Read More9
Read More9

Mənzil alarkən ƏDV-nin bir hissəsinin geri qaytarılması hansı müddətdə mümkündür?

posted in: Xəbər | 0

ƏDV-nin geri qaytarılması , mənzil, əlavə dəyər vergisiBu ilin yanvar ayında yaşayış komplekslərinin birindən mənzil almışam, lakin ödənişdən sonra ƏDV-nin bir hissəsi qaytarılmayıb. Buna səbəb vaxtında məlumat verilməməsi olub. Hazırda müraciət etmək istəyirəm və bildirirlər ki, 90 günü keçdikdən sonra müraciət etibarsız sayılır. Bu haqda izahat verməyinizi xahiş edirəm.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Prezidentinin 2022-ci il 25 may tarixli fərmanı ilə təsdiq edilib.

Qaydaya əsasən, ödənişi tam həyata keçirmiş alıcılar ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına, Qaydada nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədləri təqdim etməlidir.

Alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri satıcıya tam şəkildə ödənildikdən 90 (doxsan) gün sonra müraciət edildikdə, ƏDV-nin geri qaytarılmasına yol verilmir.

Əsas: Vergi Məcəlləsinin 165.6-cı maddəsi və Azərbaycan Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin geri qaytarılması Şərtləri və Qaydası”

Mənbə: vergiler.az


Fiziki şəxsin qrant vəsaitindən vergi öhdəliyi yaranırmı?

posted in: Xəbər | 0

qrant vəsaitindən vergi öhdəliyi, fiziki şəxs, qrant, vergi, vergi öhdəliyiFiziki şəxsə KOBİA tərəfindən elan edilən layihəyə görə qrant ayrılıb. Həmin şəxsin rəhbəri olduğu layihə 5 ay davam edəcək. Layihəyə cəlb edilən işçilərlə fiziki şəxs arasında əmək müqaviləsi bağlanıb. Bilmək istərdim ki, fiziki şəxs aldığı qranta görə gəlir vergisi və digər sosial vergilərə olunmalıdırmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, “Qrant haqqında” Qanunun 1-ci maddəsinin müddəalarına əsasən, qrant – humanitar, sosial və ekoloji layihələri, müharibə və təbii fəlakət nəticəsində ziyan çəkmiş ərazilərdə dağılmış istehsal, sosial təyinatlı obyektlərin və infrastrukturun bərpası üzrə işləri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman sahələrində proqramları, elm, tədqiqat və layihələndirmə proqramlarını, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən digər proqramları hazırlamaq və həyata keçirmək üçün bu Qanunla nəzərdə tutulmuş qaydada göstərilən yardımdır. Yalnız konkret məqsədlər üçün verilən qrant maliyyə vəsaiti şəklində və ya başqa maddi formada ayrıla bilər.

Qeyd olunanlara əsasən, KOBİA tərəfindən ayrılan qrant qanunvericiliyə uyğun şəkildə rəsmiləşdirilməklə tam məbləğdə təyinatı üzrə sərf edildiyi halda (daxil olan məbləğ tam xərcləndiyi halda hesabat ilində gəlir əldə edilmir), qrant müqaviləsi üzrə resipiyent olan şəxsin qrant vəsaitindən vergi öhdəliyinin yaranması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Eyni zamanda, sorğuda göstərilən halda, qrant üzrə resipiyent olan fiziki şəxsin qrant layihəsi çərçivəsində ona ayrılan vəsaitə görə sosial sığorta haqqı və icbari tibbi sığorta haqqı ödəmək öhdəliyi yaranmır.

Həmçinin, bildiririk ki, qrant müqaviləsi üzrə resipiyent olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna, yəni əməkhaqlarından gəlir vergisi güzəştli dərəcələrlə tutulan kateqoriyaya aid edilir. Belə ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8.000 manatadək olduqda gəlir vergisi 0 faiz dərəcə ilə, 8.000 manatdan çox olduqda isə 8000 manatdan çox olan məbləğin 14 faizi həcmində tutulur.

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı 2019-cu il yanvarın 1-dən 7 il müddətində sığorta haqqına cəlb edilən aylıq gəlir 200 manatadək olduqda sığortaolunanın gəlirlərindən 3 faiz, sığortaedənin vəsaiti hesabına 22 faiz, 200 manatdan çox olduqda isə sığortaolunanın gəlirlərindən 6 manat + 200 manatdan çox olan hissənin 10 faizi, sığortaedənin vəsaiti hesabına isə 44 manat + 200 manatdan çox olan hissənin 15 faizi məbləğində hesablanır.

Əsas: Vergi Məcəlləsi, “Qrant haqqında”, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” qanunları

Mənbə: vergiler.az


Birbank-da m10 QR kodunu çək və ödə, 10%-dək keşbek qazan

posted in: Xəbər | 0

Birbank

Ölkənin ilk rəqəmsal bankı Birbank noyabr ayında müştəriləri üçün möhtəşəm fürsət yaradır. İndi m10 partnyorlarında ödənişi Birbank-dakı “QR” bölməsindən edən hər kəs 10%- dək keşbek qazanır.

Qaydalar olduqca rahat və sadədir. Xərclədiyinin 10%-ni geri almaq istəyən Birbank Cashback kartının istifadəçiləri keşbek kateqoriyaları arasından “Birbank-la m10 QR-nı çək və ödə! 10%” kateqoriyasını seçməli və ödənişlərini QR-la etməlidirlər. Bunun üçün ödəniş nöqtəsində “QR ilə ödə” stikerinin olduğundan əmin olmaq mütləqdir. Daha sonra ödənişin QR ilə ediləcəyini bildirməli və Birbank-da QR bölməsinə keçid edərək kassirin təqdim etdiyi m10 QR kodunu çəkərək ödənişi tamamlamaq lazımdır. Qaydalarla bağlı ətraflı məlumat üçün: https://kbl.az/bmqopr. m10 partnyorları ilə bağlı ətraflı məlumatı https://kbl.az/qrp saytından əldə edə bilərsiniz.

Kapital Bank-ın digər kart istifadəçiləri isə ödənişlərini sadəcə QR-la etməklə bütün xərclərindən 3% keşbek qazanırlar. Toplanan keşbek hesabını Birbank-dakı keşbek kabinetindən izləmək mümkündür.

Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.


Mikro sahibkarların sosial sığorta haqlarının 25 faizi ödəyəcəkləri vergidən çıxılacaq

posted in: Xəbər | 0

sosial sığorta

Mikro sahibkarlıq subyekti olan fiziki şəxslərin özlərinə görə ödədiyi sosial sığorta haqlarının məbləğinin optimallaşdırılması məqsədilə ödənilmiş sosial sığorta haqqı məbləğinin 25 faizinin gəlir vergisi və sadələşdirilmiş vergidən çıxılması təklif olunur.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”ndə əksini tapıb.

Qeyd edilib ki, mikro sahibkarlıq subyektlərinin sosial sığorta yükünün dövlət büdcəsi vəsaiti hesabına subsidiyalaşdırılması məqsədilə onların özlərinə görə ödədiyi sosial sığorta haqqı məbləğinin 25 faizinin dövlət büdcəsinə ödənilməli olan vergi məbləğindən çıxılması sosial iqtisadi siyasət çərçivəsində böyük kütləni əhatə edən mikro sahibkarlıq subyektlərinə dövlət dəstəyinin təzahürü olacaq.

Mənbə: apa.az


1 487 488 489 490 491 492 493 2. 700
error: Content is protected !!