Əmək pensiyaları haqqında bilmədiklərimiz

posted in: Xəbər | 0

“Əmək pensiyaları haqqında” AR-nın Qanunu Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir.

Əmək pensiyası – “Əmək pensiyaları haqqında” Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanın onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanın ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir.

Sosial sığorta stajı – əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sosial sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.

Fərdi uçot – sığortaolunanların qanunvericiliklə nəzərdə tutulan sosial müdafiə huquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir.

Fərdi hesab – dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunanın uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır.

Pensiya kapitalı – müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir.

Yaşa və əlilliyə görə əmək pensiyası 3 hissədən ibarətdir: 
– baza hissəsi
– sığorta hissəsi
– yığım hissəsi

Ailə başçısını itirməyə görə əmək pensiyası 2 hissədən ibarətdir: 
– baza hissəsi
– sığorta hissəsi

Gözlənilən pensiya ödənişi müddəti – “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanması üçün istifadə olunan göstəricidir.

Əmək pensiyasının 3 növü var:
1. Yaşa görə
2. Əlilliyə görə
3. Ailə başçısını itirməyə görə

Qanunvericiliklə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir.

Yaşa görə əmək pensiyasının təyin edilməsinin şərtləri – 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların (kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır) azı 12 il sosial sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır.

Yaşa görə əmək pensiyasının baza hissəsi əmək pensiyalarının birinci pilləsi olmaqla, əmək pensiyaçılarının sosial müdafiəsinin dövlət təminatıdır və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.

Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: 
SH = PSK/T, burada:
SH — yaşa görə əmək pensiyasının sığorta hissəsidir;
PSK — sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır;
T — gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır.

Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir.

Əlilliyə görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: 
SH = PSK/(TxK), burada:
SH — əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir;
PSK — sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır;
T — gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır;
K — sığorta davamiyyəti əmsalıdır.

Əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanına əsasən əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti aylarının sayı 144 ay müəyyən edilmişdir.

Mənbə: sspf.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

“ASAN İmza” ilə bağlı yeni tarif müəyyən olunub

posted in: Xəbər | 1

Ötən ilin sentyabrından dövlət qulluqçuları və yerli özünüidarəetmə orqanlarının nümayəndələri üçün “ASAN İmza” elektron rəqəmsal imzanın yeni tarifinin tətbiqinə başlanılıb.

Dövlət müəssisələrinin büdcədən maliyyələşdirilməsi proseduru və alışların əvvəlcədən planlaşdırıması nəzərə alınaraq dövlət qulluqçuları və yerli özünüidarəetmə orqanlarının nümayəndələri üçün “ASAN İmza” elektron rəqəmsal imzanın əldə edilməsi və istismarı prosesini asanlaşdırmaq məqsədilə yeni tarif müəyyən olunub.

Tarif “ASAN İmza” dövlət və ya bələdiyyə sertifikatının istifadəsi müddətində (3 il ərzində) başqa əlavə xərclər olmadan 58 manat məbləğində birdəfəlik ödənişi nəzərdə tutur.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Alman-Azərbaycan Xarici Ticarət Palatasında təcrübə proqramı

posted in: Xəbər | 0

Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Azərbaycanda Almaniya iqtisadiyyatının rəsmi təmsilçisidir. Biz Alman və Azərbaycan şirkətlərini onların öz biznes fəaliyyətlərində dəstəkləyirik və ildə bir neçə dəfə şəbəkədaxili görüşlərin keçirildiyi tədbirləri təşkil edirik.

Praktika (Biznes xidmətləri şöbəsi)

Alman-Azərbaycan Xarici Ticarət Palatasının Biznes Xidmətləri şöbəsinə təcili olaraq praktikant axtarılır.

Təcrübə müddəti:

  • 3-6 aya qədər

Əsas vəzifə və öhdəlikləri:

  • Biznes xidmətləri üzrə fəaliyyətlər zamanı komandaya dəstək
  • Araşdırmalar, bazarın təhlili və işgüzar tərəfdaşlıq axtarışı sahələrində dəstək
  • Nümayəndə heyəti səfərləri, AHK-nın üzvləri üçün nəzərdə tutulan sosial tədbirlər və digər tədbir və layihələrə hazırlıq
  • Aİ-Azərbaycan Biznes Forumuna hazırlıq
  • Sənəd və hesabatların tərcüməsi
  • İnzibati tapşırıqlar

Tələblər:

  • İqtisadi-siyasi elmlər, beynəlxalq münasibətlər sahəsi üzrə 4-cü kurs bakalavr tələbəsi və ya magistratura təhsili
  • Azərbaycan və ingilis dilində mükəmməl yazılı və şifahi dil biliyi
  • Alman dilini bilənlərə üstünlük verilir
  • 09:00-dan 18:00-a qədər işləmək bacarığı
  • İqtisadi və siyasi münasibətlər sahəsində biliklərin olması
  • Tez öyrənmə qabiliyyəti və analitik düşünmə bacarığı
  • Yaxşı ünsiyyət və komandada işləmək bacarığı
  • MS Office proqramları ilə işləmək bacarığı
  • Dəqiqlilik və çeviklik

Bizim təklifimiz:

  • Azərbaycan və Almaniya arasındakı dinamik iqtisadi münasibətlərə baxış imkanı
  • Müxtəlif sahəli fəaliyyət diapazonu
  • Layihələrin hazırlanmasında iştirak
  • Zəngin iş təcrübəsinin əldə olunması
  • Gənc, açıqfikirli komanda ilə işləmək imkanı

Müraciət etmək üçün Sizdən tərcümeyi halınızı müraciət məktubu ilə birlikdə “AHK Azərbaycan / DL üçün praktikant” başlığı ilə praktikum(at)ahk-baku.de elektron ünvanına göndərməyinizi xahiş edirik. Tez göndərilən müraciətlər seçim mərhələsində daha erkən dəyərləndiriləcəkdir.

Mənbə: www.ahk-baku.de

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi səbəbindən işə gəlməyən işçi əmək vəzifələrini kobud şəkildə pozur?

posted in: Xəbər | 0

Sual: Yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi səbəbindən işə gəlməyən işçi əmək vəzifələrinin kobud şəkildə pozmuş hesab edilirmi?

Cavab: Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir:

  • özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi;
  • alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması;
  • təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması;
  • təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması;
  • qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi;
  • əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi;
  • əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması;
  • iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.

Mənbə: nhmt-az.org

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.