Read More9
Read More9

İdxal malları barədə vergi orqanına məlumat verilməməsi nə ilə nəticələnir?

posted in: Xəbər | 0

Xaricdən mal idxalı ilə məşğul olan müəyyən qrup vergi ödəyiciləri ölkəyə gətirdikləri məhsullar barədə vergi orqanına məlumat verməlidirlər. Bəs bu qayda hansı biznes subyektlərinə tətbiq olunur? Əgər vergi ödəyicisi idxal etdiyi mallar barədə məlumat verməzsə, ona qarşı hansı tədbirlər görülür?

Mövzu ilə bağlı suallara vergi məsələləri üzrə mütəxəssis Xəyal Feyzullayev aydınlıq gətirir:

Vergi Məcəlləsinin 16.1.11-11-ci maddəsinə əsasən, neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən, habelə “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə məlumatlar uçotda olduqları vergi orqanına təqdim edilməlidir. Qeyd olunan maddəyə əsasən, əgər vergi ödəyicisinin qeydiyyatda yalnız bir obyekti varsa, idxal olunacaq mallar barədə vergi orqanına məlumat təqdim edilmir. Bu halda mallar qeydiyyatda olan həmin obyektə boşaldılmış hesab edilir.

Lakin burada bəzi fərqlər var. Əgər mallar hava nəqliyyatı vasitəsilə gətirilirsə, həmin mallar gömrük nəzarətindən çıxdıqdan sonra 1 iş günü müddətində vergi orqanına məlumat verilməlidir. Digər hallarda isə vergi orqanının nəzarətindən çıxana qədər vergi ödəyicisi tərəfindən vergi orqanına məlumat verilməlidir.

Vergi Məcəlləsinin 57.5-ci maddəsinə əsasən, göstərilən məlumatları təqdim etməyən və ya təhrif olunmuş formada təqdim edən vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq olunur. Bu sanksiyanın məbləği mikro sahibkarlar üçün idxal edilmiş malın invoys dəyərinin və ya təhrif edilməklə verilibsə, təhrif eidlmiş dəyərinin 2 faizi həcmində, digər sahibkarlar üçün isə idxal edilmiş malın invoys dəyərinin və ya təhrif edilməklə verilibsə, təhrif edilmiş dəyərinin 5 faizi həcmində müəyyən edilib.

Misal

Kiçik sahibkarlıq subyekti meyarına uyğun olan “A” MMC Çin Xalq Respublikasından satış məqsədilə invoys dəyəri 50.000 USD (AZN qarşılığı 85.000 manat) olan məişət avadanlıqlarını quru yolu vasitəsilə gətirib. MMC-nin Bakı şəhərində bir ofisi və bir anbarı, Gəncə şəhərində isə bir anbarı vardır və vergi orqanında qeydiyyata alınıb. Gətirilən mallar üzrə bütün idxal rüsum və vergilər ödənildikdən sonra sərbəst dövriyyə üçün buraxılış rejimində gömrük nəzarətindən çıxsa da həmin malların hansı təsərrüfat subyektinə (obyektinə) boşaldılacağı barədə vergi orqanına məlumat təqdim edilməyib.
Belə olan təqdirdə, vergi orqanı tərəfindən “A” MMC-yə 4.250 manat məbləğində maliyyə sanksiyası tətbiq oluna bilər:

85.000 x 5% = 4.250 manat.

Əgər həmin MMC mikro sahibkarlıq subyekti olarsa, bu zaman maliyyə sanksiyasının məbləği 1.700 manat təşkil edəcək:

85.000 x 2% = 1.700 manat.

Mənbə: vergiler.az

Azərbaycanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə qəbulu

Azərbaycanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə qəbulu

posted in: Xəbər | 0

Əmək hüququ – milli hüququn müstəqil bir sahəsi olub, işçilərlə işəgötürən arasında yaranan əmək münasibətlərini, habelə onlarla sıx bağlı olan digər törəmə münasibətləri nizama salan hüquq normalarının məcmusudur.

Hər bir vətəndaş əmək müqaviləsini bağladığı andan etibarən əmək hüquq münasibətlərinə daxil olmuş hesab olunur. Tərəflərin həm əmək hüququ, həm də ondan irəli gələn münasibətlər sahəsində hüquq və vəzifələri dövlət hakimiyyət orqanı tərəfindən qəbul edilmiş  normativ aktlar və tərəflərin razılığı ilə müəyyən olunur.

Əcnəbilərin əmək hüququ

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olduğu müddətdə  AR vətəndaşları ilə bərabər bütün  əmək hüquqlarından istifadə edə bilər.

Əcnəbi – AR vətəndaşı olmayan, başqa dövlətin vətəndaşlıq hüququna sahib olan şəxsdir.

Vətəndaşlığı olmayan şəxs – heç bir dövlət tərəfindən onun qanununa əsasən vətəndaş hesab edilməyən şəxsdir.

Bu şəxslərin əmək fəaliyyətinə cəlb edilməsi qaydaları Əmək Məcəlləsi Miqrasiya Məcəlləsinə uyğun tənzimlənir. Əgər qanunvericilikdə başqa hallar nəzərdə tutulmayıbsa, əcnəbilərin əmək hüququnun məhdudlaşdırılması, ya da onlara AR vətəndaşlarından daha üstün hüquqlar verilməsi yolverilməzdir. Əcnəbilər illik ödənişli məzuniyyət, xəstəlik məzuniyyəti, kompensasiya və əmək qanunvericiliyində nəzərdə tutulmuş digər güzəştlər hüququna malikdirlər. Həmçinin, onlar müəyyən haqq ödəməklə ƏM-də tənzimlənən qaydalara uyğun sosial sığorta oluna bilərlər. Lakin əcnəbilərin AR ərazisində əmək fəaliyyəti ilə məşqul olması üçün müvəqqəti yaşamaq icazəsi ilə yanaşı, onların əmək hüququnun təmin edilməsi məqsədi ilə iş icazəsinin də olması zəruridir (ƏM maddə 13.4)

Diqqətinizi əsas biznes fəaliyyətinizdən ayırmamaq, biznesinizin əsas hədəflərinə fokuslanmaq üçün Bakıda miqrasiya xidmətləri göstərən şirkətlərə müraciət edin. Bu sizin işinizi asanlaşdırar.

Əmək qabiliyyəti olan və 18 yaşına çatmış əcnəbi və vətəndaşlığı olmayan şəxslər onları işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri tərəfindən iş icazəsi alındıqdan sonra Azərbaycan Respublikasında işləyə bilər.

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsi rəsmi sənəddir, onların haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq icazəsini təsdiq edir.

İş icazəsi əcnəbiləri işə cəlb edən işəgötürənin müraciətinə əsasən AR Dövlət Miqrasiya Xidməti tərəfindən verilir.

Əcnəbilərlə əmək müqaviləsinin bağlanması

Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin əmək hüququ yalnız müəyyən vakansiya üçün uyğun yerli namizəd tapılmadıqda təmin edilir, onlar yalnız bu halda işə cəlb edilə bilər.

İşəgötürənlər əcnəbi olan şəxslərlə əmək müqaviləsini iş icazəsinin qüvvədə olduğu müddətə bağlamalı və yalnız öz iş yerində işlə təmin etməlidir, digər işəgötürənin yanında onların işləməsi qeyri mümkündür. Əgər işəgötürən həmin şəxsləri öz yanında başqa işə təyin edərsə, yenidən icazənin alınması təmin edilməlidir və iş icazəsinin müddəti əvvəlki müddətin yerdə qalan hissəsindən artıq olmamalıdır. Müqavilə vaxtından əvvəl ləğv olunarsa, işəgötürən tərəfindən müvafiq icra hakimiyyəti orqanına 5 iş günü müddətinə məlumat verilməlidir və belə halda icazə qüvvədən düşmüş hesab olunur. İşəgötürən iş icazəsini almadan əcnəbilərlə  əmək münasibətlərinə başlaya bilməz, bu qanunvericiliyə ziddir.

İş icazəsinin tələb olunmadığı hallar

Bəzi sahələrdə çalışan əcnəbilər üçün iş icazəsinin alınması tələb olunmur, məsələn:

  • AR ərazisində daimi yaşamaq icazəsi olanlar;
  • AR ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar;
  • diplomatik nümayəndəlik və konsulluqlarda işləyənlər;
  • beynəlxalq müqavilələr əsasında yaradılmış təşkilatların rəhbərləri və onların müavinləri;
  • media subyektlərinin  akkreditə olunmuş əməkdaşları;
  • Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxslərin rəhbərləri və həmin hüquqi şəxsin nizamnamə kapitalında azı 51 faiz paya (səhmə) malik təsisçi (təsis etdiyi hüquqi şəxsdə fəaliyyət göstərdikdə);
  • insan alverindən zərər çəkmiş hesab edilən və ya cinayət təqibi orqanlarına yardım göstərən şəxslər;
  • himayəsində 18 yaşına çatmamış və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş Azərbaycan Respublikasının vətəndaşı olanlar;
  • Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun, inzibati müəssisələrinin və hüquqi şəxslərinin Ələt azad iqtisadi zonasının ərazisində işə cəlb etdiyi şəxslər, habelə bu hüquqi şəxslərin təsisçiləri;
  • texnologiyalar parkının rezidenti (hüquqi şəxsə münasibətdə onun rəhbəri və müavinləri vəzifəsini tutanlar) və həmin rezident tərəfindən əmək fəaliyyətinə cəlb edilən informasiya və kommunikasiya texnologiyaları sahəsində təcrübəsi olan mütəxəssislər.

İş icazəsinin tələb olunmadığı sahələrin tam siyahısı AR Miqrasiya Məcəlləsinin 64-cü maddəsində müəyyən olunub.

Tələb olunan sənədlər

Yuxarıda qeyd etdiyimiz kimi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək hüququ müvafiq sənədləşmə aparılmaqla təmin edilir.

İş icazəsinin alınması üçün aşağıdakı sənədlər tələb olunur: 

  • nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ərizə-anket;
  • əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin pasport və ya digər sərhədkeçmə sənədinin surəti;
  • əcnəbinin və vətəndaşlığı olmayan şəxsin nəzərdə tutulan işi yerinə yetirmək üçün tələb edilən ixtisasa malik olduğunu təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;
  • nəzərdə tutulan iş yeri üçün əcnəbinin və vətəndaşlığı olmayan şəxsin cəlb edilməsi zəruriliyini əsaslandıran arayış;
  • əcnəbinin və vətəndaşlığı olmayan şəxsin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən xəstəlik virusu daşıyıcısı olmaması haqqında arayış.

Bunlardan başqa işəgötürən:

  • hüquqi şəxs olduqda – hüquqi şəxsin nizamnaməsinin və dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin notariat qaydasında təsdiq edilmiş surətləri;
  • fiziki şəxs olduqda – fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin və fiziki şəxsə verilmiş vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətləri;
Nəzərə alın ki, iş icazəsinin alınması təkcə qanuna formal riayət etmək deyil, həm də əcnəbilərin əmək hüququnin müdafiəsinin real təminatıdır. Qanunvericiliyə əsasən, əcnəbi şəxslərin qeydiyyatı Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilir. Həmçinin, bu təşkilat qeydiyyatın aparılmasının düzgünlüyünə və miqrasiya qanunvericiliyinə əməl olunmasına nəzarət edir. Əgər əcnəbi işçilərin iş icazəsi yoxdursa və miqrasiya xidmətində qeydiyyatdan keçməyibsə, təkcə işçilər deyil, onların işəgötürənləri də qanunla məsuliyyət daşıyırlar..

İş icazəsinin verilməsindən imtinanın əsasları

Bəzi hallarda əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsindən imtina edilə bilər (Miqrasiya Məcəlləsi, maddə 66)

  • nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;
  • təqdim edilən sənədlər saxta olduqda, onlarda qeyri-dəqiq və ya təhrif olunmuş məlumatlar olduqda;
  • işəgötürənin işçi qüvvəsinə olan tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsi mümkün olduqda;
  • əcnəbinin və vətəndaşlığı olmayan şəxsin 18 yaşı tamam olmadıqda;
  • əmək miqrasiyası kvotası dolduqda;
  • əcnəbi və vətəndaşlığı olmayan şəxs yoluxucu xəstəliklərin daşıyıcısı olduqda;
  • əcnəbi və vətəndaşlığı olmayan şəxs cəlb olunduğu işin yerinə yetirilməsi üçün tələb olunan ixtisasa və ya iş təcrübəsinə malik olmadıqda.

İş icazəsinin alınması proseduru

İş icazəsi əcnəbilərin əmək hüququnun təminatında əsas sənəddir. İş icazəsinin verilməsi üçün tələb olunan sənədlər yazılı və ya elektron  formada təqdim edilə bilər. Dövlət Miqrasiya Xidməti  MM-nin 67.4-cü maddəsində qeyd olunan sənədlər haqqında məlumatları rəy verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərməlidir. ƏƏSMN isə  daxil olan məlumatlara 5 iş günü müddətində baxaraq rəy verməlidir. Təqdim olunmuş sənədlərdə hər hansı bir çatışmazlıq və ya digər nöqsanlar aşkar edildiyi halda, müvafiq icra hakimiyyəti orqanı işəgötürənə bu barədə yazılı məlumat verir.

İş icazəsinin verilməsi haqqında qərar qəbul edildikdə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 iş günü müddətində iş icazəsi müəyyən olunmuş qaydada doldurulur, səlahiyyətli vəzifəli şəxs tərəfindən imzalanır, həmin orqanın möhürü ilə təsdiq edilir və işəgötürənə təqdim olunması təmin edilir.

İş icazəsinin verilməsindən imtina edildiyi halda, bu barədə qərar əsaslandırılmalı və onun sürəti işəgötürənə təqdim edilməlidir. İşəgötürən iş icazəsinin verilməsindən imtinaya əsas olmuş hallar aradan qalxdıqdan sonra iş icazəsi almaq üçün bu Məcəlləyə uyğun olaraq yenidən Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilər.

İş icazəsi üzrə müddətlər

Əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin əmək hüququnu təmin etmək məqsədi ilə verilən iş icazəsi 1 il müddətinə, əmək müqaviləsinin 1 ildən az müddətə bağlanılması nəzərdə tutulduğu halda isə həmin müddətə verilir. Əgər vaxtın uzadılması tələb olunarsa, işəgötürən müddətin qurtarmasından 30 gün əvvəl müvafiq orqana müraciət edir və müddətin uzadılması qaydaları MM-nin 67-ci maddəsinə uyğun tənzimlənir. İş icazəsi bu icazəni almaq üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim olunduqdan sonra işəgötürənə verilir. İşəgötürən tərəfindən 30 gün müddətində iş icazəsinin alınmasına görə dövlət rüsumu ödənilmədikdə, habelə əcnəbiyə  müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina olunduqda, müvafiq icra hakimiyyəti orqanı iş icazəsini ləğv edir.

Əcnəbilərin əmək hüququnun təmin edilməsi zamanı əsas sənəd olan iş icazəsinin verilməsi ilə bağlı bütün əməliyyatların aparılması Vahid Miqrasiya Məlumat Sistemi vasitəsi ilə həyata keçirilir.

Əmək müqaviləsinin vaxtında qeydiyyata alınmaması hansı risklər yaradır?

ƏDV üzrə könüllü qeydiyyat necə aparılır?

posted in: Xəbər | 0

Kimlər könüllü ƏDV qeydiyyatına dura bilər?

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan, əlavə dəyər vergisi qeydiyyatı məcburi olmayan şəxslər də, hətta son 12 ay üzrə dövriyyəsi 200.000 manatdan az olsa belə ƏDV qeydiyyatına alına bilər. Bu o deməkdir ki, vergi qanunvericiliyi məcburi qeydiyyat tələb etmədiyi halda, sizin əlavə dəyər vergisi məqsədləri üçün könüllü qeydiyyat imkanınız var. ƏDV qeydiyyatı üzrə könüllük hansı hallarda mümkündür? Gəlin, nümunəyə baxaq.

Nümunə 1.  2021-ci ilin mart ayında sadələşdirilmiş vergi ödəyicisi əməliyyatlarını təhlil edərək belə qənaətə gəlir ki, əvvəldən könüllü ƏDV qeydiyyatına alınmaq daha əlverişli olardı. Bu səbəblə vergi orqanına fəaliyyətinin başladığı dövrə, 2020-ci ilin sentyabrından ƏDV qeydiyyatına alınmaq üçün ərizə verir. Vergi orqanı şəxsi, onun müraciətini nəzərə alıb 1 sentyabrdan onu ƏDV qeydiyyatına alır.

Bir çox hallarda vergi ödəyiciləri üçün ƏDV qeydiyyatına könüllü durmaq daha əlverişli olur. Buna əmin olmaq üçün müəssisənin əməliyyatları düzgün təhlil edilməli, yalnız bundan sonra könüllü ƏDV qeydiyyatı haqqında qərar vermək lazımdır.

Köhnə tarixə ƏDV qeydiyyatına alınmış şəxslər bilməlidirlər ki, əvvəlki dövrdə verilmiş dividend ödəmə mənbəyində vergiyə cəlb olunmayıbsa, tutulmamış ÖMV-ni hesablamaq, ödəmək öhdəliyi yaranır.

Nümunə 2. “A” MMC istehsal fəaliyyəti ilə məşğuldur. ƏDV məqsədləri ilə qeydiyyatda deyil. 2020-ci ildə təsisçilərinə dividend ödənişləri etmiş və Vergi Məcəlləsinin 102.1.22-1-ci və 106.10-cu maddələrinə əsasən ödəmə mənbəyində vergi tutulmayıb. Lakin 2021-ci ildə 01.06.2019-cu il tarixindən etibarən ƏDV qeydiyyatına alınmaq üçün vergi orqanına ərizə ilə müraciət edir və ərizəsi təmin edilir.

Belə olan təqdirdə MMC 2020-ci ildəki dividend ödənişlərinə görə ÖMV hesablamalıdır. Belə ki, həmin maddələr üzrə ÖMV yalnız ƏDV qeydiyyatına alınmamış müəssisələr üçün nəzərdə tutulub.

Hal-hazırda bu məsələnin bəzi texniki hissələri açıq qalır. Belə ki, 2022-ci ildən etibarən ÖMV hesabatına da dövriyyənin dəqiqləşdirilməsi funksiyası əlavə edilib. Amma daha əvvəlki münasibətləri tənzimlədiyimiz zaman bir sıra çətinliklə rastlaşırıq. Daha əvvəlki münasibətlərdə sadəcə çıxış yolu dəqiqləşdirilmiş bəyannamə verilməsidir.

ƏDV üzrə könüllü qeydiyyat yük və sərnişin daşımada necə aparılır?

Bir qrup vergi ödəyicisi var ki, onların ƏDV ödəyicisi olmasının xüsusi şərtləri var. Beynəlxalq daşıma istisna olmaqla ölkə ərazisində sərnişin və yükdaşıması ilə məşğul olan şəxslər belə ödəyicilər qrupuna aiddir.

Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri sərnişin və yük daşımaları həyata keçirən şəxslər könüllü ƏDV qeydiyyatına alına bilər

Yuxarıdakı şəkildə qeyd edilən tələblərə cavab verən şəxslər əlavə dəyər vergisi qeydiyyatı üçün nə vaxt müraciət edə bilər? İlk öncə qeyd edək ki, belə hallara təcrübədə az rast gəlinir. Hər halda, məlumat üçün bildirək ki, qanunvericilikdə müraciət vaxtı 1 yanvar 31 yanvar intervalı müəyyən edilib. Həmin aralıqda istənilən tarixdə edilmiş müraciətin qüvvəyə minmə tarixi 1 yanvar hesab ediləcək.


Könüllü qeydiyyatın səmərəliyini bilmək istəyirsiniz? Bizə müraciət edin!


Hal-hazırda tələblərdən ilk ikisini yerinə yetirmək əksər təşkilatlanmış müəssisələr üçün asandır, amma 3-cü şərti yerinə yetirməkdə ciddi çətinliklər var. Belə ki, ölkəmizdə elektron audit sistemi, hələ ki, formalaşmayıb, lakin qeyd etdiyimiz istiqamətdə addımlar atılır.

Sərnişin və yük daşıma fəaliyyətinin səciyyəvi çətinliyi odur ki, vergi tutma cəhətdən daşıma sahəsini tənzimləmək asan deyil. İctimai nəqliyyat xaric, digər hallarda sərnişin və yük daşımasında vahid tarif yoxdur, həqiqi faktiki gəliri gizlətmək nisbətən rahatdır. Eyni zamanda xərc tənzimlənməsi prosesində avtomobil nəqliyyat vasitələrinin ehtiyat hissələri ilə bağlı xərclərin şişirdilməsi mümkündür. Bu da ciddi nəzarət tələb edən sahənin mənfəət (gəlir) prinsipi ilə vergi ödəməsini əlverişsiz edir. Bundan başqa iri avtobusların idxalı zamanı gömrük orqanlarında ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi nəticəsində vergi ödəyicisi uzun illər dövlətə heç bir vergi ödəməmiş ola bilər.

Məhz bu səbəblərdən vergitutma baxımından belə vergi ödəyicilərindən sadələşdirilmiş stabil vergi alınması, həm proqnozların dəqiq müəyyən edilməsi, həm əlavə nəzarət tədbirlərinə ehtiyacın qalmaması baxımından daha sərfəlidir.

Amma bunun mənfi tərəfləri də var. Bu cür fəaliyyətlə təşkilatlanmış formada məşğul olan şəxslərin əksəriyyəti “Fərqlənmə nişanı” alaraq fəaliyyət göstərirlər. Odur ki, onlarda:

  • gəlirlərin (xərclərin) uçotu düzgün təşkil edilmir;
  • vergi orqanına balans məlumatları təqdim olunmur:
  • gəlirləri (xərcləri) elektron qaimə fakturadan asılı olmadığı üçün başqa şəxslərə e-qaimə faktura təqdim etməkdə problemlər yaranır.

Sonda, tövsiyə edərdik ki, ƏDV üzrə könüllü qeydiyyatla bağlı ən xırda detalları diqqətdə saxlayasınız, əks təqdirdə problemlərlə üzləşmək qaçılmazdır.

231 saylı “Satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar” üzrə uçot

Birbank Biznes-dən fərdi sahibkarlar üçün mobil tətbiq ilə onlayn hesab açmaq imkanı

posted in: Xəbər | 0

 onlayn hesabBirbank Biznes hər zaman fərdi sahibkarlar üçün rahat və əlçatan funksiyalar, o cümlədən fərqli məhsullar təqdim edir. Belə ki, Birbank Biznes mobil tətbiqinə əlavə edilən yeni funksiya sayəsində fərdi sahibkarlar artıq bank filiallarına getmədən və veb sayt üzərindən qeydiyyatdan keçmədən mobil tətbiq vasitəsilə onlayn hesab aça bilərlər.

Bunun üçün Birbank Biznes mobil tətbiqini yüklədikdən sonra “müştəri ol” düyməsinə keçid edərək şəxsi və şirkət haqqında ilkin məlumatları doldurmaq, “Asan İmza” ilə müqavilə imzalayaraq və video üz tanıma prosedurlarını tamamlayaraq ortalama 3 dəqiqə müddətində hesab açmaq mümkündür.

Vaxt itirmədən https://onelink.to/ej5bbu linkinə keçid edərək Birbank Biznes mobil tətbiqini yükləyə və sahibkar hesabı aça bilərsiniz.

Qeyd edək ki, Birbank Biznes mobil tətbiqində biznes sahiblərinin mütəmadi istifadə etdiyi bir sıra xidmətlər var:

  • Onlayn biznes hesablarının açılması;
  • Ölkədaxili və beynəlxalq köçürmələrin edilməsi;
  • Nağdsız valyuta mübadiləsi;
  • Biznes krediti üzrə müraciətlərin edilməsi;
  • Cari və kart hesabından QR-nağdlaşdırma;
  • Mobil POS sifarişi və əməliyyatların qəbulu;
  • Biznes kartların sifarişi, çatdırılması və onlara mədaxil;
  • Əməkhaqqı kartlarına mədaxil;
  • POS əməliyyatlarının onlayn izlənilməsi və çıxarışların əldə olunması;
  • Kliklə ödə xidməti;
  • Süni intellekt əsaslı “Çat” sorğu xidməti;
  • HÖP ödənişləri ( büdcə, kommunal və s.) xidmətinin həyata keçirilməsi;
  • Sərəncamlara nəzarət və s.

Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://bir.bank/bbfipr saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.

İdxal məhsullarının satışı ilə məşğul olan fiziki şəxsin öhdəlikləri

1 364 365 366 367 368 369 370 2. 683
error: Content is protected !!