“Mənfəət vergisi bəyannaməsinin hazırlanması” kursu

posted in: Xəbər | 0

“Mənfəət vergisi bəyannaməsinin hazırlanması”

Mənfəət vergisi bəyannaməsi

Kursun adı: “Mənfəət vergisi bəyannaməsinin hazırlanması”

Müddət: 15 saat

Kursun proqramı:

I dərs. Mənfəət vergisi barədə ümumi məlumat. Gəlirlərin müəyyənləşdirilməsi

  • Mənfəət vergisi haqqında ilkin anlayışlar;
  • Sahibkarlıq subyektinin meyarları (Nazirlər Kabinetinin Qərarı), meyarların təyin edilməsi üsulu;
  • Gəlir və xərclərin uçotu metodunun müəyyən edilməsi;
  • Gəlirlərin müəyyənləşdirilməsi;
  • Malların təqdim edilməsində gəlir;
  • İşlərin görülməsi və xidmətlərin göstərilməsindən gəlir;
  • Amortizasiya olunan və olunmayan əsas vəsaitlərin satışından gəlir;
  • Daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir;
  • Xarici valyutaların manata nisbətən müsbət məzənnə fərqi;
  • Sair gəlirlər;
  • Ümumi gəlirdən çıxılmalar;
  • Xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan mənfi fərq;
  • Gəlirlər üzrə azadolmalar və güzəştlər.

II dərs. Mənfəət vergisi baxımından xərclərin müəyyənləşdirilməsi

  • Əməkhaqqı və sosial sığorta haqlarının xərclərin müəyyənləşdirilməsi, muzdlu və qeyri-muzdlu işlə əlaqədar vahid bəyannamə ilə uyğunlaşdırılması;
  • Xammal, material və malların dəyərinin müəyyənləşdirilməsi;
  • İcarə haqqı və qeyri-rezidentlər üzrə nəqliyyat xərclərinin bəyannamədə əks etdirilməsi və ödəmə mənbəyində tutulan vergi bəyannamələri ilə uyğunlaşdırılması;
  • Ezamiyyə xərcləri və vergi uçotu baxımından gəlirdən çıxılan xərclərdə əks etdirilməsi.

III dərs. Mənfəət vergisi baxımından xərclərin müəyyənləşdirilməsi (II hissə)

  • Amortizasiya xərclərinin vergi uçotu baxımından hesablanması və ya növbəti illərə keçirilməsi;
  • Təmir xərclərinin vergi uçotu baxımından hesablanması və ya növbəti illərə keçirilməsi;
  • Gəlirdən çıxılan vergilər, bəyannamədə əks etdirilməsi və müvafiq bəyannamələr ilə uyğunlaşdırılması;
  • Ötən illərin zərərinin keçirilməsi;
  • Gəlirdən çıxılmayan xərclərin müəyyənləşdirilməsi.

IV dərs

  • Mənfəət vergisi əlavə 1-in (balansın) doldurulma qaydası;
  • Əsas vəsaitlərin, materialların, digər aktivlərin əks etdirilməsi qaydaları;
  • Mallar və xammal, material xərclərinin müəyyənləşdirilməsi qaydaları;
  • Debitor borcların bəyannamədə əks etdirilməsi;
  • Pul vəsaitlərinin əks etdirilməsi zamanı diqqət edilməli məqamlar;
  • Kapitallaşdırma üçün aktivlərin əks etdirilməsi.

V dərs

  • Mənfəət vergisi əlavə 1-in (balansın) doldurulma qaydası;
  • Öhdəlikləri, bank kreditləri, digər öhdəliklərin əks etdirilmə qaydaları;
  • Nizamnamə kapitalı, hesabat ilinin və əvvəlki illərin bölüşdürülməmiş mənfəətinin əks etdirilməsi;
  • Bank kreditləri və faiz xərclərinin əks etdirilməsi;
  • Alınmış avansların bəyannamədə göstərilməsi və ƏDV bəyannamələri ilə müqayisəsi;
  • Kreditor borclar və digər öhdəliklərin əks etdirilməsi.

VI dərs

  • Mənfəət vergisi bəyannaməsində illik dövriyyə ilə əlaqədar daxil olan kameral məktublar;
  • Mənfəət vergisi bəyannaməsinin ÖMV bəyannaməsi ilə qarşılaşdırması əsasında daxil olan kameral məktublar;
  • Mənfəət vergisi bəyannaməsinin muzdlu və qeyri-muzdlu işlə əlaqədar vergi bəyannaməsi ilə qarşılaşdırması əsasında daxil olan kameral məktublar;
  • Mənfəət vergisi bəyannaməsinə AVİS-dən kənar daxil olan məktublar;
  • Kameral məktublarda əks etdirilən uyğunsuzluqların dəqiqləşdirilməsi;
  • Kameral məktublarda əks etdirilən uyğunsuzluqların əsaslı cavablandırılması.

Təlimçi barədə

Azər Qənbərov

Azər Qənbərov Azərbaycan Dövlət İqtisad Universitetində “Dövlət maliyyəsində vergi siyasəti”, “Vergi inzibatçılığı”, “Vergi müqavilələri”, “Vergi auditi”, “Vergi planlaşdırılması”, “Rəqəmsal iqtisadiyyat və vergiqoyma” fənlərini tədris edir.

Eyni zamanda “Azərbaycan Mühasiblər Məktəbi”ndə vergi üzrə təlimçi, SOCAR Baş ofisində Vergilər Departamentində rəis müavini vəzifələrində çalışır.

Vergi qanunvericiliyinin tətbiqinə dair 50-dən artıq məqalənin müəllifidir. Peşəkar Mühasib Sertifikat imtahanını hər iki sektor üzrə müvəfəqiyyətlə vermişdir. «CİMA və ACCA» üzrə « Diplom Performance Management» və «DİPİFR»  beynəlxalq diplomların sahibidir.

Azərbaycanda ilk dəfə mənfəət vergisinin SAP ERP sistemində avtomatlaşdırılması və vergi uçotu ilə maya dəyərinin, gəlir və xərclərin uçotunun, eləcə də vergi registrlərinin düzgün formalaşması üzrə layihənin rəhbəridir.

Vergi auditi və daxili audit üzrə 15 ildən çox təcrübəyə malikdir.


Əlaqə:


Ünvan: Caspian Plaza


Əvəzləşdirmənin sonrakı hesabat dövrünə keçirilməsi mümkündürmü?

posted in: Xəbər | 0

ƏvəzləşdirməƏvəzləşdirilməli olan qaimə-faktura üzrə ƏDV-nin əvəzləşdirilməsi unudulubsa və sonradan əvəzləşirilibsə, vergi ödəyicisinə cərimə tətbiq edilirmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi ödəyicisi tərəfindən əldə olunmuş elektron qaimə-faktura üzrə ƏDV-nin əvəzləşdirilməsi, Vergi Məcəlləsinin 175-ci maddəsinin tələbləri nəzərə alınmaqla əvəzləşdirmə hüququnun yarandığı ay üzrə təqdim edilən ƏDV bəyannaməsində əks etdirilir. Əvəzləşdirmənin sonrakı hesabat dövrləri üzrə ƏDV bəyannamələrində nəzərə alınması və həyata keçirilməsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır.

Nəzərinizə çatdırmaq istəyirik ki, vergi ödəyicisi tərəfindən təqdim olunmuş ƏDV bəyannaməsində ƏDV-nin bəyannamənin aid olduğu hesabat dövründə əvəzləşdirmə hüququ olmadan əvəzləşdirilməsi müəyyən edildikdə əvəzləşdirilən məbləğ bərpa edilməklə büdcəyə çatası vergi məbləğinin azaldılmasına görə vergi ödəyicisinə azaldılmış məbləğin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Belə ki, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Əsas: Vergi Məcəlləsinin 58-ci və 175-ci maddələri.

Mənbə: vergiler.az


Dövlət icbari şəxsi sığorta haqlarının məbləği müəyyənləşib

posted in: Xəbər | 0

icbari şəxsi sığorta, Əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta, Sığorta haqqının hissəli ödənişi, Sığorta haqqı,Nazirlər Kabineti “Sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların sığortaçıda uçotu, habelə sığortalılar tərəfindən dövlət icbari şəxsi sığorta haqlarının hesablanması, sığortaçıya ödənilməsi, ödənilməsinə nəzarət və artıq ödənilmiş dövlət icbari şəxsi sığorta haqlarının qaytarılması Qaydası”nı təsdiq edib.

Bunula bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, dövlət icbari şəxsi sığorta haqlarının məbləği aşağıdakı kimi müəyyən edilib:

– Milli Məclisin deputatları – 5 illik vəzifə maaşı məbləğinin 1 %-i qədər;
– hakimlər, prokurorluq işçiləri (hərbi prokurorluq orqanlarının işçiləri istisna olmaqla), müstəntiqlər, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxslər, habelə fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən işçilər və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin vəzifəli şəxsləri – 5 illik əməkhaqqı məbləğinin 1 %-i qədər;
– Silahlı Qüvvələrdə, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər və mülki müdafiə qüvvələrinin şəxsi heyəti – 110 manat;
– diplomatik nümayəndəliklərin və konsulluqların başçısı – 33 manat;
– diplomatik nümayəndəliklərdə və konsulluqlarda digər diplomatik vəzifə tutan şəxslər – 19,8 manat;
– diplomatik nümayəndəliklərdə və konsulluqlarda inzibati-texniki xidməti həyata keçirən şəxslər – 13,2 manat.

Mənbə: report.az


Şirkət faizsiz borcu təsisçiyə geri qaytararkən hansı vergi öhdəliyinə əməl edilməlidir?

posted in: Xəbər | 0

Faizsiz borc, vergi öhdəliyi,Təsisçi şirkətə faizsiz borc müqaviləsinə əsasən müəyyən vəsait vermişdir. Şirkət tərəfindən həmin vəsait geri qaytarılan zaman şirkət üçün hər hansı vergi öhdəliyi və hesabat təqdim etmək öhdəliyi yaranırmı?

Dövlət Vergi Xidmətindən bildirilib ki, qanunvericiliyə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Vergi qanunvericiliyinə əsasən, təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.

Hüquqi şəxslə onun təsisçisi isə mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır.

Qanunvericiliyin müddəaları əsas götürülməklə təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə vergitutuma məqsədləri üçün həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı, Vergi Məcəlləsinin 123.1-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməli və rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə təqdim edilməlidir.

Nəzərə alınmalıdır ki, borc müqavilələri faizlə şərtləndirildiyi halda Vergi Məcəlləsinin 110-cu maddəsinin müddəalarına əsasən qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablamalar metodundan istifadə edildikdə – ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmamaqla gəlirdən çıxılır.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 18-ci, 110-cu, 123-cü və Mülki Məcəlləsinin 739-cu maddələri.

Mənbə: vergiler.az


İşğaldan azad edilmiş ərazinin rezidentlərinə hansı vergi güzəştləri edilir?


1 560 561 562 563 564 565 566 2. 686