İşçini müqaviləsiz işə cəlb etməyə görə işəgötürənin hansı məsuliyyəti yaranır?

posted in: Xəbər | 0

əmək müqaviləsiSuala vergi mütəxəssisi İlqar Əsədov aydınlıq gətirir. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2.000 manat, ikinci dəfə yol verdikdə 4.000 manat, üç və daha çox dəfə yol verdikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Əmək qanunvericiliyi işəgötürənin işçilərlə əmək münasibətinə girdiyi zaman yazılı əmək müqaviləsi bağlamağını tələb edir. Həmin yazılı əmək müqaviləsi elektron sistemdə yerləşdirilir və yalnız bu halda hüquqi qüvvəyə minir. Bundan kənar olan bütün hallar əmək və vergi qanunvericiliyinin tələblərinin pozulması kimi qiymətləndirilir.

Misal: “AA” MMC işçini fevral ayının 1-dən işə qəbul edib. İşçi ilə əmək müqaviləsi bağlanıb, lakin Əmək münasibətləri altsistemində həmin işçi ilə olan müqavilə yerləşdirilməyib. Fevralın 6-da operativ vergi yoxlaması zamanı işçi ilə yazılı əmək müqaviləsinin bağlandığı, lakin sistemə yerləşdirilmədiyi aşkarlanıb.

Bu halda Vergi Məcəlləsinin 58.10-cu maddəsi ilə həmin işçiyə görə, MMC təqvim ili ərzində belə hala birinci dəfə yol verdiyi nəzərə alınmaqla, 2.000 manat maliyyə sanksiyası tətbiq olunur. Təqvim ili ərzində belə hal ikinci dəfə üzə çıxarsa, maliyyə sanksiyasının məbləği 4.000 manat, üç və daha artıq olarsa, 6.000 manat olacaq.

Burada diqqət yetirilməli məqam təqvim ili məsələsidir. Tutaq ki, 2022-ci ilin oktyabr ayında həyata keçirilən operativ vergi nəzarəti zamanı iki nəfər işçinin müqavilə bağlanmadan işə cəlb olunması aşkar edilib. Bu zaman həmin şirkətə qarşı 4.000 manat, yəni hər işçiyə görə 2.000 manat maliyyə sanksiyası tətbiq ediləcək. 2023-cü ilin fevral ayında yenidən operativ vergi yoxlaması keçirildikdə və bir nəfər işçinin əmək müqaviləsi bağlamadan işə cəlb olunduğu aşkarlandıqda isə şirkətə yenə 2.000 manat maliyyə sanksiyası tətbiq ediləcək. Çünki yanvar ayında təqvim ili yenilənib.
Burada başqa bir məqamı da vurğulamaq zəruridir. İşçinin əmək müqaviləsi olmadan işə cəlb edilməsinə görə vergi ödəyicisinin maliyyə sanksiyasına cəlb edilməsi onu İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş cərimədən azad etmir.

İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1.000 manatdan 2.000 manatadək, vəzifəli şəxslər 3.000 manatdan 5.000 manatadək, hüquqi şəxslər 20.000 manatdan 25.000 manatadək məbləğdə cərimə edilir.

Göründüyü kimi, işəgötürən əmək müqaviləsini bağlamadıqda bir əməllə 2 müxtəlif qanunvericiliyin tələbini pozmuş olur. Ona görə də işəgötürənə hər iki məsuliyyət tədbiri tətbiq olunur.

Vergi Məcəlləsinin 58.10-cu maddəsinin ikinci hissəsi isə mülki hüquqi xarakterli münasibətlərə aiddir. Tutaq ki, ictimai iaşə obyektində bir aşpaz çalışır. Onunla müəssisə arasında əmək müqaviləsinin bağlanması məcburi deyil. Lakin bu halda işəgötürən həmin aşpazla mülki hüquqi müqavilə bağlamalı və həmin şəxsdən sabit qəbzi tələb etməlidir. Yəni aşpaz vergi və məcburi sosial ödənişləri edib qəbz almalıdır. Bu tələbə əməl edilmədiyi təqdirdə, hər il belə şəxsə görə vergi ödəyicisini müvafiq olaraq 2.000, 4.000 və 6.000 manat məbləğində maliyyə sanksiyaları gözləyə bilər.

Mənbə: vergiler.az


Müharibə veteranı üçün müəyyənləşdirilmiş vergi güzəşti hansı tarixdən qüvvəyə minir?


Onlayn platformalar vasitəsilə xidmətlər göstərmək üçün hansı addımlar atılmalıdır?

posted in: Xəbər | 0

onlayn xidmət,İnstaqram üzərindən dizayn, menecerlik, izləyici satışı, instaqram səhifələrinin satışı və s. kimi xidmətlər göstərmək istəyirəm. Bu xidmətlərdən əldə olunan gəlirdən vergi necə ödənilməlidir? Məsələn, aylıq xidmətlər üçün xərclənən vəsait nəzərə alınmaqla 1.000 manat gəlir olarsa, bu zaman nə qədər vergi ödənməlidir?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

“Fiziki şəxsin uçotu haqqında Ərizə”ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində ödənişsiz həyata keçirilir.

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Belə ki, fiziki şəxs sadələşdirilmiş vergitutma sistemini seçdiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə (sorğunuza əsasən gəliriniz rüb ərzində 3.000 manat olarsa: 3.000 x 2% = 60 manat) sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir.

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı,101-ci, 102-ci, 218-ci və 220-ci maddələri.

Mənbə: vergiler.az


Sadələşdirilmiş vergidən azadolmalar və güzəştlər varmı?


Kapital Bank sahibkar xanımlara güzəştli kredit təklif edir

posted in: Xəbər | 0

güzəştli kredit, kapital bank kredit, Kapital Bank 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar olaraq xanım sahibkarlar üçün güzəştli kredit kampaniyası keçirir. Kampaniya çərçivəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan xanımlar mart ayı ərzində mikro-biznes kreditlərini 8% endirimlə əldə edəcəklər.

Təqdim olunan mikro kreditin maksimal məbləği 100 000 manat, müddəti isə 36 ayadəkdir. Xanım sahibkarlar Kapital Bank filiallarına, 196 Sorğu Mərkəzinə və https://kapitalbank.az saytına keçid edərək mikro kredit əldə etmək üçün müraciət edə bilərlər. Həmçinin, 30 000 manat məbləğə qədər olan mikro kreditləri girovsuz və zaminsiz əldə etmək mümkündür.  Kampaniya 31 mart 2023-cü il tarixinədək edilən müraciətlər üçün keçərlidir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 114 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.


Müharibə veteranı üçün müəyyənləşdirilmiş vergi güzəşti hansı tarixdən qüvvəyə minir?

posted in: Xəbər | 0

Müharibə veteranı güzəştİkinci Qarabağ müharibəsi veteranıyam. Veteranlığımı sübut edən sənədi hələ almamışam. Dövlət müəssisəsində işləyirəm. Müharibə veteranlarına edilən müvafiq vergi güzəşti indiki halda mənə aid oluna bilərmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirləri 400 manat məbləğində azaldılır.

Qeyd olunan güzəştlərdən faydalanmaq üçün tələb olunan sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən müəyyən edilmişdir.

Siyahının 1.7-ci bəndinə əsasən, müharibə veteranı vəsiqəsi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları Vergi Məcəlləsinin 102.2.7-ci maddəsində nəzərdə tutulmuş güzəşt hüququnu təsdiq edən sənədlərdəndir.

Buna əsasən, muzdlu işçilərin müharibə veteranı olması qeyd edilən müvafiq sənədlərlə təsdiq edildiyi halda onlara Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən vergi güzəşti tətbiq edilir.

Qeyd edilib ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2022-ci il tarixdən fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

Mənbə: vergiler.az


Sadələşdirilmiş vergidən azadolmalar və güzəştlər varmı?


1 558 559 560 561 562 563 564 2. 686