Məşğulluq haqqında qanunda dəyişiklik edildi – Məcburi əməyə cəlb etməyə görə cinayət məsuliyyəti

posted in: Xəbər | 0
“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 8, maddə 522, № 12, maddə 731; 2003, № 1, maddə 16; 2007, № 10, maddə 938; 2008, № 5, maddə 341, № 7, maddə 602; 2010, № 11, maddə 949; 2011, № 2, maddə 71, № 10, maddə 884; 2014, № 11, maddə 1344, № 12, maddə 1528; 2017, № 7, maddə 1280) 29.2-ci maddəsinə “təqsirkar olan şəxslər” sözlərindən sonra “cinayət məsuliyyətinə” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 dekabr 2017-ci il.

Mənbə: president.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Bakıda qida məhsullarının ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib

posted in: Xəbər | 0

Yanvarın 31-də  Bakıda “Təhlükəsiz qida ilə ixraca dəstək” devizi altında qida məhsullarının ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib.

Tədbir İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda  İxracın və İnvestisiyaların Təşviqi  Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilib.

AZPROMO-nun rəhbəri Rüfət Məmmədov bildirib ki,  Azərbaycanda istehsal olunan məhsulların bəzən standartı və keyfiyyəti digər ölkələrin standartlarına uyğun olmadığı üçün idxalı məhdudlaşdırılır. Onun sözlərinə görə, Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti bu problemləri aradan qaldıracaq: “Artıq AZPROMO ilə Qida Təhlükəsizliyi Agentliyi arasında geniş əməkdaşlıq proqramları mövcuddur. Tərəflər sıx əməkdaşlıq edir və görüşlər keçirirlər”.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli isə bildirib ki, hazırda agentliyin maddi texniki bazası yaradılır və strukturu formalaşdırılır.

“Bununla bağlı müxtəlif nazirliklərlə iş aparılır. Azərbaycanda qida təhlükəsizliyi haqqında qanun olmadığı üçün bəzi mövcud qanunlara uyğun olaraq uyğunlaşdırmalar aparmalıdırlar. Bir neçə aya hüquqi baza yaradıldıqdan sonra agentlik tam olaraq işə başlayacaq”, – deyə Q.Təhməzli qeyd edib.

Q.Təhməzlinin sözlərinə görə, hazırda Avropa İttifaqı və qurumun ekspertləri ilə birgə agentliyin əsas iş prinsipləri hazırlanır: “Qurumun qapıları hər zaman sahibkarların üzünə açıqdır. Onlar narahatlıq yaradan bütün məsələlərlə bağlı agentliyə müraciət edə bilərlər”.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Həmkarlar ittifaqları haqqında qanunda kiçik dəyişiklik edildi

posted in: Xəbər | 0
“Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, № 17, maddə 235; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 226, № 5, maddə 379; 2001, № 11, maddələr 676, 683; 2004, № 6, maddə 397; 2005, № 1, maddə 5, № 8, maddə 684; 2006, № 11, maddə 922; 2007, № 5, maddə 437, № 11, maddə 1049; 2010, № 3, maddə 171; 2012, № 7, maddə 672; 2013, № 1, maddə 17; 2014, № 10, maddə 1172) 20-ci maddəsinin ikinci hissəsinə “işəgötürən” sözündən sonra “həmkarlar ittifaqının üzvü olan” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 dekabr 2017-ci il.

Mənbə: president.az

Statistika haqqında qanunda kiçik dəyişiklik edildi

posted in: Xəbər | 0

“Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 24-cü bəndini rəhbər tutaraq, “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Rəsmi statistika haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, № 11, maddə 115; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 486; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 4; 2004, № 2, maddə 57, № 4, maddə 202, № 7, maddə 507; 2006, № 2, maddə 63, № 12, maddə 1005; 2007, № 5, maddə 437; 2008, № 2, maddə 49; 2009, № 12, maddə 957; 2011, № 12, maddə 1101) 7-ci maddəsinin birinci hissəsinin 3-cü bəndində “rəsmi statistikanın” sözləri “statistik müşahidələrin” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 dekabr 2017-ci il.

Mənbə: president.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.