“Minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında” qanunda kiçik dəyişiklik edildi

posted in: Xəbər | 0

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 28
Bakı şəhəri, 2 fevral 2018-ci il
“Azərbaycan Respublikasında minimum istehlak səbətinin
tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2005-ci il 23 iyun tarixli 118 nömrəli
qərarında dəyişiklik edilməsi barədə

“Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 837-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 dekabr tarixli 3446 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 iyun tarixli 118 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 554; 2009, № 4, maddə 292; 2014, № 2, maddə 201, № 6, maddə 737; 2016, № 5, maddə 955) 2-ci hissəsində “elmi idarə və müəssisələri” sözləri “elmi müəssisə və təşkilatları” sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikasının
Baş naziri                           Artur Rasi-zadə

Mənbə: cabmin.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Qadınlar üçün ödənişsiz təlim

posted in: Xəbər | 0

Wowoman və Business Management School arasında imzalanan əməkdaşlıq memorendumu əsasında hər iki təşkilatın müxtəlif mövzularda bərabər təlimlər və tədbirlər təşkil etməsi nəzərdə tutulmuşdur. Bu əməkdaşlığa 10 Fevral 2018-ci il tarixində baş tutacaq “Əmək Məcəlləsi və Kadr Kargüzarlığı”təlimi ilə start veriləcəkdir.

“Business Management School” MMC öz fəailiyyətinə 2015-ci ildən başlamışdır. Fəaliyyətimizin əsas istiqaməti Azərbaycan hüdudlarında biznesin inkişafı üçün ehtiyac duyulan ixtisaslara aid yerli və xarici mütəxəssislərin iştirakı ilə təlimlərin təşkil olunması və peşəkar kadrların hazırlanmasında rol oynamaqdır. Business Management School MMC-nin bu günə kimi İnsan Resursları, Təchizat Zənciri, Marketinq, Satış, PR, Maliyə və mühasibatlıq, Layihələrin idarə edilməsi , İstehsalat və s. sahələri üzrə keçirdiyi təlimlərdən 600-dən çox məzunu olmuşdur.
2016-cı ildən etibarən “Business Management School” “Sigma Center”ın Azərbaycandakı rəsmi təmsilçisi ünvanını əldə etmişdir.
Müştəriyönümlü siyasət nəticəsində Business Management School fəaliyyət istiqamətini genişləndirərək təlim-tədris sahəsi ilə yanaşı, karyera inkişafında, şirkətlərdə insan resursları sisteminin qurulmasında, biznesin müxtəlif istiqamətlərində konsultasiya xidmətləri, o cümlədən tədbirlərin təşkilində də öz
tövhəsini vermişdir.

Bunun nəticəsidir ki, Business Management School 2017-ci ildə Azərbaycanda ilk dəfə keçirilən “HR Summit Baku”nun təşkilati dəstəkçisi olmuşdur.

Təlimdə tədris ediləcək mövzular:

1. Əmək hüququ üzrə anlayışlar və tənzimləyici hüquqi aktlar
2. İşçinin işə qəbulu üzrə rəsmiləşdirmə, düzgün sənədləşdirmə qaydaları
3. İşçinin vəzifə dəyişikliyi və onun rəsmiləşdirmə qaydası
4. İşçiyə digər əmək funksiyasiyalarının müvəqqəti həvalə edilməsi qaydaları
3. İşçilərin iş vaxtlarının tənzimlənməsi, müxtəlif iş vaxtı növlərinin və rejimlərinin formalaşdırılması
4. Əmək müqaviləsinə xitam verilməsi əsasları və xitamın sənədləşməsi
5. Əmək Məcəlləsinə yeni dəyişikliklərin müzakirəsi

İştirak ödənişsizdir.
Qeydiyyat üçün link: https://goo.gl/NJvU6w

Başlama saatı: 12:00
Tarix: 10 Fevral, 2018
Məkan: Barama İnnovasiya Mərkəzi

Mənbə: WoWoman Azerbaijan

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

İşsizlikdən sığorta üzrə rüblük hesabat forması Nazirlik tərəfindən vergi ödəyicilərinə göndərildi

posted in: Xəbər | 0

İşsizlikdən sığorta üzrə rüblük hesabat forması Nazirlik tərəfindən vergi ödəyicilərinə göndərildi. Forma Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20 dekabr 2017-ci il tarixli, 18-2 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Faylı yükləyin: İşsizlikdən sığorta üzrə rüblük hesabat

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasiblərin diqqətinə! İşsizlikdən sığorta üzrə təsnifat kodları yenidən dəyişdirildi

posted in: Xəbər | 2
S I Ğ O R T A E D Ə N L Ə R İ N    N Ə Z Ə R İ N Ə

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş İdarəsi bildirir ki, qanunvericilikdə büdcə gəlirlərinin təsnifat kodu İşəgötürənlərin əməyin ödənişi fondundan hesablanan işsizlikdən sığorta haqqı üçün 123100,  İşləyənlərin əmək haqlarından hesablanan işsizlikdən sığorta haqqı üçün 123200, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş digər gəlirlər üçün 123300 və İşsizlikdən sığorta haqqında qanunvericiliyin pozulmasına görə tətbiq edilən cərimələrdən daxilolmalar üçün 143800  nəzərdə tutulmuşdur.

Göstərilənləri nəzərə alaraq işsizlikdən sığorta haqqı üzrə dəqiqləşdirilmiş bank rekvizitlərini nəzərinizə çatdırırıq:

B1. Benefisar (alan bank)

 

Adı: Dövlət Xəzinədarlıq Agentliyi

Kodu: 210005

VÖEN: 1401555071

Müxbir hesab:  AZ41NABZ01360100000000003944

S.W.İ.F.T.   BİK: CTREAZ22

 

B2. Alan müştəri

Adı:  DSMF Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə İş İdarəsi

Hesab:  AZ42CTRE00000000000007018576

VÖEN: 1600351421

 

Büdcə səviyyəsinin kodu:   4

 

Büdcə təsnifatının kodu: 123100

 

İşəgötürənlərin əməyin ödənişi fondundan hesablanan işsizlikdən sığorta haqqı – 123100

İşləyənlərin əmək haqlarından hesablanan işsizlikdən sığorta haqqı – 123200

İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş digər gəlirlər-123300

İşsizlikdən sığorta haqqında qanunvericiliyin pozulmasına görə tətbiq edilən cərimələrdən daxilolmalar – 143800

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə hüquqi şəxslərlə iş İdarəsi

Faylı yükləyin: İşsizlikdən sığorta ödənişlərinin rekvizitləri