Read More9
Read More9

Azərbaycanda əmək müqaviləsinin bağlanması qaydası dəyişir

posted in: Xəbər | 0

Azərbaycanda əmək müqaviləsinin bağlanması qaydası dəyişir, kağız daşıyıcılardan elektron sistemə keçid edilir.

Bu barədə məsələ Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə əsasən, əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlanacaq, əmək müqaviləsi bildirişi ləğv olunacaq.

Əmək Məcəlləsinə dəyişiklik qüvvəyə mindiyi tarixdən elektron informasiya sistemində məlumatları mövcud olan əmək kitabçaları işəgötürənlər tərəfindən işçilərə təhvil veriləcək. Bu qanun qüvvəyə mindiyi günədək bağlanılmış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi mərhələlərə uyğun olaraq həyata keçiriləcək.

Qanun layihəsi Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 noyabr tarixli 1893 nömrəli Fərmanına uyğun olaraq əmək münasibətləri, dövlət sosial sığorta sistemində fərdi uçot və məşğulluq sahələrində rəqəmsal xidmətlərin genişləndirilməsinin hüquqi əsaslarını müəyyən edən normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Son dövrlərdə əmək və məşğulluq sahələrinin elektronlaşdırılmasında mühüm addımlar atılıb. Bunlardan ən əsası Əmək Məcəlləsinə 27 dekabr 2013-cü il tarixli Qanunla edilmiş dəyişikliyə əsasən əmək münasibətlərində elektronlaşmanın təmin edilməsi ilə bağlı “Əmək müqaviləsi bildirişi” altsisteminin yaradılması olmuşdur.
Bununla belə əmək müqaviləsi bildirişinin qeydiyyatı ilə bağlı dəyişiklik nəticəsində əmək münasibətləri sahəsində proseslərin çox az bir hissəsi elektronlaşdırılıb. Hazırda əmək müqavilələrinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitamının sənədləşdirilməsi, əmək şəraiti, əməyin ödənilməsi ilə bağlı əksər proseslər kağız daşıyıcıları vasitəsilə həyata keçirilir ki, bu da əmək münasibətləri sahəsində çevikliyin və operativliyin təmin olunmasına maneələr törədir. Sözügedən hallar, xüsusilə kiçik və orta sahibkarlıq subyektləri üçün izafi xərclər yaradır, onların insan resurslarını səmərəli idarəetməsinə imkan vermir.

Təklif edilən dəyişikliklər və təkmilləşdirilən altsistem işçi qüvvəsi balansı, İşçi qüvvəsinə təklif və tələbin ehtimal olunan həcmi və bölüşdürülməsi barədə dəqiq göstəricilər əsasında təhlillərin aparılmasına imkan yaradacaqdır. Belə ki, əmək və məşğulluq sahələrinin elektronlaşdırılması ilə bağlı görülən tədbirlər nəticəsində əldə olunan müsbət təcrübə, habelə həllini gözləyən təxirəsalınmaz sosial məsələlər bu sahədə elektronlaşmanın daha da genişləndirilməsinə, təkmilləşdirilməsinə, əmək və məşğulluq sahələrində tam rəqəmsal idarəetmənin tətbiqinə zəmin yaratmışdır.

Beləliklə, “Əmək və məşğulluq” altsistemi vasitəsilə aşağıdakı proseslər rəqəmsallaşdırılacaqdır:

  • əmək münasibətlərinin rəsmiləşdirilməsi (əmək müqaviləsinin elektron qaydada bağlanılması, dəyişdirilməsi və xitamı, İşəgötürənin əmrlərinin, əmək müqavilələrinin elektron reyestri);
  • əməyin təşkili (işəgötürənin elektron profilinin, strukturunun, ştat cədvəlinin, rəqəmsal kadrlar uçotunun şəxsi vərəqəsinin yaradılması və istehsalat təqviminin yerləşdirilməsi);
  • əməyin ödənilməsi (əməkhaqqının ödənilməsi və əməkhaqqından tutulmaların vahid platforma vasitəsilə həyata keçirilməsi); əməyin mühafizəsi (iş yerlərinin attestasiyasının vahid altsistem üzərindən təşkili və nəticələrinin, əməyin mühafizəsi üzrə təlimatların, sertifikatların altsistemdə yerləşdirilməsi, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılmasının təşkili və uçotu);
  • məşğulluq tədbirləri (özünüməşğulluğun, peşəyönümünün, haqqı ödənilən ictimai işlərin, kvotadan əlavə iş yerlərinin və sosial müəssisələrin yaradılmasının, məqsədli proqramların həyata keçirilməsinin innovativ həllərin tətbiqi ilə təşkili);
  • elektron əmək birjası və əmək yarmarkası, vakansiya bankı, elektron məşğulluq xəritəsi (işaxtaran və işsiz şəxslərin işə düzəlməsi imkanlarının, habelə işəgötürənlərin keyfiyyətli işçi qüvvəsi ilə təmin edilməsi, həmin tərəflər arasında birbaşa münasibət və əlaqələrin qurulması, şəxslərin əmək bazarı barədə ətraflı məlumatlandırılması);
  • sosial tərəfdaşlarla iş (kvota şamil edilən işəgötürənlərin, işəgötürən müəssisədə kvotanın miqdarının müəyyən edilməsi, kvota üzrə işə qəbul edilənlərin, kvota üzrə vakant iş yerlərinin, sosial müəssisələrin, sosial iş yerlərinin, kvotadan əlavə iş yerlərinin, məqsədli proqramlar tətbiq edilən işəgötürənlərin, həmkarlar ittifaqlarının, sahəvi assosiasiyaların, peşə birliklərinin, işəgötürənlərin, işəgötürənlərin nümayəndəli orqanlarının, işədüzəltmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər uçotu);
  • məşğulluq sahəsində və əməyin sosial-hüquqi məsələlərinə nəzarət (risk əsaslı yoxlama və monitorinqlərin təşkili, səyyar yoxlamaların azaldılması, nəticələrinin yerləşdirilməsi, əmək qanunvericiliyinin pozulması ilə bağlı verilmiş sanksiyaların, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə ilə bağlı məhkəmə qərarlarının altsistemdə yerləşdirilməsi, elektron cərimə, elektron audit); məşğul şəxslərin reyestri (məşğul, habelə digər gəliri olan şəxslərin reyestri, şəxslərin xərclərinin strukturu);
  • vergi, məcburi dövlət sosial sığorta haqları və digər məcburi ödəmələrin həyata keçirilməsinin optimallaşdırılması. Beləliklə, layihədə nəzərdə tutulan dəyişikliklərə əsasən əmək, dövlət sosial sığorta sistemində fərdi uçot və məşğulluq sahələrində vahid platforma üzərindən rəqəmsal idarəetmənin tətbiqi digər inzibati orqanlar tərəfindən inzibati icraat çərçivəsində məlumat mübadiləsini asanlaşdırmaqla, bu sahədə süründürməçilik, saxtakarlıq, korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasına gətirib çıxaracaqdır.

Mənbə: banker.az

Peşəkar mühasib sertifikatının I mərhələsi üzrə imtahan tarixi dəyişdirildi

Peşəkar mühasib sertifikatının I mərhələsi üzrə imtahan tarixi dəyişdirildi

posted in: Xəbər | 0

İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. Namizədlər 1 iyul saat 23:59-dək DİM-in rəsmi internet səhifəsində göstərilən linkə daxil olub istədikləri şəhəri seçməklə qeydiyyatdan keçə bilərlər.

İmtahanın I mərhələsi – muhasibat uçotu üzrə imtahanda iştirak etmək istəyən namizədlər aşağıda göstərilən sertifikat növlərinə uyğun istiqamətlərdən birini seçməklə qeydiyyatdan keçməlidirlər:

1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;

2. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;

3. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS.

Hər bir sertifikat növü üzrə imtahan proqramları DİM-in rəsmi internet səhifəsində yerləşdirilib. Namizədlər proqramlarla bu linkə daxil olaraq tanış ola bilərlər.

“Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarının aşağıdakı bəndlərinə əsasən:

2.8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatını və ya Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatını əldə etmək üçün müraciət etmiş namizəd aşağıdakı sertifikatlardan hər hansı birinə malik olduğu hallarda keçiriləcək imtahanın birinci mərhələsindən azad edilir:

2.8.1. İmtiyazlı və Sertifikatlaşmış Mühasiblər Assosiasiyasının FR – “Financial Reporting” imtahanını müvəffəqiyyətlə keçməsi barədə sənədə və ya “DipIFR” sertifikatına;

2.8.2. İmtiyazlı İdarəedici Mühasiblər İnstitutunun (CİMA – Chartered Institute of Management Accountants) F2 “Advanced Financial Reporting” sertifikatına;

2.8.3. Sertifikatlaşmış İctimai Mühasib (CPA – Certified Public Accountant) təşkilatınn sertifikatına;

2.8.4. İmtiyazlı Mühasiblər Assosiasiyasının sertifikatına;

2.8.5. Serifikatlı Maliyyə Menecerləri İnstitutunun sertifikatına (ICFM (Institute of Certified Financial Managers) – “Diploma in IFRS”.

2.9. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I və ya II səviyyə peşəkar mühasib sertifikatını əldə etmək üçün müraciət etmiş namizəd İctimai Sektor üçün İmtiyazlı Maliyyə və Mühasibatlıq İnstitutunun (CİPFA- Chartered Instıtute Of Publıc Fınance & Accountancy) sertifikatına malik olduğu hallarda imtahanın birinci mərhələsindən azad edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 237 saylı 22 may 2019-cu il tarixli qərarının aşağıdakı bəndinə əsasən namizədlər göstərilən sənədləri təqdim etməklə imtahanda iştirak edə bilərlər:

2.10.2. iqtisadi sahədə orta ixtisas təhsili haqqında sənədin (diplomun) və mühasibatlıq sahəsində azı 5 (beş) illik iş stajına malik olmasını təsdiq edən sənədin surətləri və yaxud ali təhsil haqqında sənədin (diplomun) surəti.

PMS imtahanında iştirak etmək hüququ verən orta ixtisas təhsilinə aid ixtisasların siyahısı DİM-in rəsmi internet səhifəsində (link) yerləşdirilib.

Bu ixtisaslar üzrə orta ixtisas təhsili olan namizədlər mühasibatlıq sahəsində azı beş illik iş stajı haqqında məlumat göstərilmiş əmək kitabçasının surətini elektron şəkildə qeydiyatdan keçdikləri səhifədə göstərilən ünvana yükləməlidirlər. Əmək kitabçasında göstərilən məlumatların həqiqiliyi DİM tərəfindən yoxlanılacaq və namizədə bu barədə bildiriş göndəriləcəkdir.

İmtahandan 5 gün əvvəl namizədlər Mərkəzin saytından “İmtahana buraxılış vərəqəsi”ni və “Namizədin yaddaş kitabçası”nı çap edib götürə bilərlər.

Namizədlər PMS imtahanları ilə bağlı suallarını  ünvanına göndərə bilərlər.

311 saylı “Emissiya gəliri” hesabı üzrə uçot

Səhiyyə müəssisəsinə ianə edilən vəsaitlərə vergi güzəşti

posted in: Xəbər | 0

2024-cü il üzrə hesabat dövrünü 100.000 manat mənfəətlə başa vuran dərman ləvazimatlarının satışı ilə məşğul olan müəssisə tərəfindən talessemiya xəstələrinin müalicəsi məqsədilə “Milli Talessemiya Mərkəzi”nə 20.000 manat nağdsız qaydada ianə edilib. Qeyd olunan sosial ödənişlə bağlı müəssisəyə hər hansı vergi güzəşti tətbiq edilirmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinin müddəalarına əsasən, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 15 faizindən çox olmayan hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilmiş meyarlara cavab verən səhiyyə sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsi 2024-cü il 1 yanvar tarixdən 5 il müddətinə mənfəət vergisindən azad edilib. Bu maddənin müddəaları yalnız nağdsız qaydada ödənilən xərclərə münasibətdə tətbiq olunur. Belə ki, 2024-cü il yanvarın 1-dən Vergi Məcəlləsinin 106.1.18-ci maddəsində edilmiş dəyişikliyə əsasən, güzəşt məbləği mənfəətin 10 faizindən 15 faizinə qədər qaldırılıb.

Eyni zamanda, Nazirlər Kabinetinin 2020-ci il 12 mart tarixli 88 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə uyğun olaraq, vergidən azadolunma məqsədləri üçün elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların Meyarları”nın 4-cü bəndində səhiyyə sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların meyarları müəyyən edilib. Buna əsasən, müəssisə tərəfindən sözügedən meyarlara cavab verən tibb müəssisəsinə 2024-cü il üzrə hesabat ilinin mənfəətinin 15 faizindən çox olmayan hissəsinin ianə məqsədilə (100.000 x 15% = 15.000) köçürülməsi mənfəət vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 106.1.18-ci maddəsi

Mənbə: vergiler.az

311 saylı “Emissiya gəliri” hesabı üzrə uçot

Kapital Bank “Mükəmməl iş yeri” titulunu qorumağa davam edir

posted in: Xəbər | 0

Ölkənin maliyyə qurumları arasında ən böyük işəgötürən şirkətlərdən biri olan Kapital Bank 2024-cü ildə də “Great Place to Work” sertifikatına layiq görülərək işçi məmnuniyyəti və iş şəraiti üzrə yüksək standartları qoruyub saxladığını bir daha təsdiq etdi.

Qeyd edək ki, “Great Place to Work” (“Mükəmməl iş yeri”) beynəlxalq tədqiqat və konsaltinq şirkəti olaraq 5 qitədə, 60-dan çox ölkədə fəaliyyət göstərir və şirkətlərin işçiləri tərəfindən necə qiymətləndirildiyini, sektordakı yerini, eləcə də kommunikasiya strategiyalarını ölçərək ən yüksək nəticə əldə edən şirkətlərə eyniadlı sertifikatı təqdim edir.

Şirkət tərəfindən aparılan qiymətləndirmələrdə Kapital Bank əməkdaşlar tərəfindən “Karyera yüksəlişi imkanları”, “Pozitiv iş mühiti və şirkət mədəniyyəti”, “İş və həyat balansı” kimi bir çox kateqoriyada yüksək dəyərləndirilib.

Kapital Bank-ın İstedadların idarə edilməsi departamentinin direktoru Aygün Musayeva bu mükafata layiq görülməyin qürurverici olduğunu vurğulayaraq bildirib: “Bizim İstedadların idarə edilməsi üzrə strategiyamız əməkdaşları peşəkar olaraq yetişdirməyə, liderlik bacarıqlarını artırmağa, onları motivasiyada saxlamağa, eyni zamanda şəxsi bacarıqlarının inkişafı üçün rahat mühit yaratmağa fokuslanıb. Çünki doğru yolun belə olduğundan əminik, istiqaməti dəqiq bilirik. Çox sevinirəm ki, səsləndirdiyimiz fikirlər rəsmi olaraq da öz təsdiqini tapıb. Uğur qazanmaq qədər onu qoruyub saxlamaq da önəmlidir. Mükəmməl iş yeri adını 2-ci dəfə qazanmaq çox qürurvericidir. Bütün uğurlarımız kimi bu uğurumuzun da səbəbkarı olan komandamıza təşəkkür edirəm. Doğru yolda böyük addımlarla irəliləyəcəyimizə inanıram.”

Bu sertifikat Kapital Bank-ın işçi məmnuniyyəti, inkişaf imkanları və iş mühiti üzrə yüksək standartlarını təsdiqləyir və işəgötürən brendi olaraq böyük bir üstünlük yaradır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Vergilər üzrə borcların ödənilməsi qaydasında dəyişiklik barədə

1 354 355 356 357 358 359 360 2. 683
error: Content is protected !!