Read More9
Read More9

Kassa kitabının tərtibi və pul vəsaitlərinin saxlanması

posted in: Xəbər | 0

Vergi ödəyicilərində kassa kitabı zəruridirmi?

Mühasibat uçotu subyektlərində kassa əməliyyatlarının qeydiyyatı üçün xəzinədar tərəfindən kassa kitabı aparılır. Bu kitabda nağd pul vəsaitlərinin (istər milli, istər xarici valyuta) kassaya mədaxili və məxarici, habelə kassa əməliyyatları üzrə günün sonuna qalıqlar əks etdirilir.

Kassa kitabının tərtibi və saxlanmasına qanunvericilikdə konkret tələblər mövcuddur. Bu tələblər Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması qaydası”nın 4-cü bəndində şərh olunub.

Öncə onu qeyd edək ki, qanunun tələblərinə görə kassa kitabı mütləq fiziki formada olmalıdır, yəni hansısa elektron daşıyıcıda aparılmasın. Bəzən mühasiblər istifadə etdikləri mühasibat proqramı tərəfindən kassa əməliyyatlarının qeydiyyatını, bu yaxud digər formada, apardığını əsas gətirərək qanunun tələblərinə uyğun kağız daşıyıcılarda hazırlanmış kassa kitabı saxlamırlar. Bu nağd pulun uçotunun pozulması və pul vəsaitlərinin yayındırılması kimi qiymətləndirilə bilər. Pul vəsaitlərinin uçotu üzrə normativ sənədlərlə, habelə nağd vəsaitlərin yayındırılması zamanı üzləşə biləcəyiniz mümkün maliyyə sanksiyaları ilə “Kassa intizamına riayət olunmasına nəzarət”  adlı yazıdan tanış ola bilərsiniz.

Kassa kitabı necə tərtib olunur?

Qaytanlanan kassa kitabının hər vərəqi iki hissədən ibarətdir. Hər iki hissəyə eyni nömrə verilir, ikinci hissə xəzinədarın hesabatı üçün nəzərdə tutulub. Nağd pul vəsaitlərinin hərəkətinin uçotu ilə bağlı qanun pozuntularının, fırıldaqçılıq hallarının qarşısını almaq məqsədi ilə kassa kitabının səhifələri sayılır, rəhbər, baş mühasib (yaxud onların əvəzinə digər səlahiyyətli şəxslər) tərəfindən imzalanıb möhürlənir və xəzinədara verilir.

Kassa kitab kompüter vasitəsiylə tərtib edilə bilməz, çünki, yuxarıda qeyd etdiyimiz kimi, mütləq fiziki formada olmalı, qeydlər mürəkkəbli, yaxud diyircəkli qələmlə yazılmalıdır. Kassa kitabı kassada saxlanılır. Xəzinədar özünə aid olan ikinci hissəni doldurduqdan sonra, hesabatı uyğun təsdiqedici sənədlərlə birgə baş mühasibə təhvil verməlidir.

Kassa mədaxil orderi olmadan xəzinəyə pul vəsaitlərinin qəbulu, kassa məxaric orderi olmadan isə pul vəsaitlərinin kassadan verilməsi, ödənilməsi qanunla qadağandır.

Bəzən olur ki, qeydlər aparılan zaman hər hansı texniki səhvlərə yol verilir. İş olan yerdə səhv labüd və qaçılmazdır. Lakin bu cür hallarda düzəliş edilirsə mütləq düzəlişlə bağlı qeyd də aparılmalıdır. Kitaba edilmiş hər hansı düzəlişlər, onun vərəqinin ləğv edilməsi rəhbərin, baş mühasibin imzasıyla təsdiqlənməlidir.

Kassa kitabının doldurulmasına nəzarəti kim edir?

Xəzinədar və baş mühasib tərəfindən hər gün nağd pul vəsaitləri ilə bağlı aşağıdakı kassa əməliyyatları aparılır:

Düzür, kassa əməliyyatlarını son icraçısı xəzinədardır, amma bütövlükdə nəzarət, habelə kassa kitabının doğru tərtib edilməsinə nəzarət baş mühasibin səlahiyyət və vəzifələrinə aiddir.

Baş mühasib bütün xəzinədarların kassirlər rəhbərliyin, baş mühasibin, habelə kassa sənədlərini imzalamaq hüququ olan digər şəxslərin, onları əvəz edən əvəz edənlərin (əgər varsa) imza nümunələri ilə mütləq formada təmin edilməsin təmkin etməlidir. Bir qayda olaraq xəzinədarlar müvafiq ştamplarla təmin edilirlər. Ştamplar “Qəbul edilib”, “Ödənilib” yaxud digər uyğun yazılarla, eləcə də, sadəcə şirkətin adı və kassa nömrəsinin göstərildiyi formalarda ola bilərlər.

Nağd pul vəsaitinin saxlanmasına kim cavabdehdir?

Xəzinədarlar qəbul etdikləri pul, habelə digər qiymətlilərin:

  • iş vaxtları ərzində qorunub saxlanmasına;
  • günün sonunda təhvil verilməsinə;
  • habelə kassa sənədlərinin tamlığının qorunmasına cavabdehdirlər.

İş təcrübəsindən asılı olmayaraq yeni qəbul edilmiş xəzinədarlar kassa qovşağı, iş masaları, onlara təhkim edilmiş kompüterlə təmin edilməli, kassa kitabının aparılması, ən əsası, kassada iş qaydaları ilə tanış edilməlidirlər. Təcrübədə xəzinədarlarla tam maddi məsuliyyət haqqında müqavilə bağlanır. Çünki xəzinədarın iş birbaş pul, ona bərabər tutulan qiymətlilərlə bağlıdır, onun, belə demək olarsa, əlinin altında dövr edən pullara özünün orta aylıq əməkhaqqı miqdarında cavabdeh durması ağlabatan məsuliyyət deyildir. Qeyd etdiyimiz məqam dövlət təşkilatlarında xüsusiylə gözlənilir.

Xəzinədar heç bir halda öz vəzifələrini, həmçinin mühafizəsində olan qiymətliləri kənar şəxslərə həvalə etməməlidir.

Xəzinədarın səlahiyyətlərinin ötürülməsi necə aparılır?

Ezamiyyəyə göndərilmə zamanı, əmək qabiliyyətinin müvəqqəti itirilməsi, həmçinin bütün digər hallarda xəzinədarın əvəz edilməsi lazım gəldikdə əvəzçilik qaydasında çalışan işçi də:

  • mütləq kassa işləriylə tanış edilməli;
  • həmin vəzifəyə əmrlə keçirilməli;
  • tam maddi məsuliyyət haqqında sazişə imza atmalıdır.

Təcrübədə bəzən mühasibin eyni zamanda kassir vəzifəsini də icra etdiyini görürük, lakin belə hal qanuna uyğun deyil.

Əgər şirkətdə kassir ştatı ümumiyyətlə yoxdursa, kimsə həmin vəzifələri mütləq icra etməlidir. Xəzinədar vəzifəsini icra edən şəxs nağd pul əməliyyatlarının aparılması, kassa kitabının tərtib edilməsi, kassa ilə bağlı digər qaydalarla tanış edilməli, onunla da tam maddi məsuliyyət müqaviləsinin imzalanmalıdır.

Qeyd etdiyimiz tam maddi məsuliyyət barədə sazişin imzalanması tələbində məqsəd təşkilat rəhbərliylə xəzinədarın əlbir olaraq pul vəsaitini uçotdan çıxarmasının qarşısını almaqdır.

Azərbaycanda kvotadan əlavə iş yerlərinin yaradılması qaydası müəyyənləşir

Kapital Bank-ın dəstəyi ilə “İxracın maliyyələşdirilməsi” mövzusunda təlim keçirilib

posted in: Xəbər | 0

Kapital Bank-ın dəstəyi və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “İxracın maliyyələşdirilməsi” mövzusunda maarifləndirici təlim keçirilib.

Layihənin məqsədi Azərbaycanın xarici ticarət nümayəndələrinin maliyyə resurslarına sürətli əlçatanlığı üçün inklüzivliyin artırılması və asanlaşdırılması, mütəmadi likvid təminat problemi yaşayan ixracatçıların ticarət-maliyyə alətlərindən istifadəsinin genişləndirilməsi, onların innovativ maliyyə alətləri haqqında məlumatlandırılması idi.

Təlimdə Kapital Bank-ın nümayəndələri də iştirak edib. Kiçik və orta sahibkarlarla iş departamentinin direktor müavini Elçin Mustafayev çıxışında sahibkarlarla bu formatda görüşlərin keçirilməsinin əhəmiyyətindən, bankın sahibkarlıq istiqamətində atdığı addımlardan, sahibkarlara yaradılan imkanlardan, bütün təşəbbüslərin müştəri mərkəzli xidmətin yaxşılaşdırılmasına yönəlməsindən danışıb. Təlimdə Kapital Bank-ın KOS və Korporativ məhsullar sahəsinin meneceri Orxan Mürsəlov və  məhsul sahibi İsmət Vəkilov overdraft, gömrük kredit xətti, faktorinq, ticarət əməliyyatlarının maliyyələşdirilməsi, ixrac zamanı avans ödənişləri, akkreditiv haqqında sahibkarlara geniş məlumat verib.

Çıxışların ardından fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi

Azərbaycanda kvotadan əlavə iş yerlərinin yaradılması qaydası müəyyənləşir

posted in: Xəbər | 0

Azərbaycanda kvotadan əlavə iş yerlərinin yaradılması qaydası müəyyən edilir.

Bununla bağlı məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirə edilən “Məşğulluq haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.

Qanuna əlavə edilməsi təklif edilən yeni maddəyə əsasən, qaydanı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

Hər bir işəgötürən üzrə kvotadan əlavə iş yerlərinin sayı işəgötürən üçün müəyyən edilmiş kvota miqdarınadək, lakin 15 (on beş) iş yerindən çox olmamaqla müəyyən edilir.

Kvotadan əlavə iş yerlərində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göndəriş verilmiş şəxslərlə 2 (iki) ildən az olmayan müddətə bağlanılan əmək müqaviləsi üzrə əməkhaqqı bu Qanunun 26.6-cı maddəsi nəzərə alınmaqla, işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilir.

Kvotadan əlavə iş yerləri üzrə əməkhaqqının işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilən hissəsinin məbləği sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyaları üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən faiz dərəcələri tətbiq olunmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən əvvəlki il üçün müəyyən olunmuş ölkə üzrə orta aylıq nominal əməkhaqqıdan çox olmamaq şərtilə İşəgötürənlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında bağlanılan müqavilə əsasında müəyyən edilir.

Məqsədli proqramlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müsabiqə yolu ilə seçilən işəgötürənlərin iştirakı ilə həyata keçirilir.

Mənbə: report.az

Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi

Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi

posted in: Xəbər | 0

Əmək Məcəlləsinin 72-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Məcəllənin bu tələbini əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov şərh edir.

Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab olunan hallar müəyyən edilib. Həmin maddənin “b” bəndinə əsasən, işçinin alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması belə hallardan biridir. Bəs bu hal necə müəyyən edilməlidir?

Misal

Fərz edək ki, müdir Samirin (ad şərtidir) işdəki hərəkətlərindən şübhə edərək işəgötürəni onun sərxoş olması barədə məlumatlandırıb. Bu halda Samirin sərxoş olduğu iddia edilərək onu işdən azad etmək olarmı? Əlbəttə ki, xeyr. Çünkü bu hal yalnız tibb məntəqəsinin müvafiq sənədinə əsasən müəyyən edilməlidir. Yalnız tibb məntəqəsinin rəyinə əsasən onun sərxoş olub-olmaması müəyyən edilməli və bundan sonra əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq qərarın qəbul edilməsi baş tuta bilər.

Əgər işçi tibb məntəqəsinə getməkdən imtina edərsə, işəgötürən onu məcburi qaydada müayinəyə apara bilərmi? Əlbəttə ki, xeyr. Bu hal aktlaşdırılmalı, iş yoldaşlarının izahatları alınmalı və müfaviq sənədlər əsasında qərar verilməlidir.

Eyni zamanda, işəgötürən Əmək Məcəlləsinin 62-ci maddəsinin “a” bəndinə əsasən (işçi alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəldikdə, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olduqda) işçini işdən kənarlaşdıra və ona Əmək Məcəlləsinin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər. Lakin işçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanılaraq sənədləşdirilməlidir.

Mənbə: “Əmək qanunvericiliyinin praktiki izahı” kitabının 2024-cü il nəşri

Mənbə: vergiler.az

Azərbaycanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə qəbulu

1 387 388 389 390 391 392 393 2. 700
error: Content is protected !!