“Dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının Tədbirlər Planı”nda dəyişikliklər edilib

posted in: Xəbər | 0

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 4
Bakı şəhəri, 9 yanvar 2018-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 12 iyul
tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin,
büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası və
icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə dair
Tədbirlər Planı”nda dəyişikliklər edilməsi barədə

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 12 iyul tarixli 93 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 584; 2008, № 2, maddə 130; 2009, № 11, maddə 936; 2014, № 2, maddə 201; 2016, № 5, maddə 955, № 7, maddə 1343; 2017, № 2, maddə 325, № 5, maddə 984) ilə təsdiq edilmiş “Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə dair Tədbirlər Planı”nda aşağıdakı dəyişikliklər edilsin:

  1. I bölmənin adında “Fondu büdcəsinin” sözləri “Fondunun və işsizlikdən sığorta fondunun büdcələrinin” sözləri ilə əvəz edilsin. 2. “Tədbirlərin məzmunu” sütunu üzrə:
  2. “Tədbirlərin məzmunu” sütunu üzrə:

2.1. 1-ci hissədə “Fondu büdcəsinin” sözləri “Fondunun və işsizlikdən sığorta fondunun büdcələrinin” sözləri ilə əvəz edilsin;

2.2. 1.1-ci bənd üzrə:

2.2.1. birinci abzasda “Fondu büdcəsinin” sözləri “Fondunun və işsizlikdən sığorta fondunun büdcələrinin” sözləri ilə, “göstəricilərin proqnozları” sözləri “göstəricilər” sözü ilə əvəz edilsin;

2.2.2. üçüncü abzasda “və sosial sığorta ayırmaları” sözləri “, sosial sığorta və işsizlikdən sığorta haqları üzrə ayırmalar” sözləri ilə əvəz edilsin;

2.3. 1.2-ci bənddə “Fondu büdcəsinin” sözləri “Fondunun və işsizlikdən sığorta fondunun büdcələri” sözləri ilə əvəz edilsin;

2.4. 1.3-cü bənd üzrə:

2.4.1. birinci abzasda “Fondu büdcəsinin” sözləri “Fondunun və işsizlikdən sığorta fondunun büdcələri” sözləri ilə əvəz edilsin;

2.4.2. “a”, “c” və “e” abzasları aşağıdakı redaksiyada verilsin:

“a) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun və işsizlikdən sığorta fondunun büdcələrinin büdcə təsnifatına uyğun daxilolma mənbələri üzrə faktiki, gözlənilən və ilkin proqnoz gəlirləri barədə müqayisəli məlumatlar;

  1. c) məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə sığortaedənlərin borcları barədə məlumatlar;
  2. e) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun və işsizlikdən sığorta fondunun büdcələrinin büdcə təsnifatına uyğun (xərclərin funksional, iqtisadi və inzibati təsnifatlar üzrə tərkibi göstərilməklə) faktiki, gözlənilən və ilkin proqnoz xərcləri barədə müqayisəli məlumatlar;”;

2.5. 1.4-cü və 1.5-ci bəndlərdə “Fondunun” sözü “Fondunun və işsizlikdən sığorta fondunun büdcələrinin” sözləri ilə əvəz edilsin;

2.6. 4.1-ci bəndin “a” abzası aşağıdakı redaksiyada verilsin: “a) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun və işsizlikdən sığorta fondunun büdcələrinin icrası üzrə mədaxil və məxaric əməliyyatları tam şəkildə qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq dövlət xəzinədarlığı vasitəsilə icra edilir. Əldə edilən bütün gəlirlər tam həcmdə və vaxtında vahid xəzinə hesabına köçürülür. İlin sonuna xəzinə hesablarının qalıqları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun və işsizlikdən sığorta fondunun büdcələrinin növbəti ilin aidiyyəti büdcə xərclərinin ödənilməsinə yönəldilir;”;

2.7. 4.3-cü bənddə “Fondunun və onun şəhər, rayon şöbələrinin xüsusi kodlu” sözləri “Fondunun və işsizlikdən sığorta fondunun xəzinə” sözləri ilə əvəz edilsin və həmin bəndə ismin müvafiq hallarında “rayon şöbələri” sözlərindən sonra “ismin müvafiq hallarında “Dövlət Məşğulluq Xidmətinin yerli şöbələri” sözləri əlavə edilsin.

  1. “Əhatə olunan dövr” sütunu üzrə 1.3-cü bəndin “a” abzasında “Keçən ilin sonuna faktiki və cari ilin sonuna gözlənilən” sözləri “Son 2 il, cari il, növbəti büdcə ili və gələn 3 il üçün” sözləri ilə əvəz edilsin. 4. 1.1-ci bəndin ikinci abzası ləğv edilsin.
  2. 1.3-cü bəndin “b”, “d” və “ə” abzasları ləğv edilsin.
  3. Bu qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının
Baş naziri                               Artur Rasi-zadə

Mənbə: www.cabmin.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

“Banklar haqqında” qanuna dəyişiklik edildi

posted in: Xəbər | 0

“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 130; 2005, № 4, maddə 276; 2007, № 5, maddə 401, № 6, maddə 562, № 11, maddə 1070; 2008, № 11, maddə 960; 2009, № 6, maddə 404, № 7, maddə 517; 2010, № 4, maddə 276, № 10, maddə 839; 2011, № 7, maddə 590; 2013, № 7, maddə 790; 2014, № 7, maddə 772, № 12, maddə 1517; 2015, № 11, maddə 1262; 2016, № 3, maddə 406, № 6, maddə 975; 2017, № 4, maddə 521; Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 803-VQD nömrəli, 17 noyabr tarixli 864-VQD nömrəli qanunları) 57-11.6-cı maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. üçüncü cümlədən “ümumilikdə 90 gün müddətinədək” sözləri çıxarılsın;

1.2. aşağıdakı məzmunda dördüncü və beşinci cümlələr əlavə edilsin:

“Hər bir müraciət üzrə verilən uzadılma 180 gün müddətindən artıq ola bilməz. Bu cür uzadılmaların sayına məhdudiyyət qoyulmur.”.

Maddə 2. Keçid müddəası

Bu Qanunun 1-ci maddəsi bu Qanun qüvvəyə mindiyi tarixədək başlanılmış restrukturizasiya proseslərinə də şamil olunur.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 dekabr 2017-ci il.

Mənbə: president.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Diqqət! Auditorlar Palatası təsərrüfat subyektlərinin rəhbərlərinə sonuncu dəfə müraciət edib

posted in: Audit, Xəbər | 0

Ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq, məhdud məsuliyyətli cəmiyyətlər, səhmdar cəmiyyətləri, banklar və digər kredit təşkilatları, sığorta təşkilatları və cəmiyyətləri, investisiya fondları, maliyyə-sənaye qrupları, fond və birjalar, qiymətli kağızların emitentləri, büdcədənkənar fondlar, ictimai əhəmiyyətli qurumlar, bələdiyyələr və bələdiyyə müəssisələri, birləşdirilmiş (konsolidə edilmiş və icmal) hesabat təqdim edən hüquqi şəxslər (holdinqlər), təbii inhisar fəaliyyəti subyektləri, publik hüquqi şəxslər, kənd təsərrüfatı kooperativləri, siyasi partiyalar 2017-ci il üzrə maliyyə (mühasibat) hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün müstəqil auditor cəlb etməlidirlər.

Bu barədə Auditorlar Palatasının təsərrüfat subyektlərinin rəhbərlərinə müraciətində bildirilir.

Qurum həmçinin bəyan edib ki, İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmaya görə inzibati xəta haqqında protokol tərtib ediləcək və inzibati cərimələr tətbiq olunacaq.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Azərbaycanda orta aylıq əmək haqqı açıqlandı

posted in: Xəbər | 0

Azərbaycanda orta aylıq əmək haqqı 525 manat olub.

2017-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,2% artaraq 525 manat təşkil edib.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

2017-ci il dekabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1521,2 min nəfər olub, onlardan 881,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 640,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 21,8%-i təhsil, 19,1 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 13,0%-i sənaye, 8,6%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 6,6%-i tikinti, 4,7%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 3,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 10,9%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.