Read More9
Read More9

Muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı artıb

posted in: Xəbər | 0

Bu il noyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1773,3 min nəfər olub, onlardan 881,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 891,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,8 faiz artaraq 993,2 manat təşkil edib.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Mənbə: vergiler.az

Əmlak vergisi hesablanarkən dəyəri azaldılan əmlaklar

Azərbaycanda şirkətlərin qeydiyyat məlumatlarında dəyişikliklər elektron qaydada həyata keçiriləcək

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin elektron qaydada qeydiyyata alınması imkanı yaradıb.

Bunu qurumun Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinin rəis müavini Hüsniyyə Abdullayeva bildirib.

Onun sözlərinə görə, artıq yerli və xarici investisiyalı MMC-lərin təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyatı ilə bağlı vergi orqanına elektron qaydada müraciət etmək mümkündür: “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın işçi qrupu çərçivəsində müzakirə olunan məsələlərdən biri MMC-lərin qeydiyyat məlumatlarında baş vermiş dəyişikliklərinin elektron qaydada qeydiyyata alınması ilə bağlı yeni rəqəmsal xidmətin tətbiqi olub.

Məlum olduğu kimi, buna qədər yalnız MMC-lərin ilkin qeydiyyatı elektron qaydada həyata keçirilirdi. DVX tərəfindən aparılan hüquqi, təşkilati və texniki tədbirlərdən sonra artıq şirkətlər təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin elektron qaydada qeydiyyata alınması üçün elektron ərizə ilə müraciət edə bilərlər”.

H.Abdullayeva bildirib ki, MMC-lərin qeydiyyat məlumatlarının dəyişikliyinin elektron qaydada qeydiyyata alınması imkanından gücləndirilmiş elektron imza sahibləri istifadə edir və elektron məlumat dəyişikliyi 3 iş günü müddətində həyata keçirilir: “Müraciət zamanı internet vergi idarəsində yerləşdirilmiş elektron ərizə formasında dəyişiklik edilmiş məlumatlar (adı, hüquqi ünvanı, Müşahidə Şurasının tərkibi, qanuni təmsilçisi, MMC-nin təsisçiləri, nizamnamə kapitalı, nizamnaməyə dəyişiklik) doldurulur, dəyişikliyi təsdiq edən sənədlərin (auditor rəyi və yaxud bank qəbzi) skan olunmuş surəti ərizəyə əlavə edilir, ərizə və sənədlər təsisçilər və rəhbərin gücləndirilmiş elektron imzası ilə təsdiq edilir. Nizamnaməyə dəyişiklik və qərar avtomatik generasiya olunur, yeni nizamnamə, reyestrdən çıxarış və şəhadətnamə hüquqi şəxsin elektron kabinetinə göndərilir. Bu yenilik ölkədə biznesin təsis edilməsi praktikasının qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi prosesi çərçivəsində həyata keçirilib. Biznesin qeydiyyatı prosesi üzrə Azərbaycan dünyada olan ən yaxşı təcrübələrdən birinə malikdir”.

Mənbə: vergiler.az

Əmlak vergisi hesablanarkən dəyəri azaldılan əmlaklar

Əmlak vergisi hesablanarkən dəyəri azaldılan əmlaklar

posted in: Xəbər | 0

Vergi Məcəlləsinin 13.2.21-ci maddəsinə əsasən, əmlak – hər hansı daşınar və ya daşınmaz əmlak, o cümlədən qeyri-maddi aktivlər, dövriyyə vəsaitləri və mülkiyyət hüququnun digər obyektləridir. Hüquqi şəxsin və fərdi sahibkarın ödəməli olduğu əmlak vergisinin məbləği hesablanarkən ümumi əmlakın dəyərindən aşağıda qeyd olunan əmlakların dəyəri çıxılır. 

Bu halları vergi eksperti İsmayıl Bağırov şərh edir:

Vergi Məcəlləsinin 199.4-cü maddəsinə əsasən, vergitutma məqsədləri üçün müəssisənin və fərdi sahibkarın əmlakının dəyəri aşağıdakı əmlakların dəyərində azaldılır:

– ekologiya və yanğından mühafizə üçün istifadə edilən əsas vəsaitlər

Misal 1

Müəssisənin əmlakının ilin əvvəlinə qalıq dəyəri 550.000 manat (o cümlədən binalar 100.000 manat, qurğular 50.000 manat, ekologiya avadanlığı 50.000 manat, maşınlar 60.000 manat, hesablama texnikası 30.000 manat, yanğından mühafizə avadanlığı 90.000 manat, digər əmlak 170.000 manat), ilin sonuna isə 700.000 manat (o cümlədən binalar 200.000 manat, qurğular 190.000 manat, ekologiya avadanlığı 50.000 manat, maşınlar 60.000 manat, hesablama texnikası 20.000 manat, yanğından mühafizə avadanlığı 70.000 manat, digər əmlak 110.000 manat) olub. İndi isə müəssisənin büdcəyə ödəməli olduğu əmlak vergisini hesablayaq.

Vergitutma məqsədləri üçün müəssisənin əmlakının dəyəri ekologiya və yanğından mühafizə üçün istifadə edilən əmlakların dəyəri həcmində azaldılır. Müəssisənin vergiyə cəlb olunan əmlakının ilin əvvəlinə qalıq dəyəri aşağıdakı kimi olacaq:

550.000 – 50.000 – 90.000 = 410.000 manat.

Müəssisənin vergiyə cəlb olunan əmlakının ilin sonuna qalıq dəyəri belə olacaq:

700.000 – 50.000 – 70.000 = 580.000 manat.

Bu halda, müəssisənin vergi tutulan əmlakının orta illik qalıq dəyəri 495.000 manat təşkil edəcək:

(410.000 + 580.000) : 2 = 495.000 manat.

Müəssisələr əsas vəsaitlərinin orta illik qalıq dəyərini müəyyən etdikdən sonra onun dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər:

495.000 x 1% = 4.950 manat.

Deməli, müəssisənin ödəməli olduğu əmlak vergisi 4.950 manat təşkil edəcək.

Misal 2

Fərdi sahibkarın əmlakının ilin əvvəlinə qalıq dəyəri 540.000 manat (o cümlədən binalar 200.000 manat, qurğular 100.000 manat, yanğından mühafizə 190.000 manat, ekologiya avadanlığı 50.000 manat), ilin sonuna isə 560.000 manat (o cümlədən binalar 270.000 manat, qurğular 50.000 manat, ekologiya avadanlığı 40.000 manat, yanğından mühafizə 200.000 manat) olub. Müəssisənin ödəməli olduğu əmlak vergisini hesablayaq:

(100.000 + 50.000) : 2 = 75000 manat;
75.000 x 1% = 750 manat.

Göründüyü kimi, fərdi sahibkarın əmlak vergisi hesablanarkən ekologiya və yanğından mühafizə üçün istifadə edilən obyektlər vergidən azad olunmaqla yanaşı, fərdi sahibkarların balansında olan binalar da istisna təşkil edir. Buna görə də fərdi sahibkarın əmlakının orta illik qalıq dəyəri müəyyən olunarkən onların dəyəri həcmində azaldılır.

– müəssisələrin mülkiyyətində (balansında) olan və siyahısı müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqan (qurum) (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən təsdiq olunmuş mülki müdafiə təyinatlı əmlaklar;

– məhsul ötürən kəmərlər, dəmir və avtomobil yolları, rabitə və enerjiötürücü xətlər, meliorasiya və suvarma sistemi obyektləri, peyklər və digər kosmik obyektlər;

Misal 3

Müəssisənin əmlakının ilin əvvəlinə qalıq dəyəri 280.000 manat (o cümlədən neft ötürən kəmərlər 200.000 manat, meliorasiya və suvarma sistemi obyektləri 80.000 manat), ilin sonuna isə 320.000 manat (o cümlədən neft ötürən kəmərlər 210.000 manat, meliorasiya və suvarma sistemi obyektləri 110.000 manat) olub. Vergi Məcəlləsinin müvafiq müddəasından göründüyü kimi, müəssisənin əmlak vergisi hesablanarkən neft ötürən kəmərlər, meliorasiya və suvarma sistemi obyektləri vergidən azad olduğundan, əmlak vergisi hesablanmayacaq.

– fiziki şəxslərə məxsus sahibkarlıq fəaliyyətində istifadə olunmayan minik avtomobilləri;

Misal 4

Fərdi sahibkarın əmlakının ilin əvvəlinə qalıq dəyəri 600.000 manat (o cümlədən binalar 300.000 manat, qurğular 60.000 manat, sahibkarlıq fəaliyyətində istifadə olunmayan minik avtomobilləri 190.000 manat, enerjiötürücü xətlər 50.000 manat), ilin sonuna isə 560.000 manat (o cümlədən binalar 280.000 manat, qurğular 40.000 manat, sahibkarlıq fəaliyyətində istifadə olunmayan minik avtomobilləri 40.000 manat, enerjiötürücü xətlər 200.000 manat) olub. Müəssisənin ödəməli olduğu əmlak vergisini hesablayaq:

(60.000 + 40.000) : 2 = 50.000 manat;
50.000 x 1% = 500 manat.

Göründüyü kimi, fərdi sahibkarın əmlak vergisi hesablanarkən sahibkarlıq fəaliyyətində istifadə olunmayan minik avtomobilləri və enerjiötürücü xətləri vergidən azad olunmaqla yanaşı, balansında olan binalar istisna təşkil etdiyindən, əmlakın orta illik qalıq dəyəri müəyyən edilərkən onların dəyəri həcmində azaldılır.

– təhsil, tibb, mədəniyyət və idman sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin yalnız bu sahələrin təyinatı üzrə istifadə etdiyi əsas vəsaitlər;

Misal 5

Təhsil müəssisənin əmlakının ilin əvvəlinə qalıq dəyəri 290.000 manat (o cümlədən təhsil sahəsində istifadə olunan binası 240.000 manat, kommersiya sahəsində istifadə olunan binası 50.000 manat,) ilin sonuna isə 260.000 manat (o cümlədən təhsil sahəsində istifadə edilən binası 220.000 manat, kommersiya sahəsində istifadə olunan binası 40.000 manat) təşkil edib. Müəssisənin ödəməli olduğu əmlak vergisini hesablayaq:

(50.000 + 40.000) : 2 = 45.000 manat;
45.000 x 1% = 450 manat.

Göründüyü kimi, müəssisənin əmlak vergisi hesablanarkən təhsil sahəsində istifadə etdiyi bina vergidən azad olduğundan, yalnız kommersiya sahəsində istifadə edilən binasına görə 450 manat əmlak vergisi hesablanır.

Mənbə: vergiler.az

Hüquqi şəxslərin balansında olan torpaq sahəsinin satışı vergiyə necə cəlb edilir?

Gələn il üçün qeyri-iş günləri müəyyənləşdi

posted in: Xəbər | 0

Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərara əsasən, 2025-ci ildə aşağıdakı tarixlər qeyri-iş günləri elan edilmişdir:

  • Novruz Bayramı: 20, 21, 22, 23, 24 mart.

Gələn il 22 və 23 mar tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, 25 və 26 mart tarixləri qeyri-iş günləri olacaq. Beləliklə, gələn il Novruz bayramında ardıcıl 7 gün (20, 21, 22, 23, 24, 25 və 26 mart) qeyri-iş günləri olacaq.

  • Ramazan Bayramı: 30, 31 mart

Gələn il 30 mart bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, 1 aprel qeyri-iş günü olacaq. Beləliklə, gələn il Ramazan bayramında ardıcıl 3 gün – 30 və 31 mart və 1 aprel qeyri-iş günləri olacaq.

  • Qurban Bayramı: 6, 7 iyun

Gələn il 7 iyun şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, 9 iyun qeyri-iş günü olacaq. Beləliklə, 8 iyun bazar gününə təsadüf etdiyi üçün gələn il Qurban bayramında ardıcıl 4 gün – 6, 7, 8 və 9 iyun tarixləri qeyri-iş günləri olacaq.


2025-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 4-cü hissəsinə və “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. 2025-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, martın 30, 31-i Ramazan bayramı, iyunun 6, 7-si Qurban bayramı günləri müəyyən edilsin. 2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Qərarın 1-ci hissəsində nəzərdə tutulan günlər iş günü hesab edilmir.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Yeni dövlət rüsumları müəyyənləşir

1 244 245 246 247 248 249 250 2. 683
error: Content is protected !!