Sadələşdirilmiş vergidən azadolmalar və güzəştlər varmı?

posted in: Xəbər | 0
birbank biznes

Azadolmalar və güzəştlər

Azərbaycan vergi qanunvericiliyində, digər vergi növlərində olduğu kimi, sadələşdirilmiş vergi üzrə azadolmalar və güzəştlər nəzərdə tutulub. 2022-ci ildə qüvvəyə minən dəyişikliklərə qədər Vergi Məcəlləsində əsasən aşağıdakı azadolmaların nəzərdə tutulmuşdur:

Sadələşdirilmiş vergidiən azadolmalara və güzətlərə aşağıdakıları aid etmək olar: Kənd təsərrüfatı məhsullarının istehsalçıları. Borcların silinməsindən gəlir, ixrac təşviqi, dividendlər

Sonradan şəkildə qeyd edilən sadələşdirilmiş vergidən azadolmaların tərkibi genişləndirildi, yeniləri əlavə edildi, məsələn:

  • yaşayış, qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin təqdim edilməsi zamanı Məcəllənin 218-1.1.5 –ci maddəsinin müddəaları ilə müəyyən olunan hallar;
  • lotereya biletlərinin agent qaydasında satışı zamanı göstərilən xidmətlər üzrə gəlirlər.

Nağdsız ödənişləri stimullaşdırmaq məqsədi ilə AR VM-də pərakəndə satışda POS-terminal vasitəsilə aparılan əməliyyatlara  2019-cu ilin yanvarın birindən 3 il müddətinə sadələşdirilmiş vergi güzəşti nəzərdə tutulub (maddə 218-1.2).

Kənd təsərrüfatında sadələşdirilmiş vergi üzrə azadolmalar

Artıq neçə ildir respublikamızda aqrar sahənin inkişafı üçün olduqca çox şaxəli tədbirlər görülür. Bu təsadüfi deyil, çünki aqrar sahənin inkişafı ölkə iqtisadiyyatında xüsusi rola malikdir. Vergi Məcəlləsində kənd təsərrüfatı sektoru üçün nəzərdə tutulmuş güzəştlərdən biri belə məhsulların satışına tətbiq edilən sadələşdirilmiş vergidən azadolmalardır.  2014-cü il yanvarın 1-dən 10 il müddətinə təqdim edilən bu azadolma istehsalçının özünün təqdim etdiyi məhsullara aid edilir. Bu hüquqdan istifadə üçün onlar uyğun təsdiqedici sənədləri təqdim etməlidir.

Nümunə 1: Sadələşdirilmiş vergi ödəyicisi olan fiziki şəxs Məmmədov Elmar Gədəbəy rayonunda özünə məxsus 40 sot torpaq sahəsində kənd toyuqlarının yetişdirilməsi və satılması ilə məşğuldur. O toyuqların bir hissəsini diri şəkildə bazarda əhaliyə, bir hissəsini isə kəsilmiş formada satır. Azadolma 2014-ci ildən etibarən 10 il qüvvədə olduğu üçün onun tərəfindən diri şəkildə təqdim edilmiş məhsullardan əldə edilən gəlir vergiyə cəlb edilməyəcəkdir.

Borcların silinməsi ilə bağlı azadolmalar

Bəzən dövlət vergi borclarının tamamilə yaxud müəyyən vergi ödəyicilərinə münasibətdə bağışlanmasını, yəni silinməsi qərarını qəbul edir. Belə silinmə aşağıdakı məqsədlə aparılır:

  • sahibkarlığın inkişafının stimullaşdırılması;
  • əlverişli biznes mühitinin formalaşdırılması;
  • vergi yükünün optimallaşdırılması;
  • vergi ödəyicilərinin iqtisadi fəallığının artırılması.

Silinmiş məbləğ həmin vergi ödəyicilərinin satışdankənar gəlirlər hesab edilir, lakin ona sadələşdirilmiş vergi üzrə azadolma tətbiq edilir. İlk belə addım 2017-ci ildə atılmışdı. Sonradan, 30.12.2016-cı il tarixli 474 VQ nömrəli qərarla vergi ödəyicilərinin faiz, maliyyə sanksiyalarıyla bağlı borcları silinmişdi.

Nümunə 2: 2017-ci ildə mövcud qanunla hüquqi şəxs “Delta Plyus” MMC-nin dövlət büdcəsinə hesablanmış faizlər üzrə olan 220 manat və tətbiq edilmiş maliyyə sanksiyaları ilə bağlı olan 3500 manat olan borcu dövlət tərəfindən silinib.  Sadələşdirilmiş vergi güzəşti tətbiq edilərək  heç bir vergi hesablanmayacaq.

İxracın təşviqi 

Dövlət bəzi qrup vergi ödəyicilərinə ixraca təşviq xarakterli ödəniş edir. Belə ödəniş dövlət büdcəsi hesabına, qeyri-neft məhsullarının ixracını gerçəkləşdirən şəxslərə həyata keçirilir.

Ödəniş olaraq ixrac bəyannaməsindəki məbləğin üç faizi qədər vəsait Maliyyə Nazirliyi tərəfindən icra edilir. İxracın predmeti üzrə malları yerli mənşəli olmalıdır.

Ödənişdən əldə edilən gəlir satışdankənar gəlir hesab edilir. O, sadələşdirilmiş vergi ödəyiciləri üçün vergidən azad edilən gəlir sayılır və sadələşdirilmiş vergidən azadolma tətbiq olunur.

Vergi planlaşdırması – vergi ödəmələrini qanuni yollarla, Vergi Məcəlləsinə uyğun, sizin üçün ən sərfəli şəkildə idarə etməyin bir üsuludur. Düzgün informasiyaya malik olaraq yaxud səriştəli mütəxəssis cəlb etməklə, doğru strategiya seçib, vergi, rüsum, digər məcburi ödəmələrin məbləğini azaltmaq mümkündür. Ətraflı burada!

Dividendlərlə bağlı azadolmalar

Qeyd edək ki, dividendlərlə bağlı sadələşdirilmiş vergi üzrə azadolma 01.01.2019-cu ildən qüvvəyə minib. Odur ki, yalnız bu tarixdən sonra formalaşmış xalis mənfəətdən rezident müəssisənin səhmdarlarına habelə payçı və təsisçiyə verilən dividendlərə aid edilir. Azadolma hüququndan istifadə üçün müəssisənin:

  • gəlir və xərclərinin uçotu qanunla müəyyən edilmiş formada aparılmalı;
  • ƏDV-nin məqsədləri üçün qeydiyyatı olmamalı;
  • əməliyyatlarının həcmi ardıcıl 12 ayın istənilən bir yaxud bir neçə ayında 200.000 manatdan az olmalıdır.

Gəlirlərinin (xərclərinin) uçotunu aparmayan yaxud onların aparılma formasına əməl etməyən vergi ödəyicilərinin güzəşt hüquqları yoxdur.

Nümunə 3: Bakı şəhərində turizm fəaliyyəti göstərən “Qlobal Dünya” MMC-nin təsisçisi olan fiziki şəxs il yekunlarına görə MMC-nin xalis mənfəətindən 5000 manat dividend götürməlidir. Müəssisə ƏDV məqsədləri üçün qeydiyyata alınmışdır. Bu səbəblə sadələşdirilmiş vergidən azadolma tətbiq edilməyəcək və ödəmə mənbəyində 5000*10%=500 azn vergi tutularaq dövlət büdcəsinə ödəniləcəkdir.

Sadələşdirilmiş vergi ödəyicilərində dividend məsələləri ilə bağlı buradan ətraflı oxuya bilərsiniz.

Sadələşdirilmiş vergi üzrə digər azadolma və güzəştlər

Məcəllənin 218-1.1.5-ci maddəsi yaşayış və qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin təqdim edilməsi zamanı azadolma və güzəştlərə həsr olunub. Məsələn:

  • fiziki şəxsin azı 3 təqvim ili yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahəsinin təqdim edilməsi sadələşdirilmiş vergidən azadolmaya aiddir;
  • daşınmaz əmlakın təqdim edilməsi zamanı fiziki şəxslərin xüsusi mülkiyyətindəki yaşayış sahələrinin 30 kvadratmetrədək olan hissəsi sadələşdirilmiş vergidən azaddır.

218-1.1.6-ci maddəsinə görə lotereya biletlərinin satışını agent qaydasında həyata keçirilməsi üzrə xidmətlər də azadolmalara aiddir.


Print Friendly, PDF & Email