədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasında əhalinin məşğulluğunun təminatı xüsusi yer tutur və milli iqtisadiyyatın dayanıqlı inkişafı şəraitində ötən dövrdə bu sahədə mühüm irəliləyişlər əldə edilib. Məşğulluğun təminatında məşğulluq orqanlarının da rolu artmalıdır. Ölkəmizdə əhalinin təbii artım tempinin mövcud olduğu şəraitdə əmək bazarına daxil olan işçi qüvvəsi artır və məşğulluq orqanlarının fəaliyyəti də bu dinamikaya uyğun qurulmalıdır.

Məşğulluq orqanlarının fəaliyyətinin nəticələrinin, o cümlədən işsiz və işaxtaran kimi qeydə alınmış insanların məşğulluğunun təmin edilməsi göstəricilərinin qənaətbəxş olmadığını qeyd edən S.Babayev bildirib ki, Dövlət Məşğulluq Xidmətinin fəaliyyətində səmərəliliyin, eyni zamanda, şəffaflığın, sosial ədalətin tam təmin olunması, aktiv məşğulluq tədbirlərinin keyfiyyətinin yaxşılaşdırılması və əhatə dairəsinin genişləndirilməsi, məşğulluq xidməti orqanlarının kadr potensialının artırılması və s. vacib vəzifələrdəndir. Hər bir məşğulluq orqanının fəaliyyətinin qiymətləndirilməsi mexanizmi də olmalıdır. Ümumilikdə, dövlət məşğulluq orqanlarının beynəlxalq standartlara cavab verən yeni xidmət modeli formalaşdırılmalıdır.

Nazir bu və digər müvafiq istiqamətlər üzrə hədəflərə nail olunması məqsədilə təkliflərin hazırlanması üçün nazirlikdə İşçi qrupunun yaradıldığını diqqətə çatdırıb. O qeyd edib ki, məşğulluq sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, aktiv məşğulluq tədbirlərinin, o cümlədən özünüməşğulluq proqramının səmərəliliyinin artırılması, əhatə dairəsinin genişləndirilməsi, ünvanlılığının təmin edilməsi və bu tədbirlərin əlaqələndirilməsi mexanizminin, bacarıqların inkişafı sisteminin yaradılması,qeyri-formal və informal təhsil vasitəsi ilə əldə edilən səriştələrin tanınması sisteminin formalaşdırılması və s. üçün İşçi qrupu tərəfindən təkliflər hazırlanaraq, bir ay ərzində təqdim edilməlidir.

S.Babayev vurğulayıb ki, dövlət başçısının təşəbbüsü və müvafiq sərəncamı ilə həyata keçirilən özünüməşğulluq proqramı təkcə məşğulluq xidmətinin deyil, ümumən ölkəmizin işsizliyə, yoxsulluğa qarşı olduqca effektli bir proqramıdır. Ona görə də bu proqramın şəffaf və səmərəli icrası, onun əhatə edəcəyi aztəminatlı ailələrin sayının bu il 7 min nəfərə çatdırılması və gələcək illərdə isə daha da artırılması qarşıda duran vacib vəzifələrdəndir. İlk növbədə ünvanlı dövlət sosial yardımı alan ailələrin əmək qabiliyyətli üzvlərinin özünüməşğulluq proqramına cəlb olunmasına diqqət yetirilməlidir.

Peşə hazırlığının təşkili işlərindən bəhs edən S.Babayev qeyd edib ki, bu sahədə işlər gücləndirilməlidir. İşsiz və işaxtaran şəxslər bir çox hallarda peşə hazırlığı kurslarına cəlb olunmaları üçün uzun müddət gözləməli olurlar ki, vətəndaşlarda narazılıq yaradan belə hallar aradan qaldırılmalıdır. Eyni zamanda işlə təmin edilmək üçün müraciət edən insanlara qayğı və həssaslıqla yanaşılmalı, bu müraciətlərin müsbət həlli üçün işəgötürənlərlə əməkdaşlıq müstəvisində səylər artırılmalıdır. Digər tərəfdən, məşğulluq xidmətləri, o cümlədən işsizlik sığortası ilə bağlı geniş maarifləndirmə və izahat işlərinin aparılmasına xüsisi diqqət yetirilməlidir. Hər bir Məşğulluq Mərkəzinin binasında bununla bağlı vətəndaşlar üçün maarifləndirici lövhələr də olmalıdır.

Nazir sosial müdafiəyə xüsusi ehtiyacı olan insanlar üçün kvota üzrə iş yerlərinin ayrılması sisteminin təkmilləşdirilməsinin, məşğulluq sahəsində vahid elektron məlumat bazasının, əmək bazarına dair monitorinq və proqnozlaşdırma sisteminin qurulmasının və s. vacib vəzifələrdən olduğunu, bununla əlaqədar da konkret təkliflərin hazırlanacağını bildirib. S.Babayev diqqətə çatdırıb ki, rayon (şəhər) Məşğulluq Mərkəzləri də fəaliyyət zamanı qarşılaşdıqları problemlər, çətinliklər barədə Nazirliyə məlumatlar, aktiv məşğulluq tədbirlərinin səmərəli təşkili ilə bağlı təkliflər versinlər.

Müşavirə zamanı məşğulluq orqanlarının fəaliyyətinin nəticələri ətraflı təhlil edilib, nöqsan və çatışmazlıqlar qeyd olunub, S.Babayev tərəfindən aidiyyəti üzrə tapşırıqlar verilib.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.