Qiymətli kağızlar bazarı haqqında qanuna dəyişiklik edildi

posted in: Xəbər | 0
“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 813; 2016, № 3, maddə 411, № 11, maddə 1756, № 12, maddə 2003; 2017, № 2, maddə 159, № 5, maddə 712) aşağıdakı məzmunda 17.3-cü və 30.7-ci maddələr əlavə edilsin:

“17.3. Mərkəzi depozitar müştərilərə hesab açdıqda və ya maliyyə xidmətləri göstərdikdə, Azərbaycan Respublikasının normativ hüquqi aktlarının, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl etməli və həmin beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatları Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 76-1-ci maddəsinin tələbləri əsasında həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına təqdim etməlidir.

30.7. İnvestisiya şirkəti müştərilərə hesab açdıqda və ya maliyyə xidmətləri göstərdikdə, Azərbaycan Respublikasının normativ hüquqi aktlarının, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl etməli və həmin beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatları Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 76-1-ci maddəsinin tələbləri əsasında həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına təqdim etməlidir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 noyabr 2017-ci il.

Mənbə: www.president.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

2 xarici nümayəndəlik və 10 şirkət ləğv edildi

posted in: Xəbər | 0

  • “NEPTUN S.A” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN: 1700832441) təsisçisinin 06.11.2017-ci il tarixli qərarına əsasən ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi 59, mənzil 63 ünvanına bildirə bilərlər.
  • “NETVORK TECHNOLOGİES” MMC (VÖEN: 1601798011) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 62, mənzil 32 ünvanına bildirə bilərlər.
  • “Bankinq sistems” MMC (VÖEN: 1301505041) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov, ev 35A, mənzil 15 ünvanına bildirə bilərlər.
  • “VİTTEVEEN+BOS AZERBAİJAN B.V” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN: 1303736841)  ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 90A ünvanına bildirə bilərlər.
  • “Şakir” firması (VÖEN: 2000237301) ləğv olunduğunu elan edir. Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, M. Hadi, ev 25 ünvanına bildirə bilərlər.
  • “Tezfilm” MMC (VÖEN: 2002719651)  ləğv olunduğunu elan edir. Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Azadlıq küçəsi, ev 15, mənzil 1 ünvanına bildirə bilərlər.
  • “Müşəlik” MMC (VÖEN: 4500435091) ləğv olunduğunu elan edir. Kreditorlar 2 ay ərzində tələblərini Quba rayonu, Zizik ünvanına bildirə bilərlər.
  • “Gilan Pasifik İnşaat Materialları” MMC (VÖEN: 3100873181) ləğv olunduğunu elan edir.  Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, N. Nərimanov 206, məh. 466 ünvanına bildirə bilərlər.
  • “Gilan Motors” MMC (VÖEN: 1401383851) ləğv olunduğunu elan edir. Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, N. Nərimanov 206, məh. 466 ünvanına bildirə bilərlər.
  • “Gilan Sement” MMC (VÖEN: 1401292571) ləğv olunduğunu elan edir. Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, N. Nərimanov 206, məh. 466 ünvanına bildirə bilərlər.
  • Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 24.12.1997-ci il tarixində D-2354 sayla dövlət qeydiyyatına alınmış, indiki dövlət qeydiyyat sayı (VÖEN) 6000162701 olan “Az-Nar” QSC-nin səhmdarlarının 25 oktyabr 2017-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq “Az-Nar” QSC-nin ləğv edilməsini elan edir.
  • “Zərdab-Süd” Açıq Tipli Səhmdar Cəmiyyəti (VÖEN: 5300116891) ləğv olunduğunu elan edir. Kreditorlar 2 ay ərzində tələblərini Zərdab şəhəri, Vaqif küçəsi 14 ünvanına göndərə bilərlər.

Mənbə: www.vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

İşçilərin hüquqları və işəgötürənin vəzifələri mövzusunda Seminardan qısa xülasə

posted in: Kadr, Xəbər | 0

Azərbaycan Respublikası Maliyyə Nazirliyi  yanında Maliyyə Elm – Tədris Mərkəzi təqdim edir.

Əlaqə telefonu: +(994) 12 404 81 59;
E-poçt: ; .

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Cəmi 100 manata Maliyyə hesabatlarının hazırlanması təlimi!

posted in: Audit, Maliyyə, Xəbər | 0

Dəyərli sahibkarlar!

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Respublikası Auditorlar Palatasının birgə təşkilatçılığı ilə 2017-ci il 18 – 21 dekabr tarixlərində 5 günlük “Maliyyə hesabatlarının hazırlanmasında beynəlxalq və milli standartların tətbiqinin təmin edilməsi” mövzusunda təlim keçiriləcəkdir.
Təlimdə iştirak qaydaları:

  • Təlim ASK üzvləri üçün ödənişsizdir.
  • Qeyri üzvlər üçün ödəniş 100 (yüz) manat məbləğində olacaqdır.
  • ASK üzvləri təlimdə iştirak haqqında təsdiq maili ilə məlumatlandırılacaqlar. Təlimdə iştirak etmək üçün aşağıdakı linkdən qeydiyyatdan keçmək lazımdır.

https://ask10.typeform.com/to/zD147w

Son qeydiyyat tarixi: 15.12.2017

Qeyri üzvlər ödənişi təsdiq edən sənədi mail olaraq öncədən təqdim etməlidirlər.

Ödəniş aşağıda qeyd olunan hesaba köçürülməlidir:

Azərbaycan Beynəlxalq Bankı 

Xətai  filiali 

 

H/H:AZ20IBAZ3806001 944 9555144 215

Kod: 805625

VÖEN: 1500284011

Bankın rekvizitləri 

Adı:ABB Xətai  filiali

Kod: 805625

VÖEN: 9900001881

М/H: AZ03NABZ01350100000000002944

S.W.I.F.T. : İBAZАZ2Х

Elmira Balıyeva

Azərbaycan Sahibkarlar Konfederasiyası

Dövlər orqanları, sahibkarlar və nümayəndəliklərlə iş şöbəsi

Tel: (994 12) 465 72 42

Aytən Seyidəliyeva

Azərbaycan Respublikasının Auditorlar Palatası

Kadr hazırlığı şöbəsinin müdür müavini

Tel: (994 12) 564 80 62

(994 55) 866 44 29

E-mail: 

Hörmətlə/ Kind regards,

Azərbaycan Respublikasının Auditorlar Palatası/Chamber of Auditors of the Republic of Azerbaijan

Kadr hazırlığı şöbəsi/Deputy Head of Personnel Training Department

Address: AZ1072, Baku city, S.Y.Bakuvi street, 35.

Phone / Fax: 4982855; 4656545

              4656548; 4656535; 4648062

E-mail: 

http://audit.gov.az/index.php?

Azərbaycan Sahibkarlar Konfederasiyası/ Azerbaijan Entrepreneurs Confederetion

Dövlət orqanları və Sahibkarlarla iş şöbəsi/ Cooperation with State bodies and Entrepreneurs

57 Hasan Aliyev str., Baku AZ1110

Phone:   +994 12 465 7243/ 44

Fax:        +994 12 465 7242

www.ask.org.az

https://www.facebook.com/sahibkarlar/

Mənbə: www.audit.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.