Bravo-da Ödənişli təcrübə proqramı

posted in: Xəbər | 2

‘Praktikum’ Yay Təcrübə Proqramı haqqında ümumi məlumat

Gənclər ali təhsillərini bitirdikdən sonra karyera qurmağa ilk addımlarını atmağa başlayır və təcrübəsizlik onların yolunda ən böyük maneələrdən biri olur.

Bravo Azərbaycanın ən sürətli inkişaf edən qida və qeyri-qida pərakəndəçisi əhaliyə yeni mağazalar istifadəyə verməklə yanaşı gənclərin inkişafı üçün də müvafiq addımlar atmaqdadır. Gəncləri hədəfləyən maraqlı və faydalı layihə olaraq tələbələr üçün ‘Praktikum’ Yay Təcrübə Proqramı təşkil edir.

‘Praktikum’ tələbələrin təhsil zamanı öyrəndiklərinin işgüzar həyatda tətbiqini, korporativ mühitlə və biznes proseslərlə yaxından tanış edib, şirkət peşəkarları tərəfindən təlimatlanıb, yay aylarında işləmək imkanı verir.

‘Praktikum’ təcrübə proqramı kimləri əhatə edir?

  • 18 yaşdan yuxarı bakalavr/magistr tələbələri və 2017-2018-ci illərdə məzun olmuş gənclər

Təcrübə proqramının seçim mərhələləri hansılardır?

  • Müraciətlərin qəbulu
  • Test və qrup müsahibələri
  • Fərdi müsahibə

2018-ci il ‘Praktikum’ hansı şöbələri əhatə edir?

  • İnsan Resursları və İnzibati işlər
  • Maliyyə
  • Hüquq
  • Marketinq
  • Qida alışı
  • Qeyri-qida alışı
  • İT və Biznes əməliyyatları
  • Mağaza əməliyyatları
  • Mağazaların inkişafı

Təcrübəçilərin proqramdan əldə edəcəkləri:

  • Azərbaycanın ən qabaqcıl şirkətlərinin birində praktik təcrübəyə yiyələnmək
  • Peşəkarlarla birgə çalışmaq
  • Şirkətin daxili iş prosesləri haqqında ətraflı məlumat
  • Komanda işi və yeni layihələrin inkişaf etdirilməsi
  • Təcrübəçi proqramda iştirak etməsinə dair təstiq sənədi ilə təltif olunur

‘Praktikum’ Yay Təcrübə Proqramının şərtləri:

  • Proqramın müddəti 5 tam iş günü olmaqla, 2 ay davam edir
  • Təcrübəçinin nahar və nəqliyyat xərclərini ödəyəcək məbləğdə təqaüd ayrılır

Müraciət etmək üçün:

Maraqlanan gənclər 15 May 2018-ci il tarixinədək öz müraciətlərini xüsusi formanı dolduraraq  elektron ünvanına göndərə bilərlər.

Forma: Müraciət forması

Mənbə: www.bravosupermarket.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Azərbaycanda 19 yerli şirkət ləğv edildi

posted in: Xəbər | 0

  • “STTEL-CO” MMC (VÖEN: 1002212861) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Binəqədi rayonu, Z.Qəmbərov küçəsi, ev 1,məhəllə 3184/87, mənzil 21 ünvanına bildirə bilərlər.
  • “Sunny-H” MMC (VÖEN: 1701110451) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Səbail rayonu, Əziz Nəzərov, ev 12 ünvanına bildirə bilərlər.
  • “TRANS LİNKS CO.LTD” MMC (VÖEN: 1600498671) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 5, ev 21 ünvanına bildirə bilərlər.
  • “GLOBTEL SERVİCES” MMC ( VÖEN: 2002278721) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 24, mənzil 70 ünvanına bildirə bilərlər.
  • “CƏLALİ” firması (VÖEN: 1600569771) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2270-77-ci məhəllə ünvanına bildirə bilərlər.
  • “VÜSAL-XALİDİ” istehsalat kommersiya firması (VÖEN: 1500329641) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Atatürk prospekti 28D ünvanına bildirə bilərlər.
  • “UNİVERSAL GROUP CONSTRUCTİON SYSTEMS” MMC (VÖEN: 2902033791) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 16, ev 3/167, mənzil 1 müraciət edə bilərlər.
  • “RER” MMC (VÖEN: 2100152141) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Şirvan şəhəri, Xanlar küçəsi, ev 49 ünvanına bildirə bilərlər.
  • “AĞSTAFA ATÇILIQ ZAVODU” MMC (VÖEN: 3600245241) ilə “BAKI DÖVLƏT CIDIR MEYDANININ DİLBAZ ATÇILIQ” təsərrüfatı (VÖEN: 3600111941) təsisçinin qərarına əsasən birləşməsi nəticəsində ləğv olunduqlarını və “DİLBAZ ATÇILIQ TƏSƏRRÜFATI”  MMC-yə çevrildiklərini elan edirlər. Kreditorlar iki ay ərzində tələblərini Ağstafa rayonu, Sadıqlı kəndi ünvanına bildirə bilərlər.
  • “ETERNAL STARS STUDIO” MMC (VÖEN: 1403941671) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi 201, mənzil 43 ünvanına bildirə bilərlər.
  • “MƏİŞƏT CİHAZLARININ TƏMİRİ” MMC (VÖEN: 1901665941) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ştq, Y.Eyvazov ev 10, mənzil 19 ünvanına bildirə bilərlər.
  • “CRİF AZƏRBAYCAN” MMC (VÖEN: 1701821231) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində  tələblərini “Beyker və Makenzi – Si-Ay-Es, Limited” (“Baker & McKenzie – CIS, Limited “) şirkəti, Ləndmark İş Mərkəzi, 8-ci mərtəbə, Nizami küçəsi 90A ünvanına bildirə bilərlər.
  • “ŞƏKİ YOL DİSTANSİYASI” (VÖEN: 3000047371) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Şəki rayonu, Daşüz ünvanına bildirə bilərlər.
  • “YEVLAX YOL DİSTANSİYASI” (VÖEN: 2200051211) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Yevlax şəhəri, Şəki tayı ünvanına bildirə bilərlər.
  • “AĞCABƏDİ-TOXUCU” ASC (VÖEN: 3400274961) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Ağcabədi şəhəri, Heydər Əliyev prospekti, ev 230 ünvanına bildirə bilərlər.
  • “BAKI İNVEST GROUP” MMC (VÖEN: 1201957141) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində  tələblərini Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ŞTQ, Almas İldırım küçəsi, ev 8 ünvanına bildirə bilərlər.
  • “AYLAN” MMC (VÖEN: 1300565761) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində  tələblərini Bakı şəhəri, Yasamal rayonu, Rəşid İsmayılov küçəsi, ev 7, mənzil 28 ünvanına bildirə bilərlər.
  • “RİAD” MMC (VÖEN: 2000113941) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri,Xətai rayonu, Sarayevo küçəsi, ev 8, mənzil 14  ünvanına bildirə bilərlər.
  • “LİBRA-FARM” MMC (VÖEN: 1402966261) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri,Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, ev 33 ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Malların əvəzsiz olaraq verilməsi zamanı elektron qaimə-faktura verilməlidir?

posted in: Xəbər | 0

Sual 1: 100 % Dövlət büdcəsindən maliyyələşən və məqsədi mənfəət əldə etmək olmayan hüquqi şəxs özünün tabeliyində olan 100 % dövlət büdcəsindən maliyyələşən və məqsədi mənfəət əldə etmək olmayan (hüquqi şəxs olan) təşkilatlarına malların əvəzsiz olaraq (dəyəri ödənilmədən) verilməsi elektron qaimə-faktura ilə rəsmiləşdirilməlidirmi? Elektron qaimə-faktura ilə rəsmiləşdirilməlidirsə qanunvericiliyin hansı normativ hüquqi aktlarına əsasən? Elektron qaimə-faktura ilə rəsmiləşdirilməməlidirsə hansı ciddi hesabat blankları ilə rəsmiləşdirilməlidir?
Sual 2: 100 % Dövlət büdcəsindən maliyyələşən və məqsədi mənfəət əldə etmək olmayan hüquqi şəxs özünün tabeliyində olan 100 % dövlət büdcəsindən maliyyələşən və məqsədi mənfəət əldə etmək olmayan (hüquqi şəxs olan) təşkilatlarına mallar əvəzsiz olaraq (dəyəri ödənilmədən) verilməsi “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası (forma nömrə QF02) ilə rəsmiləşdirilməlidirmi?

Cavab: Bildiririk ki, fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.

Malların əvəzsiz olaraq verilməsi malların təqdim olunması hesab olunduğunu nəzərə alaraq sorğunuzda qeyd olunan halda elektron qaimə-fakturası verilməlidir.

Əlavə olaraq onu da qeyd edək ki, “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” malların vergi ödəyicisinə məxsus bir təsərrüfat obyektindən onun özünə məxsus digər təsərrüfat obyektinə nəql edilməsi ilə rəsmiləşdirə bilər, sorğunuzda qeyd olunan halda isə bir vergi ödəyicisi digər vergi ödəyicilərinə malları təqdim edir.

Bax: Vergi Məcəlləsinin 71-1-ci maddəsi, 16 iyun 2017-ci il tarixli 1460 nömrəli Fərmanı ilə “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Smart Audit MMC-də vakansiya

posted in: Audit, İş elanı, Maliyyə, Xəbər | 0

“SMART AUDİT” MMC “Maliyyə Departamentinin Mütəxəssisi” vakansiyası üzrə işçi axtarır.

Vəzifə təlimatları:

• Vergi və mühasibat uçotunun aparılması;
• Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
• Aylıq olaraq baş ofisə təqdim olunan daxili maliyyə hesabatlarının hazırlanması;
• İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması;
• Dövlət orqanlarına, banklara məktubların yazılması;
• Müştərilərin Maliyyə Vəziyyəti haqqında, Mənfəət və Zərər haqqında, Pul Vəsaitlərinin Hərəkəti, Kapitalda Dəyişikliklər haqqında hesabatlarının hazırlanması;
• Debitor və kreditorlar barədə mütəmadi olaraq hesabatların hazırlanması;
• Hazırlanmış vergi bəyənnamələrinin (ƏDV, sadələşdirilmiş vergi, MÖMV, mənfəət vergisi, gəlir vergisi, əmlak vergisi, torpaq vergisi) yoxlanılması və göndərilməsi;
• Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s. uçotunun aparılması;
• Mal-materialların uçotunun aparılması;
• E-taxes.gov.az saytında elektron poçt qutusuna daxil olan məktubların cavablandırılması;
• Ona verilən müvafiq tapşırıqların yerinə yetirilməsi.

Vəzifə ilə bağlı tələblər:

• Ali təhsil (Mühasibat uçotu və audit, maliyyə sahəsində təhsil);
• Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsinin olması mütləqdir;
• ACCA F3 sertifikatının olması zəruridir;
• 1C 7.7, 8.3 üzrə biliklər olmalıdır;
• Vergi Məcəlləsi üzrə orta səviyyədə biliklər;
• Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
• Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
• Komandada işləmək bacarığı;
• Peşəkar inkişafa meyllilik;
• Riyazi biliklər və analitik düşüncə qabiliyyəti;
• Azərbaycan, ingilis və rus dillərində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı.

İş yeri : Cəfər Cabbarlı 609, Globus Center 12-ci mərtəbə;
İş günləri – həftədə 5 gün, 09:00-dan 18:00-dək;

Əmək haqqı: 600 – 700 AZN.

Göstərilən vəzifə üzrə maraqlanan namizədlərdən mövzu hissəsində “Maliyyə Departamentinin Mütəxəssisi” yazmaqla bu elektron poçt ünvanına CV göndərmələri xahiş olunur: 

Mənbə: jobsearch.az

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.