Read More9
Read More9

Hansı hallarda sahibkar riskli vergi ödəyicisi sayılır?

posted in: Xəbər | 0

Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən, riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Nazirlər Kabineti) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqan (qurum) (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) tərəfindən qəbul edilir.

İqtisadçı ekspert Anar Bayramov hansı hallarda sahibkarların riskli vergi ödəyicilərinin siyahısına düşdüyünü aydınlaşdırır.

Vergi ödəyicisinin aldığı və təqdim etdiyi mallar fərqli olduqda…

Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən, aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur:

  • Meyarların 3-cü hissəsində nəzərdə tutulmuş riskli əməliyyatları aparan şəxs olduqda.

Meyarların üçüncü hissəsinin “a” bəndinə əsasən, vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edilməsi riskli əməliyyatları aparan şəxs olması ehtimalı yaradır.

Misal 1: Vergi ödəyicisinin sənədlərinə əsasən (idxal, elektron qaimə-faktura, alış aktı və s.) o, geyim malları əldə edir. Ancaq bəzi vergi ödəyicilərinə təqdim etdiyi elektron qaimə-fakturalarından belə məlum olur ki, tikinti materialları da “satır”.

Vergi ödəyicisinin təqdim etdiyi malların həcmində fərqlilik olduqda…

  • Meyarların üçüncü hissəsinin “b” bəndində qeyd edilir ki, vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) riskli vergi ödəyicisi hesab edilə bilər.

Misal 2: Vergi ödəyicisinin mal qalığı və dövr ərzində əldə etdiyi malların dəyəri 10.000 manatlıq olmasına baxmayaraq, satılan malların maya dəyəri 40.000 manatlıq olub. Bu zaman vergi ödəyicisinə 30.000 manatlıq (40.000 manat – 10.000 manat) mallar üzrə riskli vergi ödəyicisi ilə bağlı vergi qanunvericiliyinin məhdudiyyətləri tətbiq oluna bilər.

Vergi ödəyicisi əmtəəsiz əməliyyatlar həyata keçirdikdə…

  • Meyarların üçüncü hissəsinin “ç” bəndinə əsasən, aparılmış vergi nəzarəti tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə vergi ödəyicisi riskli vergi ödəyicisi hesab edilə bilər.

Göründüyü kimi, burada əsas şərt vergi nəzarəti tədbirləri (kameral, operativ vergi nəzarəti və səyyar) çərçivəsində əmtəəsiz əməliyyatların aşkarlanmasıdır.

Misal 3: Vergi nəzarəti tədbirləri zamanı məlum olub ki, vergi ödəyicisi işıq dirəklərinin alınması ilə bağlı 120.000 manatlıq müqavilə imzalasa da həmin dirəklərin təqdim olunması hayata keçirilməyib. Bu halda əmtəəsiz mal təqdim edilməsini həyata keçirən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab oluna bilər.

Bəzi vergi ödəyiciləri riskli vergi ödəyicisi anlayışının yalnız mallara tətbiq olunduğu fikrindədirlər. Ancaq bu, belə deyil. Əmtəəsiz əməliyyatlar anlayışının daxilində xidmətlər də nəzərdə tutulduğundan riskli vergi ödəyicisi xidmət sektoruna da şamil olunur.

Misal 4: Vergi ödəyicisi 20.000 manatlıq montaj işinin görülməsi ilə bağlı qarşı tərəflə müqavilə imzalayıb. Vergi nəzarəti tədbirləri zamanı məlum olub ki, vergi ödəyicisinin montaj işi ilə bağlı hər hansı fəaliyyəti olmayıb və bu əməliyyat sadəcə sənədləşmə üçün həyata keçirilib.

Vergi ödəyicisinin anbarının sahəsi ilə malların həcmi arasında uyğunsuzluq olduqda…

Meyarların üçüncü hissəsinin “d” bəndində qeyd edilir ki, idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla) riskli vergi ödəyicisi hesab edilə bilər. Vergi ödəyicisinin rəsmi sənədlərlə təsdiq edilmiş kifayət qədər malları olduqda və həmin mallara uyğun anbar olmadıqda və ya anbarın sahəsinin həcmi uyğun olmadıqda, o, riskli vergi ödəyicisi hesab edilə bilər. Bu bənddə istisna hal birbaşa sifarişçilərə təhvil verilən mallar üçün nəzərdə tutulub.

Misal 5: Vergi ödəyicisi başqa şəxsdən aldığı 120.000 manatlıq malların digər vergi ödəyicisinə çatdırılmasını təmin edir. Vergi ödəyicisi həmin malları sifariş əsasında birbaşa təqdim etdiyi üçün hər hansı iri həcmli anbara ehtiyac duymur. Bu halda vergi orqanı vergi ödəyicisinə riskli vergi ödəyicisi kimi baxmayacaq və ondan hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim olunmasını istəyəcək.

İndi isə hansı hallarda vergi ödəyicisinin anbarının olmamasına görə riskli vergi ödəyicisi hesab edilməsi hallarına aydınlıq gətirək.

Misal 6: Vergi ödəyicisi 300.000 manat məbləğində mal idxal edib. Vergi orqanı onun hər hansı anbara malik olmadığını müəyyən edir. Bu zaman vergi ödəyicisinin obyektinin olmaması riskli vergi ödəyicisi meyarlarına aid edilməsinə əsas verir.

Misal 7: İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi 200.000 manat dəyərində litrlik meyvə şirələri təqdim edib. Vergi nəzarəti tədbirləri nəticəsində məlum olub ki, vergi ödəyicisinin anbar kimi təqdim etdiyi obyektin sahəsi cəmi 50 kvadratmetrdir. Bu zaman vergi ödəyicisinin riskli vergi ödəyicilərinə şamil olunması ehtimalı vardır.

Vergi ödəyicisi bəzi malları sənədləşdirmədən təqdim etdikdə…

Meyarların üçüncü hissəsinin e) bəndinə əsasən, vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə uygun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar olunduqda riskli vergi ödəyicisi hesab edilə bilər.

Bu bənddən göründüyü kimi, belə hallarda vergi ödəyicisinin riskli vergi ödəyicisi olub-olmamasını təyin etmək üçün vergi nəzarəti tədbirləri həyata keçirilməlidir. Əgər söhbət malların aşkar olunmasından gedirsə, bu halda operativ vergi nəzarəti və ya səyyar vergi yoxlamaları aparılmalıdır.

Misal 8: Vergi orqanının keçirdiyi vergi nəzarəti tədbirləri zamanı məlum olur ki, vergi ödəyicisinin sənədlərinə əsasən, o, tikinti materiallarının satışını həyata keçirsə də sənədlər əsasında geyim malları da təqdim edib. Bu halda vergi ödəyicisi riskli vergi ödəyicisi hesab oluna bilər. Burada bir məqama diqqət yetirmək lazımdır ki, vergi orqanının həmin malların vergi ödəyicisinin sahibliyində müəyyən etməsi onun riskli vergi ödəyici olması anlamına gəlmir. Amma 10.000 manatlıq geyim malları alarsa, ancaq sahibliyində daha az məbləğdə mal olarsa və təqdimetmə rəsmiləşdirilməzsə, o halda vergi ödəyicisi riskli vergi ödəyicisi meyarlarına uyğun gəlir.

Qeyd edək ki, Vergi Məcəlləsinin 58-ci maddəsinda sənədləşdirilməyən malların təqdim olunmasına görə maliyyə sanksiyası da nəzərdə tutulub.

Mənbə: Anar Bayramov: “Vergi uçotu” kitabı / vergiler.az

Azərbaycanda riskli vergi ödəyiciləri hüquqi şəxs təsis edə bilməyəcək

posted in: Xəbər | 0

Vahid bəyannamə, sahibkarlar, Uyğunsuzluq bildirişi, DTA-03 Forması, azadolma, bəyannamə, sıfır faiz, Dövlət reyestrindən çıxarış, Dövlət reyestrindən çıxarışın surətinin verilməsi, dövlət reyestrindən çıxarışın verilməsi, vergi ödənişləri, Bəyannamələrin təqdim edilməsi, Vergi orqanlarında könüllü fəaliyyət, Vergi orqanları, koronavirus, test imtahanı, Vergilər Nazirliyi, Dövlət reyestrindən çıxarış, muzdlu iş, gəlir vergisi, ümidsiz borclar, Əmək müqaviləsi, işə qəbul, Vergilər Nazirliyi, Üzləşmə aktı, Bəyannamələrin tərtibi, Bəyannamələrin tərtibi,, Şəxsi hesab vərəqəsi, Vergi işçiləri, Vergi öhdəliyi, ödənilməli vergilər, Məlumat Forması, ƏDV ödəyiciləri, E-qaimə altsistemi, istifadəçi təlimatı, E-qaimə, bəyannamə, arayış, hesabat, Vergi bəyannamələri, maliyyə sanksiyası, Təsis paylarının yüklülüyü, təsis payı, Vergi borcu barədə arayış, , Yerli MMC, şirkət,Vergi Məcəlləsi, hüquqi şəxslər, Məcburi dövlət sosial sığorta haqları, Elektron, vergi uçotu, Vergilər Naziri, edv,vergi ödəyicisi, ƏDV qeydiyyatı, büdcə, aylıq vergi, Vergidən yayınma, Cari vergi ödəmələri,Vergi Məcəlləsində riskli vergi ödəyiciləri üçün hüquqi şəxs təsis etmək hüququnun qanunvericiliklə məhdudlaşdırılması kimi dəyişikliklər nəzərdə tutulub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verilir ki, bunu qurumun Dövlət qeydiyyatı baş idarəsinin şöbə rəisi Leyla Hüseyn-zadə bildirib.

O, bu barədə Dövlət Vergi Xidmətinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə keçirdiyi startaplar, mikro və kiçik sahibkarlıq subyektləri üçün kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində yeniliklərə həsr edilmiş onlayn görüşdə danışıb.

L. Hüseyn-zadənin sözlərinə görə, bununla yanaşı, kommersiya qurumlarının benefisiar mülkiyyətçisi (mülkiyyətçiləri) barədə məlumatların dövlət reyestrinin aparılması da nəzərdə tutulub.

Vergi rəsmisi ölkəmizdə biznesə başlama sahəsində mövcud vəziyyət, aparılmış islahatlar, əldə olunmuş nəticələr və gələcək planlar barədə təqdimatla çıxış edib. O, “Dünya Bankı Qrupunun “Business Ready (B-Ready)” layihəsinin “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi” çərçivəsində görülmüş işlər barədə danışıb, qeyd edib ki, Yol Xəritəsi çərçivəsində MMC-lərin qeydiyyat məlumatları dəyişikliyinin elektron qaydada aparılması ilə bağlı proqram təminatının hazırlanması prosesi artıq yekunlaşıb.

Hüquqi şəxslərin qeydiyyatı sahəsində görülən işlərdən danışan şöbə rəisi bildirib ki, 2023-cü ilin 10 ayı ərzində qeydiyyatdan keçmiş kommersiya qurumlarından 11 552-si (87,2 %) yerli investisiyalı, 1 695-i (12,8 %) xarici investisiyalıdır. Kommersiya qurumlarının 82,4 %-i elektron qaydada qeydiyyata alınıb, yerli investisiyalı MMC-lərin e-qeydiyyatının xüsusi çəkisi isə 95,1 % təşkil edib. Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 1 831 yerli investisiyalı MMC qeydiyyata alınıb ki, bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi 13,8 %, yerli investisiyalı MMC-lərin qeydiyyatında isə 16 % təşkil edir.

Qarşılıqlı müzakirələr şəraitində davam etdirilən tədbirdə iştirakçıların hüquqi şəxslərin qeydiyyatı, sahibkarlıq subyektinin adının dəyişdirilməsi zamanı tətbiq olunan mexanizmlər, POS-terminalların quraşdırılması ilə bağlı sualları cavablandırılıb.

Mənbə: report.az

Özəl müəssisələrə ayrılan qrant vəsaitləri ilə bağlı vergi öhdəlikləri

Əməkhaqqı və kompensasiyalardan vergilər necə hesablanır?

posted in: Xəbər | 0

İşçiyə 2023-cü ilin cari ayında 6.093,64 manat əməkhaqqı hesablanıb. Bu məbləğdən əlavə, o, istifadə edilməmiş məzuniyyətə görə 2022-ci il üzrə 500 manat, cari il üzrə 200 manat kompensasiya alıb. İşçi hər ay 2.800 manat həyatın yaşam sığortasına yönləndirir və bu məbləğdən sosial sığortaya cəlb olunan 22% müəssisə tərəfindən ödənilir. Müəssisə 2023-cü ildən etibarən neft və qaz sektoruna aid olan fəaliyyət həyata keçirir, 2022-ci ildə isə fəaliyyəti qeyri-neft-qaz sektorunda olub. Bu halda, qeyd edilən məbləğlərə uyğun vergilərin və sosial ayırmaların tutulması necə olmalıdır? 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əməkhaqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına cəlb olunur.

Sorğuda göstərilən halda, 2022-ci ildə neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən müəssisə tərəfindən 2023-cü ildən etibarən neft-qaz sahəsində fəaliyyət göstərildikdə, həmin müəssisədə çalışan muzdlu işçiyə 2023-cü ildə əvvəlki və cari il üzrə ödənilən kompensasiya haqlarından onun ödənildiyi vaxtda qüvvədə olan Vergi Məcəlləsinin 101.1-ci maddəsi ilə müəyyən edilmiş dərəcələrlə gəlir vergisi və “Sosial sığorta haqqında” Qanunun 14.3-cü maddəsi ilə müəyyən olunmuş dərəcələrlə sosial sığorta haqları hesablanır.

Bununla yanaşı, Vergi Məcəlləsinin 102.1.8-ci və “Sosial sığorta haqqında” Qanunun 15-ci maddələrinin müddəalarına əsasən, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb edilən gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunan və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər müvafiq olaraq gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından (işçidən tutulan və işəgötürənin hesabladığı sosial sığorta haqlarından) azaddır. Bu zaman sığortaedənin (işəgötürənin) vəsaiti hesabına sığortaedənin təşəbbüsü ilə onun tərəfindən işçinin xeyirinə həyatın yığım sığortası üzrə bağlanmış müqavilələr əsasında sığortaçılara ödənilən sosial sığorta haqlarından azad olunmuş sosial məbləğlər işçinin gəlirlərinə aid edilir. Bu halda işçinin aylıq gəliri işəgötürən tərəfindən onun xeyirinə sığortaçı şirkətə ödənilən məbləğ daxil olmaqla müəyyən edilir. Belə ki, sorğuda göstərilən halda, sığortaedənin (işəgötürənin) vəsaiti hesabına işçinin xeyirinə ödənilən sosial sığorta haqqı məbləğləri (22 faiz) işçinin gəlirlərinə aid edilir və həmin məbləğ həyatın yığım sığortasına köçürüldüyü halda, Vergi Məcəlləsinin 102.1.8-ci maddəsi üzrə müəyyən edilmiş azadolmanın tətbiqi zamanı işçinin aylıq gəliri işəgötürən tərəfindən onun xeyirinə sığortaçı şirkətə ödənilən məbləğ daxil olmaqla müəyyən edilir.

Əsas: Vergi Məcəlləsinin 101-ci, 102-ci maddələri və “Sosial sığorta haqqında” Qanun

Mənbə: vergiler.az

Özəl müəssisələrə ayrılan qrant vəsaitləri ilə bağlı vergi öhdəlikləri

Özəl müəssisələrə ayrılan qrant vəsaitləri ilə bağlı vergi öhdəlikləri

posted in: Xəbər | 0

Vergi ödəyicilərini maraqlandıran məsələlərdən biri də özəl və ya kommersiya müəssisələrinə verilən qrant vəsaitlərinin vergiyə cəlb olunması ilə bağlıdır. Məsələn, bir sıra qeyri-hökumət təşkilatları onlara ayrılan qrant vəsaitləri hesabına sənədli və ya bədii film çəkirlər. Bu zaman hesabatlar qrant vəsaitlərinə aid qanunvericiliklə tənzimlənir. Bəs dövlət tərəfindən yerli özəl şirkətlərə filmin çəkilişi üçün ayrılan qrant vəsaitlərinə görə vergi öhdəlikləri necə yerinə yetirilir?Bu suallara maliyyə və vergi məsələləri üzrə ekspert Rəşad Məmmədov aydınlıq gətirir:

Vergi Məcəlləsinin 165.1.2-ci maddəsinə əsasən, yalnız xaricdən alınan qrantlar ƏDV-yə sıfır dərəcə ilə cəlb olunur. Bizim sualda isə ayrılan qrant xaricdən alınmadığı üçün həmin dövriyyə ƏDV-yə cəlb edilir və ƏDV bəyannaməsinin 301-ci sətrində və Əlavə 3-də göstərilir.

Həmçinin, Vergi Məcəlləsinin 106.1.2-ci maddəsinə əsasən, yalnız qeyri-hökümət təşkilatlarının aldığı əvəzsiz köçürmələr mənfəət vergisindən azaddır. Özəl və kommersiya müəssisələrinin hər hansı şəkildə aldığı qrant və ya əvəzsiz alınan vəsaitlərin vergidən azad olunması barədə Vergi Məcəlləsində hər hansı müddəa nəzərdə tutulmayıb.

Ona görə də film çəkilişi üçün özəl müəssisənin aldığı vəsait hesabat ilinin gəlirinə daxil edilərək mənfəət vergisi bəyannaməsinin 201-ci sətrində əks etdirilməlidir.

Mənbə: vergiler.az


Uçot və nəzarət sivilizasiyanın mühüm amilləridir

1 459 460 461 462 463 464 465 2. 685
error: Content is protected !!