2023-cü il üçün əməkhaqqı fondundan işəgötürənin öhdəliklərinin hesablanması qaydası
Bu yazımızda 2023-cü il üzrə əməyin ödənişi fondundan işəgötürənin ödəməli olduğu tutulmalar barədə məlumat verəcəyik. Onu da qeyd edək ki, mövcud qanunvericilik 2022-ci ildə olduğu kimi 2023-cü ildə də dəyişiklik olmayacağını deməyə əsas verir.
Beləliklə 2023-cü ildən əməyin ödənişi fondundan tutulmalar aşağıdakı kimi olacaq.
– məcburi dövlət sosial sığorta haqqı
– işsizlikdən sığorta haqqı
– icbari tibbi sığorta haqqı
Göstərilənləri nəzərə alaraq 2023-cü il üzrə işçinin əməkhaqqısına müvafiq qaydada işəgötürən tərəfindən əməyin ödənişi fondundan tutulmaların hesablanması qaydasını diqqətinizə çatdırırıq.
1) Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər
1.1) əməkhaqqısı minimum aylıq əməkhaqqına bərabər – 300 AZN olanlar üçün nümunə
a) sosial sığorta haqqı – 300 AZN əməkhaqqının 200 AZN hissəsinə görə 22%-i, yəni 44 AZN,
200 AZN-dən yuxarı hissə üçün isə 100 AZN-in 15%-i, yəni 15 AZN, ümumilikdə 44+15=59 AZN
b) işsizlikdən sığorta haqqı – 300 AZN-in 0.5%-i = 1.5 AZN
d) icbari tibbi sığorta haqqı – 300 AZN-in 2%-i = 6 AZN
44+15+1.5+6=66.5 AZN
İşəgötürənin 300 AZN əməkhaqqı alan şəxsə görə əməyin ödənilməsi fondundan tutulan məbləğ 66.5 AZN (2021-ci ildə 55,25 AZN) olacaq
1.2) əməkhaqqısı 8000 AZN-dən çox olanlar üçün nümunə
8100 AZN əməkhaqqı üzrə
a) sosial sığorta haqqı – 8100 AZN-200 AZN=7900 AZN
200 AZN-ə görə 44 AZN (200 manatın 22%-i)
7900 AZN-ə görə 15%, yəni 1185 AZN
b) işsizlikdən sığorta haqqı – 8100 AZN-in 0.5%-i = 40.5 AZN
c) icbari tibbi sığorta haqqı – 8000 manata görə 2%, yuxarı hissə kimi 100 manata görə 0.5% = 160+0.5=160.5
44+1185+40.5+160.5=1430 AZN
İşəgötürənin 8100 AZN əməkhaqqı alan şəxsə görə əməyin ödənişi fondundan tutulacaq məbləğ 1430 AZN (2021-ci ildə 1350 AZN) olacaq.
2) Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər
2.1) əməkhaqqısı 300 AZN olanlar üçün nümunə
a) sosial sığorta haqqı – 300 AZN-in 22%-i = 66 AZN
b) işsizlikdən sığorta haqqı – 300 AZN-in 0.5%-i = 1.5 AZN
c) icbari tibbi sığorta haqqı – 300 AZN-in 2%-i = 6 AZN
66+1.5+6= 73.5 AZN
İşəgötürənin işçinin əməkhaqqısına görə əməyin ödənişi fondundan tutulan məbləğ 73.5 AZN olacaq
2.2) əməkhaqqısı 2500 AZN-dən çox olanlar üçün nümunə
8100 AZN əməkhaqqı üzrə
a) sosial sığorta haqqı – 8100 AZN-in 22%-i=1782 AZN
b) işsizlikdən sığorta haqqı – 8100 AZN-in 0.5%-i = 40.5 AZN
c) icbari tibbi sığorta haqqı – 8000 AZN-in 2%-i və yuxarı olan 100 manat hissənin 0.5%-i = 160 + 0.5= 160.5 AZN
1782+40.5+160.5=1983 manat
İşəgötürən işçinin 8100 manat əməkhaqqısı üzrə əməyin ödənişi fondundan 1983 AZN ödəməli olacaq.
Əməkhaqqının 2023-cü il üçün hesablanması qaydası

Fərdi sahibkarlar aylıq ödənişləri lizinq şirkətinin bank hesabına mədaxil etməlidir, yoxsa fərdi sahibkar bank hesablarına mədaxil edəndən sonra köçürmə yolu ilə lizinq şirkətinin bank hesabına köçürməlidir?
Kapital Bank nağdsız ödənişlərin inkişafı istiqamətində yeni texnoloji yeniliyi təqdim edir. Belə ki, aktiv həyat tərzi keçirən insanlar üçün nəzərdə tutulan Garmin ağıllı saatları vasitəsilə təmassız ödənişlər etmək mümkün oldu. Kapital Bank-ın Visa kart sahibləri bu funksiyadan istifadə edərək ödənişlər həyata keçirə bilərlər.
Günümüzdə mülkiyyət əleyhinə yönəlmiş cinayətlərin ən çox yayılan növlərindən olan dələduzluq və mənimsəmə və ya israf etmə bir-biri ilə qarışdırılır. Belə ki, Bu cinayət növləri törədilərkən bir sıra hallarda ibtidai araşdırma orqanları, məhkəmələr tərəfindən işin bütün faktiki halları araşdırılmır, cinayəti törətmiş şəxslərin əməllərinə düzgün hüquqi qiymət verilmir və nəticə olaraq məhkəmələr tərəfindən qanunsuz və əsassız ittiham hökmləri çıxarılır.