Uçotçunun əmək funksiyası nədir və nələri bilməlidir?

posted in: Xəbər | 0

Əmək funksiyası. Operativ uçotun müxtəlif növləri (hazır məhsulun həcmi, xammalın, materialın, yanacağın, istehsalatda sərf olunan enerjini və s.) üzrə iş aparır. İlkin sənədlərdə uçotun növündən asılı olaraq uyğun nəticələri hesablayır və qeydlər edir, təyin olunmuş hesabatı, siyahı və məlumatları jurnal və ya kartoçkada tərtib edir.

Bilməlidir: istehsalatın təşkilinin əsaslarını; operativ uçotun təşkilini; ilkin sənədlərin formalarını, onların doldurulma qaydalarını; müəssisədə buraxılan məhsulun həcminin ölçü vahidini; hesablama texnikasının istismar qaydalarını; daxili əmək intizamı qaydalarını; əməyin təşkilinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: 2-ci dərəcə: ümumi orta təhsil, 1 aydan az olmayaraq xüsusi təlim.

Statistikin əmək funksiyası nədir və nələri bilməlidir?

posted in: Xəbər | 0

Əmək funksiyası. Rəsmi orqanların təyin etdiyi forma və müddətdə müəssisə, idarə və təşkilatların statistik hesabatlarının tərtib olunması işini yerinə yetirir. Müəssisə, idarə və təşkilatların bölmələri tərəfindən təqdim olunan, müvafiq bölmələrin işini və texnoloji avadanlığın, nəqliyyatın keyfiyyət xüsusiyyətlərini əks etdirən məlumatları toplayır.

Alınan məlumatların düzgünlüyünü, onların ayrı-ayrı bölmələri üzrə keçmiş məlumatlar ilə tutuşdurmaqla yoxlayır. Verilən məlumatları sistemləşdirir və emal edir (onları qruplaşdırır, nəticələrini, nisbi göstəriciləri hesablayır və s.). Müəssisə, idarə və təşkilatların istehsalat və təsərrüfat-maliyyə fəaliyyətinin təhlilində iştirak edir. Statistik uçotun məlumatları əsasında müxtəlif arayışlar hazırlayır.

Bilməlidir: müəssisələrdə statistik hesabatın təşkilini; iqtisadi statistikanın əsaslarını; müəssisə, idarə, təşkilat və onun bölmələrinin işinin göstəricilərinin texniki-iqtisadi təhlili metodlarını; statistik uçot və hesabat üzrə ilkin sənədlərin formalarını və onların doldurulması üzrə əsasnamə və təlimatlar istehsalın təşkilinin əsaslarını; hesablama texnikasının istismarı qaydasını; əməyin təşkilinin əsaslarının əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını;

Ödəniş dərəcələrinə ixtisas tələbləri: iş stajına tələb qoyulmadan müvafiq sahə üzrə orta ixtisas təhsili və ya ümumi orta təhsil və müvafiq iş üzrə 1 ildən az olmayaraq iş stajı;

4-cü dərəcə: daha yüksək ixtisaslı mütəxəssisin bilavasitə rəhbərliyi altında vəzifə borcunu yerinə yetirdikdə;

5-ci dərəcə: daha yüksək ixtisas mütəxəssisin ümumi rəhbərliyi altında vəzifə borcunu yerinə yetirdikdə.

Mühasibin əmək funksiyası nədir və nələri bilməlidir?

posted in: Xəbər | 0

Əmək funksiyası. Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirir. Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir. Əvvəlki sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirir və onları hesabı emala hazırlayır. Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirir. Məhsulun (işin, xidmətin) maya dəyəri və hesabat kalkulyasiyasını tərtib edir. İtkinin əmələ gəlmə səbəblərini və qeyri-məhsuldar xərclərin mənbəyini üzə çıxarır, onları xəbərdar etmək üçün təkliflər hazırlayır. Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitin köçürülməsini həyata keçirir. Təsərrüfat daxili ehtiyatları üzə çıxarmaq məqsədi ilə mühasibat uçotu və hesabatı göstəriciləri əsasında müəssisə, idarə və təşkilatın təsərrüfat-maliyyə fəaliyyətinin təhlilinin aparılmasında, qənaət rejiminin və sənəd dövriyyəsinin təkmilləşdirilməsi tədbirlərinin yerinə yetirilməsində, hesablama texnikasının istifadəsi əsasında mühasibat uçotunun proqressiv forma və metodlarının işlənib hazırlanmasında və tərtibində, eləcə də pul vəsaitlərinin, mal-material qiymətlilərinin hesablanması və ödənilmə öhdəliklərinin inventarizasiyasının aparılmasında iştirak edir.

Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlayır, mühasibat sənədlərinin saxlanılmasına nəzarət edir, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirir.

Bilməlidir: mühasibat hesabının təşkili və hesabatın tərtibi üzrə yuxarı orqanların əsasnamə, sərəncam və əmrlərini, metodiki-normativ və başqa rəhbər materialları; müəssisə, idarə və təşkilatlarda mühasibat hesabının metod və formalarını; uçot və hesabatı; hesabatların plan və korrespondensiyasını; hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkilini; sənədlərin rəsmiləşdirilməsi, təsərrüfat vəsaiti və onun hərəkətinin mühasibat hesabı sistemində əks olunma qaydalarını; müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin iqtisadi təhlil metodlarını; hesablama texnikasının istismarı qaydalarını; iqtisadiyyatın, istehsalatın, əməyin və idarəetmənin təşkilinin əsaslarını; daxili əmək intizamı qaydalarını; əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

5-ci dərəcə: iş stajına tələb qoyulmadan müvafiq sahə üzrə orta ixtisas təhsili və ya orta təhsil və müvafiq proqram əsasında xüsusi hazırlıq və müvafiq iş üzrə 3 ildən az olmayaraq iş stajı;

6-cı dərəcə: orta ixtisas (iqtisadi) təhsil və 3 ildən az olmayaraq 5-ci dərəcəli mühasib vəzifəsində iş stajı;

7-ci dərəcə: iş stajına tələb qoyulmadan ali iqtisadi təhsil;

8-9-cu dərəcələr: ali iqtisadi təhsil və 3 ildən az olmayaraq 7-ci dərəcəli mühasib vəzifəsində iş stajı;

10-11-ci dərəcələr (aparıcı mühasib): ali iqtisadi təhsil və 2-3 ildən az olmayaraq 9-cu dərəcəli mühasib vəzifəsində iş stajı.

Xidmət müqaviləsi nədir?

posted in: Xəbər | 2

Hər hansı xidmətin göstərilməsi (satın alınması) məqsədilə Sifarişçi ilə İcraçı arasında Xidmət müqaviləsi imzalanır. Yəni xidmət müqaviləsinin tərəfləri Sifarişçi (xidmətləri satın alan tərəf) və İcraçıdır (Xidmətləri göstərən tərəf).


Xidmət müqaviləsi mülki hüquqi müqavilədir və mülki qanunvericiliklə tənzimlənir. Mülki Məcəllənin 390-cı maddəsinin 1-ci bəndinə əsasən, Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.” Mülki Məcəlləyə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir (28.1-ci maddə). Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir (28.2-ci maddə). Yəni fiziki şəxs 18 yaşına çatdıqda Xidmət müqaviləsini imzalaya bilər.