Zərərin növbəti illərin mənfəətinə keçirilməsi

posted in: Xəbər | 0

təsisçi dəyişikliyiƏvvəlki illərin zərərlərinin növbəti illərin mənfəəti ilə örtülməsinə dair vergi ödəyicilərində müəyyən suallar yaranır. Bu sullara sərbəst auditor Altay Cəfərov aydınlıq gətirir.

Vergi Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, müəssisənin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir.

Məsəllənin 121.2-ci maddəsində isə göstərilib ki, fiziki şəxsin – sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirindən çıxılmasına yol verilən xərclərinin belə ümumi gəlirdən artıq olan hissəsi digər gəlirlərdən çıxıla bilməz, lakin gələcək dövrlərdə sahibkarlıq fəaliyyətindən ümumi gəlir hesabına kompensasiya edilməsi üçün üç ilədək davam edən sonrakı dövrə keçirilə bilər.

Maddələrdən belə anlaşılır ki, hüquqi şəxs cari ildə fəaliyyətini zərərlə başa vurarsa, yaranmış zərər növbəti 5 ilə keçirilir və növbəti 5 ildə yaranacaq mənfəətlər hesabına kompensasiya edilir. Fiziki şəxs sahibkarlar üçün bu müddət 3 il müəyyənləşdirilib və ancaq sahibkarlıq fəaliyyətindən əldə edilmiş mənfəətə aiddir. Bu cür kompensasiyalar fiziki şəxslərin qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərə aid edilmir.

Vergi Məcəlləsinin başqa bir maddəsi isə 121-ci maddə üzrə kompensasiyaların tətbiqinə məhdudiyyətlər qoyur. Məcəllənin 148.0-cı maddəsinə əsasən, hüquqi şəxsin sahibliyi əvvəlki ilə nisbətən 50 və ya daha çox faiz dəyişdikdə, bu dəyişikliyin baş verdiyi vergi ilindən başlayaraq əvvəlki vergi ilindən zərərin, gəlirdən çıxılmaların, əvəzləşdirmələrin keçirilməsinə, aşağıdakı hallar istisna edilməklə, icazə verilmir:

  • dəyişiklikdən sonrakı 3 il ərzində hüquqi şəxs həmin sahibkarlıq fəaliyyətini həyata keçirirsə və
  • dəyişiklikdən sonrakı 1 il ərzində hüquqi şəxs yeni sahibkarlıq fəaliyyətinə başlamırsa.

Maddənin açıqlanması aşağıdakı kimi olacaq:

  • 121-ci maddədə fiziki şəxslər üzrə göstərilən kompensasiyaların tətbiqində məhdudiyyətlər yoxdur: 148-ci maddə yalnız hüquqi şəxslərə aid edilir;
  • hüquqi şəxsin təsisçilərində, səhmdarlarında, payçılarda dəyişiklik olduqda 148-ci maddədə qeyd edilmiş xüsusi hallar nəzərə alınmaqla 121-ci maddə üzrə hüquqi şəxslərin əvvəlki illərdə yaranmış zərərləri növbəti illərin mənfəətində nəzərə alınır;
  • əlavə şərtlər nəzərə alınmaqla hüquqi şəxsin sahibliyi 50% və daha çox dəyişdikdə,121-ci maddə üzrə əvvəlki illərdə yaranmış zərərlər sonrakı illərdə yaranmış mənfəətlərlə kompensasiya edilmir;
  • təsisçi dəyişiklikdən sonra həmin hüquqi şəxs ən azı 3 il ərzində həmin sahibkarlıq fəaliyyəti ilə məşğul olmalıdır, əks halda zərərlər növbəti ilə keçməyəcəkdir;
  • təsisçi dəyişikliyindən sonra hüquqi şəxs yeni sahibkarlıq fəaliyyətini 1 il ərzində həyata keçirmirsə, 121-ci maddə tədbiq ediləcəkdir. Əks halda zərərlər növbəti ilə keçirilməyəcəkdir.

Müəllif qonorarı ilə bağlı hansı vergi öhdəliyi yaranır?


Misal 1: “AA” MMC 2020-ci ildə fəaliyyətini 10.000 manat zərərlə başa vurub. 2021-ci ilin yanvar ayında şirkətdə təsisçi dəyişikliyi olub və yeni təsisçinin payı 45%, əvvəlki təsisçinin payı isə 55% olub. Bu halda Vergi Məcəlləsinin 121-ci maddəsi üzrə kompensasiya tətbiq edilirmi?

Göründüyü kimi, əvvəlki təsisçinin payı 100 faiz idi və təsisçi dəyişikliyindən sonra yeni təsisçinin payı 50%-dən aşağı olduğuna görə zərərin kompensasiyası tətbiq ediləcək.

Misal 2: “BB” MMC-də 2021-ci ilin fevral ayında təsisçi dəyişikliyi olub və yeni təsisçi müəssisənin paylarının 100%-ni alıb. Müəssisə 2021-ci ildə eyni faəliyyətini davam etdirib və heç bir yeni sahibkarlıq fəaliyyəti həyata keçirməyib.

Bu halda payların 50%-dən çoxu yeni təsisçiyə keçsə də, Məcəllənin 121-ci maddəsi üzrə güzəştlər tətbiq ediləcək. Çünki müəssisə dəyişiklikdən sonra növbəti 3 il ərzində eyni fəaliyyətlə məşğul olur, yeni sahibkarlıq fəaliyyətini həyata keçirmir.

Misal 3: 2-ci misaldakı əməliyyatlar olub, ancaq yeni təsisçinin qərarı ilə 2021-ci ildə müəssisə əvvəlki sahibkarlıq fəaliyyəti ilə yanaşı, yeni sahibkarlıq fəaliyyətini də həyata keçirməyə başlayıb. Bu halda şirkətə Vergi Məcəlləsinin 121-ci maddəsi üzrə kompensasiya güzəşti tətbiq edilməyəcək. Çünki müəssisə əhəmiyyətli təsisçi dəyişikliyindən sonra 1 il müddətində yeni sahibkarlıq fəaliyyətinə başlayıb.

Bəs Vergi Məcəlləsinin 148-ci maddəsinin tələblərinə görə, hüquqi şəxs hökmən əvvəlki sahibkarlıq fəaliyyətini dayandırıb, yeni sahibkarlıq fəaliyyəti ilə məşğul olmalıdırmı?

Maddənin müdəalarında vergi ödəyicisinin zərərlə başa vurduğu sahibkarlıq fəaliyyəti və ya fəaliyyətlərinin dayandırılması haqqında heç bir tələb qoyulmayıb, əksinə bu fəaliyyətlərin 3 il müddətinə davam etdirilməsi göstərilib, həmçinin yeni sahibkarlıq fəaliyyətinin və ya fəaliyyətlərinin başlanması tələbi qoyulub.

Misal 4: Müəssisədə misal 3-də olan əməliyyatlar olub. Sadəcə, yeni fəaliyyətə 2021-ci ildə yox, 2022-ci ildə başlanılıb. Bu halda 121-ci maddə üzrə kompensasiya tətbiq edilirmi?

Bu cür əməliyyatlarda 121-ci maddə üzrə kompensasiya tətbiq edilir. Çünki MMC əvvəlki fəaliyyətini davam etdirir, yeni fəaliyyətə isə təsisçi dəyişikliyindən 1 il ərzində yox, 2-ci ildə başlayıb.

Misal 5: Müəssisə əhəmiyyətli (90 faiz sahibliklə) təsisçi dəyişikliyi edib, vergi ilini zərərlə başa vurub və növbəti 3 ildə həmin fəaliyyəti davam etdirib, 4-cü ildə isə köhnə fəaliyyətini tam dayandıraraq yeni fəaliyyətə başlayıb.

Bu halda müəssisə 3 ildən sonra (4-cü ildə) tam yeni sahibkarlıq fəaliyyətlə məşğul olmasına başmayaraq, müəssisəyə 121-ci maddədə nəzərdə tutulan kompensasiya güzəşti tətbiq ediləcək. Çünki xüsisi tələb müəssisəsin 3 il zərərlə işlədiyi fəaliyyətlə məşğul olmasına qoyulub, 3 ildən sonra isə bu xüsusi tələbin əhəmiyyəti qalmır.

Mənbə: vergiler.az


İcbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi zamanı hansı öhdəliklər yaranır?


 

 

Müəllif qonorarı ilə bağlı hansı vergi öhdəliyi yaranır?

posted in: Xəbər | 0

Müəllif qonorarı, müəlliflik hüququ, vergi öhdəliyi,Müəssisə incəsənət əsərlərinin sərgisi ilə məşğuldur və əldə etdiyi gəlirlərdən müəlliflərə haqq ödəyir. Müəllifə ödənilən haqq royalti kimi ödəmə mənbəyindən vergiyə cəlb edilməlidirmi və ümumiyyətlə, müəssisənin və müəllifin hansı vergi öhdəlikləri yaranır?

Dövlət Vergi Xidmətindən bildirilib ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 4-cü maddəsinə əsasən, müəllifin əsərdən istifadənin hər növünə görə müəllif qonorarı almaq hüququ vardır.

Müraciətdə göstərilən halda incəsənət əsərlərinin müəllifi olan fiziki şəxslərə (vergi uçotunda olub-olmamasından asılı olmayaraq) ödənilən müəlliflik qonararlarından müəssisə tərəfindən “Sosial sığorta haqqında” 14.5.4-cü maddəsinə əsasən hesablanmış məbləğin 15 faizi miqdarında ödəmə mənbəyində məcburi dövlət sosial sığorta haqları tutulur. Ödəmə mənbəyində məcburi dövlət sosial sığorta haqqı tutulmuş incəsənət əsərlərinin müəllifi tərəfindən həmin ödəmələr üzrə bir daha məcburi dövlət sosial sığorta haqqı öhdəliyi yaranmır.

Bununla yanaşı, incəsənət əsərlərinin istifadə hüququnun verilməsinə görə müəssisə tərəfindən incəsənət əsərlərinin müəllifi olan fiziki şəxslərə ödənilən haqdan ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. Bu halda müəllifin vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmaq öhdəliyi yaranmır. Bu cür ödənişlərdən gəlir əldə edən fiziki şəxslərdən ödəmə mənbəyində vergi tutulmuşdursa, həmin gəlirlərdən bir daha vergi tutulmur.

İncəsənət əsərlərinin müəllifinə ödənilən haqlardan icbari tibbi sığorta və işsizlikdən sığorta haqlarının tutulması qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 13-cü və 124-cü maddələri, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.

Mənbə: vergiler.az


İcbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi zamanı hansı öhdəliklər yaranır?


İcbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi zamanı hansı öhdəliklər yaranır?

posted in: Xəbər | 0

tibbi xidmətlərin göstərilməsi, its, icbari tibbi sığortaSuala “Business Service Centre” şirkətinin maliyyə və mühasibat işləri üzrə layihə rəhbəri Nahid İbrahim aydınlıq gətirir.

Vergi Məcəlləsinin 164.1.51 maddəsinə əsasən, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi 2020-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV ödənişindən azaddır.

İTS-nin bütün ölkə üzrə tətbiqinə 1 yanvar 2020-ci ildən etibarən başlanılıb. İTS-nin tətbiqi çərçivəsində vacib məqamlardan biri də əhalinin yararlana biləcəyi xidmətlər toplusunun (xidmətlər zərfi) olmasıdır. Xidmətlər zərfində sığortaolunanın tibbi xidmətlərdən yararlanmaq üçün bilavasitə müraciət etmək hüququ nəzərdə tutulduğu hallar istisna olmaqla, sığortaolunanların ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadəsinə ilkin tibbi-sanitariya yardımı göstərən dövlət tibb müəssisəsinin göndərişinə əsasən yol verilir.

Sığortalı (işəgötürən və ya vergi ödəyicisi) tərəfindən işçinin əməkhaqqının 8.000 manatadək olan hissəsindən 2 faiz, 8.000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan (işçi) tərəfindən əməkhaqqının 8.000 manatadək olan hissəsindən 2 faiz, 8.000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz miqdarında icbari tibbi sığorta üzrə sığorta haqları müəyyən edilib.

Misal: Tutaq ki, qeyri-dövlət sektoruna aid şirkətdə çalışan işçinin 2022-ci ilin aprel ayında əməkhaqqı 1.500 manatdır. Bu zaman həmin işçiyə hesablanacaq icbari tibbi sığorta məbləği:

1.500 x 2% = 30 manat (işçi) ;
1.500 x 2% = 30 manat (işəgötürən).

Beləliklə, həmin işçi dövlət səhiyyə sisteminə daxil olan və icbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələrində 60 manat məbləğində ödəniş edir və xidmətlər zərfinə daxil olan tibbi xidmətlərdən həmin məbləğə ƏDV məbləği tətbiq edilmədən istifadə edir.

Mənbə: vergiler.az


ƏDV-də vergitutma obyekti nədir?


Maliyyə Nazirliyinin səlahiyyətlərindən biri ləğv edilib

posted in: Xəbər | 0

maliyyə nazirliyi,Maliyyə Nazirliyinin səlahiyyətlərindən biri ləğv edilib.

Bu, Prezident İlham Əliyevin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” 2009-cu il 9 fevral tarixli 48 nömrəli və “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2019-cu il 16 oktyabr tarixli 842 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərmanında əksini tapıb.

Dəyişikliklə Nazirlik öz vəzifələrini həyata keçirmək üçün büdcə təşkilatları və dövlət büdcəsindən dotasiya, subsidiya, subvensiya və digər maliyyə yardımları alan təşkilatlardan həmin vəsaitlərdən istifadə barədə müəyyən olunmuş qaydada aylıq hesabat almayacaq.

Əvvəl isə Nazirlik öz vəzifələrini həyata keçirmək üçün büdcə təşkilatları və dövlət büdcəsindən dotasiya, subsidiya, subvensiya və digər maliyyə yardımları alan təşkilatlardan həmin vəsaitlərdən istifadə barədə müəyyən olunmuş qaydada aylıq, rüblük və ilin əvvəlindən artan yekunla funksional, iqtisadi və inzibati təsnifat üzrə hesabatlar almaq hüququna malik idi.

Mənbə: report.az


1 607 608 609 610 611 612 613 2. 702